Məhkəmə qərarları › İş №e-2-2(113)-503/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-503/2025

31.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-503/2025 31.07.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, ipoteka, maliyyə arayışı) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Məmmədzadə Nilgün Azər qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, Cavabdeh2 nümayəndəsi Vəkil iştirakı ilə, Digər cavabdehin nümayəndəsinin iştirakı olmadan, İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 03 oktyabr 2017-ci il tarixli KM036T10170002 saylı Kredit müqaviləsi üzrə cəmi 45.183,19 (qırx beş min bir yüz səksən üç manat, 19 qəpik) manat – bundan 6.487,71 (altı min dörd yüz səksən yeddi manat, 71 qəpik) manat əsas borc, 31.947,06 (otuz bir min doqquz yüz qırx yeddi manat, 06 qəpik) manat məbləğində faiz borcu, 5.896,12 (beş min səkkiz yüz doxsan altı manat, 12 qəpik) manat məbləğində cərimə borcunun, 852,30 (səkkiz yüz əlli iki manat, 30 qəpik) manat məbləğində Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcunun, 12 oktyabr 2017-ci il tarixli KM036T10170023 saylı Kredit müqaviləsiüzrə cəmi 87.365,84 (səksən yeddi min üç yüz altmış beş manat, 84 qəpik) manat – bundan 26.401,08 (iyirmi altı min dörd yüz bir manat, 08 qəpik) manat məbləğində əsas borc, 40.937,70 (qırx min doqquz yüz otuz yeddi manat, 70 qəpik) manat məbləğində faiz borcu, 16.584,60 (on altı min beş yüz səksən dörd manat, 60 qəpik) manat məbləğində cərimə borcu, 3.442,46 (üç min dörd yüz qırx iki manat, 46 qəpik) manat məbləğində Azərbaycan Respublikası MM-nin 445.7- ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcunun, 27 oktyabr 2017-ci il tarixli KM036T10170038 saylı Kredit müqaviləsi üzrəcəmi 132.491,54 (bir yüz otuz iki min dörd yüz doxsan bir manat, 54 qəpik) manat - bundan 52.875,18 (əlli iki min səkkiz yüz yetmiş beş manat, 18 qəpik) manat məbləğində əsas borc, 51.075,17 (əlli bir min yetmiş beş manat, 17 qəpik) manat məbləğində faiz borcu, 21.766,37 (iyirmi bir min yeddi yüz almış altı manat, 37 qəpik) manat məbləğində cərimə borcu, 6.774,82 (altı min yeddi yüz yetmiş dörd manat, 82 qəpik) manat məbləğində Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcunun, ümumilikdə hər üç kredit üzrə 265.040,57 (iki yüz altmış beş min qırx manat, 57 qəpik) manat pul borcunun, iş üzrə ödənilmiş 555.04 (beş yüz əlli beş manat, 04 qəpik) manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 306 (üç yüz altı) manat rüsumun Cavabdeh2 tutulmasına; - tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən 0.1842 ha torpaq sahəsinə, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən 0.1203 ha torpaq sahəsinə, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən 0.3876 ha torpaq sahəsinə, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən 1.6189 ha torpaq sahəsinə, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən 1.689 ha torpaq sahəsinə və ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh1məxsus ünvan 1 ünvanında yerləşən 168 nömrəli mənzilə yönəldilməsinə; - həmin əmlakların ilkin satış qiymətinin (likvid dəyərinin) müəyyən edilməsi və həmin əmlakların açıq hərracda satılmasına; - satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh2 tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında xx.xx.2017-ci il tarixdə BK036T10170002 saylı Baş kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Bank tərəfindən müştəriyə 120 (bir yüz iyirmi) ay müddətinə illik faiz dərəcəsi 30 (otuz) faizdən, kreditin qaytarılması gecikdirildiyi halda ödəniləcək illik faiz dərəcəsi 60 (altmış) faizdən çox olmamaq şərti ilə 5.000000 (beş milyon) manat və ya onun ekvivalenti məbləğində kredit ayrılmışdır. xx.xx.2017-ci il tarixli BK036T10170002 saylı Baş kredit müqaviləsi əsasında İddiaçı ASC ilə Cavabdeh2 arasında müxtəlif tarixlərdə aşağıdakı Kredit müqavilələri bağlanmışdır: 1. Baş kredit müqaviləsi əsasında İddiaçı ASC ilə Cavabdeh2 arasında03 oktyabr 2017-ci il tarixli KM036T10170002 saylı Kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh2 “şirkətlərə avadanlıqların alınması və yeni parnikin tikintisinin tamamlanması” məqsədi ilə illik 18 (on səkkiz) %-lə 48 (qırx səkkiz) ay müddətinə 200.000 (iki yüz min) manat məbləğində kredit verilmişdir. 2. Baş kredit müqaviləsi əsasında İddiaçı ASC ilə Cavabdeh2 arasında12 oktyabr 2017-ci il tarixli KM036T10170023 saylı Kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh2 “şirkətlərə avadanlıqların alınması və yeni parnikin tikintisinin tamamlanması” məqsədi ilə illik 18 (on səkkiz) %-lə 48 (qırx səkkiz) ay müddətinə 200.000 (iki yüz min) manat məbləğində kredit verilmişdir. 3. Baş kredit müqaviləsi əsasında İddiaçı ASC ilə Cavabdeh2 arasında 27 oktyabr 2017-ci il tarixli KM036T10170038 saylı Kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh2 “şirkətlərə avadanlıqların alınması və yeni parnikin tikintisinin tamamlanması” məqsədi ilə illik 18 (on səkkiz) %-lə 48 (qırx səkkiz) ay müddətinə 150.000 (bir yüz əlli min) manat məbləğində kredit verilmişdir. xx.xx.2017-ci il tarixdə BK036T10170002 saylı Baş kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin təminatı qismindəCavabdeh2 məxsus aşağıdakı əmlaklar: -Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ünvanında yerləşən 0.1842 ha torpaq sahəsi(çıxarışın qeydiyyat tarixi: xx.xx.2017; qeydiyyat nömrəsi: **********); - Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ünvanında yerləşən 0.1203 ha torpaq sahəsi (çıxarışın qeydiyyat tarixi: xx.xx.2017; qeydiyyat nömrəsi: **********); - Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ünvanında yerləşən 0.3876 ha torpaq sahəsi (çıxarışın qeydiyyat tarixi: xx.xx.2017; qeydiyyat nömrəsi: **********); - Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ünvanında yerləşən 1.6189 ha torpaq sahəsi (çıxarışın qeydiyyat tarixi: xx.xx.2017; qeydiyyat nömrəsi: **********); - Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ünvanında yerləşən 1.689 ha torpaq sahəsi (çıxarışın qeydiyyat tarixi: xx.xx.2017; qeydiyyat nömrəsi: **********) 03 oktyabr 2017-ci il tarixli İP2 036T10170002 saylı İpoteka müqaviləsiəsasında Bank qarşısında ipoteka ilə yüklü edilmiş, Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən 168 nömrəli mənzil (çıxarışın qeydiyyat tarixi: xx.xx.2017; qeydiyyat nömrəsi: **********) isə 04 oktyabr 2017-ci il tarixli İpoteka müqaviləsi əsasında Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsinin müvafiq bəndinə əsasən cavabdehlər müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsələr də, bu öhdəliyi yerinə yetirməmişlər və Banka olan kredit üzrə borcunu ödəməmişdirlər. Kredit müqaviləsinin müvafiq bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Bank tərəfindən cavabdehlərə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, habelə **********848 saylı xx.xx.2024-cü il tarixli, **********849 saylı xx.xx.2024-cü il tarixli, **********850 saylı xx.xx.2024-cü il tarixli və **********769 saylı xx.xx.2024-cü il tarixli bildirişlərin göndərilməsinə baxmayaraq, cavabdehlər Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişlər. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2024-cü il tarixinə Cavabdeh2 03 oktyabr 2017-ci il tarixli KM036T10170002 saylı Kredit müqaviləsi üzrə cəmi borcu 45.183,19 (qırx beş min bir yüz səksən üç manat, 19 qəpik) manat təşkil edir. Bundan 6.487,71 (altı min dörd yüz səksən yeddi manat, 71 qəpik) manat əsas borc, 31.947,06 (otuz bir min doqquz yüz qırx yeddi manat, 06 qəpik) manat faiz borcu, 5.896,12 (beş min səkkiz yüz doxsan altı manat, 12 qəpik) manat cərimə borcu, 852,30 (səkkiz yüz əlli iki manat, 30 qəpik) manat Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu təşkil edir. xx.xx.2024-cü il tarixinə Cavabdeh2 12 oktyabr 2017-ci il tarixli KM036T10170023 saylı Kredit müqaviləsi üzrə cəmi borcu 87.365,84 (səksən yeddi min üç yüz altmış beş manat, 84 qəpik) manat təşkil edir. Bundan 26.401,08 (iyirmi altı min dörd yüz bir manat, 08 qəpik) manat əsas borc, 40.937,70 (qırx min doqquz yüz otuz yeddi manat, 70 qəpik) manat faiz borcu, 16.584,60 (on altı min beş yüz səksən dörd manat, 60 qəpik) manat cərimə borcu, 3.442,46 (üç min dörd yüz qırx iki manat, 46 qəpik) manat Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu təşkil edir. xx.xx.2024cü il tarixinə Cavabdeh2 27 oktyabr 2017-ci il tarixli KM036T10170038 saylı Kredit müqaviləsi üzrə cəmi borcu 132.491,54 (bir yüz otuz iki min dörd yüz doxsan bir manat, 54 qəpik) manat təşkil edir. Bundan 52.875,18 (əlli iki min səkkiz yüz yetmiş beş manat, 18 qəpik) manat əsas borc, 51.075,17 (əlli bir min yetmiş beş manat, 17 qəpik) manat faiz borcu, 21.766,37 (iyirmi bir min yeddi yüz almış altı manat, 37 qəpik) manat cərimə borcu, 6.774,82 (altı min yeddi yüz yetmiş dörd manat, 82 qəpik) manat Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu təşkil edir.

3. 18.06.2025-ci il tarixində cavabdehin nümayəndəsi məhkəməyə ərizə ilə müracət edərək Cavabdeh2 bildirir ki, iddia müddəti ötmüşdür və bank ona qarşı iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir. Odur ki, iddia müddətini tətbiq etməklə iddianın rədd edilməsini xahiş edir.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun çıxış edərək iddia ərizəsinin təmin edilməsini xahiş etdi.

5. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi ipoteka əmlaklarının giymətləri ilə razı olmadıqlarını bildirdi və cərimə məbləğinin azaldılması xahiş etdi.

6. Digər cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməməmişlər və gəlməməklərinin səbəbləri barədə məlumat verməmişlər.

7. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən digər cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

9. İddiaçı ASC ilə Cavabdeh2 arasında xx.xx.2017-ci il tarixdə BK036T10170002 saylı Baş kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Bank tərəfindən müştəriyə 120 (bir yüz iyirmi) ay müddətinə illik faiz dərəcəsi 30 (otuz) faizdən, kreditin qaytarılması gecikdirildiyi halda ödəniləcək illik faiz dərəcəsi 60 (altmış) faizdən çox olmamaq şərti ilə 5.000.000 (beş milyon) manat və ya onun ekvivalenti məbləğində kredit ayrılmışdır.

10. Baş kredit müqaviləsi əsasında iddiaçı LPO İddiaçı ASC ilə Cavabdeh2 arasında 03 oktyabr 2017-ci il tarixli KM036T10170002 saylı Kredit Müqaviləsi bağlanmışdır.

11. Həmin müqavilənin:

12. 1.1-ci bəndinə əsasən bu müqavilənin predmeti Kreditorun Borealana məqsədli istifudə. qaytarılmaq. müəyyən müddətə və faizlər ödənilmək əsasında kredit verməsi. Borcalamn isə bu Müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditdən istifadə etməsi, habelə krediti, kreditə fcesablanmtş faizləri, komissiya haqqı və digər ödənişlən Kreditora ödənilməsinə dair pul öhdəliyidir.

13. 1.2-ci bəndinə əsasən bu Müqaviləyə əsasən Borealana verilən kreditin kreditləşmə mənbəyi İddiaçı ASC tərəfindən ayırdığı vəsaitdir.

14. 1.3.-ci bəndinə əsasən bu Müqavilə BK 036T10170002 saylı, "03" oktyabr 2017cı ıl tarixlı Baş kredit müqaviləsinin ayrılmaz tərkib hissəsidir.

15. 2.1-ci bəndinə əsasən bu Müqaviləyə əsasən Kreditor Borealana 200000 (iki yüz min) AZN məbləğində kredit verir.

16. 2.2-ci bəndinə əsasən bu Müqaviləyə əsasən kredit Borealana KOCKWOOL və Tİ.MFOG şirkətlərinə avadanlıq alışı üçün ödənişlər və yem pamıkin tikintisinin tamamlanması məqsədilə verilir.

17. 2.3-cü bəndinə əsasən kredit 48 (qırx səkkiz) ay müddətinə verilir.

18. 2.4-cü bəndinə əsasən kreditin istifadəsinə görə Borcalan Kreditora illik 18 (on səkkiz) faiz ödəyir Kredit üzrə planlaşdırılmış faktiki illik faiz dərəcəsi 18.34 (or. səkkiz tam yüzdə otuz dörd) faiz təşkil edir.

19. 2.5-cü bəndinə əsasən gecikdirilən kredit ödənişinin əsas borc məbləğinə gccıkdınlən hər gün üçlln Ödəniş qratıkmdə nəzərdə tutulmuş ödəniş tarixi üzrə gecikmə baş verdiyi gündən etibarən, cərimə kimi illik 36 (otuz altı) faiz dəbbə pulu hesablanır və Borcalan tərəfindən Kreditora ödənilir.

20. 2.6-cü bəndinə əsasən güzəşt müddəti 10 (on) ay təşkil edir. (Kredit Üzrə 2017ci ilin Noyabr və Dekabr ayları. 2018-ci ilin Avqust, Sentyabr. Oktyabr, Noyabr ayları və 2019-cu ilin Avqust. Sentyabr. Oktyabr. Noyabr ayları üzrə güzəştli müddət təyin edilsin.

21. 2.7-cü bəndinə əsasən borcalan Kreditora kreditin rəsmiləşdirilməsi (hesabır. açılması, sənədlərin təhlili və hazırlanması və digər hallarda yaranan xərcləri) üçün bu Müqavilə məbləğinin 0.6 (sıfır tam onda altı) % məbləğində komissiya haqqı ödəyir.

22. 14 may 2024-cü il tarixli maliyyə arayışına əsasən LPO İddiaçı ASC ilə Cavabdeh2 arasında 03 oktyabr 2017-ci il tarixli KM036T10170002 saylı kredit müqaviləsi üzrə 07 may 2024-cü il tarixə yaranmış əsas borc 6487,71 manat, faiz borcu 31947,06 manat, cərimə borcu 5896,12 manat, gecikmiş vaxt üçün hesablanan faiz borcu 852,30 manat olmaqla, cəmi 45183,19 manat müəyyən edilmişdir.

23. Baş kredit müqaviləsi əsasında iddiaçı LPO İddiaçı ASC ilə Cavabdeh2 arasında 12 oktyabr 2017-ci il tarixli KM036T10170023 saylı Kredit Müqaviləsi bağlanmışdır.

24. Həmin müqavilənin:

25. 1.1-ci bəndinə əsasən bu müqavilənin predmeti kreditorun Borcalana məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə və faizlər edənilmək əsasında kredo verməsi. Burcalanm isə hu Müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditdən istifadə etməsi, habelə krediti, kreditə hesablanmır faizləri, komissiya haqqı və digər ödənişləri Kreditora ödənilməsinə dair pul öhdəliyidir.

26. 1.2-ci bəndinə əsasən bu Müqaviləyə əsasən Borcalana verilən kreditin kreditləşmə mənbəyi “DəmirBank" ASC tərəfindən ayırdığı vəsaitdir.

27. 1.3-cü bəndinə əsasən bu Müqavilə BK **********02 saylı. "03" oktyabr 2017-ci il tarixli Baş kredit müqaviləsinin ayrılmaz tərkib hissəsidir.

28. 2.1-ci bəndinə əsasən bu Müqaviləyə əsasən Kreditor Borc alana 200000 (iki yüz min) AZN məbləğində kredit verir.

29. 2.2-ci bəndinə əsasən bu Müqaviləyə əsasən kredit Borcalana UOCKWOOt. və TİMFOG şirkətlərinə avuduıılıq alışı uçun ödənişlər və yem pamıkın tikintisinin tamamlanması məqsədilə verilir.

30. 2.3-cü bəndinə əsasən kredit 48 (qırx səkkiz) ay müddətinə verilir.

31. 2.4-cü bəndinə əsasən kreditin istifadəsinə görə Borcalan Kreditora illik 18 (on səkkiz) faiz ödəyir Kredit üzrə planlaşdırılmış faktiki illik faiz dərəcəsi 18.34 faiz təşkil edir.

32. 2.5-ci bəndinə əsasən gecikdirilən kredit ödənişinin əsas borc məbləğinə gccıkdınlən hər gün üçlln Ödəniş qratıkmdə nəzərdə tutulmuş ödəniş tarixi üzrə gecikmə baş verdiyi gündən etibarən, cərimə kimi illik 36 (otuz altı) faiz dəbbə pulu hesablanır və Borcalan tərəfindən Kreditora ödənilir.

33. 2.6-cı bəndinə əsasən güzəşt müddəti 10 təşkil edir. Kredit üzrə 2017-ci ilin Noyabr və Dekabr ayları. 2018-ci ilin Avqust, Sentyabr. Oktyabr. Noyabr ayları və 2019-cu ilin Avqust. Sentyabr. Oktyabr. Noyabr aylan üzrə güzəştli müddəti təyin edilsin.

34. 14 may 2024-cü il tarixli maliyyə arayışına əsasən LPO İddiaçı ASC ilə Cavabdeh2 arasında 12 oktyabr 2017-ci il tarixli KM036T10170023 saylı kredit müqaviləsi üzrə 07 may 2024-cü il tarixə yaranmış əsas borc 26401,08 manat, faiz borcu 40937,70 manat, cərimə borcu 16584,60 manat, gecikmiş vaxt üçün hesablanan faiz borcu 3442,46 manat olmaqla, cəmi 87365,84 manat müəyyən edilmişdir.

35. Baş kredit müqaviləsi əsasında iddiaçı LPO İddiaçı ASC ilə Cavabdeh2 arasında 27 oktyabr 2017-ci il tarixli KM036T10170038 saylı Kredit Müqaviləsi bağlanmışdır.

36. Həmin müqavilənin:

37. 1.1-ci bəndinə əsasən bu müqavilənin predmeti Kreditorun Borcalana məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə və faizlər ödənilmək əsasında kredit verməsi. Borcularım isa bu Müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditdən istifadə etməsi, habelə krediti, kreditə hesablanmış faizləri, komissiya haqqı və digər ödənişləri Kreditora ödənilməsinə dair pul öhdəliyidir.

38. 1.2-ci bəndinə əsasən bu Müqaviləyə əsasən Borcalana verilən kreditin kredılləşmə mənbəyi "xxxx" ASC tərəfindən ayırdığı vəsaitdir.

39. 1.3-ci bəndinə əsasən bu Müqavilə BK 036T10170002 saylı "03" oktyabr 2017-ci ıl tarixli Baş kredit müqaviləsinin ayrılmaz tərkib hissəsidir.

40. 2.1-ci bəndinə əsasən bu Müqaviləyə əsasən Kreditor Borcalana 150000 AZN məbləğində kredit verir.

41. 2.2-ci bəndinə əsasən bu Müqaviləyə əsasən kredit Borcalana ROCKWOOİ və PİMfÖG şirkətlərinə avadanlıq alışı üçün ödənişlər və yeni pamikın tikinti,inin tamamlanması məqsədilə verilir Kredit 48 (qırx səkkiz) ay müddətinə verilir.

42. 2.3-cü bəndinə əsasən kreditin istifadəsinə görə Borcalan Kreditora illik 18 (on səkkiz) fmz. ödəyir. Kredit iızrə planlaşdırılmış faktiki illik faiz dərəcəsi 18.34 (on səkkiz tam yüzdə otuz dörd) faiz təşkil edir.

43. 2.4-cü bəndinə əsasən kredit ödənişinin əsas borc məbləğinə gecikdirib» hər gün üçün ödəniş qrafikində nəzərdə tutulmuş ödəniş tarixi üzrə gecikmə baş verdiyi gündən etibarən, cərimə kimi illik 36 (otuz aln) faiz dəbbə pulu hesablanır və Borcalan tərəfindən Kreditora ödənilir Güzəşt müddəti 10 iıtn) ay təşkil edir. Kredit üzrə 2017-ci ilin Noyabr və Dekabr ayının. 2018-cı ıtın Avqust. Sentyabr. Oktyabr. Noyabr ayları və 2019cu ilın Avqust. Sentyabr. Oktyabr. Noyabr ayları üzrə güzəştli müddət təyin edilsin )

44. 14 may 2024-cü il tarixli maliyyə arayışına əsasən LPO İddiaçı ASC ilə Cavabdeh2 arasında 27 oktyabr 2017-ci il tarixli KM036T10170038 saylı kredit müqaviləsi üzrə 07 may 2024-cü il tarixə yaranmış əsas borc 52875,18 manat, faiz borcu 51075,17 manat, cərimə borcu 21766,37 manat, gecikmiş vaxt üçün hesablanan faiz borcu 6774,82 manat olmaqla, cəmi 132491,54 manat müəyyən edilmişdir.

45. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin elektron çıxarışına əsasən Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ünvanında yerləşən 0.1842 ha torpaq sahəsi(çıxarışın qeydiyyat tarixi: xx.xx.2017; qeydiyyat nömrəsi: **********) üzərində mülkiyyət hüquqları Cavabdeh2 adına qeydiyyata alınmışdır.

46. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin elektron çıxarışına əsasən Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ünvanında yerləşən 0.1203 ha torpaq sahəsi (çıxarışın qeydiyyat tarixi: xx.xx.2017; qeydiyyat nömrəsi: **********) üzərində mülkiyyət hüquqları Cavabdeh2 adına qeydiyyata alınmışdır.

47. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin elektron çıxarışına əsasən Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ünvanında yerləşən 0.3876 ha torpaq sahəsi (çıxarışın qeydiyyat tarixi: xx.xx.2017; qeydiyyat nömrəsi: **********) üzərində mülkiyyət hüquqları Cavabdeh2 adına qeydiyyata alınmışdır.

48. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin elektron çıxarışına əsasən Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ünvanında yerləşən 1.6189 ha torpaq sahəsi (çıxarışın qeydiyyat tarixi: xx.xx.2017; qeydiyyat nömrəsi: **********) üzərində mülkiyyət hüquqları Cavabdeh2 adına qeydiyyata alınmışdır.

49. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin elektron çıxarışına əsasən Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ünvanında yerləşən 1.689 ha torpaq sahəsi (çıxarışın qeydiyyat tarixi: xx.xx.2017; qeydiyyat nömrəsi: **********) üzərində mülkiyyət hüquqları Cavabdeh2 adına qeydiyyata alınmışdır.

50. İddiaçı - İddiaçı ASC (ipoteka saxlayan) ilə Cavabdeh2 (ipoteka qoyan) arasında 03 oktyabr 2017-ci il tarixli İP2 036T10170002 saylı ipoteka müqaviləsi bağlanıb. Həmin Müqaviləyə əsasən, cavabdeh - Cavabdeh2 məxsus olan Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ünvanında yerləşən 0.1842 ha torpaq sahəsi, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ünvanında yerləşən 0.1203 ha torpaq sahəsi, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ünvanında yerləşən 0.3876 ha torpaq sahəsi, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ünvanında yerləşən 1.6189 ha torpaq sahəsi, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ünvanında yerləşən 1.689 ha torpaq sahəsi xx.xx.2017-ci il tarixdə BK036T10170002 saylı Baş kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin təminatı olaraq iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmiş, müqavilə notarial qaydada təsdiqlənmişdir.

51. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin elektron çıxarışına əsasən ünvan 1 ünvanında yerləşən 168 nömrəli mənzil (çıxarışın qeydiyyat tarixi: xx.xx.2017; qeydiyyat nömrəsi: **********) üzərində mülkiyyət hüquqları Cavabdeh1 adına qeydiyyata alınmışdır.

52. İddiaçı - İddiaçı ASC (ipoteka saxlayan) ilə Cavabdeh1 (ipoteka qoyan) və Cavabdeh2 arasında 04 oktyabr 2017-ci il tarixli ipoteka müqaviləsi bağlanıb. Həmin Müqaviləyə əsasən, cavabdeh - Cavabdeh1 məxsus olan ünvan 1 ünvanında yerləşən 168 nömrəli mənzil xx.xx.2017-ci il tarixdə BK036T10170002 saylı Baş kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin təminatı olaraq iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmiş, müqavilə notarial qaydada təsdiqlənmişdir.

53. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə - İddiaçı ASC ilə borc alan Cavabdeh2 arasında bağlanmış 03 oktyabr 2017-ci il tarixli KM036T10170002 saylı, 12 oktyabr 2017-ci il tarixli KM036T10170023 saylı və 27 oktyabr 2017-ci il tarixli KM036T10170038 saylı Kredit müqavilələrin şərtləri və aparılmış ödənişlər nəzərə alınmaqla hər üç müqavilələr üzrə ayrı-ayrılıqda müqavilə müddətlərinin bitdiyi tarixə və maliyyə arayışında göstərilən xx.xx.2024-cü il tarixinə (ayrı-ayrı göstərilməklə) əsas və faiz və cərimə borcunun məbləği nə qədər təşkil etməsinin müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir.

54. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə Cavabdeh2 mülkiyyətində olan: - Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən 0.1842 ha torpaq sahəsinin, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən 0.1203 ha torpaq sahəsinin, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən 0.3876 ha torpaq sahəsinin, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən 1.6189 ha torpaq sahəsinin, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən 1.689 ha torpaq sahəsinin real bazar qiyməti və likvid dəyəri nə qədər təşkil etməsinin və Cavabdeh1 mülkiyyətində olan: - ünvan 1 ünvanında yerləşən 168 nömrəli mənzilin real bazar qiyməti və likvid dəyəri nə qədər təşkil etməsinin müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəmə-əmlakın qiymətləndirilməsi ekspertizası təyin edilmişdir. Məhkəmə əmlakın qiymətləndirilməsi ekspertizanın keçirilməsi "xxxx" MMC-yə tapşırılmışdır.

55. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-in xx.xx.2025-ci il tarixli, 9/9163 saylı ekspert rəyinə əsasən 03 oktyabr 2017-ci il tarixli KM036T10170002 saylı kredit müqaviləsi üzrə: rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və 03 oktyabr 2017-ci il tarixli KM036T10170002 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh2 İddiaçı ASC olan borcu aşağıdakı kimi müəyyən edilir, o cümlədən: 03 oktyabr 2021-ci il tarixə - müqavilə müddətinin bitdiyi tarixə: - əsas borc üzrə 5914.26 manat, faiz borcu üzrə 30.804,30 manat, 07 may 2024-cü il tarixə - maliyyə arayışının göstərildiyi tarixə: əsas borc üzrə 5914.26 manat, faiz borcu üzrə 30.804,30 manat, faiz borcu 5%-ilə 767.21 manat, qeyd edilir ki, 03 oktyabr 2017-ci il tarixli KM036T10170002 saylı kredit müqaviləsi üzrə hesabdan çıxarış məlumatlarında cərimənin hesablanması göstərilmədiyindən Babayev Gülməmməd Həmidulla oğluna cərimə borcu hesablanmadı. 12 oktyabr 2017-ci il tarixli KM036T10170023 saylı kredit müqaviləsi üzrə: rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və 12 oktyabr 2017-ci il tarixli KM036T10170023 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh2 İddiaçı ASC olan borcu aşağıdakı kimi müəyyən edilir, o cümlədən: 12 oktyabr 2021-ci il tarixə - müqavilə müddətinin bitdiyi tarixə: əsas borc üzrə 25.810,43 manat, faiz borcu üzrə 37.586,26 manat. 07 may 2024-cü il tarixə - maliyyə arayışının göstərildiyi tarixə: əsas borc üzrə 25.810,43 manat, faiz borcu üzrə 37586,26 manat, faiz borcu 5%-lə 3.315,92 manat. Qeyd edilir ki, 12 oktyabr 2017-ci il tarixli KM036T10170023 saylı kredit müqaviləsi üzrə hesabdan çıxarış məlumatlarında cərimənin hesablanması göstərilmədiyindən Babayev Gülməmməd Həmidulla oğluna cərimə borcu hesablanmadı. 27 oktyabr 2017-ci il tarixli KM036T10170038 saylı kredit müqaviləsi üzrə: rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və 27 oktyabr 2017-ci il tarixli KM036T10170038 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh2 İddiaçı ASC olan borcu aşağıdakı kimi müəyyən edilir, o cümlədən: 27 oktyabr 2021-ci il tarixə - müqavilə müddətinin bitdiyi tarixə: əsas borc üzrə 52.626,12 manat, faiz borcu üzrə 45.157,69 manat. 07 may 2024-cü il tarixə - maliyyə arayışının göstərildiyi tarixə: əsas borc üzrə 52.626,12 manat, faiz borcu üzrə 45.157,69 manat, faiz borcu 5%-ilə 6.651,36 manat. Qeyd edilir ki, 27 oktyabr 2017ci il tarixli KM036T10170038 saylı kredit müqaviləsi üzrə hesabdan çıxarış məlumatlarında cərimənin hesablanması göstərilmədiyindən Cavabdeh2 cərimə borcu hesablanmadığı müəyyən edilmişdir.

56. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli LP-029/2025 saylı mütəxəsis rəyinə əsasən Cavabdeh1 məxsus: ünvan 1 ünvanında yerləşən 168 nömrəli mənzilin bazar qiyməti 139 000 manat, likvid qiyməti 124 000 manat müəyyən edilmişdir.

57. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli LP-030/2025 saylı mütəxəsis rəyinə əsasən Cavabdeh2 məxsus: Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən 0.1842 ha torpaq sahəsinin bazar qiyməti 58 000 manat, likvid qiyməti 52 000 manat, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən 0.1203 ha torpaq sahəsinin bazar qiyməti 37 000 manat, likvid qiyməti 33 000 manat, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən 0.3876 ha torpaq sahəsinin bazar qiyməti 120 000 manat, likvid qiyməti 108 000 manat, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən 1.689 ha torpaq sahəsinin bazar qiyməti 523 000 manat, likvid qiyməti 471 000 manat, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən 1.6189 ha torpaq sahəsinin bazar qiyməti 501 000 manat, likvid qiyməti 451 000 manat müəyyən edilmişdir.

58. Məhkəmə tərəfin izahatlarını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.

59. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

60. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

61. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

62. Həmin Məcəllənin 739.1-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

63. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər.

64. Həmin Məcəllənin 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

65. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit müqaviləsindən irəli gəlir. Cavabdehin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilələr və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

66. Məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, iddiaçının kredit müqavilələri üzrə tələb etdiyi əsas və faiz borcu, ekspert rəyində göstərilən məbləğlər ilə fərqlənir. Belə ki, əsas borc və əsas borca hesablanan faiz borcu ekspert rəyində iddia tələbində göstərilən məbləğlərdən daha aşağı həddə müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, əsas borc məbləğləri və əsas borca hesablanan faiz borcları ekspert rəyində müəyyən edilən məbləğdə müəyyən edilməklə cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

67. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış 03 oktyabr 2017-ci il tarixli KM036T10170002 saylı kredit müqaviləsi əsasən hesablanmış 5896,12 manat məbləğində, 12 oktyabr 2017-ci il tarixli KM036T10170023 saylı kredit müqaviləsinə əsasən hesablanmış 16.584,60 manat, 27 oktyabr 2017-ci il tarixli KM036T10170038 saylı kredit müqaviləsinə əsasən 21.766,37 manat məbləğlərində cərimə pullunun cavabdehlərdən tutulması tələbini də irəli sürmüşdür.

68. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

69. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, cavabdeh tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.

70. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

71. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan cavabdehdən tutulacaq dəbbə pulu 03 oktyabr 2017-ci il tarixli KM036T10170002 saylı kredit müqaviləsi üzrə 296 manat, 12 oktyabr 2017-ci il tarixli KM036T10170023 saylı kredit müqaviləsi üzrə 1291 manat, 27 oktyabr 2017-ci il tarixli KM036T10170038 saylı kredit müqaviləsi üzrə 2631 manat məbləğində müəyyən edilməlidir.

72. Bundan başqa iddiaçı gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 03 oktyabr 2017-ci il tarixli KM036T10170002 saylı kredit müqaviləsi üzrə 852,30 manat, 12 oktyabr 2017-ci il tarixli KM036T10170023 saylı kredit müqaviləsi üzrə 3442,46 manat , 27 oktyabr 2017-ci il tarixli KM036T10170038 saylı kredit müqaviləsi üzrə 6.774,82 manat məbləğində faiz borcunun cavabdehdən tutulmasını xahiş etmişdir.

73. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.

74. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında qeyd olunmuşdur ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.

75. Məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, iddiaçının kredit müqavilələri üzrə tələb etdiyi gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış faiz borcu, ekspert rəyində göstərilən məbləğlər ilə fərqlənir. Belə ki, gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış faiz borcu ekspert rəyində iddia tələbində göstərilən məbləğlərdən daha aşağı həddə müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış faiz borcu ekspert rəyində müəyyən edilən məbləğlərdə müəyyən edilməklə cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

76. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehlə bağlanmış kredit müqavilələrinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə 03 oktyabr 2017-ci il tarixli KM036T10170002 saylı üzrə 5914,26 manat əsas borc, 30804,30 manat faiz borcu, 296 manat dəbbə pulu, 12 oktyabr 2017-ci il tarixli KM036T10170023 saylı Kredit müqaviləsi üzrə 25810,43 manat əsas borc, 37.586,26 manat faiz borcu, 1291 manat dəbbə pulu, 27 oktyabr 2017-ci il tarixli KM036T10170038 saylı Kredit müqaviləsi 52626,12 manat əsas borc, 45157,69 manat faiz borcu, 2631 manat dəbbə pulu borclarının yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia bu hissədə qismən təmin edilməli, gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 03 oktyabr 2017-ci il tarixli KM036T10170002 saylı kredit müqviləsi üzrə 767,21 manat, 12 oktyabr 2017-ci il tarixli KM036T10170023 saylı kredit müqaviləsi üzrə 3315,92 manat, 27 oktyabr 2017-ci il tarixli KM036T10170038 saylı 6651,36 məbləğində faiz borcu tutularaq iddiaçıya ödənilməlidir.

77. Bundan əlavə borc məbləği üzrə tutmanın Cavabdeh2 məxsus Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən 0.1842 ha torpaq sahəsinə, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən 0.1203 ha torpaq sahəsinə, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən 0.3876 ha torpaq sahəsinə, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən 1.6189 ha torpaq sahəsinə, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən 1.689 ha torpaq sahəsinə və Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən 168 nömrəli mənzilə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması, satışından əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsini iddiaçı məhkəmədə mübahisələndirmiş və buna dair Cavabdeh2 və Cavabdeh1 ilə aralarında bağlanmış ipoteka müqaviləsini sübut qismində iş materiallarına əlavə etmişdir.

78. Həmin tələblə bağlı məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında xx.xx.2017-ci il tarixdə BK036T10170002 saylı Baş kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasını təmin etmək məqsədi ilə Cavabdeh2 məxsus Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən 0.1842 ha torpaq sahəsi, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən 0.1203 ha torpaq sahəsi, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən 0.3876 ha torpaq sahəsi, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən 1.6189 ha torpaq sahəsinə, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən 1.689 ha torpaq sahəsi İddiaçı ASC-nin xeyrinə 03 oktyabr 2017-ci il tarixli İP2 036T10170002 saylı ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İpoteka müqaviləsi dövlət reyestrində qeydə alınmış və bu haqda Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ünvanında yerləşən 0.1842 ha torpaq sahəsinə (çıxarışın qeydiyyat tarixi: xx.xx.2017; qeydiyyat nömrəsi: **********), Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ünvanında yerləşən 0.1203 ha torpaq sahəsinə (çıxarışın qeydiyyat tarixi: xx.xx.2017; qeydiyyat nömrəsi: **********), Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ünvanında yerləşən 0.3876 ha torpaq sahəsinə (çıxarışın qeydiyyat tarixi: xx.xx.2017; qeydiyyat nömrəsi: **********), Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ünvanında yerləşən 1.6189 ha torpaq sahəsinə (çıxarışın qeydiyyat tarixi: xx.xx.2017; qeydiyyat nömrəsi: **********), Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ünvanında yerləşən 1.689 ha torpaq sahəsinə (çıxarışın qeydiyyat tarixi: xx.xx.2017; qeydiyyat nömrəsi: **********) dövlət reyestrindən çıxarış verilmişdir.

79. Həmçinin İddiaçı ASC ilə Cavabdeh2 arasında xx.xx.2017-ci il tarixdə BK036T10170002 saylı Baş kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasını təmin etmək məqsədi ilə Cavabdeh1 məxsus: ünvan 1 ünvanında yerləşən 168 nömrəli mənzil İddiaçı ASC-nin xeyrinə 04 oktyabr 2017-ci il tarixli ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İpoteka müqaviləsi dövlət reyestrində qeydə alınmış və bu haqda (çıxarışın qeydiyyat tarixi: xx.xx.2017; qeydiyyat nömrəsi: **********) dövlət reyestrindən çıxarış verilmişdir.

80. Müqavilə qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İpoteka predmetlərinə tutma yönəldilməsi ilə bağlı “İpoteka” haqqında Qanunda nəzərdə tutulmuş prosedura əməl edilmiş, ipoteka qoyanlara ipotekaya tutma yönəldilməsi barədə bildirişlər göndərilmiş, həmin bildirişlərin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə müraciət edilmiş və bildirişlər reyestrdə qeydiyyata alınmışdır.

81. Mülki Məcəllənin 269-cu və 270.1-ci maddələrinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur. Girov və ipoteka əlavə (aksessor) əşya hüququ olmaqla yanaşı, həm də borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Öhdəliyin icrasının təmin edilmə üsulu kimi ipoteka əsas öhdəliyin icrasına zəmanət verməklə, əmlakdan məhrum olma təhlükəsi altında borclunu lazımı icraya stimullaşdırmaq məqsədi daşıyır. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir.

82. “İpoteka haqqında” Qanunun:

83. 1.0.6-cı, 3.1-ci, 10.4-cü, 11.1-ci, 11.2-ci maddələrinə əsasən ipoteka ilə borc, alqı-satqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır və dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir və ipoteka hüququ həmin andan əmələ gəlir. Daşınar əşyanın ipotekası haqqında müqavilə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. İpoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur.

84. 34.1-ci maddəsinə görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır:

85. 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi;

86. 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi;

87. 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda.

88. 41.1-ci maddəsinə görə ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər.

89. 47.5-ci maddəsinə görə ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır.

90. İşin yuxarıda göstərilən halları ilə təsdiq edilir ki, cavabdeh kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyin icrasını 90 təqvim günündən daha çox müddətə gecikdirmişdir. Nəticədə “İpoteka haqqında” qanunun 34.1.1-ci bəndinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranmışdır.

91. Belə olan halda məhkəmə hesab edir ki, ipotekaya tutma yönəldilməsi tələbinə dair hissədə iddia təmin edilməli, tələb üzrə tutma Cavabdeh2 məxsus torpaq sahələrinə və Cavabdeh1 məxsus mənzilə yönəldilməli, həmin əmlaklar açıq hərracda satılmalı, əmlakın satışından əldə olunmuş vəsait hesabına İddiaçı ASC-nin borc tələbi ödənilməli, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğ Cavabdeh2 və Cavabdeh1 qaytarılmalı, o cümlədən satışlardan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğ Cavabdeh2 tutulmalıdır.

92. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 20 iyul 2020-ci il tarixli qərardadından görünür ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir.

93. İşin yuxarıda göstərilən hallarından göründüyü kimi, işə məhkəmədə baxılarkən məhkəmə tərəfindən ipoteka predmetlərinin real bazar qiymətinin və likvid dəyərinin müəyyən edilməsi ilə bağlı qiymətləndirici şirkətin rəyi alınmışdır.

94. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli LP-029/2025 saylı mütəxəsis rəyinə əsasən Cavabdeh1 məxsus: ünvan 1 ünvanında yerləşən 168 nömrəli mənzilin bazar qiyməti 139 000 manat, likvid qiyməti 124 000 manat müəyyən edilmişdir.

95. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli LP-030/2025 saylı mütəxəsis rəyinə əsasən Cavabdeh2 məxsus: Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən 0.1842 ha torpaq sahəsinin bazar qiyməti 58 000 manat, likvid qiyməti 52 000 manat, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən 0.1203 ha torpaq sahəsinin bazar qiyməti 37 000 manat, likvid qiyməti 33 000 manat, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən 0.3876 ha torpaq sahəsinin bazar qiyməti 120 000 manat, likvid qiyməti 108 000 manat, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən 1.689 ha torpaq sahəsinin bazar qiyməti 523 000 manat, likvid qiyməti 471 000 manat, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən 1.6189 ha torpaq sahəsinin bazar qiyməti 501 000 manat, likvid qiyməti 451 000 manat müəyyən edilmişdir.

96. MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

97. Belə olan halda məhkəmə "xxxx" MMC-nin rəyində müəyyən edilmiş müvafiq olaraq Cavabdeh2 məxsus: Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən 0.1842 ha torpaq sahəsinin likvid qiyməti 52 000 manat, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən 0.1203 ha torpaq sahəsinin likvid qiyməti 33 000 manat, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən 0.3876 ha torpaq sahəsinin likvid qiyməti 108 000 manat, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən 1.689 ha torpaq sahəsinin likvid qiyməti 471 000 manat, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən 1.6189 ha torpaq sahəsinin likvid qiyməti 451 000 manat və Cavabdeh1 məxsus: ünvan 1 ünvanında yerləşən 168 nömrəli mənzilin likvid qiyməti 124 000 manat ipoteka predmetinin ilkin satış qiyməti kimi müəyyən edilməsini məqsədə müvafiq hesab edir.

98. Son olaraq məhkəmə cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiq edilməsi barədə ərizəyə dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

99. Göstərilən ərizəyə münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəllənin 372.1-ci, 372.2-ci, 373.2-ci, 377.1, 377.2, 377.3-cü, 375.2-ci, 378 və 380.1-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Öhdəlikdə şəxslərin dəyişilməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişilməsinə səbəb olmur. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.

100. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

101. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

102. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

103. Məhkəmə qeyd edir ki, 03 oktyabr 2017-ci il tarixli KM036T10170002 saylı Kredit müqaviləsi üzrə müqavilə müddəti xx.xx.2021-ci il tarixində, 12 oktyabr 2017-ci il tarixli KM036T10170023 saylı Kredit müqaviləsi üzrə müqavilə müddəti xx.xx.2021-ci il tarixində, 27 oktyabr 2017-ci il tarixli KM036T10170038 saylı Kredit müqaviləsi üzrə müqavilə müddəti xx.xx.2021-ci il tarixində bitmişdir. İddiaçı isə iddia ərizəsi ilə məhkəməyə xx.xx.2024-ci il tarixində (üç illik iddia müddətini ötürmədən) müraciət edilmişdir. Beləliklə, iddiaçı tərəfindən iddia müddəti ötürülmədiyi üçün cavabdeh tərəfindən verilmiş “iddia müddətinin tətbiqi barədə” ərizə əsassızdır, təmin edilə bilməz.

104. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 555,04 manat məbləğində iddiaçı tərəfindən dövlət rüsumu və ipotekaya tutma bildirşinin qeydiyyata alınması üçün 306 manat ödəniş edilmişdir.

105. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

106. Odur ki, hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 503 manat və ipotekaya tutma bildirşinin qeydiyyata alınmasına görə 306 manat məbləğində pul vəsaiti Cavabdeh2 iddiaçının xeyrinə tutulmalı, həmçinin məhkəmə – mühasibatlıq ekspertizaların keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə və məhkəmə əmlakın qiymətləndirilməsi ekpertizası üçün xərclənmiş 600 manat pul vəsaiti "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətinin xeyrinə Cavabdeh2 tutulmalıdır.

V. Nəticə:

107. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh2 03 oktyabr 2017-ci il tarixli KM036T10170002 saylı Kredit müqaviləsi üzrə 5914,26 manat əsas borc, 30804,30 manat faiz borcu, 296 manat dəbbə pulu, müqavilə müddəti bitdikdən sonra illik 5% ilə hesablanan 767,21 manat faiz borcu, 12 oktyabr 2017-ci il tarixli KM036T10170023 saylı Kredit müqaviləsi üzrə 25810,43 manat əsas borc, 37.586,26 manat faiz borcu, 1291 manat dəbbə pulu və müqavilə müddəti bitdikdən sonra illik 5% ilə hesablanan 3315,92 manat faiz borcu, 27 oktyabr 2017-ci il tarixli KM036T10170038 saylı Kredit müqaviləsi 52626,12 manat əsas borc, 45157,69 manat faiz borcu, 2631 manat dəbbə pulu və müqavilə müddəti bitdikdən sonra illik 5% ilə hesablanan 6651,36 manat faiz borcu, dövlət rüsumunun əvəzi olaraq 503 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 306 manat tutularaq iddiaçı LPO İddiaçı ASC-yə ödənilsin. Tələb üzrə tutma aşağıdakı əmlaklara yönəldilsin: - Cavabdeh2 məxsus Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən 0.1842 ha torpaq sahəsinə yönəldilsin, həmin əmlak açıq hərracda satılsın, əmlakın ilkin satış qiyməti 52000 manat məbləğində müəyyən edilsin; - Cavabdeh2 məxsus Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən 0.1203 ha torpaq sahəsinə yönəldilsin, həmin əmlak açıq hərracda satılsın, əmlakın ilkin satış qiyməti 33000 manat məbləğində müəyyən edilsin; - Cavabdeh2 məxsus Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən 0.3876 ha torpaq sahəsinə yönəldilsin, həmin əmlak açıq hərracda satılsın, əmlakın ilkin satış qiyməti 108000 manat məbləğində müəyyən edilsin; - Cavabdeh2 məxsus Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən 1.6189 ha torpaq sahəsinə yönəldilsin, həmin əmlak açıq hərracda satılsın, əmlakın ilkin satış qiyməti 451.000 manat məbləğində müəyyən edilsin; - Cavabdeh2 məxsus Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən 1.689 ha torpaq sahəsinə yönəldilsin, həmin əmlak açıq hərracda satılsın, əmlakın ilkin satış qiyməti 471.000 manat məbləğində müəyyən edilsin; - Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən 168 nömrəli mənzilə yönəldilsin, həmin əmlak açıq hərracda satılsın, əmlakın ilkin satış qiyməti 124.000 manat məbləğində müəyyən edilsin; Əmlakların satışından əldə olunmuş vəsait hesabına iddiaçı LPO İddiaçı ASC-nin borc tələbi ödənilsin. Satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğ müvafiq olaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qaytarılsın. Satışlardan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğ Cavabdeh2 tutulsun. Qalan hissədə iddia rədd edilsin. Əmlakların qiymətləndirilməsi üçün xərclənmiş 600 manat məbləğində pul vəsaiti Cavabdeh2 tutularaq "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətinin ("xxxx" MMC - VÖEN:**********, bank: "xxxx" ASC Yasamal filialı, Kod: 512565, VÖEN: **********, H/h: AZ30AZRT********************, M/h:AZ02NABZ********************, SWİFT: AZRT AZ22) hesabına keçirilsin. Məhkəmə-mühasibatlıq ekspertizalarının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaiti Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar