Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5016/2024 06.12.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ipoteka predmeti olan əmlaka tutmanın yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması və borc” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, borc tələbi, zaminlik, ipoteka müqaviləsi, cərimə) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ipoteka predmeti olan əmlaka tutmanın yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması və borc” tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin halları İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdеhlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada onun хеyrinə 009R********** saylı krеdit razılaşması üzrə 6091.69 manat məbləğində krеdit bоrcu, 1706.53 manat məbləğində faiz bоrcu və 658.16 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 8456,38 manat məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 104,57 manat məbləğində dövlət rüsumunun ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumu və 36 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh1 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində istifadədə olan, 251 nömrəli, 6 mərtəbəli, binanın 6-cı mərtəbində yerləşən, 46.3 kv.m ümumi sahədən ibarət 3 otaqlı 58 nömrəli mənzilinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracdan satılması və cəmi 8456,38 manat məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 104,57 manat məbləğində dövlət rüsumunun ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumu və 36 manat xidmət haqqının həmin əmlakın hərrac satışından əldə olunan vəsait hesabına ona ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin müştərək qaydada cavabdеhlər Cavabdeh1 və Cavabdeh2 tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 "xxxx" QSC ilə bağladığı xx.xx.2019-cu il tarixli 061L**********95 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 500000 manat məbləğində krеdit хətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq Krеdit razılaşması ilə müəyyən оlunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 "xxxx" QSC ilə bağladığı xx.xx.2020-ci il tarixli 009R********** saylı krеdit razılaşması əsasında 30 ay müddətinə, aylıq faiz dərəcəsi 1.5833% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 80000 manat məbləğində krеdit götürmüşdür. Cavabdeh1 krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2023-cü il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü krеdit bоrcundan 73908.31 manat ödəmiş, onun 6091.69 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 499 gün üçün hesablanmış faiz borcu 1706.53 manat təşkil edir. Krеdit razılaşmasının 4.2.2-ci bəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir. xx.xx.2024-cü il tarixə 499 gün üçün hеsablanmış cərimə 658.16 manat təşkil edir. Uzunmüddətli krеdit müqaviləsinin 3.1.2-ci bəndinin “a” yarımbəndinə əsasən krеdit alan müvafiq оlaraq krеditi və faizi ödəniş planına uyğun оlaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vеrmək, qalan krеdit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hеsablanmış cəriməni tələb еtmək hüququna malikdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеh Cavabdeh2 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1.1 bəndinə əsasən yuхarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə cavabdeh, ipoteka verən Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2019-cu il tarixli 061M**********01 saylı ipoteka müqaviləsi (Bak şəhəri 53 saylı notariat ofisinin xüsusi notariusu X3 tərəfindən təsdiq edilib) əsasında Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində istifadədə olan, 251 nömrəli, 6 mərtəbəli, binanın 6-cı mərtəbində yerləşən, 46.3 kv.m ümumisahədən ibarət 3 otaqlı 58 nömrəli mənzili iddiaçının xeyrinə ipoteka ilə yüklü etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən qeydiyyata alınmış ********** qeydiyyat №-li çıxarışa əsasən Cavabdeh1 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində istifadədə olan, 251 nömrəli, 6 mərtəbəli, binanın 6-cı mərtəbində yerləşən, 46.3 kv.m ümumisahədən ibarət 3 otaqlı 58 nömrəli mənzili Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 34.1.1- 34.1.3-cü bəndlərində əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin yerinə yetirilməməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi anı kimi nəzərdə tutulmuşdur. İpoteka saxlayan İddiaçı QSC trəfindən cavabdeh-ipoteka qoyan Cavabdeh1 İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 36.2-ci bəndinə uyğun olaraq xx.xx.2023-cü il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmiş və həmin tarixdə qəbul edilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında həmin bildirişin qeydə alınması haqqında ərizə xx.xx.2023-cü il tarixdə Elektron Xidmətlər Portalı vasitəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə təqdim olunmuş və həmin tarixdə idarədə qeydə alınmışdır. İddiaçı QSC ipoteka bildirişinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsində qeydiyyata alınması üçün 15 manat dövlət rüsumu və 36 manat xidmət haqqı ödəmişdir. İpoteka verən Cavabdeh1 arvadı X5, həmin ünvanda qeydiyyatda olan X2 və X4 xx.xx.2019-cu il tarixində Bakı şəhəri 53 saylı notariat ofisinə ərizə ilə müraciət edərək, Cavabdeh1 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində istifadədə olan, 251 nömrəli, 6 mərtəbəli, binanın 6-cı mərtəbində yerləşən, 46.3 kv.m ümumi sahədən ibarət 3 otaqlı 58 nömrəli mənzilin İddiaçı QSC-nin xeyrinə yüklü edilməsinə razı olduqlarını bildirmişlər (Razılıq ərizələrinin surətiərizəyə əlavə olunur). İddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 21, 442, 445.2.1, 4481, 465.2, 467, 472.1, 472.2, 501-ci maddələrinə istinad olunmuşdur. İddiaçının nümayəndəsi ərizə ilə məkhəməyə müraciət edərək məhkəmə baxış iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcəyini, iddia tələbini müdafiə etdiyini, iş üzrə zəruri sübutların iddia ərizəsinə əlavə olunduğunu bildirmiş və məhkəmə baxış iclasını iştirakı olmadan keçirib iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməməklərinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar İş materiallarında olan: Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2019-cu il tarixli 061L**********95 saylı Uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə illik 28% ilə 500000 manat məbləğində krеdit хətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq Krеdit razılaşması ilə müəyyən оlunur. Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2020-ci il tarixli 009R********** saylı kredit razılaşmasına əsasən cavabdehə 30 ay müddətinə aylıq 1,5833% ilə 80000 manat məbləğində kredit verilmişdir. Müqavilənin 4.2.2-ci bəndinə uyğun оlaraq kredit alan ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda, bank hər gecikdirilən gün üçün kredit qalığının 0,1% məbləğində cərimə hesablamaq hüququna malikdir. xx.xx.2020-ci il tarixli Kreditin verilməsi-köçürmə sənədindən müəyyən edilir ki, "xxxx" QSC tərəfindən 80000 manat kredit Cavabdeh1 AZ98ACAB******************** nömrəli hesabına köçürülmüşdür. İddiaçı QSC (İpoteka saxlayan) ilə Cavabdeh1 (İpoteka qoyan) arasında bağlanmış xx.xx.2019-cu il tarixli 061M**********01 saylı ipoteka müqaviləsinə əsasən “İpoteka qoyan” öz mülkiyyət hüququ ilə ona məxsus olan əmlakını, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində istifadədə olan, 251 nömrəli, 6 mərtəbəli, binanın 6-cı mərtəbində yerləşən, 46.3 kv.m ümumi sahədən ibarət 3 otaqlı 58 nömrəli mənzili xx.xx.2019-cu il tarixli 061L**********95 saylı Uzunmüddətli kredit müqaviləsi üzrə yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədilə “İpoteka saxlayan”ın xeyrinə ipoteka ilə yüklü etmişdir. İpoteka predmetinin ilkin satış qiyməti tərəflərin qarşılıqlı razılığı ilə 91000 manat müəyyən olunmuşdur. Əsas öhdəliyin yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka ilə təmin edilmiş öhdəliyin vaxtından əvvəl icra edilməsi haqqında İpoteka saxlayana tələbini irəli sürülməsi haqqında yazılı bildirişin alındığı vaxtdan başlayaraq 30 təqvim günü ərzində icra olunmaması, qanunvericilikdə nəzərdə tutulmuş digər halların baş verməsi İpoteka saxlayana ipoteka predmetinə tutma yönəltmək hüququ verən şərtlərdir. xx.xx.2019-cü il tarixli, 061S**********02 nömrəli zaminlik müqaviləsindən görünür ki, həmin müqavilə Bank "xxxx" QSC ilə borclu Cavabdeh1 və zamin Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixli 061L**********95 saylı Uzunmüddətli kredit müqaviləsi və onun ayrılmaz hissəsi olan razılaşma üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə bağlanmış və zamin, borclunun Uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüş, borclu ilə birgə məsuliyyət daşıyır. 24 və 25 aprel 2019-cü il tarixli ərizələrdən görünür ki, ipoteka qoyan Cavabdeh1 arvadı X5, həmin ünvanda qeydiyyatda olan X2 və X4 xx.xx.2019-cu il tarixində Bakı şəhəri 53 saylı notariat ofisinə ərizə ilə müraciət edərək, Cavabdeh1 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində istifadədə olan, 251 nömrəli, 6 mərtəbəli, binanın 6-cı mərtəbində yerləşən, 46.3 kv.m ümumi sahədən ibarət 3 otaqlı 58 nömrəli mənzilin İddiaçı QSC-nin xeyrinə yüklü edilməsinə razı olduqlarını bildirmişlər. xx.xx.2020-ci il tarixli 009R********** saylı kredit razılaşmasının ödəniş planından görünür ki, Cavabdeh1 tərəfindən 30 ay müddətinə xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay 3383 manat, sonuncu ay 3369,13 manat aylıq ödənişlər ödənilməlidir. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, 009R********** saylı kredit razılaşması üzrə xx.xx.2024-cü il tarixə Cavabdeh1 6091,69 manat məbləğində əsas bоrcu, 1706,53 manat məbləğində faiz bоrcu və 658,16 manat məbləğində cərimə borcu, cəmi 8456,38 manat borcu vardır. Gecikmə günü 499 gün. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, 009R********** saylı kredit razılaşması üzrə xx.xx.2024-cü il tarixə Cavabdeh1 3898,69 manat məbləğində əsas bоrcu, 1945,97 manat məbləğində faiz bоrcu və 865,02 manat məbləğində cərimə borcu, cəmi 6709,68 manat borcu vardır. Gecikmə günü 693 gündür. xx.xx.2024-cü il tarixli ********** və ********** nömrəli qəbzlərdən görünür ki, İddiaçı QSC 104,57 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il tarixli çıxarışdan görünür ki, Cavabdeh1 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində istifadədə olan, 251 nömrəli, 6 mərtəbəli, binanın 6-cı mərtəbində yerləşən, 46.3 kv.m ümumi sahədən ibarət 3 otaqlı 58 nömrəli mənzil İddiaçı QSC-nin xeyrinə yüklü edilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişdən görür ki, İddiaçı QSC ipoteka predmetinə məhkəmə qaydasında tutmanın yönəldilməsinə başlamaq barədə Cavabdeh1 xəbərdar etmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması barədə ərizədən görünür ki, xx.xx.2023-cü il tarixdə Elektron Xidmətlər Portalı vasitəsi ilə iddiaçı tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində istifadədə olan, 251 nömrəli, 6 mərtəbəli, binanın 6-cı mərtəbində yerləşən 58 nömrəli mənzilə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün müraciət edilmişdir. xx.xx.2023-cü il tarixdə Əmlak Məsələləri Dövlət Xidmətinin Elektron Xidmətlər Portalından çıxarışlardan görünür ki, İddiaçı QSC tərəfindən ipoteka bildirişinin qeydə alınması üçün 15 manat dövlət rüsumu və 36 manat xidmət haqqı ödənilmişdir. 03.042024-cü il tarixli xəbərdarlıqlardan görünür ki, iddiaçı tərəfindən cavabdehlərə öhdəliyin icra olunması üçün pretenziya göndərilmişdir. xx.xx.2024-cü il tarixli, 9/7415 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan cari hesabdan çıxarış məlumatları, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli 061L**********95 saylı uzunmüddətli kredit müqaviləsi və xx.xx.20220-ci il tarixli 009R********** saylı kredit razılaşmasının şərtləri və aparılmış ödənişlər nəzərə alınmaqla ekspert qarşısında qoyulmuş suallar üzrə müqavilə müddətinin bitdiyi xx.xx.2023-cü il tarixə əsas borc üzrə 5268,58 manat, faiz borcu üzrə 77,86 manat və maliyyə arayışında göstərilən xx.xx.2024cü il tarixinə əsas borc üzrə 4404,28 manat, faiz borcu üzrə 604,37 manat Cavabdeh1 iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə olan borcu müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixli, 9/73xx-xx/7084 nömrəli ekspert rəyindən görünür ki, tədqiq olunan mənzilin ümumi sahəsinin 46.3 kv.metr təşkil etdiyini nəzərə alaraq, Bakı şəhəri olan, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində istifadədə olan, 251 nömrəli, 6 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşən, 46.3 kv.m ümumi sahədən ibarət 3 otaqlı 58 nömrəli mənzilin orta bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri və likvid qiyməti təqribən 120000,0 manat 10% azalma əmsalı tədbiq edilməklə həmin mənzilin likvid dəyəri təqribən 108000,00 manat müəyyən edilmişdir. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. 317.1 maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 319.1-ci maddəsinə əsasən əgər borclu icranı təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin borclunun kreditoru qarşısında borclunun öz öhdəliyini tamamilə və ya hissə hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472-ci maddəsinə əsasən borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 477.0. və 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminliyə xitam verilir. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. “İpoteka haqqında” Qanunun: 1.0.6-cı, 1.0.9-cu, 3.1-ci, 10.4-cü, 11.1-ci, 11.2-ci maddələrinə əsasən ipoteka ilə borc, alqı-satqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. İlkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır və dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir və ipoteka hüququ həmin andan əmələ gəlir. Daşınar əşyanın ipotekası haqqında müqavilə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. İpoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. 34.1-ci maddəsinə görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: 39.3.1. ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər. Mühafizə və satış xərcləri ipoteka predmetinin satılması başa çatdıqdan sonra müəyyən edilir. 39.3.2. ipoteka predmetinin təsviri; 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; 39.3.4. zəruri hallarda ipoteka predmetinin satılmasına qədər onun mühafizəsinin təmin edilməsi tədbirləri. 41.1-ci maddəsinə görə ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. 47.5-ci maddəsinə görə ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 mart 2020-ci il tarixli qərarında qeyd olunmuşdur ki,”...iddia müddəti və kəsici müddət arasındakı əsas fərqlər aşağıdakılardan ibarətdir: iddia müddəti tələb hüququ üçün xarakterikdir, lakin ondan bəzi istisnaları mövcuddur. Məsələn, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə görə, əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Kəsici müddət isə əqdi mübahisələndirmək hüququna və iddialara aiddir...” Məhkəmənin mövqeyi Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı tərəfindən Cavabdeh1 xx.xx.2019-cu il tarixli 061L**********95 saylı Uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə illik 28% ilə 500000 manat məbləğində krеdit хətti açılmış, daha sonra xx.xx.2020-ci il tarixli 009R********** saylı kredit razılaşmasına əsasən cavabdehə 30 ay müddətinə aylıq 1,5833% ilə 80000 manat məbləğində kredit verilmişdir. Daha sonra Cavabdeh2 ilə iddiaçı bank arasında imzalanmış xx.xx.2019-cü il tarixli, 061S**********02 nömrəli zaminlik müqaviləsinə əsasən zamin, borc alanın Bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə görə Borc alanla birgə məsuliyyəti öz üzərinə götürmüş, həmçinin Cavabdeh1 ilə Bank arasında bağlanmış xx.xx.2019-cu il tarixli 061M**********01 saylı ipoteka müqaviləsinə əsasən nəzərdə tutulmuş öhdəliklərin icrasının təminatı kimi Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində istifadədə olan, 251 nömrəli, 6 mərtəbəli, binanın 6-cı mərtəbində yerləşən, 46.3 kv.m ümumi sahədən ibarət 3 otaqlı 58 nömrəli mənzil İddiaçı QSC-də ipoteka ilə yüklü edilmişdir. Kreditor, yəni iddiaçı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, borcalan və zamin, yəni cavabdehlər kredit və zaminlik müqavilələri üzrə öhdəlikləri tam icra etməmişlər, bununla da müqavilələrin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşlar. Nəticədə iddiaçının cavabdehlərə qarşı kredit və zaminlik müqavilələri əsasında borcu tələb etmək hüququ yaranmışdır. Bununla belə, məhkəmə iddiaçının Cavabdeh2 qarşı iddia tələbini əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4.-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtarması, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Qeyd edilməlidir ki, Mülki Məcəllənin 477.0.4-cü maddəsində nəzərdə tutulmuş müddət kəsici müddətdir və bu müddətin keçməsi ilə zaminə qarşı tələbə xitam verildiyi üçün, buna görə ayrıca ərizə verilməsi də tələb edilmir. Məhkəmə qeyd edir ki, Cavabdeh2 ilə iddiaçı bank arasında bağlanmış zaminlik müqaviləsinin təmin etdiyi xx.xx.2019-cu il tarixli 061L**********95 saylı Uzunmüddətli kredit müqaviləsinin müddəti xx.xx.2029-cu il tarixədək müəyyən edilsə də, bu, zaminlərin öhdəliyinin icrası vaxtının xx.xx.2020-ci il tarixli 009R********** saylı kredit razılaşması üzrə həmin müddətək davam etməsi demək deyildir. Belə ki, xx.xx.2019-cu il tarixli 061L**********95 saylı Uzunmüddətli kredit müqaviləsi üzrə kredit verilməmiş, öhdəlik yaranmamış, öhdəliyin icrası müddəti müəyyənləşməmişdir, sadəcə zamin həmin kredit limiti müqaviləsinin təminatı olaraq həmin müqavilə əsasında borcalana xx.xx.2029-cu il tarixə qədər, maksimum 500000 manatadək, illik 28 %-dək olmaqla veriləcək kreditə görə birgə məsuliyyəti öz üzərinə götürmüşdür. Bundan sonra həmin Uzunmüddətli kredit müqaviləsi üzrə borcalana xx.xx.2020-ci il tarixli 009R********** saylı kredit razılaşmasına əsasən 30 ay müddətinə aylıq faiz dərəcəsi 1,5833 % olmaqla, 80000 manat məbləğində kredit verilmiş və öhdəliyin icrası müddəti xx.xx.2023-cü il tarixədək müəyyən olunmuşdur. Lakin xx.xx.2020-ci il tarixli 009R********** saylı kredit razılaşması üzrə öhdəliyin icrası vaxtının çatdığı gündən, yəni xx.xx.2023-cü il tarixindən bir il ərzində İddiaçı QSC zamin Cavabdeh2 qarşı iddia tələbi irəli sürməmişdir. Bu isə yuxarıda qeyd olunan zaminlik müqaviləsi və Qanunun normasına əsasən zaminlik öhdəliyinə xitam verildiyinə dəlalət etdiyindən, Cavabdeh2 qarşı iddia tələbi əsassız olduğuna görə iddia tələbi həmin hissədə rədd edilməlidir. Məhkəmə, işin sadalanan hallarını və qanunvericilik normalarını, Cavabdeh1 öhdəliklərini icra etmədiyini, nəticədə sonuncunun həmin müqavilə üzrə iddiaçıya borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini Cavabdeh1dan tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddiaçı Cavabdeh1 kredit razılaşması üzrə borcun ödənilməsini tələb etməkdə haqlıdır. Lakin məhkəmə Cavabdeh1dan tutulacaq əsas borcun məbləği ilə bağlı qeyd edir ki, iddiaçı iddia tələbində 6091,69 manat məbləğində əsas borcun tutulmasını tələb etsə də, iddiaçının özü tərəfindən təqdim olunmuş sonuncu, xx.xx.2024-cü il tarixli maliyyə arayışından həmin tarixə əsas borc məbləğinin 3898,69 manat olduğu məlum olmuşdur. Buna görə də Cavabdeh1dan tutulacaq əsas borcun məbləği 3898,69 manat müəyyən olunmalıdır. Həmçinin məhkəmə Cavabdeh1dan tutulacaq faiz borcunun məbləği ilə bağlı qeyd edir ki, iddiaçı iddia tələbində 1706,53 manat məbləğində faiz borcunun tutulmasını tələb etmişdir. Lakin keçirilmiş məhkəmə ekspertizası nəticəsində kredit razılaşmasının müddətinin bitdiyi xx.xx.2023-cü il tarixə faiz borcu 77,86 manat hesablanmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarında qeyd olunmuşdur ki, kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Məhkəmə, ekspert rəyinində göstərilən tədqiqat prosesinin təsvirini, bank hesabından çıxarışı nəzərdən keçirərək, qeyd olunan Konstitusiya Məhkəməsinin Qərarını və Mülki Məcəllənin 399.3-cü maddəsini əsas götürüb faiz borcunun müqavilə müddətinin sonuna qədər hesablanmalı olduğunu nəzərə alaraq hesab edir ki, ekspert rəyinə əsasən faiz borcu kredit razılaşmasının müddətinin bitdiyi xx.xx.2023-cü il tarixinə hesablanmış 77,86 manat məbləğində müəyyən olunmalıdır. Eyni zamanda iddiaçı 658,16 manat cərimə məbləğinin tutulmasını da tələb etmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsində ödənişlərin gecikdirildiyi təqdirdə cərimə haqqında razılaşma öz əksini tapmışdır. Lakin məhkəmə Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, iddia tələbi üzrə cərimə məbləği azaldılaraq 220 manat məbləğində müəyyən edilməlidir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-ci il tarixli, 9/73xx-xx/7084 nömrəli ekspert rəyi ilə ipoteka predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində istifadədə olan, 251 nömrəli, 6 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşən, 46.3 kv.m ümumi sahədən ibarət 3 otaqlı 58 nömrəli mənzilin likvid dəyəri təqribən 108000 manat müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, ilkin satış qiyməti müəyyən olunarkən ekspert rəyi əsas götürülərək, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində istifadədə olan, 251 nömrəli, 6 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşən, 46.3 kv.m ümumi sahədən ibarət 3 otaqlı 58 nömrəli mənzilin ilkin satış qiyməti 108000 manat müəyyən olunmalı, həmin əmlak açıq hərracda satılmalı, əmlakın satışından əldə olunmuş vəsait hesabına İddiaçı QSC-nin borc tələbi ödənilməlidir. Məhkəmə iddia tələbinin, satışdan əldə olunmuş vəsaitin cavabdehin iddiaçıya olan kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda qalıq borcun birgə qaydada tutularaq onun hesabına ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, qanunvericiliyə uyğun olaraq ipoteka predmeti borcun ödənilməsinə kifayət etmədiyi halda icra mərhələsində icra məmuru tərəfindən zəruri icra tədbirləri həyata keçirilərək qətnamə ümumi qaydada icra olunduğundan həmin hissənin ayrıca tələb formasında təmin olunmasına zərurət yoxdur. Məhkəmə MPM-in 119.1-ci maddəsinin tələbinə əsasən iddianın qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 104,57 manat dövlət rüsumunun 67,03 manatının, ipoteka bildirişinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsində qeydiyyata alınması üçün ödənilmiş 15 manat dövlət rüsumu və 36 manat xidmət haqqının əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalı, məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaitinin 55 manat məbləğində hissəsi Cavabdeh1, 45 manat məbləğində hissəsi isə iddiaçı "xxxx" QSC-dən, məhkəmə tikinti-texniki əmtəəşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaitinin 50 manat məbləğində hissəsi Cavabdeh1dan, 50 manat məbləğində hissəsi isə İddiaçı QSC tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 xx.xx.2020-ci il tarixli 009R********** saylı kredit razılaşmasına əsasən 3898,69 manat əsas borc, 77,86 manat faiz boru, 220 manat cərimə borcu olmaqla, cəmi 4196 (dörd min yüz doxsan altı) manat 55 (əli beş) qəpik məbləğində borc, həmçinin ipoteka bildirişinin qeydiyyata alınması üçün ödənilmiş 15 (on beş) manat dövlət rüsumunun və 36 (otuz altı) manat xidmət haqqının, habelə iddia ərizəsi üzrə ödənilmiş dövlət rüsumunun 67 (altmış yeddi) manat 03 (üç) qəpiyinin əvəzi İddiaçı QSC-nin xeyrinə tutulsun. Tələb üzrə tutma ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində istifadədə olan, 251 nömrəli, 6 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşən, 46.3 kv.m ümumi sahədən ibarət 3 otaqlı 58 nömrəli mənzilinə yönəldilsin, həmin əmlakın ilkin satış qiyməti 108000 (bir yüz səkkiz min) manat müəyyən edilməklə açıq hərracda satılsın, satışdan əldə olunmuş vəsait hesabına borc ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaitinin 55 (əlli beş) manat məbləğində hissəsi Cavabdeh1, 45 (qırx beş) manat məbləğində hissəsi isə iddiaçı "xxxx" QSC-dan, məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaitinin 50 (əlli) manat məbləğində hissəsi Cavabdeh1dan, 50 (əlli) manat məbləğində hissəsi isə İddiaçı QSC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, VÖEN **********, hesab: AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-5016/2024
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5016/2024
06.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver