Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4999/2024 29.11.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı “Bakı Dövlət Universiteti nəzdində İqtisadiyyat və Humanitar Kollec” X4 cavabdeh "xxxx" ASC-yə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: əsassız hesablanmış borcun silinməsi) X6 Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi ilə, iddiaçı “Bakı Dövlət Universiteti nəzdində İqtisadiyyat və Humanitar Kollec” X4 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı qalıq "borcun silinməsi" tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında, qiyabi icraat qaydasında baxaraq məhkəmə müəyyən etdi: İşin halları: İddiaçı “Bakı Dövlət Universiteti nəzdində İqtisadiyyat və Humanitar Kollec” PHŞ iddia ərizəsi və iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən ona hesablanmış 2096,05 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC tərəfindən tərtib edilmiş 05 iyun 2024-cü il tarixli hesab ödəniş vərəqəsinə əsasən güya iddiaçı BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollec PHŞ-nin 7692,37 manat borcu vardır. 07 iyun 2024-cü il tarixdə cavabdehin nümayəndələri gələrək heç bir xəbərdarlıq məktubu təqdim etmədən təhsil müəssəsinə verilən elektrik enerjisinin dərhal dayandıracaqlarını bildirmişlər. İddiaçı tərəfindən cavabdehə hazırda binada yaz imtahan sessiyasının davam etdiyini, müxtəlif qurğuların olduğunu bildirsələr də, cavabdehin nümayəndələri təkidlə və kobud şəkildə elektrik enerjisinin verilişini dayandıracaqlarını bildirdilər. Tərtib edilmiş üzləşmə aktına əsasən müəyyən olunur ki, 2024-cü ilin yanvar ayının 01-nə iddiaçının cavabdehə 1295,30 manat borcu olub. 16 yanvar 2024-cü il tarixli ********* saylı hesab ödəniş vərəqəsinə əsasən tarif 0,08 olmaqla 1280 manatlıq X1 qeydə alınıb. Həmin vərəqədə ilk və son sərfiyyatda konkret olaraq göstərilib. Eyni qaydada xx.xx.2024-cü il tarixli ********* saylı hesab ödəniş vərəqəsində görsənir. Lakin cavabdeh xx.xx.2024-cü il tarixdə təqdim etdiyi ********* saylı hesab ödəniş vərəqəsində istifadə olunmuş elektrik enerjisnə görə sərfiyyatı və ödənilməli olan məbləği göstərsə də, ilk və son sərfiyyatı göstərməyib. Həmin tarixə olan borcu 3987,30 manat kimi göstərib. İddiaçı tərəfindən ödənişlər olunmasına baxmayaraq, cavabdeh xx.xx.2024-cü il tarixdə təqdim etdiyi həmin tarixli ********* saylı hesab ödəniş vərəqəsində borcun 7692,37 manat olduğunu göstərmişdir. Məbləğin pik həddə çatdığını gördükləri zaman iddiaçı cavabdehlə əlaqə saxlayıb. Sonuncu da, tarifin 0,11 olaraq göstərilməli olduğunu və bu məbləğin 2021-ci ildən hesablanmalı olduğunu əsas gətirdi. Elektrik enerjisinin verilişini dayandırmaq istəyən "xxxx" ASC nəzərə almayıb ki, kollec təhsil müəssəsidir. Təhsil müəssəsi olmaqla yanaşı büdcədən maliyyələşən quruma X1yə görə qanunsuz olaraq artıq məbləğin yazılması böyük səhfdir və böyük fəsadları ola bilər. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə istinad olunmuşdur. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən **********5 saylı abunə kodu üzrə sayğaca baxış keçirən zaman məlum olmuşdur ki, sayğac sxemdən keçən yükü qeyd etmir. Belə ki, sayğacn baxış tablosu sönüb, aktiv led lampası impuls vurmur. Buna səbəb 10 kv tərəfdə quraşdırılmış (“C” fazada) gərginlik transformatorunda yaranmış qüsur nəticəsincə gərginlik transformatoru istismara yararsız vəziyyətə düşmüşdür. O cümlədən “B” vo “C” fazasında quraşdırılmış əriyən quraşdırıcılr yanmışdır. “B" və “C” fazalardan sayğaca gərginlik gəlmədiyindən sayğacın tablosu sönmüşdür. Baxış zamanı xx.xx.2023-cü il tarixli NDQ 014787 nömrəli akt tərtib edilmişdir. xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən: (39.5 kVt x 8 saat x 80 gün) - 4800 kvts = 20480 kVt.s Tarif (0,10 man)- 20480 kVt.s x 0,10 man = 2048 manat. Həmçinin, xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən **********5 saylı abunə kodu üzrə sayğaca baxış keçirən zaman məlum olmuşdur ki, “C” faza üzərində quraşdırılmış gərginlik tr-da yaranmış qüsura görə “B" və “C” fazalarda quraşdırılmış əriyən qoruyucular yanmışdır. “B” və “C” fazalardan sayğac sxeminə gərginlik gəlmədiyindən sayğacın baxış tablosu sö' vurmur. Baxış zamanı xx.xx.2023-cü il tarixli NDQ 015150 nömrəli akt tərtib edilmişdir. xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən: 40 kVt x 8 saat x 130 gün = 41600 kVt.s Tarif (0,10 man)- 41600 kVt.s x 0,10 man = 4160,0 manat. Həmçinin, xx.xx.2024-cü ii tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən **********5 saylı abunə kodu üzrə sayğaca baxış keçirən zaman məlum olmuşdur ki, obyektin fəaliyyəti kompüter məlumat bazasında Qeyri sənaye və istehsal kimi qeydiyyata alındığına görə hesablaşma 0,1 qəpik tarifi üzrə aparılır, lakin faktiki olaraq obyekt yerində Ticarət və xidmət sahəsi kimi fəaliyət göstərir. xx.xx.2024-cü il tarixli NİQ 001114 nömrəli akt tərtib edilmişdir. xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən: (894 göst-632 göst) x 800 əmsal= 209600 kVt.s 209600 kvts x 0,01= 2096 manat 2096x 0,11 = 19055 kvts. Tərtib edilmiş akt və icra vərəqələrindən göründüyü kimi aktlar qanuni və əsaslı tərtib edilmişdir. Aktlar əsasında hesablanmış məbləğ cərimə deyil iddiaçının ay üzrə X1yə görə yaranmış və ödənilməmiş borc məbləğidir. “X1 Qaydaları”nın 8.6-cı maddələrinə əsasən istehlakçının eyni, yaxud ayrı-ayrı ərazilərdəki müxtəlif tarif qruplarına məxsus olan obyektləri üzrə elektrik enerjisinə görə hesablaşmalar onların hər birinin aid olduğu istehlakçı qrupu üçün müəyyən olunmuş tarifə uyğun aparılır. İş üzrə tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına iştirak etməmişlər. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci madəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. İddiaçının nümayəndəsi həmçinin, məhkəməyə ərizə ilə müraciət edərək işə qiyabi icraat qaydasında baxılmasını və qiyabi qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş, buna görə də işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Tədqiq olunan sübutlar İş materiallarında olan: “Enerjitəchizatı müəssisəsi ilə büdcədən maliyyələşdirilən təşkilat (bundan sonra abonent) arasında elektrik enerjisinin alqı-satqısının birtipli 049818 saylı müqaviləsinə əsasən Azərişıq ASC-nin enerji satış departamenti ilə Bakı Dövlət Universiteti nəzdində İqtisadiyyat və X3 Hüquqi Şəxsi (abonent kodu **********5) arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 10-cu bəndinə əsasən elektrik enrjisinə görə hesablaşmalar büdcədən maliyyələşdirilən istehakçı qrupu üçün müəyyən edilmiş 1 kVts aktiv elektrik enerjisi 0,10 manat (ƏDV daxil) tarif üzrə aparılır. xx.xx.2023-cü il tarixdə Xırdalan şəhərində yerləşən istehlakçı Bakı Dövlət Universiteti nəzdində İqtisadiyyat və X3 Hüquqi Şəxsində elektrik enerjisi uçotu və “X1 Qaydaları”na riayət edilməsinın yoxlanılması məqsədilə baxış keçirmiş və baxış nəticəsində elektrik sayğacının sxemdən keçən yükü qeyd etməməsinə, sayğacın elektron tablosunun sönməsi və impuls lampasının döyünməməsinə dair NDQ 014787 saylı akt tərtib edilmişdir. xx.xx.2023-cü il tarixdə Xırdalan şəhərində yerləşən istehlakçı Bakı Dövlət Universiteti nəzdində İqtisadiyyat və X3 Hüquqi Şəxsində elektrik enerjisi uçotu və “X1 Qaydaları”na riayət edilməsinın yoxlanılması məqsədilə baxış keçirmiş və baxış nəticəsində (“C” fazada) gərginlik transformatorunda yaranmış qüsur nəticəsincə gərginlik transformatoru istismara yararsız vəziyyətə düşmüşdür, “B" və “C” fazalardan sayğaca gərginlik gəlmədiyindən sayğacın tablosunun sönməsinə dair NDQ 015150 saylı akt tərtib edilmişdir. xx.xx.2024-cü il tarixdə Xırdalan şəhərində yerləşən istehlakçı Bakı Dövlət Universiteti nəzdində İqtisadiyyat və X3 Hüquqi Şəxsində elektrik enerjisi uçotu və “X1 Qaydaları”na riayət edilməsinın yoxlanılması məqsədilə baxış keçirmiş və baxış nəticəsində obyektin fəaliyyəti kompüter məlumat bazasında qeyri sənaye və istehsal kimi qeydiyyata alındığına görə hesablaşma 0,1 qəpik tarifi üzrə aparılır, lakin faktiki olaraq obyekt yerində Ticarət və xidmət sahəsi kimi fəaliyyət göstərməsinə dair NDQ 001114 saylı akt tərtib edilmişdir. xx.xx.2023-cü il tarixli, NDQ 014787 saylı akt əsasında tərtib edilmiş xx.xx.2023-cü il tarixli icra vərəqindən görünür ki, istehlakçıdan - Bakı Dövlət Universiteti nəzdində İqtisadiyyat və X3 Hüquqi Şəxsindən (abunə kodu **********40319) 20480 kvts sərfiyyata görə 2048 manat (20480 kvts x 0,10 manat=2048 manat) tələb edilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli, NDQ 015150 saylı akt əsasında tərtib edilmiş xx.xx.2023-cü il tarixli icra vərəqindən görünür ki, istehlakçıdan - Bakı Dövlət Universiteti nəzdində İqtisadiyyat və X3 Hüquqi Şəxsindən (abunə kodu **********40319) 41600 kvts sərfiyyata görə 4160 manat (41600 kvts x 0,10 manat=4160 manat) tələb edilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixli, NDQ 001114 saylı akt əsasında tərtib edilmiş xx.xx.2024-cü il tarixli icra vərəqindən görünür ki, istehlakçıdan - Bakı Dövlət Universiteti nəzdində İqtisadiyyat və X3 Hüquqi Şəxsindən (abunə kodu **********40319) 209600 kvts sərfiyyata görə 2096 manat (209600 kvts x 0,01 manat=2096 manat) tələb edilməsi qərara alınmışdır. X1yə görə "xxxx" ASC-nin ilə Bakı Dövlət Universiteti nəzdində İqtisadiyyat və X3 Hüquqi Şəxsi arasında tərtib edilmiş üzləşmə aktına əsasən Bakı Dövlət Universiteti nəzdində İqtisadiyyat və X3 Hüquqi Şəxsinin xx.xx.2024-cü il tarixinə olan qalıq borcu 3587,30 manat təşkil edir. Üzləşmə aktı tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. Bakı Dövlət Universiteti nəzdində İqtisadiyyat və X3 Hüquqi Şəxsinin (**********5 saylı) abunə haqqında məlumatından görünür ki, **********40319 abonent kodu üzrə abonentə xx.xx.2023-cü il tarixdə “X1 Qaydaları”nın pozulmasına görə NDQ 01478 saylı akta əsasən 2048 manat, xx.xx.2023-cü il tarixdə “X1 Qaydaları”nın pozulmasına görə NDQ 01515 saylı akta əsasən 4160 manat, xx.xx.2024-cü il tarixdə “X1 Qaydaları”nın pozulmasına görə NİQ 001114 saylı akta əsasən 2096,05 manat məbləğinddə borc hesablanmışdır. "xxxx" ASC tərəfindən abonent kodu – **********5 olan abunəçiyə (Xırdalan 01, Xırdalan qəsəbəsi) təqdim edilmiş xx.xx.2024-cü il tarixli hesab-ödəniş vərəqindən görünür ki, istehlakçının xx.xx.2024-cü il tarixə olan qalıq borcu 3987,30 manat təşkil edir. "xxxx" ASC tərəfindən abonent kodu – **********5 olan abunəçiyə (Xırdalan 01, Xırdalan qəsəbəsi) təqdim edilmiş xx.xx.2024-cü il tarixli hesab-ödəniş vərəqindən görünür ki, istehlakçının xx.xx.2024-cü il tarixə olan qalıq borcu 7692,37 manat təşkil edir. 10 iyun 2024-cü il tarixli ********* saylı qəbzdən görünür ki,iddiaçı tərəfindən ilkin mediasiya xərci olaraq 100 manat ödəniş həyata keçirilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının: 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin 4-cü hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanunu Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin İ hissəsinin 11-ci bəndinə uyğun olaraq, elektrik enerjisinin istehsalı, saxlanması, ötürülməsi, paylanması, təchizatı, idxalı, ixracı və istehlakı ilə bağlı elektroenergetika subyektləri, istehlakçılar və elektroenergetika sektorunda fəaliyyət göstərən dövlət orqanları (qurumları) arasında yaranan münasibətləri tənzimləyir, elektroenergetikanın hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edir. Həmin “Elektroenergetika haqqında” Qanunun: 5.1-ci maddəsinə əsasən elektroenergetika sektorunda dövlət tənzimləməsinin əsas məqsədləri aşağıdakılardır: 5.1.1. enerji təhlükəsizliyinin təmin edilməsi; 5.1.2. elektroenergetika subyektlərinin və istehlakçıların maraqları arasında balansın təmin olunması; 5.1.3. istehlakçıların etibarlı, keyfiyyətli, əlçatan və fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi. 5.2.11-ci maddəsinə əsasən elektroenergetika sektorunda dövlətin vəzifələrindən biri elektroenergetika sektorunda tənzimlənən qiymətlərin (tariflərin) müəyyən edilməsidir. 9.1-ci maddəsinə əsasən elektroenergetika sektorunda tənzimlənən qiymət və tariflər tənzimləyici tərəfindən müəyyən edilir. 9.4-cü maddəsinə əsasən elektroenergetika sektorunda tənzimlənən qiymətlərin (tariflərin) müəyyən olunması qaydaları tənzimləyici tərəfindən təsdiq edilir və onun rəsmi internet səhifəsində dərc olunur. 19.7.2-ci maddəsinə əsasən təchizatçı ilə müqavilə bağlamazdan əvvəl müqavilə şərtləri, tariflər (qiymətlər) barədə məlumat əldə etmək elektrik enerjisi istehlakçısının hüququdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”nın: 1.1-ci bəndinə əsasən elektrik enerjisi istehlakçısı - müqavilə əsasında elektrik enerjisini satın alan və ondan elektrikqəbulediciləri vasitəsilə istifadə edən hüquqi və ya fiziki şəxs. 1.3-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi elektrik enerjisinin alqı-satqı müqaviləsi əsasında dövlət elektroenergetika müəssisəsindən, yaxud müstəqil enerji istehsalçısından elektrik enerjisini satın alır və onu istehlakçılara satır. Enerjitəchizatı müəssisəsi ilə abonent arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanmalıdır. 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması tələb olunduqda, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. 8.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. Elektrik enerjisinin qiymətləri (tariflər) “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikasının Rəqabət Məcəlləsinə və digər normativ sənədlərə uyğun olaraq dövlət tərəfindən tənzimlənir. 8.4-ci bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. 8.14-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. 9.1-ci bəndinə əsasən İstehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X2 Agentliyinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. 9.10-cu bəndinə əsasən istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. xx.xx.2021-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2021-ci il 16 oktyabr tarixli 14 nömrəli qərarı ilə təsdiq edilmiş Elektrik enerjisinin ölkədaxili tarifləri cədvəlinin 4.2-ci bəndinə əsasən qeyri-əhali üzrə 1 kVts elektrik enerjisinin tarifi ticarət və xidmət sahələrində 0,11 manat (ƏDV ilə), digər sahələrdə isə 0,10 manat (ƏDV ilə) müəyyən edilmişdir. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.2-ci maddəsinə əsasən digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 241.4-cü maddəsinə əsasən iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. Məhkəmənin mövqeyi Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə araşdırması zamanı iş materialları əsasında müəyyən olundu ki, tərəflər arasında elektrik enerjisinin alqı-satqısına dair müqavilə imzalanmış, həmin müqaviləyə əsasən iddiaçıya satılan 1 kVts elektrik enerjisinin dəyəri 0,10 manat müəyyən olunmuşdur. İddiaçı həmin tarifə uyğun olaraq ona hesablanmış ödənişləri etməkdən imtina etməmiş, lakin sonradan əlavə olaraq 0,01 manatla hesablanmış 2096,05 manat ödənişin əsassız olduğunu və buna görə də həmin borcun silinməsini tələb etmişdir. Cavabdeh etiraz ərizəsində bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən **********5 saylı abunə kodu üzrə sayğaca baxış keçirən zaman məlum olmuşdur ki, obyektin fəaliyyəti kompüter məlumat bazasında Qeyri sənaye və istehsal kimi qeydiyyata alındığına görə hesablaşma 0,1 manat tarifi üzrə aparılır, lakin faktiki olaraq obyekt yerində Ticarət və xidmət sahəsi kimi fəaliyət göstərir. Buna görə də istifadə edilmiş 209600 kVts elekrik enerjisinə görə əlavə olaraq 0,01 manat olmaqla 2096 manat itirilmiş məbləğ hesablanmışdır. Məhkəmə müqavilənin şərtlərini və qanunvericilik normalarını nəzərə alaraq qeyd edir ki, cavabdeh iddiaçını ticarət və xidmət sahəsi hesab edərək satdığı 1 kVts elektrik enerjisinin dəyərinə əlavə 0,01 manatla 2096,05 manat hesablamaqda haqlı olmamışdır. Çünki elektrik enerjisinin qiymətləri (tariflər) dövlət tərəfindən tənzimlənir və tərəflər arasındakı müqavilə ilə müəyyənləşdirilir. Tarif Şurasının yuxarıda qeyd edilən qərarına əsasən də qeyri-əhali sektoru üzrə ticarət və xidmət sahəsindən başqa digər sahələrdə 1 kVts elektrik enerjisinin dəyəri 0,10 manat müəyyən olunmuşdur. Həmçinin tərəflər arasında imzalanmış müqavilədə də 1 kVts elektrik enerjisinin dəyəri 0,10 manat müəyyənləşdirilmişdir. Buna görə də iddiaçının istifadə etdiyi elektrik enerjisinə görə sərfiyyat 0,10 manatla hesablanmalıdır. Bundan başqa, adından da göründüyü kimi iddiaçı təhsil müəssisəsi olduğu halda onun cavabdeh tərəfindən ticarət və xidmət sahəsi kimi nəzərə alınması düzgün deyildir. Belə ki, cavabdeh baxış keçirilən zaman iddiaçının faktiki olaraq ticarət və xidmət sahəsi kimi fəaliyyət göstərdiyini qeyd etsə də, buna dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Mülki–Prosessual Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə, ümumiyyətlə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, cavabdeh tərəfindən 2096,05 manat borcun iddiaçının ticarət və xidmət sahəsi kimi fəaliyyət göstərməsi əsasında hesablandığı bildirilmiş, bu barədə hər hansı mötəbər sübutlar təqdim edilməmişdir. Beləliklə, məhkəmə maddi və prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçının tələbi əsaslı olduğundan təmin edilməli, 2096,05 manat borc silinməlidir. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 242-244, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddiaçı “Bakı Dövlət Universiteti nəzdində İqtisadiyyat və Humanitar Kollec” X5 hesablanmış 2096 (iki min doxsan altı) manat 05 (beş) qəpik borc silinsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün (“elektron formada”) Bakı Kommersiya Məhkəməsinə ərizə verə bilər. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-4999/2024
Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-4999/2024
29.11.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver