Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-5/2024 23.02.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi ilə, İddiaçı Naiqin K "xxxx" MMC-nin cavabdehlər LPO Cavabdeh3 ASC və Cavabdeh2 MMC-yə qarşı “kredit tarixçəsinin verilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Naiqin K "xxxx" MMC cavabdehlər LPO Cavabdeh3 ASC və Cavabdeh2 MMC-yə qarşı “Kredit tarixçəsi haqqında məlumat verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Naiqin K "xxxx" MMC ilə Cavabdeh3 ASC arasında bağlanılmış 19 iyun 2009-cu il tarixli 52 saylı kredit müqaviləsi üzrə öhdəlik iddiaçı tərəfindən tam icra edildiyinə görə kredit tarixçəsi haqqında pozitiv (düzgün) məlumatın verilməsi haqqında LPO Cavabdeh3 ASC-nin və həmin məlumatın kredit reyestrinin borcalanların şəxsi məlumatında göstərilməsi üçün Azərbaycan Kredit Bürosu MMC-nin üzərinə öhdəlik qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəf 21 fevral 2024-cü il tarixdə məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq iddia ərizəsinin baxılmamış saxlanması, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəf iddia ərizəsinin geri qaytarılması barədə ərizə verdiyindən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsi və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 263-264, 268ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “Naiqin K "xxxx" MMC-nin cavabdehlər LPO Cavabdeh3 ASC və Cavabdeh2 MMCyə qarşı “kredit tarixçəsinin verilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. **********37 nömrəli qəbzə əsasən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat məbləğində pul “Naiqin K "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə geri qaytarılsın. Qərardaddan, tərəfə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-5/2024
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-5/2024
23.02.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver