Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-4995/2025 07.08.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Məmmədzadə Nilgün Azər qızının katibliyi, İddiaçının nümayəndəsinin iştirakı olmadan, Cavabdeh iştirakı ilə, İddiaçılar Suraxanı rayon İcra Hakimiyyətinin Cavabdeh qarşı “özbaşına tikilinin sökülməsi” tələbinə dair kommersiya mübahisəsi ilə bağlı işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Suraxanı rayon İcra Hakimiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bəhmən oğlu tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Məmmədov küçəsində yerləşən ümumi sahəsi 3500 kv.m olan torpaq sahəsinin qeyri qanuni zəbt edilməsinin aradan qaldırılması və aparılmış tikinti işlərinin cavabdehin hesabına sökülərək torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə məhkəmə hazırlıq iclasları xx.xx.2025-ci il tarixə saat 12:10-a və xx.xx.2025ci il tarixə saat 11:00-a təyin edilmişdir. Məhkəmə hazırlıq iclaslarının vaxtı və yeri barədə lazımi qaydada və müddətdə xəbərdar olunmalarına baxmayaraq, iddiaçının nümayəndəi heç bir məhkəmə hazırlıq iclaslarına gəlməmiş, gəlməməklərinin səbəbi barədə məhkəməyə məlumat verilməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə hazırlıq iclasında iştirak edən cavabdeh bildirdi ki, iddiaçının nümayəndəsinin hazırlıq iclaslarında iştirak etməməsi səbəbi ilə işin baxılmamış saxlanılmasına etiraz etmir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, iddiaçıya məhkəmə hazırlıq iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə hazırlıq iclasına gəlməmişdir və iclasda iştirak etməklərinin üzürlü səbəbdən mümkün olmamasına dair hər-hansı sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin: - 259.0.7-cı maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışına gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. - 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. - 260.6-cı maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli Qərarının 2-ci bəndinə görə Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.” Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.7, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Suraxanı rayon İcra Hakimiyyətinin Cavabdeh qarşı “özbaşına tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 10 gün müddətində ondan elektron kabinet vasitəsi ilə Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günay Namazova
Məhkəmə qərarları › İş №e-2-2(113)-4995/2025
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-4995/2025
07.08.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver