Məhkəmə qərarları › İş №e-2-2(113)-501/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-501/2020

11.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-501/2020 11.02.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Əsədova Səma Əsəd qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 MMC və «Cavabdeh1” QSC-yə qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iqtisadi işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh2 MMC və «Cavabdeh1” QSC-yə qarşı iddia ərizəsi ilə 2-saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, İddiaçı” ASC-nin Müştəri Xidmətləri Departamenti ilə Cavabdeh2 MMC arasında bağlanmış xx xxxxxx 2009-cu il tarixli № 479/H-09 saylı kredit müqaviləsi üzrə 500.000 (beş yüz min) ABŞ dolları, İddiaçı ASC-nin Müştəri Xidmətləri Departamenti ilə Cavabdeh2 MMC arasında bağlanmış xx xxxxxx 2009-cu il tarixli № 227/H-09 saylı kredit müqaviləsi üzrə 986.800 (doqquz yüz səksən altı min səkkiz yüz) ABŞ dolları məbləğində borcun Cavabdeh2 MMC-dən bankın xeyrinə tutulması, İddiaçı ASCnin Müştəri Xidmətləri Departamenti ilə Cavabdeh1 QSC arasında bağlanmış xx xxxx 2009-cu il tarixli 152/H-09 saylı kredit müqaviləsi üzrə 271436 (iki yüz yetmiş bir min, dörd yüz otuz altı) ABŞ dolları, İddiaçı ASC-nin Müştəri Xidmətləri Departamenti ilə Cavabdeh1 QSC arasında bağlanmış xx xxxxxx 2009-cu il tarixli 480/H-09 saylı kredit müqaviləsi üzrə 587000 (beş yüz səksən yeddi min) ABŞ dolları məbləğində borcun cavabdehlərdən (borclu-Cavabdeh1 QSC, zamin, girov qoyan-Cavabdeh2 MMC) İddiaçı ASC-nin xeyrinə tutulması, xx xxxxxx 2009-cu il tarixli 227/H-09 saylı kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi Bankla Cavabdeh2 MMC (girov qoyan) arasında bağlanmış xx xxxxxx 2009-cu il tarixli 227/H-09-01 saylı girov müqaviləsinə əsasən Cavabdeh2 MMC-yə məxsus olan girov müqaviləsinin tərkib hissəsi olan cədvəldə göstərilən girov qoyulmuş avadanlqılara yönəldərək, açıq hərracda satılması və əldə edilən məbləğ hesabına İddiaçı ASC-yə ödənilməsi, xx xxxxxx 2009-cu il tarixli № 480/H-09 saylı kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi Bankla Cavabdeh2 MMC (girov qoyan) arasında bağlanmış xx xxxxxx 2009-cu il tarixli 480/H-G-09-01 saylı girov müqaviləsinə əsasən Cavabdeh2 MMC-yə məxsus olan girov müqaviləsinin tərkib hissəsi olan cədvəldə göstərilən girov qoyulmuş avadanlıqlara yönəldərək, açıq hərracda satılması və əldə edilən məbləğ hesabına İddiaçı ASC-yə ödənilməsi, girov tutma yönəldilməsi ilə bağlı bildirişin qeydiyyata alınması üçün ödənilmiş 60 manat rüsumu, iddia arizəsinin məhkəməyə təqdim edilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 QSC və Cavabdeh2 MMCdən birgə qaydada tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Müştəri Xidmətləri Departamenti ilə Cavabdeh2 MMC arasında bağlanmış xx xxxxxx 2009-cu il tarixli № 479/H-09 saylı kredit müqaviləsinə əsasən faiz dərəcəsi 22% faiz olmaqla 6 (altı ) ay müddətinə 500.000 (beş yüz min) ABŞ dolları, xx xxxxxx 2009-cu il tarixli № 227/H-09 saylı kredit müqaviləsinə əsasən faiz dərəcəsi 20% olmaqla 18 (on səkkiz) ay müddətinə 986.800 (doqquz yüz səksən altı min, səkkiz yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Müştəri Xidmətləri Departamenti ilə Cavabdeh1 QSC arasında bağlanmış xx xxxx 2009-cu il tarixli № 152/H-09 saylı kredit müqaviləsinə əsasən faiz dərəcəsi 22% faiz olmaqla 12 (on iki) ay müddətinə 625.000 (altı yüz iyirmi beş min) ABŞ dolları, xx xxxxxx 2009-cu il tarixli № 480/11-09 saylı kredit müqaviləsinə əsasən faiz dərəcəsi 22% olmaqla 6 (altı) ay müddətinə 587.000 (beş yüz səksən yeddi min) ABŞ dolları məbləğində kredit verilmişdir. xx xxxxxx 2009-cu il tarixli № 227/H-09 saylı kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi Bankla Cavabdeh2 MMC (girov qoyan) arasında bağlanmış xx xxxxxx 2009-cu il tarixli № 227/H-09-01 saylı girov müqaviləsinə əsasən Cavabdeh2 MMC-yə məxsus olan girov müqaviləsinin 1.2-ci bəndinə əsasən veriləcək kreditin və hesablanacaq faiz borclarının ödənilməsi girov qoyana məxsus və bu müqavilənin tərkib hissəsi olan cədvəldə göstərilən əsas vəsaitlərlə təmin edilir. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən girov qoyulan əmlak tərəflərin razılığı ilə 1,108.807 (bir milyon yüz səkkiz min səkkiz yüz yeddi) manat məbləğində qiymətləndirilir. Yuxarıda qeyd edilən xx xxxx 2009-cu il tarixli № 152/H-09 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 QSC-nin (borcalan) öhdəliklərinin icrasının təminatı kimi İddiaçı ASC ilə “xxxx” MMC arasında xx xxxx 2009-cu il tarixli № 152/H-09-01 saylı zaminlik müqaviləsi bağlanmışdır. Eyni zamanda xx xxxxxx 2009-cu il tarixli № 480/H-09 saylı kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi Bankla Cavabdeh2 MMC (girov qoyan) arasında bağlanmış xx xxxxxx 2009-cu il tarixli № 480/H-G-09-01 saylı girov müqaviləsinə əsasən Cavabdeh2 MMC-nə məxsus olan girov müqaviləsinin 1.2-ci bəndinə əsasən veriləcək kreditin və hesablanacaq faiz borclarının ödənilinəsi girov qoyana məxsus və bu müqavilənin tərkib hissəsi olan cədvəldə göstərilən əsas vəsaitlərlə təmin edilir. Həmin müqavilənin 1.4-cü bəndinə əsasən girov qoyulan əmlak tərəflərin razılığı ilə 1,077.680.06 (bir milyon yetmiş yeddi min altı yüz səksən manat, altı qəpik) manat məbləğində qiymətləndirilir. Cavabdehlər kredit müqavilələri üzrə öhdəliklərinə və müqavilənin şərtlərinə riayət etməmiş, ödəməli olduğu məbləği vaxtında ödəməmişdir. Belə ki, Cavabdeh2 MMC ilə İddiaçı ASC arasında bağlanmış xx xxxxxx 2009-cu il tarixli № 479/H-09 və xx xxxxxx 2009-cu il tarixli № 227/H-09 saylı kredit müqavilələrinə əsasən xx xxxxxx 2019-cu il tarixinə kimi kredit müqaviləsi üzrə əsas və faiz borcu üzrə bütün öhdəliklərini yerinə yetirməli olduğu halda öhdəliyi yerinə yetirməmişdir. Hal-hazırda xxxx MMC-nin Banka xx xxxxxx 2009-cu il tarixli № 479/H-09 saylı kredit müqaviləsinə əsasən 500.000 (beş yüz min ABŞ dolları) ABŞ dolları. xx xxxxxx 2009-cu il tarixli № 227/H-09 saylı kredit müqaviləsinə əsasən isə 986.800 (doqquz yüz səksən altı min, səkkiz yüz) ABŞ dolları əsas borcu borcu qalmışdır. Cavabdeh1 QSC ilə İddiaçı ASC arasında bağlanmış xx xxxx 2009-cu il tarixli 152/H-09 və xx xxxxxx 2009-cu il tarixli 480/H-09 saylı kredit müqavilələrinə əsasən xx xxxxxx 2019-cu il tarixinə kimi kredit müqaviləsi üzrə əsas və faiz borcu üzrə bütün öhdəliklərini yerinə yetirməli olduğu halda öhdəliyi yerinə yetirməmişdir. Hal-hazırda Cavabdeh1 QSC-nin Banka xx xxxx 2009-cu il tarixli 152/H-09 saylı kredit müqaviləsinə əsasən 271.436 (iki yüz yetmiş bir min, dörd yüz otuz altı) ABŞ dolları, xx xxxxxx 2009-cu il tarixli 480/H-09 saylı kredit müqaviləsinə əsasən isə 587.000 (beş yüz səksən yeddi min) ABŞ dolları əsas borcu qalmışdır. Bununla əlaqədar cavabdehə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə, tərəfimizdən mübahisənin məhkəmədənkənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmiş və cavabdehlərə göndərilmiş pretenziya məktubları da cavabsız qalmışdır. Odur ki, kredit borcları və kredit borclarına hesablanmış faiz borcları cavabdehlərdən tutularaq Bankın xeyrinə ödənilməlidir. Tərəflər arasında bağlanmış xx xxxxxx 2009-cu il tarixli 479/H-09 və xx xxxxxx 2009-cu il tarixli 227/H-09 saylı kredit müqaviləsinin1.4-cü bəndinə əsasən borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun həyata keçirir. Borcalan kredit və ona hesablanmış faizləri nəzərdə tutulmuş tarixdə ödəmədikdə ödəniş müddətinin pozulduğu gündən etibarən illik 33 və 30% olmaqla cərimə faizi ödəyir. 3.1.2-ci bəndə əsasən borcalanın əmlak və ya maliyyə vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üzrə təhlükə yaradarsa, Bankın borcun dərhal qaytarılmasını tələb etmək hüququ vardır. 3.1.5-ci bəndə əsasən borcalan üzərinə götürdüyü öhdəliyi yerinə yetirməzsə və ya lazımınca yerinə yetirməzsə, Bankın müqavilə ilə nəzərdə tutulan kreditin verilməsini dayandırmaq və ya verilmiş kreditin vaxtından əvvəl qaytarılmasını tələb etmək, həmçinin cərimə faizi və dəbbə pulu daxil olmaqla, kredit və faiz borcunu kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı (ipoteka) və borcalanın digər daşınar və daşınmaz əmlakları hesabına ödənilməsini tələb etmək hüquqları vardır. 3.1.6-cı bəndə əsasən kredit müqaviləsi ilə müəyyən edilmiş miqdarda hesablanmış, lakin vaxtında ödənilməmiş faizlərin məbləğində Borcalanın kredit borcunu artırmaq hüququ vardır. Tərəflər arasında bağlanmış xx xxxx 2009-cu il tarixli 152/H-09 və xx xxxxxx 2009-cu il tarixli 480/H- 09 saylı kredit müqaviləsinin 1.4-cü bəndinə əsasən borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafıkinə uyğun həyata keçirir. Borcalan kredit və ona hesablanmış faizləri nəzərdə tutulmuş tarixdə ödəmədikdə ödəniş müddətinin pozulduğu gündən etibarən illik 33 faiz olmaqla cərimə faizi ödəyir. 3.1.2-ci bəndə əsasən borcalanın əmlak və ya maliyyə vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üzrə təhlükə yaradarsa, Bankın borcun dərhal qaytarılmasını tələb etmək hüququ var. 3.1.5-ci bəndə əsasən borcalan üzərinə götürdüyü öhdəliyi yerinə yetirməzsə və ya lazımınca yerinə yetirməzsə, Bankın müqavilə ilə nəzərdə tutulan kreditin verilməsini dayandırmaq və ya verilmiş kreditin vaxtından əvvəl qaytarılmasını tələb etmək, həmçinin cərimə faizi və dəbbə pulu daxil olmaqla, kredit və faiz borcunu kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı (ipoteka) və borcalanın digər daşınar və daşınmaz əmlakları hesabına ödənilməsini tələb etmək hüquqları vardır. Tərəflər arasında bağlanmış zaminlik müqaviləsinin 2.3-cü bəndinə əsasən Borcalan zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin və borclu Bank qarşısında birgə məsuliyyət daşıyırlar. 2.4-cü bəndə əsasən borcalanın Bank qarşısında öhdəliklərini icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində banka dəyən bütün zərərlərin ödənilməsində borclu ilə bərabər eyni həcmdə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2019-cu il tarixli, 1325 nömrəli Sərəncamı ilə xx.xx.2020-ci il tarixdən İnzibati-İqtisadi Məhkəmələr ləğv edilərək, İnzibati və Kommersiya Məhkəmələri təşkil edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia ərizənin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, cavabdehlərin nümayəndələri məhkəmə iclasına gəlməmişlər və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, məhkəmə iclasında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx xxxx 2009-cu il tarixli № 152/H-09 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Müştəri Xidmətləri Departamenti ilə Cavabdeh1 QSC arasında faiz dərəcəsi 22% faiz olmaqla 12 (on iki) ay müddətinə 625.000 (altı yüz iyirmi beş min) ABŞ dolları kreditin verilməsi razılaşdırımışdır. xx xxxxxx 2009-cu il tarixli № 227/H-09 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Müştəri Xidmətləri Departamenti ilə Cavabdeh2 MMC arasında faiz dərəcəsi 20% olmaqla 18 (on səkkiz) ay müddətinə 986.800 (doqquz yüz səksən altı min səkkiz yüz) ABŞ dolları kreditin verilməsi razılaşdırımışdır. xx xxxxxx 2009-cu il tarixli № 479/H-09 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Müştəri Xidmətləri Departamenti ilə Cavabdeh2 MMC arasındafaiz dərəcəsi 22% faiz olmaqla 6 (altı) ay müddətinə 500.000 (beş yüz min) ABŞ dolları kreditin verilməsi razılaşdırılmışdır. xx xxxxxx 2009-cu il tarixli № 480/H-09 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Müştəri Xidmətləri Departamenti ilə Cavabdeh1 QSC arasında faiz dərəcəsi 22% olmaqla 6 (altı) ay müddətinə 587.000 (beş yüz səksən yeddi min) ABŞ dolları kreditin verilməsi razılaşdırılmışdır. İddiaçı ASC-nin Müştəri Xidmətləri Departamenti ilə Cavabdeh2 MMC arasında bağlanmış xx xxxxxx 2009-cu il tarixli № 227/H-09-01 saylı girov müqaviləsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 MMC arasında bağlanmış xx xxxxxx 2009-cu il tarixli № 227/H-09 saylı kredit müqaviləsi üzrə veriləcək kreditin və hesablanacaq faiz borclarının ödənilməsinin təminatı kimi girov qoyana məxsus və bu müqavilənin tərkib hissəsi olan cədvəldə göstərilən və 1,108.807 (bir milyon yüz səkkiz min səkkiz yüz yeddi) manat dəyərində qiymətləndirilən avadanlıqlar girovla yüklü edilmişdir. İddiaçı ASC və Cavabdeh2 MMC (zamin) və Cavabdeh1 QSC (borclu) arasında bağlanmış xx xxxx 2009-cu il tarixli № 152/H-09-01 saylı zamin müqaviləsindən görünür ki, bu müqaviləyə əsasən zamin ona məxsus olan bütün daşınar və daşınmaz əmlakları ilə kreditorla borclu arasında bağlanılmış xx xxxx 2009-cu il tarixli 152/H-09 saylı kredit müqaviləsi üzrə borclunun öhdəliyini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İddiaçı ASC-nin Müştəri Xidmətləri Departamenti ilə Cavabdeh2 MMC arasında bağlanmış xx xxxxxx 2009-cu il tarixli № 480/H-09-01 saylı girov müqaviləsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 QSC arasında bağlanmış xx xxxxxx 2009-cu il tarixli № 480/H-09 saylı kredit müqaviləsi üzrə veriləcək kreditin və hesablanacaq faiz borclarının ödənilməsinin təminatı kimi girov qoyana məxsus və bu müqavilənin tərkib hissəsi olan cədvəldə göstərilən və 1.077.680,06 (bir milyon yetmiş yeddi min altı yüz səksən manat altı qəpik) manat dəyərində qiymətləndirilən əsas vəsaitlər girovla yüklü edilmişdir. xx xxxxxx 2019-cu il tarixli 3820 nömrəli maliyyə arayışından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Müştəri Xidmətləri Departamenti ilə Cavabdeh2 MMC arasında xx xxxxxx 2009-cu il tarixli 227/H-09 saylı, xx xxxxxx 2009-cu il tarixli 479/H-09 saylı və Cavabdeh1 QSc arasında xx xxxx 2009-cu il tarixli 152/H- 09 saylı, xx xxxxxx 2009-cu il tarixli 480/H-09 saylı kredit müqavilələri bağlanmışdır. Qeyd olunan 227/H-09 saylı kredit müqaviləsi üzrə 986.800 ABŞ dolları, 152/H-09 saylı kredit müqaviləsi üzrə 271.436 ABŞ doları, 479/H-09 saylı kredit müqaviləsi üzrə 500.000 ABŞ dolları, və 480/H-09 saylı kredit müqaviləsi üzrə 587.000 ABŞ dolları ödənilməmiş borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, xx xxxx 2009-cu il tarixli № 152/H- 09 saylı kredit müqaviləsinə əsasən, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Müştəri Xidmətləri Departamenti ilə Cavabdeh1 QSC arasında faiz dərəcəsi 22% faiz olmaqla 12 (on iki) ay müddətinə 625.000 (altı yüz iyirmi beş min) ABŞ dolları kreditin verilməsi razılaşdırımışdır. İddiaçı ASC və Cavabdeh2 MMC (zamin) və Cavabdeh1 QSC (borclu) arasında bağlanmış xx xxxx 2009-cu il tarixli № 152/H- 09-01 saylı zamin müqaviləsinə əsasən, zamin ona məxsus olan bütün daşınar və daşınmaz əmlakları ilə kreditorla borclu arasında bağlanılmış xx xxxx 2009-cu il tarixli 152/H-09 saylı kredit müqaviləsi üzrə borclunun öhdəliyini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. xx xxxxxx 2009-cu il tarixli № 227/H-09 saylı kredit müqaviləsinə əsasən, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Müştəri Xidmətləri Departamenti ilə Cavabdeh2 MMC arasında faiz dərəcəsi 20% olmaqla 18 (on səkkiz) ay müddətinə 986.800 (doqquz yüz səksən altı min səkkiz yüz) ABŞ dolları kreditin verilməsi razılaşdırımışdır. İddiaçı ASC-nin Müştəri Xidmətləri Departamenti ilə Cavabdeh2 MMC arasında bağlanmış xx xxxxxx 2009-cu il tarixli № 227/H-09- 01 saylı girov müqaviləsinə əsasən, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 MMC arasında bağlanmış xx xxxxxx 2009-cu il tarixli № 227/H-09 saylı kredit müqaviləsi üzrə veriləcək kreditin və hesablanacaq faiz borclarının ödənilməsinin təminatı kimi girov qoyana məxsus və bu müqavilənin tərkib hissəsi olan cədvəldə göstərilən və 1,108.807 (bir milyon yüz səkkiz min səkkiz yüz yeddi) manat dəyərində qiymətləndirilən avadanlıqlar girovla yüklü edilmişdir. xx xxxxxx 2009-cu il tarixli № 479/H-09 saylı kredit müqaviləsinə əsasən, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Müştəri Xidmətləri Departamenti ilə Cavabdeh2 MMC arasındafaiz dərəcəsi 22% faiz olmaqla 6 (altı) ay müddətinə 500.000 (beş yüz min) ABŞ dolları kreditin verilməsi razılaşdırılmışdır. xx xxxxxx 2009-cu il tarixli № 480/H-09 saylı kredit müqaviləsinə əsasən, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Müştəri Xidmətləri Departamenti ilə Cavabdeh1 QSC arasında faiz dərəcəsi 22% olmaqla 6 (altı) ay müddətinə 587.000 (beş yüz səksən yeddi min) ABŞ dolları kreditin verilməsi razılaşdırılmışdır. İddiaçı ASC-nin Müştəri Xidmətləri Departamenti ilə Cavabdeh2 MMC arasında bağlanmış xx xxxxxx 2009-cu il tarixli № 480/H-09-01 saylı girov müqaviləsinə əsasən, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 QSC arasında bağlanmış xx xxxxxx 2009-cu il tarixli № 480/H-09 saylı kredit müqaviləsi üzrə veriləcək kreditin və hesablanacaq faiz borclarının ödənilməsinin təminatı kimi girov qoyana məxsus və bu müqavilənin tərkib hissəsi olan cədvəldə göstərilən və 1.077.680,06 (bir milyon yetmiş yeddi min altı yüz səksən manat altı qəpik) manat dəyərində qiymətləndirilən əsas vəsaitlər girovla yüklü edilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Cavabdeh1 QSC-nin banka xx.xx.2009-cu il tarixli 152/H-09 nömrəli müqavilə üzrə 271.436 ABŞ dolları, xx xxxxxx 2009-cu il tarixli 480/H-09 saylı müqavilə üzrə 587.000 ABŞ dolları, Cavabdeh2 MMC-nin xx.xx.2009-cu il tarixli 227/H-09 saylı müqavilə üzrə 986.800 ABŞ dolları, xx xxxxxx 2009-cu il tarixli 479/H-09 saylı müqavilə üzrə 500.000 ABŞ dolları ödənilməmiş borcu qalmışdır. Odur ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq, öhdəliyəəsasənbirşəxs (borclu) başqaşəxsin (kreditorun) xeyrinəmüəyyənhərəkətietməlidir,məsələn, pul ödəməli, əmlakverməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyənhərəkətdənçəkinməlidir, kreditorunisəborcludanözvəzifəsininicrasınıtələbetməkhüququvardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 470.2-ci maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərindən göründüyü kimi tərəflər arasında bağlanmış kredit müqavilələri, habelə həmin müqavilələr üzrə təminat müqavilələri qanunvericliyin tələblərinə uyğun olaraq bağlanılmışdır. İddiaçı kredit müqavilələri üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməsinə baxmayaraq cavabehlər həmin müqavilələr əsasən öhdəliklərini yerinə yetiməmiş və bu səbəbdən də Cavabdeh1 QSC-nin banka xx.xx.2009-cu il tarixli 152/H-09 nömrəli müqavilə üzrə 271.436 ABŞ dolları, xx xxxxxx 2009-cu il tarixli 480/H-09 saylı müqavilə üzrə 587.000 ABŞ dolları, Cavabdeh2 MMC-nin xx.xx.2009-cu il tarixli 227/H-09 saylı müqavilə üzrə 986.800 ABŞ dolları, xx xxxxxx 2009-cu il tarixli 479/H-09 saylı müqavilə üzrə 500.000 ABŞ dolları ödənilməmiş borcu yaranmışdır. xx.xx.2009-cu il tarixli 152/H-09 nömrəli müqavilə üzrə Cavabdeh2 MMC zamin qismində borclu Cavabdeh1 QSC ilə bərabər məsuliyyət daşıyır. xx xxxxxx 2009-cu il tarixli 480/H-09 saylı kredit müqaviləsinin təminatı kimi Cavabdeh2 MMC-nin 1.077.680,06 (bir milyon yetmiş yeddi min altı yüz səksən manat altı qəpik) manat dəyərində qiymətləndirilən əsas vəsaitləri girov ilə yüklü edilmişdir. xx.xx.2009-cu il tarixli 227/H-09 saylı müqavilə üzrə öhdəliklərin təminatı kimi Cavabdeh2 MMC-nin 1,108.807 (bir milyon yüz səkkiz min səkkiz yüz yeddi) manat dəyərində qiymətləndirilən avadanlıqları girov ilə yükül edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və girova tutuma yönəldilməsi ilə bağlı bildirişin qeydiyyata alınması ilə bağlı ödənilmiş pulun əvəzi olaraq 60 (altmış) manat pul cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.2009-cu il tarixli 152/H-09 nömrəli kredit müqaviləsi üzrə 271.436 (iki yüz yetmiş bir min dörd yüz otuz altı) ABŞ dolları əsas borc Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq cavabdehlər Cavabdeh1 QSC və Cavabdeh2 MMC-dən birgə qaydada tutularaq İddiaçı ASCnin xeyrinə ödənilməli, xx.xx.2009-cu il tarixli 227/H-09 saylı kredit müqaviləsi üzrə 986.800 (doqquz yüz səksən altı min səkkiz yüz) ABŞ dolları əsas borc Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq Cavabdeh2 MMC-dən tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməli, tələb xx xxxxxx 2009-cu il tarixli 227/H-09-01 saylı girov müqaviləsi üzrə girov ilə yüklü edilmiş avadanlıqlara yönəldilməli, həmin avadanlıqlar açıq hərracda satılmalı və satışdan əldə edilən məbləğin hesabına İddiaçı ASC-yə olan borc ödənilməli, xx xxxxxx 2009-cu il tarixli 479/H-09 saylı kredit müqaviləsi üzrə 500.000 ABŞ dolları əsas borc Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq Cavabdeh2 MMC-dən tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməli, xx xxxxxx 2009-cu il tarixli 480/H-09 saylı kredit müqaviləsi üzrə 587.000 (beş yüz səksən yeddi min) ABŞ dolları əsas borc Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq Cavabdeh1 QSC-dən tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməli, tələb xx xxxxxx 2009-cu il tarixli 480/H-09-01 saylı girov müqaviləsi üzrə girov ilə yüklü edilmiş əsas vəsaitlərə yönəldilməli, həmin əsas vəsaitlər açıq hərracda satılmalı və satışdan əldə edilən məbləğin hesabına İddiaçı ASC-yə olan borc ödənilməli, iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və girova tutuma yönəldilməsi ilə bağlı bildirişin qeydiyyata alınması ilə bağlı ödənilmiş pulun əvəzi olaraq 60 (altmış) manat pul cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. xx.xx.2009-cu il tarixli 152/H-09 nömrəli kredit müqaviləsi üzrə 271.436 (iki yüz yetmiş bir min dörd yüz otuz altı) ABŞ dolları əsas borc Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq cavabdehlər Cavabdeh1 QSC və Cavabdeh2 MMC-dən birgə qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. xx.xx.2009-cu il tarixli 227/H-09 saylı kredit müqaviləsi üzrə 986.800 (doqquz yüz səksən altı min səkkiz yüz) ABŞ dolları əsas borc Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq Cavabdeh2 MMC-dən tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Tələb xx xxxxxx 2009-cu il tarixli 227/H-09-01 saylı girov müqaviləsi üzrə girov ilə yüklü edilmiş avadanlıqlara yönəldilsin, həmin avadanlıqlar açıq hərracda satılsın və satışdan əldə edilən məbləğin hesabına İddiaçı ASC-yə olan borc ödənilsin. xx xxxxxx 2009-cu il tarixli 479/H-09 saylı kredit müqaviləsi üzrə 500.000 ABŞ dolları əsas borc Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq Cavabdeh2 MMC-dən tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. xx xxxxxx 2009-cu il tarixli 480/H-09 saylı kredit müqaviləsi üzrə 587.000 (beş yüz səksən yeddi min) ABŞ dolları əsas borc Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq Cavabdeh1 QSC-dən tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Tələb xx xxxxxx 2009-cu il tarixli 480/H-09-01 saylı girov müqaviləsi üzrə girov ilə yüklü edilmiş əsas vəsaitlərə yönəldilsin, həmin əsas vəsaitlər açıq hərracda satılsın və satışdan əldə edilən məbləğin hesabına İddiaçı ASC-yə olan borc ödənilsin. İddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş rüsumun əvəzi olaraq 30 (otuz) manat və girova tutuma yönəldilməsi ilə bağlı bildirişin qeydiyyata alınması ilə bağlı ödənilmiş pulun əvəzi olaraq 60 (altmış) manat pul cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 QSC-dən müştərək qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar