Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-5030/2023 13.11.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh MMC-yə qarşı hesabatın etibarsız hesab edilməsi və əmlakın bazar dəyərinin müəyyən edilməsi tələbinə dair kommersiya mübahisəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh MMC-yə qarşı Cavabdeh MMC-nin R01/31/23 nömrəli, xx.xx.2023cü il tarixli əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatının etibarsız hesab edilməsi və “ünvan 1 ünvanında yerləşən əmlak kompleksinin bazar dəyərinin müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə işə məhkəmədə baxılmalı olub-olmadığını müzakirə edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə mübahisənin kommersiya xarakterli olması səbəbilə işə Bakı Kommersiya Məhkəməsində baxılmasını xahiş etdi. Nümayəndə məhkəmədə ona verilən suallara cavab verərək bildirdi ki, mübahisələndirilən qiymətləndirmə hesabatı əsasında mübahisəli əmlakın satılması ilə bağlı hərrac keçirilməmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, "xxxx" ASC-nin Cavabdeh MMC-yə qarşı hesabatın etibarsız hesab edilməsi və əmlakın bazar dəyərinin müəyyən edilməsi tələbinə dair işə məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-927/2022 saylı qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “müqavilənin ləğvi və pul" tələbinə dair ilkin, iddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı “müqavilənin ləğvi və pul” tələbinə dair qarşılıqlı iddiaları qismən təmin edilmiş, “Cəlilabad Broyler" ASC və "xxxx" MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli icarə müqaviləsi ləğv edilmiş, “Pənah Quşçuluq" MMC-dən 10000 manat icarə haqqı borcu, 28800 manat ƏDV borcu, dövriyyə vəsaitinə görə 491965 manat, hüquqi yardıma görə 1000 manat, ümumilikdə 531765 (manat məbləğində pulun tutularaq "xxxx" ASC-yə ödənilməsi, “Cəlilabad Broyler" ASCdən ******* manat məbləğində pulun tutularaq "xxxx" MMC-yə ödənilməsi, ilk və qarşılıqlı iddia tələblərinin qalan hissədə təmin edilməməsi, hər iki iddia üzrə ayrı-ayrılıqda bir tərəfdən digərinin xeyrinə tutulması qət olunan pul məbləğləri əvəzlişdirilməklə, “Pənah Quşçuluq" MMC-nin xeyrinə tutulmalı olan ******* manat pul məbləğindən, "xxxx" ASC-yə ödənilməli olan 10000 manat icarə haqqı borcu, 28800 manat ƏDV borcu, dövriyyə vəsaitinə görə 491965 manat, hüquqi yardıma görə 1000, manat, ümumilikdə 531765 manat pul məbləği çıxdıqdan sonra, yerdə qalan ******* manat məbləğində pul vəsaitinin "xxxx" ASC-dən tutularaq "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra onun əsasında icra vərəqəsi verilmiş və icra olunması üçün cavabdeh Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. İcra məmuru tərəfindən icra icra vərəqəsi üzrə icra icraatı başlanılmış və mübahisə obyekti olan “ünvan 1 ünvanında yerləşən əmlak kompleksinin qiymətləndirilməsi Cavabdeh MMC Qiymətləndirmə Şirkətinə həvalə edilmişdir. Hazırda iddiaçı "xxxx" ASC mübahisəli əmlak kompleksinin qiymətləndirilməsinə dair Cavabdeh MMC Qiymətləndirmə Şirkəti tərəfindən verilmiş R01/31/23 nömrəli, xx.xx.2023-cü il tarixli əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatının etibarsız hesab edilməsini və əmlak kompleksinin bazar dəyərinin yenidən müəyyən edilməsini tələb edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə” 24 noyabr 2023-cü il tarixli qərardadında formalşadırılmış hüquqi mövqeyə görə borclunun ipoteka predmeti olmayan əmlakının, notariusun icra qeydi əsasında tutma yönəldilmiş ipoteka predmeti olan əmlakının, habelə vergi ödəyicisi kimi siyahıya alınmış əmlakının ilkin (başlanğıc) satış qiyməti hərracın keçirilməsinədək olan dövr ərzində icra icraatı çərçivəsində hərracı bu qiymət əsasında sifariş etmiş icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında aidiyyəti məhkəmədə mübahisələndirilir. Hərrac keçirildikdən sonra isə qiymət “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq iddia icraatı qaydasında mübahisələndirilir. “İcra haqqında” Qanunun: 51-ci maddəsinə əsasən borclunun əmlakının “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərəflərin razılığı, yaxud məhkəmənin qərarı ilə qiymətləndirildiyi, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, borclunun əmlakının qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. 61.2-ci maddəsinə əsasən ixtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir. 2.1-ci maddəsinə görə Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. 29.1-ci maddəsinə görə tərəflər icraat materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, onların surətini çıxarmaq, əlavə materiallar təqdim etmək, vəsatət vermək, icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. Məhkəmə qeyd edilənləri və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 24 noyabr 2021-ci il tarixli qərardadında ifadə edilmiş hüquqi mövqeni də nəzərə alaraq hesab edir ki, borclunun əmlakın hərracda satışı üçün icra məmurunun sifarişi əsasında cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli qiymətləndirmə hesabatı hərracın keçirilənədək iddiaçı üçün hər hansı hüquqi nəticə yaratmadığından həmin hesabat iddia icraatı qaydasında mübahisələndirilə və bu iddiaya məhkəmədə baxıla bilməz. İddiaçı qeyd edilən qiymətləndirmə hesabatı ilə razılaşmadığı halda əmlakın yenidən qiymətləndirilməsi üçün icra məmuruna müraciət etməli, əgər icra məmuru əsaslı səbəb göstərmədən yeni qiymətləndirmə rəyi alınması üçün sifariş verməkdən imtina edərsə icra məmurunun hərəkətindən və ya hərəkətsizliyindən aidiyyəti məhkəməyə şikayət verməli idi. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı işə iddia icraatı qaydasında məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 261.0.1-ci maddəsinin tələbinə görə iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. 262.1-ci maddəsinə əsasən, məhkəmə iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarır. 262.4-cü maddəsinin tələbinə görə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. 114.1.4-cü maddəsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" ASC-nin Cavabdeh MMC-yə qarşı hesabatın etibarsız hesab edilməsi və əmlakın bazar dəyərinin müəyyən edilməsi tələbinə dair iş üzrə icraata xitam verilsin. ********** saylı qəbzə əsasən ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya qaytarılsın. Eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-5030/2023
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-5030/2023
13.11.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver