Məhkəmə qərarları › İş №e-2-2(113)-50/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-50/2023

17.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-50/2023 17.02.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi ilə, İlkin iddiaçı, qarşılıqlı cavabdehin nümayəndəsi X4, İlkin cavabdeh, qarşılıqlı iddiaçı Cavabdeh3 iştirakları ilə, İlkin İddiaçı ASC-nin ilkin cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh1 qarşı pulun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması, boşaldılması və s. tələbinə dair ilkin, qarşılıqlı iddiaçı Cavabdeh3 qarşılıqlı cavabdeh İddiaçı ASC-yə qarşı kredit müqaviləsinin müddətinin uzaldılması və faizlərin hesablanmasının dayandırılmasına dair qarşılıqlı iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı ASC cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 İddiaçı ASC-nin xeyrinə xx.xx.2017-ci il tarixli, NM/SKMF-003 saylı kredit müqaviləsi üzrə kreditə görə 559.997,62 manat, faiz borcuna görə 41.928,31 manat, cərimə borcuna görə 976,62 manat olmaqla, cəmi 602.902,55 manat məbləğində borcun, xx.xx.2018-ci il tarixli, NM/SKMF004 saylı kredit müqaviləsi üzrə isə kreditə görə 99.999,15 manat, faiz borcuna görə 7.611,79 manat, cərimə borcuna görə 282,36 manat olmaqla, cəmi 107.893,30 manat məbləğində borcun, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə və Bakı Şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 200 manat rüsumun və ilkin mediasiya sessiyasında iştirak üçün ödənilmiş 400 manat və dövlət rüsumu kimi ödənilmiş 600,80 manat məbləğində pulun tutulması, tutmanın Cavabdeh3 məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə, Quba rayonu, Aşağı Xuc kəndində yerləşən 1,8964 ha torpaq sahəsinə, Quba rayonu, Aşağı Xuc kəndində yerləşən 4,8936 ha torpaq sahəsinə, Quba rayonu, Aşağı Xuc kəndində yerləşən 2,9531 ha torpaq sahəsinə, Quba rayonu, Aşağı Xuc kəndində yerləşən 8,004759 ha torpaq sahəsinə və Quba rayonu, Aşağı Xuc kəndində yerləşən 2,533266 ha torpaq sahəsinə yönəldilməsi, bu əmlakların hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh3 xx.xx.2017-ci il tarixli, NM/SKMF003 saylı kredit müqaviləsi üzrə cəmi 602.902,55 manat məbləğində pulun İddiaçı ASCyə ödənilməsi və tutmanın Cavabdeh3 məxsus olan Quba rayonu, Aşağı Xuc kəndində yerləşən 1,8964 ha torpaq sahəsinə, Quba rayonu, Aşağı Xuc kəndində yerləşən 4,8936 ha torpaq sahəsinə, Quba rayonu, Aşağı Xuc kəndində yerləşən 2,9531 ha torpaq sahəsinə, Quba rayonu, Aşağı Xuc kəndində yerləşən 8,004759 ha torpaq sahəsinə və Quba rayonu, Aşağı Xuc kəndində yerləşən 2,533266 ha torpaq sahəsinə yönəldilməsi, bu əmlakların hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh3 xx.xx.2018-ci il tarixli, NM/SKMF-004 saylı kredit müqaviləsi üzrə cəmi məbləği 107.893,30 manat məbləğində borcun və dövlət rüsumu kimi ödənilmiş cəmi 1.200,80 manat məbləğində pulun İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmeti olan Cavabdeh3 məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə tutma yönəldikdən və əmlak satıldıqdan sonra ən geci 1 ay ərzində Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 və yetkinlik yaşına çatmayan Məmmədov Qibləli Elbrus oğlunun ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması, əmlakın boşaldılması və istifadə hüquqları itirilmiş hesab olunması, ipoteka predmetləri olan Cavabdeh3 məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin, Quba rayonu, Aşağı Xuc kəndində yerləşən 1,8964 ha torpaq sahəsinin, Quba rayonu, Aşağı Xuc kəndində yerləşən 4,8936 ha torpaq sahəsinin, Quba rayonu, Aşağı Xuc kəndində yerləşən 2,9531 ha torpaq sahəsinin, Quba rayonu, Aşağı Xuc kəndində yerləşən 8,004759 ha torpaq sahəsinin və Quba rayonu, Aşağı Xuc kəndində yerləşən 2,533266 ha torpaq sahəsinin ilkin satış qiymətinin müəyyənləşdirilməsi, ipoteka predmetlərinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsaitin qeyd olunan xx.xx.2017-ci il tarixli, NM/SKMF003 saylı və xx.xx.2018-ci il tarixli, NM/SKMF-004 saylı kredit müqavilələri üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, Cavabdeh3 tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin “Nərimanov” filialı ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, NM/SKMF-003 saylı kredit müqaviləsinə əsasən illik 6 % faiz dərəcəsi olmaqla 84 ay müddətinə 560.000 manat və xx.xx.2018-ci il tarixli, NM/SKMF-004 saylı kredit müqaviləsinə əsasən illik 6 % faiz dərəcəsi olmaqla 60 ay müddətinə 100.000 manat məbləğində cavabdehə kredit verilmişdir. xx.xx.2017-ci il tarixli, NM/SKMF-003 saylı və xx.xx.2018ci il tarixli, NM/SKMF-004 saylı kredit müqavilələrinin şərtlərinə görə Cavabdeh3 kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh3nın xx.xx.2017-ci il tarixli, NM/SKMF-003 saylı kredit müqaviləsi üzrə borcunun məbləği kreditə görə 559.997,62 manat, faiz borcuna görə 41.928,31 manat, cərimə borcuna görə 976,62 manat olmaqla, borcun cəmi məbləği 602.902,55 manat təşkil edir. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh3nın xx.xx.2018-ci il tarixli, NM/SKMF-004 saylı kredit müqaviləsi üzrə borcunun məbləği kreditə görə 99.999,15 manat, faiz borcuna görə 7611,79 manat, cərimə borcuna görə 282,36 manat, borcun cəmi məbləği 107.893,30 manat təşkil edir. xx.xx.2017-ci il tarixli, NM/SKMF-003 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi mülkiyyət hüququ üzrə Cavabdeh3 məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.2017-ci il tarixli, İpoteka müqaviləsi ilə, mülkiyyət hüququ üzrə Cavabdeh3 məxsus olan Quba rayonu Aşağı Xuc kəndində yerləşən 1,8964 ha torpaq sahəsi, Quba rayonu Aşağı Xuc kəndində yerləşən 4,8936 ha torpaq sahəsi, Quba rayonu Aşağı Xuc kəndində yerləşən 2,9531 ha torpaq sahəsi, Quba rayonu Aşağı Xuc kəndində yerləşən 8,004759 ha torpaq sahəsi və Quba rayonu Aşağı Xuc kəndində yerləşən 2,533266 ha torpaq sahəsi xx.xx.2018-ci il tarixli, NM/SKMF-004 saylı Sonrakı İpoteka müqaviləsi ilə İddiaçı ASC qarşısında yüklü edilmişdir. İpoteka və Sonrakı İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. xx.xx.2018-ci il tarixli, NM/SKMF-004 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi mülkiyyət hüququ üzrə Cavabdeh3 məxsus olan Quba rayonu Aşağı Xuc kəndində yerləşən 1,8964 ha torpaq sahəsi, Quba rayonu Aşağı Xuc kəndində yerləşən 4,8936 ha torpaq sahəsi, Quba rayonu Aşağı Xuc kəndində yerləşən 2,9531 ha torpaq sahəsi, Quba rayonu Aşağı Xuc kəndində yerləşən 8,004759 ha torpaq sahəsi və Quba rayonu Aşağı Xuc kəndində yerləşən 2,533266 ha torpaq sahəsi İddiaçı ASC qarşısında xx.xx.2018-ci il tarixli, NM/SKMF-004 saylı Sonrakı İpoteka müqaviləsi ilə yüklü edilmişdir. Sonrakı ipoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli, NM/SKMF-003 saylı və xx.xx.2018-ci il tarixli, NM/SKMF-004 saylı kredit müqaviləsinin 4.6-cı bəndinə əsasən, “müştəri bu Müqavilə üzrə üzərinə düşən vəzifələri vaxtında icra etmədikdə, kredit faizlərinin ödənilməsi müddətini bir dəfə pozduqda girov saxlayan girova ödəniş yönəldə bilər”. Eyni zamanda həmin müqavilənin 5.4-cü bəndinə əsasən (borcluya aid hissədə), “müştəri bir dəfə bu müqavilədə nəzərdə tutulmuş vəzifələrini yerinə yetirməzsə, o cümlədən bankın tələb və göstərişlərinə əməl etməzsə, kredit faizlərini ödəmə müddətini pozarsa, çəkilən xərcləri ödəməzsə və digər şərtlərə əməl etməzsə, Bankın bu Müqaviləni pozmağa və bütün tələblərini vaxtından əvvəl ödəməyə hüququ vardır”. Daha sonra İddiaçı ASC iddia tələbinin həcminin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh3 İddiaçı ASC-nin xeyrinə xx.xx.2017-ci il tarixli, NM/SKMF-003 saylı kredit müqaviləsi üzrə kreditə görə 555.997,62 manat, faiz borcuna görə 52.922,11 manat, cərimə borcuna görə 18.342,84 manat olmaqla, cəmi 627.262,57 manat məbləğində borcun, xx.xx.2018-ci il tarixli, NM/SKMF004 saylı kredit müqaviləsi üzrə isə kreditə görə 97.999,15 manat, faiz borcuna görə 9.568,99 manat, cərimə borcuna görə 4.665,53 manat olmaqla, cəmi 112.233,67 manat məbləğində borcun, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə və Bakı Şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 200 manat rüsumun və ilkin mediasiya sessiyasında iştirak üçün ödənilmiş 400 manat və dövlət rüsumu kimi ödənilmiş 629,50 manat məbləğində pulun tutulması, tutmanın Cavabdeh3 məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə, Quba rayonu, Aşağı Xuc kəndində yerləşən 1,8964 ha torpaq sahəsinə, Quba rayonu, Aşağı Xuc kəndində yerləşən 4,8936 ha torpaq sahəsinə, Quba rayonu, Aşağı Xuc kəndində yerləşən 2,9531 ha torpaq sahəsinə, Quba rayonu, Aşağı Xuc kəndində yerləşən 8,004759 ha torpaq sahəsinə və Quba rayonu, Aşağı Xuc kəndində yerləşən 2,533266 ha torpaq sahəsinə yönəldilməsi, bu əmlakların hərracda satılması və satışdan əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh3 xx.xx.2017-ci il tarixli, NM/SKMF003 saylı kredit müqaviləsi üzrə cəmi 627.262,57 manat məbləğində pulun İddiaçı ASC-yə ödənilməsi və tutmanın Cavabdeh3 məxsus olan Quba rayonu, Aşağı Xuc kəndində yerləşən 1,8964 ha torpaq sahəsinə, Quba rayonu, Aşağı Xuc kəndində yerləşən 4,8936 ha torpaq sahəsinə, Quba rayonu, Aşağı Xuc kəndində yerləşən 2,9531 ha torpaq sahəsinə, Quba rayonu, Aşağı Xuc kəndində yerləşən 8,004759 ha torpaq sahəsinə və Quba rayonu, Aşağı Xuc kəndində yerləşən 2,533266 ha torpaq sahəsinə yönəldilməsi, bu əmlakların hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh3 xx.xx.2018-ci il tarixli, NM/SKMF-004 saylı kredit müqaviləsi üzrə cəmi 112.233,67 manat məbləğində borcunun və dövlət rüsumu kimi ödənilmiş cəmi 1.229,50 manat məbləğində pulun İddiaçı ASCyə ödənilməsi, ipoteka predmeti olan Cavabdeh3 məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə tutma yönəldikdən və əmlak satıldıqdan sonra ən geci 1 ay ərzində Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 və yetkinlik yaşına çatmayan Məmmədov Qibləli Elbrus oğlu ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması, əmlakın boşaldılması və istifadə hüquqları itirilmiş hesab olunması, ipoteka predmetləri olan Cavabdeh3 məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin, Quba rayonu, Aşağı Xuc kəndində yerləşən 1,8964 ha torpaq sahəsinin, Quba rayonu, Aşağı Xuc kəndində yerləşən 4,8936 ha torpaq sahəsinin, Quba rayonu, Aşağı Xuc kəndində yerləşən 2,9531 ha torpaq sahəsinin, Quba rayonu, Aşağı Xuc kəndində yerləşən 8,004759 ha torpaq sahəsinin və Quba rayonu, Aşağı Xuc kəndində yerləşən 2,533266 ha torpaq sahəsinin ilkin satış qiymətinin müəyyənləşdirilməsi, ipoteka predmetlərinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsaitin qeyd olunan xx.xx.2017-ci il tarixli, NM/SKMF003 saylı və xx.xx.2018-ci il tarixli, NM/SKMF-004 saylı kredit müqavilələri üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, Cavabdeh3 tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə cavabdehlərdən Cavabdeh3 “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, onunla bağlanmış xx.xx.2017-ci il tarixli, NM/SKMF-003 saylı və xx.xx.2018-ci il tarixli, NM/SKMF-004 saylı kredit müqavilələrinin müddətinin artırılması və faizlərin dayanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, onunla "xxxx" ASC-nin Nərimanov filialı arasında bağlanmış xx.xx.2017-ci il tarixli, NM/SKMF-003 saylı kredit müqaviləsinə əsasən faiz dərəcəsi illik 6 faiz dərəcəsi olmaqla, 84 ay müddətinə 560.000 manat və xx.xx.2018-ci il tarixli, NM/SKMF-004 saylı kredit müqaviləsinə əsasən faiz dərəcəsi 6 faiz olmaqla, 60 ay müddətinə 100.000 manat kredit ona verilmişdir. Aşağıda qeyd edəcəyi səbələrə görə hesab edir ki, xx.xx.2017-ci il tarixli, NM/SKMF-003 saylı və xx.xx.2018-ci il tarixli, NM/SKMF-004 saylı kredit müqaviləsinin müddəti 10 il müddətinə artırılmalıdır. Belə ki, onunla Azərbaycan Respiblikasının X5 və "xxxx" ASC arasında kredit müqaviləsi bağlanan zaman həmin müqavilə üzrə onun hüquq və vəzifələri, öhdəlikləri ona izah olunmamış, müqaviləni oxumaq üçün ona şərait yaradılmamış, tez bir zamanda onunla müqavilə bağlanmış və müqavilənin nüsxəsi də ona verilməmişdir. Eyni zamanda ona bildirilmişdir ki, kredit borcunu ödəməkdə çətinlikləri olarsa ona vaxt veriləcək. Bundan əlavə şifahi olaraq, bankla razılaşmalarına əsasən bank ona krediti 10 il müddətinə verməli idi. Lakin bank həmin müqaviləni 7 il müddətinə bağlamışdır. Bu da öz növbəsində aylıq ödənişlərin xeyli fərqini təşkil etmişdir. Bunun nəticəsində ödənişlərdə çətinliklər olmuşdur. Həmçinin ödənişləri gecikdirəcəyi təqdirdə cərimə məbləğinin hesablanacağı barədə də aralarında heç bir razılaşma olmamışdır. Azərbaycan Respiblikası X5 və "xxxx" ASC arasında kredit müqaviləsi bağlanarkən ona bildirildi ki, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyində yazışmalar 2-3 ay çəkdiyi üçün krediti götürmək vaxt tələb edəcək. Bu baxımdan müqavilə 7 il müddətinə bağlamış, lakin qısa müddətdən sonra müqavilənin dəyişdirilərək 10 il müddətinə bağlanacağı vəd edilmişdir. Buna baxmayaraq sonradan müqavilənin müddəti bank tərəfindən artırılmamışdır. Bu səbəbdən də əgər müqavilələr müddəti 10 il olsa idi ödənişlərdə aşağı məbləğ olduğu halda bankla onun arasında heç bir problemlər olmazdı. Bununla bağlı tərəfindən müddətin uzadılması ilə bağlı Azərbaycan Respiblikası X5 və "xxxx" ASC-yə müraciət etsə də, müqavilənin müddəti artırılmamışdır. Qeyd etmək istəyir ki, kənd təsrərüfat təyinatlı 500.000 manat məbləğdən yuxarı götürülən kredit tək onunla 7 il müddətinə bağlanmışdır. Başqa sahibkarlarla 10 il müddətinə bağlanmışdır. Bundan başqa qeyd etmək istəyir ki, onunla "xxxx" ASC arasında xx.xx.2017-ci il tarixli, NM/SKMF-003 saylı kredit müqaviləsi xx.xx.2024-cü il tarixədək bağlanmışdır. xx.xx.2018-ci il tarixli, NM/SKMF- 004 saylı kredit müqaviləsi isə xx.xx.2023-cü ilədək bağlanmışdır. Bildirir ki, müqavilələrin müddəti bitməmişdir. Nəzərə çatdırmaq istəyir ki, Azərbaycan Respublikasımın Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya xidmətinin Quba aqrometeoroloji stansiyası ərazisində aprel və may aylarının aqrometeoroloji şəraitinə dair xx.xx.2021 -ci il tarixli 20/M-163 saylı arayışda göründüyü kimi may ayının 15-17 və 21-23 tarixlərində quru yel əsdiyi məlum olur və aprel may ayları ərzində meteoroloji göstəricilərin fəslə xas olmayan anomal dəyişməsi, aprel ayının isti və quraq keçməsi, may ayında kənd təsərrüfatı bitkilərinin aktiv vegetasiyası müddətində əsən quru yel məhsuldarlığın aşağı düşməsinə təsir etməsi bildirilmişdir. Bu səbəbdən də məsulun olmamasına görə kredit ödənişlərini vaxtında ödəməkdə çətinlikləri olmuşdur. Bundan başqa Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Quba X10 Mərkəzinin xx.xx.2021-ci il tarixli rəyində qeyd olunmuşdur ki, ona məxsus meyvə bağlarında mövcud olan gilas sortlarının bioloji xüsusiyyətlərinə və yaş həddinə uyğun olan məhsuldarlığın yalnız 5 faizinin ağaclar üzərində göründüyü müəyyən olunmuşdur. Bu da öz növbəsində həmin 16.0 hektar gilas bağından yığım dövründə təxminən 10-12 ton gilas məhsulunun toplanacağının gözlənilməsi deməkdir. Digər hektar badam və 1.5 hektar alça bağları illik olduğunu nəzərə almaqla (cavan) hələlik məhsulvermə qabiliyyətinə malik olmadığı müəyyən olunmuşdur. Bakı Kommersiya Məhkəməsindən məhkəmə bildirişi gələn zaman bildi ki, "xxxx" ASC onu məhkəməyə vermişdir. Bakı Kommersiya Məhkəməsində işə baxılarkən müəyyən etmişdir ki, "xxxx" ASC xx.xx.2017-ci il tarixli, NM/SKMF- 003 saylı kredit müqaviləsi üzrə kreditə görə 559.997,62 manat, faiz borcuna görə 41.928,31 manat, cərimə borcuna görə 976,62 manat cəmi məbləğ 602.902,55 və xx.xx.2018-ci il tarixli, NM/SKMF-004 saylı kredit müqaviləsi üzrə isə kreditə görə 99.999,15 manat, faiz borcuna görə 7.611,79 manat, cərimə borcuna görə 282,36 manat cəmi məbləğ 107.893,30 manat hesablamışdır. Əgər Bank ona kredit müqaviləsi ilə tanış olmağa şərait yaratsaydı o heç vaxt belə şərtlərlə razılaşıb müqavilə bağlamazdı. Göründüyü kimi o müqaviləni oxumağa təkid etmədən, bank işçisinin sözlərinə əsaslanıb yanılmanın təsiri altında bağlamışdır. Qeyd edilən səbəblərə əsasən hesab edir ki, onunla "xxxx" ASC- nin Nərimanov filialı arasında bağlanmış xx.xx.2017-ci il tarixli, NM/SKMF-003 saylı və xx.xx.2018-ci il tarixli, NM/SKMF-004 saylı kredit müqaviləsinin müddəti 10 il müddətinə artırılmalıdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 19 noyabr 2017-ci il tarixli fərmanına əsasən sahibkarlar tərəfindən manatla alınan kreditlərə təminat verilməsi qaydasının 2.1.7 bəndinə əsasən kredit-bağlanmış müqaviləyə uyğun olaraq, qaytarılmaq, müəyyən müddətə (müddətin uzadılması hüququ ilə) və faizlər (komissiya) ödəmək şərti ilə müvəkkil bankın borc verdiyi pul vəsaiti, habelə qarantiya kimi müəyyən olunmuşdur. Buradan göründüyü kimi bank və X5 tərəfindən kerdit müqaviləsi uzadıla bilər. Daha sonra İddiaçı ASC ilkin iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, Cavabdeh3 İddiaçı ASCnin xeyrinə xx.xx.2017-ci il tarixli, NM/SKMF-003 saylı kredit müqaviləsi üzrə kreditə görə 555.997,62 manat, faiz borcuna görə 68.676,01 manat, cərimə borcuna görə 70 860 manat olmaqla, cəmi 695.533,63 manat məbləğində borcun, xx.xx.2018-ci il tarixli, NM/SKMF- 004 saylı kredit müqaviləsi üzrə isə kreditə görə 97.999,15 manat, faiz borcuna görə 12.345,09 manat, cərimə borcuna görə 18.039,60 manat olmaqla, cəmi 128.383,84 manat məbləğində borcun, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə və Bakı Şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 200 manat rüsumu və ilkin mediasiya sessiyasında iştirak üçün ödənilmiş 400 manat və dövlət rüsumu kimi ödənilmiş 713,92 manat məbləğində pulun tutulması, tutmanın Cavabdeh3 məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə, Quba rayonu Aşağı Xuc kəndində yerləşən 1,8964 ha torpaq sahəsinə, Quba rayonu Aşağı Xuc kəndində yerləşən 4,8936 ha torpaq sahəsinə, Quba rayonu Aşağı Xuc kəndində yerləşən 2,9531 ha torpaq sahəsinə, Quba rayonu Aşağı Xuc kəndində yerləşən 8,004759 ha torpaq sahəsinə və Quba rayonu Aşağı Xuc kəndində yerləşən 2,533266 ha torpaq sahəsinə yönəldilməsi, bu əmlakların hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh3 xx.xx.2017-ci il tarixli, NM/SKMF-003 saylı kredit müqaviləsi üzrə cəmi 695.533,63 manat məbləğində pulun İddiaçı ASC-yə ödənilməsi, tutmanın Cavabdeh3 məxsus olan Quba rayonu Aşağı Xuc kəndində yerləşən 1,8964 ha torpaq sahəsinə, Quba rayonu Aşağı Xuc kəndində yerləşən 4,8936 ha torpaq sahəsinə, Quba rayonu Aşağı Xuc kəndində yerləşən 2,9531 ha torpaq sahəsinə, Quba rayonu Aşağı Xuc kəndində yerləşən 8,004759 ha torpaq sahəsinə və Quba rayonu Aşağı Xuc kəndində yerləşən 2,533266 ha torpaq sahəsinə yönəldilməsi, bu əmlakların hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh3 xx.xx.2018-ci il tarixli, NM/SKMF-004 saylı kredit müqaviləsi üzrə cəmi 128.383,84 manat məbləğində borcun və dövlət rüsumu kimi ödənilmiş 1313,92 manat məbləğində pulun İddiaçı ASC-nə ödənilməsi, ipoteka predmeti olan Cavabdeh3 məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə tutma yönəldikdən və əmlak satıldıqdan sonra ən geci 1 ay ərzində Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 və yetkinlik yaşma çatmayan Məmmədov Qibləli Elbrus oğlunun ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması, əmlak boşaldılması və istifadə hüquqları itirilmiş hesab olunması, ipoteka predmetləri olan Cavabdeh3 məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin, Quba rayonu Aşağı Xuc kəndində yerləşən 1,8964 ha torpaq sahəsinin, Quba rayonu Aşağı Xuc kəndində yerləşən 4,8936 ha torpaq sahəsinin, Quba rayonu Aşağı Xuc kəndində yerləşən 2,9531 ha torpaq sahəsinin, Quba rayonu Aşağı Xuc kəndində yerləşən 8,004759 ha torpaq sahəsinin və Quba rayonu Aşağı Xuc kəndində yerləşən 2,533266 ha torpaq sahəsinin ilkin satış qiymətinin müəyyənləşdirilməsi, ipoteka predmetlərinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsait qeyd olunan xx.xx.2017-ci il tarixli, NM/SKMF-003 saylı və xx.xx.2018-ci il tarixli, NM/SKMF- 004 saylı kredit müqavilələri üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, Cavabdeh3 tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə iddiaçı iddia tələbinin həcminin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh3 İddiaçı ASC-nin xeyrinə xx.xx.2017-ci il tarixli, NM/SKMF-003 saylı kredit müqaviləsi üzrə kredit borcuna görə 555.997,62 manat, faiz borcuna görə 82.205,83 manat, cərimə borcuna görə 112.000 manat olmaqla, cəmi 750.203,45 manat, xx.xx.2018-ci il tarixli, NM/SKMF- 004 saylı kredit müqaviləsi üzrə isə kredit borcuna görə 97.999,15 manat, faiz borcuna görə 14.729,27 manat, cərimə borcuna görə 20.000 manat olmaqla, cəmi 132.728,42 manat məbləğində pulun Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə və Bakı Şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 200 manat rüsumu, ilkin mediasiya sessiyasında iştirak üçün ödənilmiş 400 manat və dövlət rüsumu kimi ödənilmiş 629,50 manat məbləğində pul vəsaitinin tutulması; Cavabdeh3 məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə, Quba rayonu Aşağı Xuc kəndində yerləşən 1,8964 ha torpaq sahəsinə, Quba rayonu Aşağı Xuc kəndində yerləşən 4,8936 ha torpaq sahəsinə, Quba rayonu Aşağı Xuc kəndində yerləşən 2,9531 ha torpaq sahəsinə, Quba rayonu Aşağı Xuc kəndində yerləşən 8,004759 ha torpaq sahəsinə və Quba rayonu Aşağı Xuc kəndində yerləşən 2,533266 ha torpaq sahəsinə yönəldilməsi, bu əmlaklar hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh3 xx.xx.2017-ci il tarixli, NM/SKMF-003 saylı kredit müqaviləsi üzrə cəmi məbləği 750.203,45 manat və Cavabdeh3 məxsus olan Quba rayonu Aşağı Xuc kəndində yerləşən 1,8964 ha torpaq sahəsinə, Quba rayonu Aşağı Xuc kəndində yerləşən 4,8936 ha torpaq sahəsinə, Quba rayonu Aşağı Xuc kəndində yerləşən 2,9531 ha torpaq sahəsinə, Quba rayonu Aşağı Xuc kəndində yerləşən 8,004759 ha torpaq sahəsinə və Quba rayonu Aşağı Xuc kəndində yerləşən 2,533266 ha torpaq sahəsinə yönəldilməsi, bu əmlakların hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaitinin hesabına Cavabdeh3 xx.xx.2018-ci il tarixli, NM/SKMF-004 saylı kredit müqaviləsi üzrə cəmi 132728,42 manat və dövlət rüsumu kimi ödənilmiş cəmi 1229,50 manat məbləğində pulun İddiaçı ASC-nə ödənilməsi; ipoteka predmeti olan Cavabdeh3 məxsus olan ünvan 1 ünvanmda yerləşən fərdi yaşayış evinə tutma yönəldikdən və əmlak satıldıqdan sonra ən geci 1 ay ərzində Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 və digər ailə üzvləri ünvan 1 ünvanmda yerləşən fərdi yaşayış evindən çıxarılması, əmlakın boşaldılması və istifadə hüquqlarınını itirilmiş hesab olunması; ipoteka predmetləri olan Cavabdeh3 məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin, Quba rayonu Aşağı Xuc kəndində yerləşən 1,8964 ha torpaq sahəsinin, Quba rayonu Aşağı Xuc kəndində yerləşən 4,8936 ha torpaq sahəsinin, Quba rayonu Aşağı Xuc kəndində yerləşən 2,9531 ha torpaq sahəsinin, Quba rayonu Aşağı Xuc kəndində yerləşən 8,004759 ha torpaq sahəsinin və Quba rayonu Aşağı Xuc kəndində yerləşən 2,533266 ha torpaq sahəsinin ilkin satış qiymətinin müəyyənləşdirilməsi; ipoteka predmetlərinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsaitin qeyd olunan xx.xx.2017-ci il tarixli, NM/SKMF-003 saylı və xx.xx.2018-ci il tarixli, NM/SKMF- 004 saylı kredit müqavilələri üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, borcun Cavabdeh3 ümumi qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddiaçı, qarşılıqlı cavabdehin nümayəndəsi X6 ilkin iddia tələbini müdafiə edib, ilkin iddia ərizəsinin və iddia həcminin artırılması barədə ərizələrin məzmununa uyğun izahat verərək, ilkin iddianın təmin edilməsi, qarşılıqlı iddanın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ilkin cavabdeh, qarşılıqlı iddiaçı Cavabdeh3 qarşılıqlı iddia ərizəsini müdafiə edib, qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh3 izahatında əlavə olaraq bildirmişdir ki, kreditin ödənişini gecikdirməsinin səbəbi forsmajor halı ilə əlaqədar olub. Fors-major hal ilə bağlı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi də var. Əlavə olaraq krediti ödəməyi üçün 2024-cü ilədək vaxtı var. Kredit müqaviləsinin müddəti bitməyib. İş üzrə digər cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: İddiaçı ASC (bank) ilə Cavabdeh3 (müştəri) arasında bağlanmış 27 fevral 2017-ci il tarixli, NM/SKMF-003 saylı baş kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə görə bu müqavilə bank ilə müştəri arasında kredit verilməsi ilə əlaqədar yaranan münasibətləri, o cümlədən kreditin təmin olunması, geri qaytarılması, tələbin ödənilməsi şərtləri və qaydalarını, sığorta şərtlərini, hesablar açılması və aparılmasını, bank xidmətlərinin göstərilməsi şərtlərini, xidmət haqqının hesablanması və tutulması qaydalarını və digər münasibətləri nizamlayır. 1.7-ci bəndinə görə bank öz tələbini müştərinin hansı əmlakı hesabına ödəməyi seçməkdə müstəqildir. Bu müqavilədə kredit dedikdə, əvəzində kredit faizi alınmaqla bank tərəfindən müştəriyə müəyyən müddətə, məqsədli və ümumi məbləği 560.000 manat olan pul vəsaiti başa düşülür. 2.1-ci bəndinə görə müştəriyə kredit bir dəfə və ya hissə-hissə verilir. Kreditin ilk dəfə verilən məbləği 165.000 manatdan/ABŞ dollardan/avrodan çox olmamalıdır. Bu kredit müştəri tərəfindən bir dəfəyə və ya hissə-hissə istifadə oluna bilər. 2.3-cü bəndinə görə kredit 84 ay müddətinə verilir. 2.4-cü bəndinə görə illik 6% haqqı hesablanır. Müqavilə üzrə faktiki illik faiz dərəcəsi 6% təşkil edir. 2.5-ci bəndinə görə kredit kənd təsərrüfatı (bağçılıq) məqsədilə istifadə olunmaq üçün verilir. 4.3-cü bəndinə görə müştəri ödəniş qrafikinə əsasən ödənişi gecikdirərsə, 1-ci gecikmə günündən 10-cu gecikmə gününədək gecikdirilmiş məbləğin 0,1%, 11-ci gündən başlayaraq isə 1% dəbbə pulu (cərimə) ödəyir. Dəbbə pulunun maksimum məbləği müqavilə məbləğinin 20 faizindən çox ola bilməz. Baş kredit müqaviləsi hər iki tərəfin imzası və bankın möhürü ilə təsdiq edilmişdir. İddiaçı ASC (bank) ilə Cavabdeh3 (müştəri) arasında bağlanmış 27 fevral 2017-ci il tarixli, NM/SKMF-003 saylı baş kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə görə bu müqavilənin predmeti borc verənin bu müqavilənin əsasında və bu müqavilənin ayrılmaz tərkib hissələri hesab edilən borc verənlə bağlanılacaq ayrıca razılaşmalar üzrə verilməsi üçün borcalana aşağıdakı şərtlərlə bərpaolunmayan kredit limitini ayırması, borcalanın isə razılaşmalar üzrə limit çərçivəsində borc verən tərəfindən verilən kredit, kredit xətti, qarantiya və akkreditivdən bu müqavilədə və razılaşmalarda nəzərdə tutulmuş şərtlər daxilində istifadə etməsi və krediti qaytarmasına dair pul öhdəliyidir. 1.1.1 560.000 manat təşkil edən kreditin maksimal məbləği (qeyd edilən məbləğ bu müqaviləyə və onun əsasında bağlanan razılaşmalara əsasən borc alanın borc verəndən ala biləcəyi maksimum kredit məbləğindən ibarətdir); 1.1.2. 84 ayadək təşkil edən kreditin qaytarılma müddəti; 1.1.3. 6%-dək təşkil edən kredit üzrə ödəniləcək illik faiz dərəcəsi. 2.1-ci bəndinə görə borc alanın bu müqavilə, o cümlədən razılaşmalar üzrə öhdəliklərinin icrasının əsas təminatı aşağıdakılardır: - Cavabdeh3 məxsus, Quba şəhəri, Quba rayonu, Aşağı Xuç kəndi; - Cavabdeh3 məxsus, Quba şəhəri, Quba rayonu, Aşağı Xuç kəndi; - Cavabdeh3 məxsus, Quba şəhəri, Quba rayonu, Aşağı Xuç kəndi; - Cavabdeh3 məxsus, Quba şəhəri, Quba rayonu, Aşağı Xuç kəndi; - Cavabdeh3 məxsus, Quba şəhəri, Quba rayonu, Aşağı Xuç kəndi; - Cavabdeh3 məxsus, ünvan 1. Baş kredit müqaviləsi hər iki tərəfin imzası və bankın möhürü ilə təsdiq edilmişdir. İddiaçı ASC (ipoteka saxlayan) ilə Cavabdeh3 (ipoteka qoyan-borc alan) arasında 05 may 2017-ci il tarixli ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə görə aşağıdakı müqavilə(lər) üzrə yaranmış öhdəliklərin təminatı olaraq bu müqavilənin 1.2-ci bəndində qeyd olunmuş əmlak ipoteka ilə yüklü edilir. 1.1.1. İddiaçı ASC (borc verən) ilə Cavabdeh3 (borc alan) arasında bağlanmış 27 fevral 2017-ci il tarixli, NM/SKMF-003 saylı baş kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 6% olmaqla 84 ay müddətinə verilmiş 235.000 manat məbləğində kredit və kreditdən istifadəyə görə hesablanmış faiz məbləğinin və digər tutma və ödəmələr üzrə yaranmış öhdəliklər. 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş "24” aprel 2017-ci il tarixli ********** qeydiyyat nömrəli, RX ******* seriya nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh3 mülkiyyət hüququ üzrə məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ipoteka predmetidir. İpoteka müqaviləsi ipoteka saxlayan, ipoteka qoyanının imzası və (ipoteka saxlayanın möhürü vurulmaqla) notariat qaydasında təsdiq edilmişdir. İddiaçı ASC (borc verən) ilə Cavabdeh3 (borc alan) arasında bağlanmış 19 fevral 2018-ci il tarixli, NM/SKMF-004 saylı baş kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə görə bu müqavilənin predmeti borc verənin bu müqavilənin əsasında və bu müqavilənin ayrılmaz tərkib hissələri hesab edilən borc verənlə bağlanılacaq ayrıca razılaşmalar üzrə verilməsi üçün borcalana aşağıdakı şərtlərlə bərpaolunmayan kredit limitini ayırması, borcalanın isə razılaşmalar üzrə limit çərçivəsində borc verən tərəfindən verilən kredit, kredit xətti, qarantiya və akkreditivdən bu müqavilədə və razılaşmalarda nəzərdə tutulmuş şərtlər daxilində istifadə etməsi və krediti qaytarmasına dair pul öhdəliyidir. 1.1.1 100.000 manat təşkil edən kreditin maksimal məbləği (qeyd edilən məbləğ bu müqaviləyə və onun əsasında bağlanan razılaşmalara əsasən borc alanın borc verəndən ala biləcəyi maksimum kredit məbləğindən ibarətdir); 1.1.2. 60 ayadək təşkil edən kreditin qaytarılma müddəti; 1.1.3. 6%-dək təşkil edən kredit üzrə ödəniləcək illik faiz dərəcəsi. 2.1-ci bəndinə görə borc alanın bu müqavilə, o cümlədən razılaşmalar üzrə öhdəliklərinin icrasının əsas təminatı aşağıdakılardır: - Cavabdeh3 məxsus, Quba şəhəri, Quba rayonu, Aşağı Xuç kəndi; - Cavabdeh3 məxsus, Quba şəhəri, Quba rayonu, Aşağı Xuç kəndi; - Cavabdeh3 məxsus, Quba şəhəri, Quba rayonu, Aşağı Xuç kəndi; - Cavabdeh3 məxsus, Quba şəhəri, Quba rayonu, Aşağı Xuç kəndi; - Cavabdeh3 məxsus, Quba şəhəri, Quba rayonu, Aşağı Xuç kəndi. Baş kredit müqaviləsi hər iki tərəfin imzası və bankın möhürü ilə təsdiq edilmişdir. İddiaçı ASC (borc verən) ilə Cavabdeh3 (borc alan) arasında bağlanmış 19 fevral 2018-ci il tarixli, NM/SKMF-004 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə görə borc verən bu müqavilənin şərtləri daxilində borc alana kənd təsərrüfatı (bağçılıq) məqsədilə 100.000 manat məbləğdə kredit verməyi, borc alana isə aldığı krediti bu müqavilədə nəzərdə tutulan şərtlərlə və onun ayrılmaz tərkib hissəsi olan kreditin ödəniş cədvəlinə (1 saylı Əlavə) uyğun olaraq borc verənə qaytarmağı və kreditdən istifadəyə görə hesablanmış faizləri ödəməyi öhdəsinə götürür. 2.2-ci bəndinə görə kredit 60 ay müddətinə verilir. Faizlər aylıq ödənilməklə əsas məbləğin ödənişinə 24 ay möhlət verilir. Borc alana kredit bir dəfə və ya hissə-hissə verilir. Kreditin ilk dəfə verilən məbləği 30.000 manat çox olmamalıdır. Kredit borc alan tərəfindən bir dəfəyə və ya hissə-hissə isfitadə oluna bilər. 2.3-cü bəndinə əsasən kreditə görə illik 6% faiz hesablanır. Müqavilə üzrə faktiki illik faiz dərəcəsi (FİFD) 6% təşkil edir. 2.7-ci bəndinə görə borc alan hesablanmış kredit faizlərini və əsas borc qalığını annuitet qaydada (kreditin ödəniş cədvəlinə əsasən) aylıq olaraq ödəməyi öhdəsinə götürür. Əsas borc kredit müddətinin son gününədək (sonuncu gün daxil olmaqla) ödənilməlidir. Müqavilənin müddəti bitdikdə və borc alan kredit borcunu ödəmədikdə, kreditin ödənilməyən əsas məbləği üçün faizlər bu müqavilənin 2.3-cü bəndində göstərilən faiz dərəcəsinin 2 qat həcmində, yəni (12%) faiz, borc tam ödənilən günədək hesablanır və borc alan tərəfindən tam ödənilməlidir. 2.12-ci bəndinə görə borc üzrə əldə edilmiş vəsaitlərin silinməsi aşağıdakı ardıcıllıqla aparılır: 2.12.1. Hesablanmış cərimələr (dəbbə), xərclər silinir; 2.12.2. Hesablanmış faizlər silinir; 2.12.3. Əsas məbləğ silinir. 2.13.1-ci bəndinə əsasən borc alan tərəfindən öhdəliklər vaxtında və lazımınca icra edilmədikdə borc verən tərəfindən tətbiq edilən cərimələr aşağıdakılardır: 2.13.3. Müqavilənin müddəti ərzində kreditin ödəniş cədvəli üzrə ödənişlərin gecikməsi zamanı vaxtında ödənilməmiş məbləğin 1%-i (gecikmənin birinci günündən başlayaraq gündəlik olaraq); 2.13.4. Kreditin ödəniş cədvəlindən qabaqcadan artıq ödənilmiş əsas məbləğ – mütənasib olaraq növbəti ay (aylar) üzrə borc alanı əsas məbləğin ödənişindən azad edir. 4.1-ci bəndinə əsasən bu müqavilə üzrə borc alanın öhdəliklərinin icrası dəbbə pulu (cərimə, penya), girov, ipoteka, zaminlik və digər təminatla təmin edilir. 4.2-ci bəndinə görə borc alan kreditin ödəniş cədvəlinə əsasən ödənişi gecikdirərsə, hər gecikdirilmiş günə görə hazırki müqavilənin 2.13-cü bəndinə əsasən dəbbə pulu (cərimə) ödəməlidir. 4.4-cü bəndinə görə təminat qoyulmuş əmlak Cavabdeh3 məxsus: - Quba şəhəri, Quba rayonu, Aşağı Xuç kəndi; - Quba şəhəri, Quba rayonu, Aşağı Xuç kəndi; - Quba şəhəri, Quba rayonu, Aşağı Xuç kəndi; - Quba şəhəri, Quba rayonu, Aşağı Xuç kəndi; - Quba şəhəri, Quba rayonu, Aşağı Xuç kəndi; - Quba şəhəri, Quba rayonu, Aşağı Xuç kəndi. Kredit müqaviləsi hər iki tərəfin imzası və borc verənin möhürü ilə təsdiq edilmişdir. İddiaçı ASC (ipoteka saxlayan) ilə Cavabdeh3 (ipoteka qoyan-borc alan) arasında 20 fevral 2018-ci il tarixli sonrakı ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 2.1-ci bəndinə görə aşağıdakı müqavilə(lər) üzrə yaranmış öhdəliklərin təminatı olaraq bu müqavilənin 2.2-ci bəndində qeyd olunmuş əmlak ipoteka ilə yüklü edilir. 2.1.1. İddiaçı ASC (borc verən) ilə Cavabdeh3 (borc alan) arasında bağlanmış 20 fevral 2018-ci il tarixli, NM/SKMF-004 saylı baş kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 6% olmaqla 60 ay müddətinə verilmiş 100.000 manat məbləğində kredit və 27 fevral 2017-ci il tarixli, NM/SKMF-003 saylı baş kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 6% olmaqla 84 ay müddətinə verilmiş 560.000 manat məbləğində kredit və kreditdən istifadəyə görə hesablanmış faiz məbləğinin və digər tutma və ödəmələr üzrə yaranmış öhdəliklər. 2.2-ci bəndinə əsasən Cavabdeh3 tam mülkiyyət hüququ üzrə məxsus olan: - Quba rayonu Aşağı Xuc kəndində yerləşən 1,8964 ha torpaq sahəsi (çıxarış seriya RX 0292503, qeydiyyat tarixi xx.xx.2013-cü il); - Quba rayonu Aşağı Xuc kəndində yerləşən 4,8936 ha torpaq sahəsi (çıxarış seriya RX 0321189, qeydiyyat tarixi xx.xx.2011-ci il); - Quba rayonu Aşağı Xuc kəndində yerləşən 2,9531 ha torpaq sahəsi (çıxarış seriya MA 0321188, qeydiyyat tarixi xx.xx.2011-ci il); - Quba rayonu Aşağı Xuc kəndində yerləşən 8,004759 ha torpaq sahəsi (çıxarış seriya RX 0292476, qeydiyyat tarixi xx.xx.2013-cü il); - Quba rayonu Aşağı Xuc kəndində yerləşən 1,0044 ha torpaq sahəsi (çıxarış seriya MA 0321200, qeydiyyat tarixi xx.xx.2011-ci il); - Quba rayonu Aşağı Xuc kəndində yerləşən 2,533266 ha torpaq sahəsi (çıxarış seriya RX 0369729, qeydiyyat tarixi xx.xx.2014-cü il) ipoteka predmetidir. İpoteka müqaviləsi ipoteka saxlayan, ipoteka qoyanının imzası və (ipoteka saxlayanın möhürü vurulmaqla) notariat qaydasında təsdiq edilmişdir. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli xx.xx.2017-ci il tarixli Çıxarışla təsdiq edilir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərində Cavabdeh3 mülkiyyət hüququ İddiaçı ASC qarşısında ipoteka ilə yüklü edilmişdir. Çıxarışda əsas öhdəliyin mahiyyəti və icra müddəti qrafasında 27 fevral 2017-ci il tarixli, NM/SKMF-003 saylı baş kredit müqaviləsinə istinad edilmişdir. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli xx.xx.2018-ci il tarixli Çıxarışla təsdiq edilir ki, Quba rayonu Aşağı Xuc kəndində yerləşən 1,8964 ha torpaq sahəsi üzərində (hüququn əvvəlki yüklülüyü ("xxxx" ASC) İddiaçı ASC-nin ipotekasının əlavə qeydiyyatı aparılmışdır. Çıxarışda əsas öhdəliyin mahiyyəti və icra müddəti qrafasında 20 fevral 2018-ci il tarixli, NM/SKMF-004 saylı baş kredit müqaviləsinə və 27 fevral 2017-ci il tarixli, NM/SKMF-003 saylı baş kredit müqaviləsinə istinad edilmişdir. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli xx.xx.2018-ci il tarixli Çıxarışla təsdiq edilir ki, Quba rayonu Aşağı Xuc kəndində yerləşən 4,8936 ha torpaq sahəsi üzərində Cavabdeh3 mülkiyyət hüququ (hüququn əvvəlki yüklülüyü ("xxxx" ASC) İddiaçı ASC-nin ipotekasının əlavə qeydiyyatı ilə yüklü edilmişdir. Çıxarışda əsas öhdəliyin mahiyyəti və icra müddəti qrafasında 20 fevral 2018-ci il tarixli, NM/SKMF-004 saylı baş kredit müqaviləsinə və 27 fevral 2017-ci il tarixli, NM/SKMF-003 saylı baş kredit müqaviləsinə istinad edilmişdir. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli xx.xx.2018-ci il tarixli Çıxarışla təsdiq edilir ki, Quba rayonu Aşağı Xuc kəndində yerləşən 2,9531 ha torpaq sahəsi üzərində İddiaçı ASC-nin (hüququn əvvəlki yüklülüyü ("xxxx" ASC) ipoteka hüququnun əlavə qeydiyyatı aparılmışdır. Çıxarışda əsas öhdəliyin mahiyyəti və icra müddəti qrafasında 20 fevral 2018-ci il tarixli, NM/SKMF- 004 saylı baş kredit müqaviləsinə və 27 fevral 2017-ci il tarixli, NM/SKMF-003 saylı baş kredit müqaviləsinə istinad edilmişdir. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli xx.xx.2018-ci il tarixli Çıxarışla təsdiq edilir ki, Quba rayonu Aşağı Xuc kəndində yerləşən 8,004759 ha torpaq sahəsi üzərində (hüququn əvvəlki yüklülüyü ("xxxx" ASC) İddiaçı ASC-nin ipoteka hüququnun əlavə qeydiyyatı aparılmışdır. Çıxarışda əsas öhdəliyin mahiyyəti və icra müddəti qrafasında 20 fevral 2018-ci il tarixli, NM/SKMF- 004 saylı baş kredit müqaviləsinə və 27 fevral 2017-ci il tarixli, NM/SKMF-003 saylı baş kredit müqaviləsinə istinad edilmişdir. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli xx.xx.2018-ci il tarixli Çıxarışla təsdiq edilir ki, Quba rayonu Aşağı Xuc kəndində yerləşən 2,533266 ha torpaq sahəsi üzərində Rabitəbank” ASC-nin ipoteka hüququnun əlavə qeydiyyatı aparılmışdır. Çıxarışda əsas öhdəliyin mahiyyəti və icra müddəti qrafasında 20 fevral 2018-ci il tarixli, NM/SKMF-004 saylı baş kredit müqaviləsinə və 27 fevral 2017-ci il tarixli, NM/SKMF-003 saylı baş kredit müqaviləsinə istinad edilmişdir. İddiaçı ASC-nin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin müvafiq ərazi idarələrinə ünvanladığı müraciətləri və müraciətlərin qəbulu barədə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin müvafiq ərazi idarələrinin təsdiqetmə barədə bildirişləri ilə təsdiq edilir ki, Quba rayonu Aşağı Xuc kəndində yerləşən 1,8964 ha torpaq sahəsi; Quba rayonu Aşağı Xuc kəndində yerləşən 4,8936 ha torpaq sahəsi; Quba rayonu Aşağı Xuc kəndində yerləşən 2,9531 ha torpaq sahəsi; Quba rayonu Aşağı Xuc kəndində yerləşən 8,004759 ha torpaq sahəsi; Quba rayonu Aşağı Xuc kəndində yerləşən 1,0044 ha torpaq sahəsi; Quba rayonu Aşağı Xuc kəndində yerləşən 2,533266 ha torpaq sahəsi və ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə tutma yönəldilməsi barədə bildiriş qeydiyyata alınmışdır. Cavabdeh3 müraciətlərinə baxılmasının nəticələri haqqında Azərbaycan Respublikasının X1 Cavabdeh3 ünvanlanmış xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixli məktublarına əsasən müəyyən edilir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1052 nömrəli Fərmanı ilə təsdiq edilmiş “X1 vəsaiti hesabına güzəştli kreditlərin verilməsi Qaydası”nda təbii fəlakətlər, epidemiyalar, epizootiyalar, böyük ekoloji və digər qarşısıalınmaz qüvvə (fors-major hadisə) ilə bağlı şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi səbəbindən Müşahidə Şurasının müəyyən etdiyi qaydada müvəkkil kredit təşkilatlarının Fond qarşısındakı borc öhdəliyinin resturukturizasiyasının (öhdəliyinin icrasına möhlət verilməsi) həyata keçirilməsi nəzərdə tutulmuşdur. Odur ki, güzəştli kreditin resturukturizasiya edilməsi üçün kredit alındığı İddiaçı ASC-yə müraciət edilməsi Cavabdeh3 tövsiyə olunmuş və müraciəti kredit təşkilatı vasitəsilə Fonda daxil olduğu təqdirdə məsələyə qanunvericiliyə uyğun olaraq baxılacaqdır. Güzəştli kreditlərin təyinatı üzrə istifadəsi barədə məlumatların yerində müşahidə etməklə dürüstləşdirilməsinin aparılmasına dair Azərbaycan Respublikasının X1 Cavabdeh3 ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubuna əsasən müəyyən edilir ki, Azərbaycan Respublikasının X1 vəsaiti hesabına İddiaçı ASC vasitəsilə investisiya layihələrinin maliyyələşdirilməsinə ayrılmış güzəştli kreditlər üzrə əsas borcun ödənişinə güzəşt müddətinin verilməsi ilə bağlı banka müraciəti ilə əlaqədar kreditlərin təyinatı üzrə istifadəsinə dair məlumatların yerində müşahidə etməklə dürüstləşdirilməsinin aparılması məqsədilə Fondun əməkdaşının 2022-ci il 17 yanvar tarixindən Quba rayonuna ezam edilməsi nəzərdə tutulur. Layihələrin icra vəziyyətinin araşdırılması üçün şəraitin yaradılmasının təmin edilməsini və zəruri olan sənədləri (bank hesabından çıxarışları, ödəniş tapşırıqları və malların alınmasını, işlərin görülməsini təsdiq edən sənədlər) təqdim edilməsi xahiş olunur. Borc öhdəliklərinin resturukturizasiyası ilə bağlı müraciətlərə baxılmasının nəticələrinə dair Azərbaycan Respublikasının X1 İddiaçı ASC-yə ünvanlanmış xx.xx.2022ci il tarixli məktubuna əsasən müəyyən edilir ki, sahibkar Cavabdeh3 bağçılığın inkişafı yönümlü investisiya layihələrinin maliyyələşdirilməsinə ayrılmış 560.000 manat və 100.000 manat kreditlərin faiz məbləğləri müvafiq olaraq 30 ay və 34 ay müddətinə ödənilməklə əsas məbləğlərin ödənişi üzrə güzəşt müddətinin verilməsi ilə bağlı müvəkkil kredit təşkilatından daxil olmuş müraciətlərə X2 aidiyyəti üzrə baxılmışdır. Bununla əlaqədar olaraq, X1 Kredit Komitəsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası X1 Müşahidə Şurasının 16 iyul 2020-ci il tarixli 02 nömrəli Qərarı ilə (protokol № 2) təsdiq edilmiş “Güzəştli kreditlərin restrukturizasiya edilməsi Qaydası”nın 1.5. bəndinə müvafiq olaraq sahibkarlıq subyektlərinin bağçılıq təsərrüfatları təbii fəlakətlər, epidemiyalar, epizootiyalar, böyük ekoloji və digər qarşısıalınmaz qüvvə (fors-major hadisə) ilə bağlı şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi təsirinə məruz qalmadığından güzəştli kreditlərin restrukturizasiyası məqsədəuyğun hesab edilmir. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin “Quba aqrometeoroloji stansiyası ərazisində 2021-ci ilin aprel-may aylarının aqrometeoroloji şəraitinə dair” arayışına əsasən müəyyən edilir ki, təhlil olunmuş müddətdə havanın temperaturunu, rütubətlik və küləyin sürət və istiqamətini nəzərə alsalar may ayının 15-17 və 21-23 tarixlərində quru yel əsdiyi məlum olur. Nəticə olaraq demək olar ki, hər iki ay ərzində meteoroloji göstəricilərin fəslə xas olmayan anomal dəyişməsi, aprel ayının isti və quraq keçməsi, may ayında kənd təsərrüfatı bitkilərinin aktiv vegetasiyası müddətində əsən quru yel məhsuldarlığın aşağı düşməsinə təsir etmişdir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Quba X10 Mərkəzinin “Quba rayonu Aşağı Xuc kəndində meyvə istehsalı ilə məşğul olan fermer Cavabdeh3 meyvə bağlarında gözlənilən məhsuldarlıq barədə” rəyə əsasən müəyyən edilir ki, Quba rayonu Aşağı Xuc kəndində Cavabdeh3 becərdiyi 16.0 hektar gilas, 1.5 hektar alça və 1.5 hektar badam bağlarının məhsuldarlığını müəyyən etmək məqsədilə ilə baxış keçirilmiş və müəyyən edilmişdir ki, 16.0 hektar gilas bağı məhsuldar, 1.5 hektar alça bağı və 1.5 hektar badam bağı isə cavan bağlarıdır. Qeyd olunmuş bağlarda aqrotexniki tədbirlərdən budaqma və formavermə, suvarma, gübrələmə, xəstəlik və zərərvericilərə qarşı mübarizə, cərgə arasının, gövdə ətrafının yumşaldılması və sair aqrotexniki tədbirlər vaxtında və keyfiyyətlə həyata keçirilmişdir. Bunlara baxmayaraq məhsulvermə qabiliyyətinə malik olan 7 illik Ellare, Lambert, Zira və sair sortlardan ibarət olan gilas bağında məhsuldarlıq çox aşağı olmuşdur. Belə ki, bağda mövcud olan gilas sortlarının bioloji xüsusiyyətlərinə və yaş həddinə uyğun olan məhsuldarlığın yalnız 5%-nin ağaclar üzərində göründüyü müəyyən olundu. Bu da öz növbəsində həmin 16.0 hektar gilas bağından yığım dövründə təxminən 10-12 ton gilas məhsulunun toplanacağının gözlənilməsi deməkdir. Digər 1.5 hektar badam və 1.5 hektar alça bağları 3 illik olduğunu nəzərə almaqla (cavan) hələlik məhsulvermə qabiliyyətinə malik deyildir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən ipoteka qoyan Cavabdeh3 xx.xx.2021-ci il tarixli, xx-xx/2232 saylı ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildiriş (xəbərdarlıq məktubu) ünvanlanaraq Quba rayonu Aşağı Xuc kəndində yerləşən 1,8964 ha torpaq sahəsi; Quba rayonu Aşağı Xuc kəndində yerləşən 4,8936 ha torpaq sahəsi; Quba rayonu Aşağı Xuc kəndində yerləşən 2,9531 ha torpaq sahəsi; Quba rayonu Aşağı Xuc kəndində yerləşən 8,004759 ha torpaq sahəsi; Quba rayonu Aşağı Xuc kəndində yerləşən 1,0044 ha torpaq sahəsi; Quba rayonu Aşağı Xuc kəndində yerləşən 2,533266 ha torpaq sahəsi və ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ipoteka ilə yüklü edildiyi və bildirilmiş və borc alan tərəfindən xx.xx.2017-ci il tarixli, NM/SKMF-003 saylı baş kredit müqaviləsi və xx.xx.2018-ci il tarixli, NM/SKMF004 saylı kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilmədiyi təqdirdə qanunamüvafiq tədbirlər görüləcəyi barədə barədə xəbərdarlıq edilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh3 bildirişlər (pretenziya) ünvanlanaraq yaranmış borcun 3 iş günü müddətində ödənilməsi tələb edilmiş, əks təqdirdə qanunamüvafiq tədbirlərin görüləcəyi bildirilmişdir. "xxxx" MMC-nin 17 iyun 2022-ci il tarixli, LP-092/2022 saylı mütəxəssis rəyinə əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin hazırkı bazar dəyəri 1.067.000 manat, likvid qiyməti isə 961.000 manat dəyərində müəyyən edilmişdir. "xxxx" MMC-nin 17 iyun 2022-ci il tarixli, LP-093/2022 saylı mütəxəssis rəyinə əsasən Quba rayonu Aşağı Xuc kəndində yerləşən 1,8964 ha torpaq sahəsinin hazırkı bazar dəyəri 88.000 manat, likvid qiyməti isə 79.000 manat dəyərində müəyyən edilmişdir. "xxxx" MMC-nin 17 iyun 2022-ci il tarixli, LP-094/2022 saylı mütəxəssis rəyinə əsasən Quba rayonu Aşağı Xuc kəndində yerləşən 4,8936 ha torpaq sahəsinin hazırkı bazar dəyəri 189.000 manat, likvid qiyməti isə 172.000 manat dəyərində müəyyən edilmişdir. "xxxx" MMC-nin 17 iyun 2022-ci il tarixli, LP-095/2022 saylı mütəxəssis rəyinə əsasən Quba rayonu Aşağı Xuc kəndində yerləşən 2,9531 ha torpaq sahəsinin hazırkı bazar dəyəri 108.000 manat, likvid qiyməti isə 98.000 manat dəyərində müəyyən edilmişdir. "xxxx" MMC-nin 17 iyun 2022-ci il tarixli, LP-096/2022 saylı mütəxəssis rəyinə əsasən Quba rayonu Aşağı Xuc kəndində yerləşən 8,004759 ha torpaq sahəsinin hazırkı bazar dəyəri 284.000 manat, likvid qiyməti isə 258.000 manat dəyərində müəyyən edilmişdir. "xxxx" MMC-nin 17 iyun 2022-ci il tarixli, LP-097/2022 saylı mütəxəssis rəyinə əsasən Quba rayonu Aşağı Xuc kəndində yerləşən 2,533266 ha torpaq sahəsinin hazırkı bazar dəyəri 90.200 manat, likvid qiyməti isə 81.000 manat dəyərində müəyyən edilmişdir. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 15 noyabr 2022-ci il tarixli 9/6501 saylı ekspert rəyi ilə müəyyən edilir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh3 banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, xx.xx.2017-ci il tarixli, NM/SKMF-003 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla, Cavabdeh3 iddiaçı xx.xx.2022-ci il tarixə (sualda göstərilən tarix) banka olan əsas borcu 559.998,11 manat və faiz borcu 56.201,64 manat və rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh3 banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, xx.xx.2018-ci il tarixli, NM/SKMF-004 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla, Cavabdeh3 xx.xx.2022-ci il tarixə (sualda göstərilən tarix) banka olan əsas borcu 99.962,32 manat və faiz borcu 7.710,88 manat təşkil edir. Eskpertiza tədqiqatının dəyəri 200 manat təşkil edir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən təqdim edilmiş sonuncu kreditin tarixinə əsasən müəyyən edilir ki, Cavabdeh3 xx.xx.2019-cu il tarixə xx.xx.2017-ci il tarixli, NM/SKMF-003 saylı baş kredit müqaviləsi üzrə banka olan əsas borcu 559.997,62 manat təşkil etmişdir. xx.xx.2022-ci il tarixdə 2.000 manat və xx.xx.2022-ci il tarixində 2.000 manat olmaqla cəmi 4.000 manat ödəniş edilmiş və hazırda qalıq əsas borc 555.997,62 manat təşkil edir. RB-02/PK-255 nömrəli, 25 yanvar 2023-cü il tarixli sonuncu maliyyə arayışına əsasən Cavabdeh3 xx.xx.2017-ci il tarixli, NM/SKMF-003 saylı baş kredit müqaviləsi üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2023-cü il tarixə əsas borc üzrə 555.997,62 manat, faiz borcu 82.205,83 manat, cərimə borcu 112.000 manat olmaqla cəmi borcu 750.203,45 manat təşkil edir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən təqdim edilmiş sonuncu kreditin tarixinə əsasən müəyyən edilir ki, Cavabdeh3 xx.xx.2018-ci il tarixə xx.xx.2018-ci il tarixli, NM/SKMF-004 saylı baş kredit müqaviləsi üzrə banka olan əsas borcu 99.999,15 manat təşkil etmişdir. xx.xx.2022-ci il tarixdə 1.000 manat və xx.xx.2022-ci il tarixində 1.000 manat olmaqla cəmi 2.000 manat ödəniş edilmiş və hazırda qalıq əsas borc 97.999,15 manat təşkil edir. RB-02/PK-256 nömrəli, 25 yanvar 2023-cü il tarixli sonuncu maliyyə arayışına əsasən Cavabdeh3 xx.xx.2018-ci il tarixli, NM/SKMF-004 saylı baş kredit müqaviləsi üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2023-cü il tarixə əsas borc üzrə 97.999,15 manat, faiz borcu 14.729,27 manat, cərimə borcu 20.000 manat olmaqla cəmi borcu 132.728,42 manat təşkil edir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, ilkin iddia təmin edilməli və qarşılıqlı iddia tələbi isə rədd edilməlidir. Belə ki, ilkin iddia tələbi ilə bağlı məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ilkin İddiaçı ASC ilə ilkin Cavabdeh3 arasında xx.xx.2017-ci il tarixli, NM/SKMF-003 saylı və xx.xx.2018-ci il tarixli, NM/SKMF-004 saylı kredit müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı ASC ilkin Cavabdeh3 xx.xx.2017-ci il tarixli, NM/SKMF-003 saylı müqaviləyə əsasən illik 6% dərəcəsi ilə 84 ay müddətinə 560.000 manat məbləğində və xx.xx.2018-ci il tarixli, NM/SKMF- 004 saylı müqaviləyə əsasən illik 6% dərəcəsi ilə 60 ay müddətinə 100.000 manat məbləğində kredit verməklə, göstərilən müqavilələr ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmiş, lakin ilkin Cavabdeh3 kredit müqavilələri üzrə əsas kredit borcunu və faizləri ödəmək öhdəliyini lazımi qaydada icra etməmiş, nəticədə onun banka borcu yaranmışdır. İddianın kredit müqavilələri üzrə əsas və faiz borcunun tutulması hissəsinə gəldikdə məhkəmə ilk növbədə qeyd edir ki, ilkin Cavabdeh3 mübahisəli kredit müqavilələri üzrə əsas və faiz borcunun məbləği işin mübahisəli halını təşkil etdiyindən həmin halın müəyyən edilməsi üçün iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspert rəyi ilə Cavabdeh3 xx.xx.2022-ci il tarixə İddiaçı ASC-yə xx.xx.2017-ci il tarixli, NM/SKMF-003 saylı kredit müqaviləsi üzrə əsas borcunun 559.998,11 manat və faiz borcunun 56.201,64 manat və xx.xx.2018-ci il tarixli, NM/SKMF-004 saylı kredit müqaviləsi üzrə əsas borcunun 99.962,32 manat və faiz borcunun 7.710,88 manat təşkil etməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 206.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə, yaxud əlavə və ya təkrar ekspertiza təyini haqqında qərardadda əsaslandırılmalıdır. Həmin Məcəllənin 103.1-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə qeyd edir ki, hazırkı halda məhkəmənin ekspert rəyi ilə razılaşmaması üçün əsaslar mövcud deyil, odur ki, həmin rəy iş üzrə sübut qismində qəbul edilməlidir. Digər tərəfdən kredit müqavilələri üzrə tutulacaq əsas borc məbləğinə münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ekspert rəyində cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixə banka olan ödənişlər nəzərə almaqla xx.xx.2017-ci il tarixli, NM/SKMF-003 saylı kredit müqaviləsi üzrə əsas borc məbləğinin 559.998,11 manat və xx.xx.2018-ci il tarixli, NM/SKMF-004 saylı kredit müqaviləsi üzrə əsas borc məbləğinin 99.962,32 manat təşkil etdiyini müəyyən edildiyi halda, bank tərəfindən iddia tələbinin həcminin artırılması barədə sonuncu ərizəyə əsasən xx.xx.2017-ci il tarixli, NM/SKMF-003 saylı baş kredit müqaviləsi üzrə 555.997,62 manat və xx.xx.2018-ci il tarixə xx.xx.2018-ci il tarixli, NM/SKMF-004 saylı baş kredit müqaviləsi üzrə 97.999,15 manat əsas borcunun tutulması tələb edilir. Odur ki, məhkəmə işə iddia tələbləri həddində baxaraq hesab edir ki, kredit müqavilələri üzrə əsas borcun tutulması hissəsində iddia təmin edilməli, xx.xx.2017-ci il tarixli, NM/SKMF-003 saylı kredit müqaviləsi üzrə 555.997,62 manat və xx.xx.2018-ci il tarixli, NM/SKMF-004 saylı kredit müqaviləsi üzrə 97.999,15 manat məbləğində əsas borc ilkin cavabdehdən bankın xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Müqavilələr üzrə faiz borcuna münasibətdə məhkəmə qeyd edir ki, ekspert rəyində xx.xx.2022-ci il tarixədək olan müddət üçün faiz borcları hesablandığı halda iddiaçı iddia tələbinin həcminin dəyişdirilməsi barədə sonuncu ərizəsində ilkin cavabdehdən xx.xx.2023-cü il tarixə olan xx.xx.2017-ci il tarixli, NM/SKMF-003 saylı baş kredit müqaviləsi üzrə 82.205,83 manat və xx.xx.2018-ci il tarixli, NM/SKMF-004 saylı kredit müqaviləsi üzrə 14.729,27 manat faiz borcunun tutulmasını tələb edir. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2017-ci il tarixli, NM/SKMF-003 saylı müqavilə üzrə ekspert rəyinə əsasən xx.xx.2022-ci ilədək olan dövr üçün hesablanmış 56.201,64 manat faiz borcu nəzərə alınmaqla, xx.xx.2023-cü ilədək olan dövr üçün 559.998,11 manat əsas borca hesablanmalı olan faiz borcu 69.917,76 manat (56.201,64+13.716,12 (xx.xx.2022-xx.xx.2023-cü il cəmi 149 gün)) və xx.xx.2018-ci il tarixli, NM/SKMF-004 saylı müqavilə üzrə ekspert rəyinə əsasən xx.xx.2022-ci ilədək olan dövr üçün hesablanmış 7.710,88 manat məbləğində faiz borcu nəzərə alınmaqla, xx.xx.2023-cü ilədək olan dövr üçün hesablanmış faiz borcu 10.159,27 manat (7.710,88 +2.448,39 (xx.xx.2022-xx.xx.2023-cü il cəmi 149 gün)) təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 743-cü maddəsinə görə əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Belə olan halda məhkəmə ilkin Cavabdeh3 xx.xx.2017-ci il tarixli, NM/SKMF-003 saylı və xx.xx.2018-ci il tarixli, NM/SKMF-004 saylı kredit müqavilələri üzrə İddiaçı ASC qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etmədiyini, nəticədə ilkin cavabdehin iddiaçıya əsas və faiz borcunun yarandığını, iddiaçının isə həmin öhdəliyinin icra edilməsini – kredit müqaviləsi üzrə əsas və faiz borcunun ödənilməsini - tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, İddiaçı ASC ilkin Cavabdeh3 xx.xx.2017-ci il tarixli, NM/SKMF-003 saylı kredit müqaviləsi üzrə 555.997,62 manat məbləğində əsas və 69.917,76 manat məbləğində faiz borcunun və xx.xx.2018-ci il tarixli, NM/SKMF-004 saylı kredit müqaviləsi üzrə 97.999,15 manat məbləğində əsas və 10.159,27 manat məbləğində faiz borcunun tutulmasını tələb etməkdə haqlıdır. Bununla yanaşı İddiaçı ASC xx.xx.2017-ci il tarixli, NM/SKMF-003 saylı kredit müqaviləsi üzrə kredit borcuna görə 112.000 manat və xx.xx.2018-ci il tarixli, NM/SKMF- 004 saylı kredit müqaviləsi üzrə isə kredit borcuna görə 20.000 manat məbləğində dəbbə pulunun ilkin Cavabdeh3 tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, ilkin Cavabdeh3 kredit müqavilələri ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, tərəflər arasında bağlanmış müqavilələrdə isə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan ilkin iddiaçı ilkin cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə də haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, ilkin cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq ilkin Cavabdeh3 tutulacaq dəbbə pulu xx.xx.2017-ci il tarixli, NM/SKMF-003 saylı kredit müqaviləsi üzrə 25.000 manat və xx.xx.2018-ci il tarixli, NM/SKMF-004 saylı kredit müqaviləsi üzrə 4.500 manat məbləğində müəyyən edilməlidir. Bununla yanaşı iş materiallardan görünür ki, İddiaçı ASC borc üzrə tutmanın ipoteka predmetlərinə yönəldilməsi tələbini də irəli sürmüşdür. Həmin tələblə bağlı məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, İddiaçı ASC (ipoteka saxlayan) və Cavabdeh3 (ipoteka qoyan-borc alan) arasında bağlanmış 05 may 2017-ci il tarixli ipoteka müqaviləsinə əsasən İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, NM/SKMF-003 saylı kredit müqaviləsi üzrə borc alanın öhdəliklərinin təminatı olaraq Cavabdeh3 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Eyni tərəflər arasında bağlanmış 20 fevral 2018-ci il tarixli sonrakı ipoteka müqaviləsinə əsasən ilkin İddiaçı ASC ilə ilkin Cavabdeh3 arasında bağlanmış xx.xx.2017ci il tarixli, NM/SKMF-003 saylı və xx.xx.2018-ci il tarixli, NM/SKMF-004 saylı kredit müqaviləsi üzrə kredit müqaviləsi üzrə borc alanın öhdəliklərinin təminatı olaraq Cavabdeh3 mülkiyyətində olan Quba rayonu Aşağı Xuc kəndində yerləşən 1,8964 ha torpaq sahəsi, Quba rayonu Aşağı Xuc kəndində yerləşən 4,8936 ha torpaq sahəsi, Quba rayonu Aşağı Xuc kəndində yerləşən 2,9531 ha torpaq sahəsi, Quba rayonu Aşağı Xuc kəndində yerləşən 8,004759 ha torpaq sahəsi, Quba rayonu Aşağı Xuc kəndində yerləşən 1,0044 ha torpaq sahəsi, Quba rayonu Aşağı Xuc kəndində yerləşən 2,533266 ha torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. Mülki Məcəllənin 269-cu və 270.1-ci maddələrinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur. Girov və ipoteka əlavə (aksessor) əşya hüququ olmaqla yanaşı, həm də borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Öhdəliyin icrasının təmin edilmə üsulu kimi ipoteka əsas öhdəliyin icrasına zəmanət verməklə, əmlakdan məhrum olma təhlükəsi altında borclunu lazımı icraya stimullaşdırmaq məqsədi daşıyır. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir. “İpoteka haqqında” Qanunun: 1.0.6-cı, 3.1-ci, 10.4-cü, 11.1-ci, 11.2-ci maddələrinə əsasən ipoteka ilə borc, alqısatqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır və dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir və ipoteka hüququ həmin andan əmələ gəlir. Daşınar əşyanın ipotekası haqqında müqavilə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. İpoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. Həmin Qanunun 34.1-ci maddəsinin mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş redaksiyasına görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. Həmin Qanunun 47.5-ci maddəsinə görə ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. İşin yuxarıda göstərilən halları ilə təsdiq edilir ki, ilkin Cavabdeh3 kredit müqavilələrinə əsasən üzərinə götürdüyü öhdəliyini vaxtında icra etmədiyi üçün “İpoteka haqqında” qanunun 34.1.1-ci bəndinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranmışdır. Belə olan halda məhkəmə hesab edir ki, ipotekaya tutma yönəldilməsi tələbinə dair hissədə iddia təmin edilməli, hər iki kredit müqaviləsindən irəli gələn tələb üzrə tutma ilkin Cavabdeh3 mülkiyyətində olan Quba rayonu Aşağı Xuc kəndində yerləşən 1,8964 ha torpaq sahəsinə, Quba rayonu Aşağı Xuc kəndində yerləşən 4,8936 ha torpaq sahəsinə, Quba rayonu Aşağı Xuc kəndində yerləşən 2,9531 ha torpaq sahəsinə, Quba rayonu Aşağı Xuc kəndində yerləşən 8,004759 ha torpaq sahəsinə, Quba rayonu Aşağı Xuc kəndində yerləşən 2,533266 ha torpaq sahəsinə, xx.xx.2017-ci il tarixli, NM/SKMF-003 saylı kredit müqaviləsindən irəli gələn tələb üzrə tutma isə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə yönəldilməli, həmin əmlaklar açıq hərracda satılmalı, əmlakın satışından əldə olunmuş vəsait hesabına İddiaçı ASC-nin borc tələbi ödənilməli, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğ ilkin Cavabdeh3 qaytarılmalı satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğ ilkin Cavabdeh3 tutulmalıdır. Bununla yanaşı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3-ci maddəsinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin qanunun 1.0.9-ci maddəsinə görə ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 20 iyul 2020-ci il tarixli qərardadından görünür ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. İşə məhkəmədə baxılarkən məhkəmə tərəfindən ipoteka predmetinin bazar dəyərinin və likvid qiymətinin müəyyən edilməsi ilə bağlı qiymətləndirmə şirkətinin rəyi alınmışdır. Məhkəmə qiymətləndiricinin müəyyən etdiyi ipoteka predmetinin real bazar dəyər və likvid qiymətini, eləcə də yuxarıda göstərilən qanunvericilik normalarını nəzərə alaraq belə qənaətə gəlir ki, Quba rayonu Aşağı Xuc kəndində yerləşən 1,8964 ha torpaq sahəsinin ilkin satış qiyməti 79.000 manat, Quba rayonu Aşağı Xuc kəndində yerləşən 4,8936 ha torpaq sahəsinin ilkin satış qiyməti 172.000 manat, Quba rayonu Aşağı Xuc kəndində yerləşən 2,9531 ha torpaq sahəsinin ilkin satış qiyməti 98.000 manat, Quba rayonu Aşağı Xuc kəndində yerləşən 8,004759 ha torpaq sahəsinin ilkin satış qiyməti 258.000 manat, Quba rayonu Aşağı Xuc kəndində yerləşən 2,533266 ha torpaq sahəsinin ilkin satış qiyməti 81.000 manat və ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti 961.000 manat məbləğində müəyyən edilməlidir. İddianın ipoteka predmeti olan ünvan 1 ünvanmda yerləşən fərdi yaşayış evinin satıldıqdan sonra 1 ay ərzində ilkin cavabdehlərin və digər ailə üzvlərinin evindən çıxarılma, əmlakın boşaldılması və istifadə hüquqlarınını itirilmiş hesab olunması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, həmin hissədə iddia tələbi qismən əsaslıdır. Belə ki, “İpoteka haqqında” AR Qanununun mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 59.4-cü maddəsinə görə bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Həmin qanunun 59.3.-cü maddəsinə görə isə poteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. İş materiallarından isə görünür ki, ipoteka müqaviləsi bağlanarkən ilkin cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 notarial qaydada təsdiq edilmiş ərizə verərək ipotekaya qoyulmuş evə tutma yönəldildikdə və o satıldıqda həmin evi şərtsiz tərk etməyi öhdəsinə götürmüşlər. Həmin normanın məzmunundan da göründüyü kimi ipoteka predmeti olan fərdi yaşayış evi satıldıqdan sonra ipoteka qoyan Cavabdeh3 və onun ailə üzvləri olan digər ilkin cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 həmin mənzili 1 ay ərzində tərk etmədiyi halda həmin evdən məcburi qaydada çıxarılmalı və əmlak boşaldılmalı olduğundan həmin hissədə iddia tələbi əsaslıdır. İpoteka predmeti olan mənzildən digər şəxslərin çıxarılması məsələsinə münasibətdə isə məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbində ipoteka predmeti olan evdə yaşayan digər şəxslərin, yəni tələbin həmin hissədə yönəldiyi şəxslərin kimliyini dəqiqləşdirmədiyindən həmin hissədə iddianın təmin edilməsi mümkün deyil. Eyni zamanda ipoteka predmeti olan evə istifadə hüquqlarının itirilmiş hesab olunması hissəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, ipoteka saxlayanın əmlakı əldə edəcək şəxsin hüquqlarını müdafiə etmək üçün belə bir iddianı qaldırmağa dair subyektiv hüququ yoxdur. Odur ki, həmin hissədə iddia rədd edilməlidir. Odur ki, sözügedən hissədə iddia qismən təmin edilməli, ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan sonra ən geci 1 ay ərzində ilkin cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh1 həmin yaşayış evindən çıxarılmalı və əmlak boşaldılmalıdır. Qarşılıqlı iddiaçı Cavabdeh3 irəli sürdüyü mübahisəli müqavilələr üzrə faizlərin hesablanmasının dayandırılması və müqavilələrin müddətinin uzadılması tələbinə dair qarşılıqlı iddia tələblərinə münasibətdə məhkəmə ilk qeyd edir ki, tələb mahiyyət etibarilə tərəflər arasında bağlanmış mübahisəli müqavilələrin dəyişdirilməsi tələbidir. Müqavilələrin dəyişdirilməsi nəzərdə tutan Mülki Məcəllənin: 421.1-ci maddəsinə görə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3-cü maddəsinə görə müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Beləliklə, qanunverici müqavilənin dəyişdirilməsini üç qaydasını nəzərdə tutmuşdur:

1. Tərəflərin razılığı ilə

2. tərəflərdən birinin tələbi ilə məhkəmə qaydasında (digər tərəfin müqavilə üzrə öhdəlikləri əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda)

3. tərəf müqavilənin hissəvi icrasından birtərəfli qaydada imtinası etdikdə, Məcəllə və ya tərəflərin razılaşması ilə belə bir imtinaya yol verildiyi halda Hazırkı halda tərəflər arasında müqavilənin dəyişdirilməsi ilə bağlı razılıq əldə edilməmişdir. Eləcə də kredit müqavilələrində borc alanın müqavilənin icrasından hissəvi olaraq birtərəfli qaydada imtina etmək hüququ (hazırkı halda faizlərin ösdənilməsindən) nəzərdə tutulmamışdır, eləcə də belə bir hüququnun mövcudluğu Mülki Məcəllənin normalarından irəli gəlmir. Odur ki, hazırkı halda məhkəmə tərəfindən müqavilə şərtlərinin tərəflərdən birinin tələbi əsasında dəyişdirilməsi üçün Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsasların mövcud olub olmaması araşdırılmalıdır. Qarşılıqlı iddiaçı qarşılıqlı iddia tələblərinin əsası kimi aşağıdakı hallara istinad etmişdir:

1. Tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli, NM/SKMF-003 saylı və xx.xx.2018-ci il tarixli, NM/SKMF-004 saylı kredit müqavilələrinin şərtləri ilə tanış olmaması, müqavilənin nüsxəsinin ona verilməməsi, yəni müqavilənin vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanması.

2. Anomal hava şəraiti nəticəsində əkilmiş kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının az olması və bununla bağlı kredit ödənişlərini vaxtında ödəməkdə çətinliklərin olması. Birinci dəlillə bağlı məhkəmə əvvəla qeyd edir ki, qarşılıqlı iddiaçı müqavilələrin vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. MPM-in: 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Digər tərəfdən məhkəmə onu da qeyd edir ki, mülki qanunvericiliyin tələblərinə görə vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanması müqavilə şərtlərinin dəyişdirilməsi üçün deyil, müqavilənin etibarsız hesab edilməsi üçün əsasdır. Odur ki, istinad etdiyi hallar öz təsdiqini tapsaydı belə qarşılıqlı iddianın təmin edilməsi üçün əsas verməyəcəkdi. İkinci dəlillə bağlı isə məhkəmə qeyd edir ki, iddiaçı anomal hava şəraiti nəticəsində əkilmiş kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının az olmasını və nəticədə kredit borcunun ödənilməsi ilə bağlı öhdəliklərin lazımi qaydada icra edə bilməsini əsas göstərməklə, faktiki olaraq şəraitin əhəmiyyətli dərəcədə dəyişməsinə istinad etmişdir. Mülki Məcəllənin 422.1-ci maddəsinə görə tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. 422.2. Əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr, eyni zamanda aşağıdakı şərtlər olduqda müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər, 422.4-cü maddədə nəzərdə tutulan əsaslar olduqda isə dəyişdirilə bilər: 422.2.1. müqavilənin bağlandığı məqamda tərəflər şəraitin bu dərəcədə dəyişməyəcəyini əsas götürmüşlər; 422.2.2. şəraitin dəyişməsini doğuran elə səbəblərdir ki, əmələ gəldikdən sonra bu səbəbləri maraqlı tərəf müqavilənin xarakterinə və dövriyyənin şərtlərinə görə ondan tələb edilən qayğı və ehtiyatla aradan qaldıra bilməz; 422.2.3. müqavilənin şərtləri dəyişdirilmədən onun icra edilməsi tərəflərin müqaviləyə uyğun əmlak mənafeləri nisbətini o dərəcədə pozar və maraqlı tərəfə o qədər zərər vurardı ki, o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olardı; 422.2.4. işgüzar adətlərdən və ya müqavilənin mahiyyətindən şəraitin dəyişməsi riskini maraqlı tərəfin daşıdığı irəli gəlmir. Hazırkı halda qarşılıqlı iddiaçının istinad etdiyi hal hava şəraitinin əlverişsiz olması (və hətta anomal quru, isti, soyuq hava şəraitinin və s.) və nəticədə məhsuldarlığın aşağı olması kredit müqaviləsi bağlanarkən kənd təsərrüfatı ilə məşğul olan sahibkar olan qarşılıqlı iddiaçı tərəfindən nəzərə alınmalı adi risklərə daxil olmaqla həmin halın müqavilənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olan biləcək şəraitin əhəmiyyətli dəyişməsi kimi qiymətləndirilməsi üçün əsas yoxdur. Digər tərəfdən həmin hissədə iddia tələbini əsaslandırmaq üçün yalnız 2021-ci ilin aprel-may aylarında hava şəraitinin kənd təsərrüfatı üçün əlverişsiz olması barədə arayış təqdim etmişdir ki, göstərilən hal yalnız növbəti il ərzində qarşılıqlı iddiaçının iradəsindən asılı olmayan səbəblərdən yaranmış, öhdəliyin icrasına maneə törədən halların mövcud olmasına dəlalət edir. Halbuki mübahisəli kredit müqavilələri xx.xx.2017 və xx.xx.2018-ci il tarixlərində müvafiq olaraq 7 və 5 il müddətlərinə bağlanmışdır. Odur ki, mübahisəli kredit müqavilələrinin uzunmüddətliliyi nəzərə alınarsa bir məhsul ilində hava şəraitinin əlverişsiz olması ilə əlaqədar məhsuldarlığın azalması qarşılıqlı iddiaçının müqavilələri bağlayarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmasına səbəb ola biləcək hal da deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, ilkin cavabdeh, qarşılıqlı iddiaçı Cavabdeh3 onunla bağlanmış xx.xx.2017-ci il tarixli, NM/SKMF-003 saylı və xx.xx.2018-ci il tarixli, NM/SKMF-004 saylı kredit müqaviləsinin müddətinin artırılması və faizlərin dayandırılması tələbinə dair qarşılıqlı iddiası rədd edilməlidir. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 400 manat məbləğində mediasiya xərcləri ilə yanaşı 600,80 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği (iddia tələbinin həcminin artırılması barədə xx.xx.2023-cü il tarixli ərizə nəzərə alınmaqla) 1.170,80 manat təşkil edir. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göründüyü kimi hazırkı iş üzrə dövlət rüsumunun məbləği mediasiya xərclərindən artıq olduğundan iddiaçı ödənilmiş mediasiya xərcləri həddində dövlət rüsumunu ödəməkdən azad edilmişdir. Digər tərəfdən MPM-in: 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunu da ehtiva etdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinə görə 300 manat məbləğində pul vəsaiti, dövlət rüsumunun əvəzi olaraq 500 manat və işə baxılması ilə əlaqədar olan digər məsrəflərin əvəzi olaraq 170 manat məbləğində pul vəsaiti tutularaq cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə hazırkı qətnamə ilə iddia tələbinin qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, məhkəmə mühasibatlıq ekspertizasının rəyinin verilməsinə görə ödənilməli olan 200 manat pul vəsaitinin 140 manat hissəsi ilkin cavabdehlərdən, 60 manat hissəsi isə ilkin iddiaçıdan tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X3, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilməlidir. Dövlət rüsumunun kəsiri olaraq 170 manat məbləğində pul vəsaiti ilkin cavabdehlərdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

Nəticə hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İlkin iddia qismən təmin edilsin. İlkin Cavabdeh3 xx.xx.2017-ci il tarixli, NM/SKMF-003 saylı kredit müqaviləsi üzrə 555.997,62 manat məbləğində əsas borc, 69.917,76 manat faiz borcu, 25.000 (iyirmi beş min) manat məbləğində dəbbə pulu, cəmi 650.915,38 manat məbləğində pul vəsaiti, xx.xx.2018-ci il tarixli, NM/SKMF-004 saylı kredit müqaviləsi üzrə manat məbləğində 97.999,15 əsas borc, 10.159,27 manat faiz borcu, 4500 (dörd min beş yüz) manat məbləğində dəbbə pulu, cəmi 102499,15 manat məbləğində pul vəsaiti, ümumilikdə 753.414,53 manat məbləğində pul vəsaiti, dövlət rüsumunun əvəzi olaraq 500 manat, mediasiya xərclərinin əvəzi olaraq 300 manat məbləğində pul vəsaiti və işə baxılması ilə əlaqədar olan məsrəflərin əvəzi olaraq 170 manat məbləğində pul vəsaiti tutularaq ilkin İddiaçı ASC -yə ödənilsin. Tələb üzrə tutma ilkin Cavabdeh3 mülkiyyətində olan Quba rayonu Aşağı Xuc kəndində yerləşən 1,8964 ha torpaq sahəsinə yönəldilsin, həmin əmlak açıq hərracda satılsın, əmlakın ilkin satış qiyməti 79.000 manat məbləğində müəyyən edilsin. Əmlakın satışından əldə olunmuş vəsait hesabına İddiaçı ASC-nin tələbi ödənilsin. Satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğ ilkin Cavabdeh3 qaytarılsın. Tələb üzrə tutma ilkin Cavabdeh3 mülkiyyətində olan Quba rayonu Aşağı Xuc kəndində yerləşən 4,8936 ha torpaq sahəsinə yönəldilsin, həmin əmlak açıq hərracda satılsın, əmlakın ilkin satış qiyməti 172.000 manat məbləğində müəyyən edilsin. Əmlakın satışından əldə olunmuş vəsait hesabına İddiaçı ASC-nin tələbi ödənilsin. Satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğ ilkin Cavabdeh3 qaytarılsın. Tələb üzrə tutma ilkin Cavabdeh3 mülkiyyətində olan Quba rayonu Aşağı Xuc kəndində yerləşən 2,9531 ha torpaq sahəsinə yönəldilsin, həmin əmlak açıq hərracda satılsın, əmlakın ilkin satış qiyməti 98.000 manat məbləğində müəyyən edilsin. Əmlakın satışından əldə olunmuş vəsait hesabına İddiaçı ASC-nin tələbi ödənilsin. Satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğ ilkin Cavabdeh3 qaytarılsın. Tələb üzrə tutma ilkin Cavabdeh3 mülkiyyətində olan Quba rayonu Aşağı Xuc kəndində yerləşən 8,004759 ha torpaq sahəsinə yönəldilsin, həmin əmlak açıq hərracda satılsın, əmlakın ilkin satış qiyməti 258.000 manat məbləğində müəyyən edilsin. Əmlakın satışından əldə olunmuş vəsait hesabına İddiaçı ASC-nin tələbi ödənilsin. Satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğ ilkin Cavabdeh3 qaytarılsın. Tələb üzrə tutma ilkin Cavabdeh3 mülkiyyətində olan Quba rayonu Aşağı Xuc kəndində yerləşən 2,533266 ha torpaq sahəsinə yönəldilsin, həmin əmlak açıq hərracda satılsın, əmlakın ilkin satış qiyməti 81.000 manat məbləğində müəyyən edilsin. Əmlakın satışından əldə olunmuş vəsait hesabına İddiaçı ASC-nin tələbi ödənilsin. Satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğ ilkin Cavabdeh3 qaytarılsın. xx.xx.2017-ci il tarixli, NM/SKMF-003 saylı kredit müqaviləsindən irəli gələn tələb üzrə tutma ilkin Cavabdeh3 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə yönəldilsin, həmin əmlak açıq hərracda satılsın, əmlakın ilkin satış qiyməti 961.000 manat məbləğində müəyyən edilsin. Əmlakın satışından əldə olunmuş vəsait hesabına xx.xx.2017-ci il tarixli, NM/SKMF-003 saylı kredit müqaviləsi üzrə 555.997,62 manat məbləğində əsas borc, 69.917,76 manat faiz borcu, 25.000 (iyirmi beş min) manat məbləğində dəbbə pulu, cəmi 650.915,38 manat məbləğində pul İddiaçı ASC-yə ödənilsin. Satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğ ilkin Cavabdeh3 qaytarılsın. Satışlardan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğ ilkin Cavabdeh3 tutulsun. İpoteka predmeti olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan sonra ən geci 1 ay ərzində ilkin cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh1 həmin yaşayış evindən çıxarılsın, əmlak boşaldılsın. Qalan hissədə ilkin iddia rədd edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 manat pul vəsaitinin 140 manat hissəsi ilkin cavabdehlərdən, 60 manat hissəsi isə ilkin iddiaçıdan tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X3, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilsin. Dövlət rüsumunun kəsiri olaraq 170 manat məbləğində pul vəsaiti ilkin cavabdehlərdən tutularaq dövlət büdcəsinə ödənilsin. Qarşılıqlı iddiaçı Cavabdeh3 qarşılıqlı cavabdeh İddiaçı ASC-yə qarşı kredit müqaviləsinin müddətinin uzaldılması və faizlərin hesablanmasının dayandırılmasına dair qarşılıqlı iddiası rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar