Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-502/2021 13.04.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, iddiaçının nümayəndəsi X2, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı hesablanmış borcun silinməsi tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus ünvan 1 ünvanında yerləşən Ofisdə quraşdırılmış qaz sayğacı (abonent kodu: **********00010) ilə bağlı Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş akta görə itirilmiş qaz sərfiyyatının bərpa edilməsi məqsədi ilə hesablanmış 2140,40 manat məbləğində borcun silinməsinə dair dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında iddiaçı fərdi sahibkar olaraq fiziki şəxs kimi fəaliyyət göstərir. Cavabdeh İB-nin əməkdaşları xx.xx.2020-ci il tarixində onun iştirakı olmadan həmin ünvanda quraşdırılmış qaz sayğacına baxış keçirmiş, sayğacda müəyyən nasazlığın olmasını əsas gətirərək akt tərtib etmiş, həmin ünvanda quraşdırılmış qaz sayğacını dövlət yoxlamasına göndərmək məqsədi ilə müvəqqəti sayğac ilə əvəz etmişdirlər. Sonradan iddiaçıya məlum olmuşdur ki, Birliyin əməkdaşları həmin sayğacda bir sıra nasazlıqlar aşkar olunduğunu əsas gətirərək xx.xx.2020-ci il tarixində qüsur aktı tərtib etmişdirlər. Sözügedən ünvandan çıxarılmış müvəqqəti qaz sayğacı isə xx.xx.2020-ci il tarixində yeni qaz sayğacı ilə əvəz olunmuşdur. Sonradan iddiaçıya o da məlum olmuşdur ki, Birliyin əməkdaşları qaz sayğacında guya mövcud olmuş nasazlıqların baş verməsində onu təqsirli bilmiş, ona görə də iddiaçının abonent koduna itirilmiş qaz sərfiyyatının bərpa olunması məqsədi ilə 2140,40 manat məbləğində əsassız borc hesablamışdır. Sözügedən ünvanda quraşdırılmış qaz sayğacı obyektdən kənar, açıq ərazidə yerləşdiyi üçün sayğacı fiziki, meteoroloji və s. təsirlərdən qorumaq praktik olaraq mümkün deyildir. Ona görə də həmin sayğacda baş verə bilən hər hansı problemlərə görə heç bir halda iddiaçı cavabdehlik daşımamalıdır. Qaz sayğacına iddiaçı tərəfindən heç bir müdaxilə olunmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 iddianı müdafiə etdiyini bildirərək iddia ərizəsi ilə eyni məzmunlu izahat verdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddia tələbinin qanunsuz və əsassız olduğundan təmin edilməməsini xahiş etdi. Mülki iş materiallarında olan: - xx.xx.2020-ci il tarixli SS № 29/1640-01285 qeyri-əhali qaz sayğacının yoxlanması haqqında akta əsasən G25 markalı 75018989 nömrəli rotor tipli Elster qaz sayğacı xx.xx.2020 tarixdə xətdən çıxarılmış və xx.xx.2020-ci il tariixndə Metrologiya Departamentinin sayğacların müayinəsi laboratoriyasında texniki baxış keçirilmiş, sayğacın daxili çirkli olduğu müəyyən edildiyi, impuls oturucusunun qulaqcığının yapışqanla öz yuvasın bərkidildiyi, göstəricilər arasında fərq olduğu və elektron göstərici V mexaniki göstəricisindən 9641 kub.m. az olduğu, yoxlamanı nəticəsi kimi xətaların normaya uyğun olduğu və impuls oturucusu tələb olunduğu qeyd olunmuşdur. - xx.xx.2020-ci il tarixli 030290 saylı akta əsasən xx.xx.2020-ci il tarixli SS № 29/1640-01285 akt əsasında dəymiş ziyanın hesablanması tələb olunmuşdur. - xx.xx.2020-c il tarixli 09116 saylı qüsur aktına əsasən 29/1670-00161 dövlət yoxlamasına xx.xx.2020-ci ildə daxil olmuş 6-25 rotor tipli zavod nömrəsi 75115880 olan sayğacın batereyası, kotoru, yastığı sıradan çıxdığı üçün yenisi ilə əvəz edilməli olduğu qeyd olunmuşdur. - abonent saldosuna əsasən İddiaçı xx.xx.2021-ci il tarixə 3112,70 manat borcu qalması qeyd olunmuşdur. Məhkəmə iş materiallarını tədqiq edib, tərəflərin nümayəndəsinin izahatını dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci maddəsinə görə ziziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, xx.xx.2020-c il tarixli 09116 saylı qüsur aktına əsasən 29/1670-00161 dövlət yoxlamasına xx.xx.2020-ci ildə daxil olmuş 6- 25 rotor tipli zavod nömrəsi 75115880 olan sayğacın batereyası, kotoru, yastığı sıradan çıxdığı üçün yeni isi ilə əvəz edilməli olduğu qeyd olunmuşdur. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İlkin olaraq onu qeyd etmək lazımdır ki, sayğacın daxili çirkli olduğu müəyyən edildiyi, impuls oturucusunun qulaqcığının yapışqanla öz yuvasın bərkidildiyi, göstəricilər arasında fərq olduğu və elektron göstərici V mexaniki göstəricisindən 9641 kub.m. az olduğu, yoxlamanı nəticəsi kimi xətaların normaya uyğun olduğu və impuls oturucusu tələb olunduğu qeyd olunmuş və bununla zərərin hesablanması arasında hansı səbəbli əlaqənin olması cavabdeh tərəfindən əsaslandırılmamış və bununla bağlı məhkəməyə heç bir sübut təqdim olunmamışdır. Məhkəmə qeyd edir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanununun 31.2-ci və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi, dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması, dayandırılması və ya müddətinin artırılması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Yoxlama çıxarışda göstərilən məlumatlara uyğun aparılır. Belə ki, cavabdeh tərəfindən aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh tərəfindən hesablanmış 1872 manat borc silinməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı hesablanmış borcun silinməsi tələbinə dair iddiası təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı hesablanmış 2140,40 manat məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Fərrux Qasımov
Məhkəmə qərarları › İş №e-2-2(113)-502/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-502/2021
13.04.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver