Məhkəmə qərarları › İş №e-2-2(113)-5008/2022

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-5008/2022

04.11.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-5008/2022 04.11.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı İstehsalat Kommersiya MMC-nin Cavabdeh İB-yə qarşı sayğac üzrə göstəricinin yenidən hesablanması və artıq hesablanmış məbləğin silinməsi tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İstehsalat Kommersiya MMC Cavabdeh İB-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sayğac üzrə göstəricinin yenidən hesablanması və artıq hesablanmış 113.214,65 manat məbləğin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 01 mart 2017-ci il tarixdə Cəmiyyətlə Cavabdeh arasında 659-03—17 saylı “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən isehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanmışdır. Müqavilə üzrə öhdəliklərlərini vaxtında və lazımi qaydada yerinə yetirilməsinə baxmayaraq, 13 aprel 2022-ci ildə təqdim olunan hesab fakturada 113.214,65 manat borcun mövcud olduğu göstərilmişdir. Göstərilən borc əsassız olmaqla, müəssisənin qazdan istifadə göstəricilərinə uyğun deyildir. Belə ki, müəssisədə təbii qazdan sadəcə suyun isidilməsi üçün istifadə edilir və qaz təchizatı hər hansı digər istilik sisteminə sərf olunmur. Buna baxmayaraq qazdan istifadəyə görə aylar üzrə təqdim edilən hesablar arasında kəskin fərq müşahidə olunur. Bu fərqin qaz sayğacında yaranan nasazlıq səbəbindən olmasını hesab edirlər. Ona görə də qaz sayğacının növbədənkənar yoxlamadan keçirilməsi vacib əhəmiyyət daşıyır. Odur ki, qaz sayğacının növbədənkənar yoxlanılmadan keçirilməsini və 13 aprel 2022-ci il tarixdə təqdim olunan hesab –fakturada göstərilən qanunsuz hesablanmış 113.214,65 manat məbləğində borcun silinməsini tələb edirlər. EK220 ******* markalı G100 80107802 nömrəli qaz sayğacının növbədənkənar dövlət yoxlanılmasından keçirilməsinin təmin edilməsini xahiş etmişdilər. Lakin qarşı tərəf bundan imtina etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 izahatında iddiaya etiraz etdiklərini, borcun bir hissəsinin silindiyini, lakin iddiaçının indiyədək borcu olduğunu, borcun akt əsasında deyil, sayğac göstəriciləri əsasında hesablandığını bildirmişdir. Eyni zamanda cavabdehin nümayəndəsi məhkəmə iclasında işə mahiyyəti üzrə baxılmasını xahiş etdi. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185-ci maddəsinə əsasən cavabdeh işə mahiyyəti üzrə baxılmasını tələb etdiyindən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, sayğac üzrə göstəricinin yenidən hesablanması və artıq hesablanmış 113.214,65 məbləğin silinməsi tələbinə dair iddianın 61.556,59 manat məbləğində borcun silinməsi tələbinə dair hissəsində kommersiya mübahisəsi üzrə icraata xitam verilməlidir. Belə ki, hazırkı iş üzrə iddia ərizəsindən göründüyü kimi iddia tələbi sayğac üzrə göstəricinin yenidən hesablanması və artıq hesablanmış 113.214,65 manat məbləğin silinməsindən ibarətdir. Digər tərəfdən abonent kodu **********00001 olan (İddiaçı İstehsalat Kommersiya MMC-nin) abonentin saldosu ilə müəyyən edilir ki, İddiaçı İstehsalat Kommersiya MMC 2010-cu ilin iyun ayından başlayaraq 2022-ci ilin avqust ayına kimi qazdan istifadə etmiş, MMC-nin qazdan istifadəyə görə 2019-cu ilin noyabr ayının sonuna- dekabr ayının əvvəlinə borcu 61.556,59 manat olmuş, 2019-cu ilin dekabr ayından başlayaraq borc artaraq 2022-ci ilin aprel ayının əvvəlinə 113.214,65 manat təşkil etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qanuni qüvvədə olan e-2-2(82)- 1078/2019 nömrəli xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçınə qarşı (istifadə olunmuş təbii qaza görə yaranmış 61.556,59 manat) borcun tutulması tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdeh İddiaçındən 57.993,39 manat məbləğində təbii qazdan istifadəyə görə yaranmış borc tutularaq iddiaçı Cavabdehnə ödənilməsi, İddiaçı cavabdeh Azəriqaz” İstehsalat Birliyinə qarşı borcun silinməsi tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh tərəfindən İddiaçınə 2019-cu ilin may ayı üçün hesablanmış 3.563,20 manat hissəsinin silinməsi qət edilmişdir. Cavabdeh İB-nin xx.xx.2022-ci il tarixli SOCAR**********30490075X00788 nömrəli qətnamənin icra vəziyyəti haqqında məktubuna əsasən müəyyən edilir ki, e-2-2(82)- 1078/2019 nömrəli xx.xx.2019-cu il tarixli qətnamənin icrası olaraq (57.993,39 manat məbləğində borcun tutulması) İddiaçı tərəfindən bugünədək hər-hansı ödəniş edilməmiş, həmçinin İddiaçınə 2019-cu ilin may ayı üçün hesablanmış borcun 3.563,20 manat hissəsinin silinməsi icra edilməmişdir. Göründüyü kimi iddiaçı Nur” İstehsalat Kommersiya MMC-nin silinməsini tələb etdiyi 113.214,65 manat borc məbləği abonent kodu **********00001 olan MMC-nin 2022-ci ilin avqust ayına olan qazdan istifadəyə görə borcudur. Həmçinin müəyyən edilir ki, həmin borcun 61.556,59 manat hissəsi 2019-cu ilin noyabr ayınadək olan dövrdə yaranmışdır ki, həmin dövrə qədər yaranmış borcun (61.556,59 manat) əsaslı olub-olmaması məsələsinə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə hüquqi qiymət verilmiş, həmin məbləğin Cavabdeh tərəfindən İddiaçı İstehsalat Kommersiya MMC-yə 2019-cu ilin may ayı üçün hesablanmış 3.563,20 manat hissəsinin silinməsi, eləcə də İddiaçı İstehsalat Kommersiya MMC-dən 57.993,39 manat məbləğində təbii qazdan istifadəyə görə yaranmış borcun İByə ödənilməsi qət edilmişdir. Sözügedən məhkəmə qətnaməsi hal-hazıradək icra edilməmiş, o cümlədən ödənilməsi qət edilmiş 57.993,39 manat məbləğində borc MMC tərəfindən ödənilməmiş və silinməsi qət edilmiş 3.563,20 manat məbləğində borc isə Cavabdeh İB tərəfindən silinməmişdir. İşin yuxarıda göstərilən hallarına əsasən müəyyən edilir ki, qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə əsaslılığına münasibət bildirilmiş 61.556,59 manat məbləğində borc da iddiaçının hazırda silinməsini tələb etdiyi 113.214,65 manat məbləğində borcun tərkibinə daxildir. Beləliklə, məhkəmə iddiaçının silinməsini tələb etdiyi 113.214,65 manat məbləğində borcun 61.556,59 manat hissəsinin əsaslı olub-olmaması ilə bağlı qanuni qüvvədə olan məhkəmə qətnaməsinin mövcud olduğunu nəzərə alaraq hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə qanuni qüvvəyə minmiş qətnaməsi mövcud olduğundan hazırkı iddianın 61.556,59 manat məbləğində borcun silinməsi tələbinə dair hissəsində iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verə bilər. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən, məhkəmə iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı İstehsalat Kommersiya MMC-nin Cavabdeh İB-yə qarşı sayğac üzrə göstəricinin yenidən hesablanması və artıq hesablanmış 113.214,65 məbləğində borcun silinməsi tələbinə dair iddiasının 61.556,59 manat məbləğində borcun silinməsi tələbinə dair hissəsində iş üzrə icraata xitam verilsin. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar