Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-5040/2025 21.01.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə açıq məhkəmə iclasında məhkəmənin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC -yə (bundan sonra – cavabdehlər) qarşı “pulun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" MMC ilə Cavabdeh MMC arasında bağlanmış və 01 yanvar 2023-cü il tarixdən İddiaçı MMC-yə ötürülmüş: 23 iyul 2012-ci il tarixli, 1022/58/az (1022/58/en) nömrəli İcarə müqaviləsi üzrə - 214.196,24 AZN; 01 aprel 2013-cü il tarixli, 1022/15/A (1022/15/S) nömrəli icarə müqaviləsi üzrə - 4056,84 AZN; 19 avqust 2015-ci il tarixli, 1303/06 nömrəli icarə müqaviləsi üzrə - 315.223,95 AZN; 05 yanvar 2016-cı il tarixli, 1065/02b nömrəli İcarə müqaviləsi üzrə - 64.172,20 AZN məbləğində borc məbləği daxil olmaqla, 597.649,19 AZN məbləğində borcun və dövlət rüsumu qismində İddiaçı MMC tərəfindən ödənilmiş 890 AZN məbləğində vəsaitin, ümumilikdə 598.539,19 AZN məbləğində pulun Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC ilə Cavabdeh MMC arasında bağlanmış və 01 yanvar 2023- cü il tarixdən İddiaçı MMC-yə ötürülmüş: 23 iyul 2012-ci il tarixli, 1022/58/az (1022/58/en) nömrəli İcarə müqaviləsi üzrə - icarə haqqı: 147,867.96 AZN, xidmət haqqı: 42,238.55 AZN, kommunal: 3,631.87 AZN, dövriyyə əsasında hesablanan icarə haqqı: 20,457.86 AZN, cəmi: 214,196.24 AZN; 01 aprel 2013-cü il tarixli, 1022/15/A (1022/15/S) nömrəli İcarə müqaviləsi üzrə - icarə haqqı: 4,056.84 AZN, cəmi: 4,056.84 AZN; 19 avqust 2015-ci il tarixli, 1303/06 nömrəli İcarə müqaviləsi üzrə - icarə haqqı: 241,745.84 AZN, xidmət haqqı: 52,371.69 AZN, kommunal: 5,199.06 AZN, dövriyyə əsasında hesablanan icarə haqqı: 32,780.40 AZN, ödənilən borc: 16,873.05 AZN; cəmi: 315,223.95 AZN; 05 yanvar 2016-cı il tarixli, 1065/02b nömrəli İcarə müqaviləsi üzrə icarə haqqı: 37,702.12 AZN, xidmət haqqı: 15,023.89 AZN, kommunal: 4,287.86 AZN, dövriyyə əsasında hesablanan İcarə haqqı: 7,158.33 AZN, cəmi: 64,172.20 AZN; 26 oktyabr 2023-cü il tarixli, 1026/02/KS nömrəli İcarə müqaviləsi üzrə - icarə haqqı: 1,132.8 AZN, cəmi: 1,132.8 AZN məbləğində borc məbləği daxil olmaqla, 598.781,99 AZN məbləğində borcun və dövlət rüsumu qismində İddiaçı MMC tərəfindən ödənilmiş 922 AZN məbləğində vəsaitin, ümumilikdə 599.703,99 AZN məbləğində pulun Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsinə dair qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 xx.xx.2025-ci il tarixdə məhkəməyə yazılı vəsatət (ərizə) təqdim edərək "xxxx" MMC-nin hazırkı iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmağını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5040/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə İddiaçı MMC tərəfindən verilmiş “üçüncü şəxs qismində cəlb edilmə” barədə vəsatət təmin edilməmişdir. Tərəflər iddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2026-cı il tarixdə imzalanmış barışıq sazişini təqdim edərək, barışıq sazişinin şərtlərinin məhkəmə tərəfindən təsdiq edilməsini, bununla əlaqədar iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Barışıq sazişinin şərtləri ondan ibarətdir ki:
1. Tərəflər razılaşırlar ki, Borclu tərəfindən 100,000.00 manat (yüz min manat) (“Ödəmə Məbləği”) tam həcmdə ödənildikdən sonra, Mövcud Borcun qalan hissəsi (498,782.00 manat - “Qalıq borc”) silinmiş hesab ediləcək və İcarəyə verənin həmin Qalıq borc məbləği üzrə hüquqi tələbi tam şəkildə dayanmış sayılacaqdır.
2. Tərəflər bildirirlər ki, bu Saziş şərti razılaşmadır və İcarəyə verən tərəfindən Qalıq Borcun bağışlanması ancaq Borclunun Saziş üzrə nəzərdə tutulmuş bütün öhdəlikləri müəyyən edilmiş qrafikə uyğun tam şəkildə və vaxtında yerinə yetirdiyi halda mümkün olur.
3. Bu Saziş borcun bağışlanması haqqında müqavilə deyil. Qalıq borc yalnız Borclu tərəfindən Ödəmə məbləği tam və vaxtında ödənildikdən sonra bağışlanmış hesab oluna bilər. İcarəyə verən Ödəmə Məbləği tam şəkildə ödənilənədək mövcud borc məbləği üzrə bütün hüquqi tələblərini tam həcmdə saxlayır.
4. Ödəmə məbləği tam ödənilməyənədək mövcud borcun heç bir hissəsi bağışlanmış hesab edilmir.
5. Borclu aşağıdakı qrafik üzrə ödəmə məbləğini ödəməyi öhdəsinə götürür.
ödəmə tarixi məbləğ Hazırkı Saziş imza tarixindən 14 təqvim 2,000.00 AZN günü ərzində 30 mart 2026-cı il tarixinədək 25,000.00 AZN 30 iyun 2026-cı il tarixinədək 25,000.00 AZN 30 sentyabr 2026-cı il tarixinədək 25,000.00 AZN 30 dekabr 2026-cı il tarixinədək 23,000.00 AZN
6. Borclu İcarəyə verənin yazılı razılığı olmadan bu Saziş üzrə öhdəliklərini üçüncü şəxsə ötürə bilməz.
7. İcarəyə verənin bu Sazişdən irəli gələn hər hansı hüququndan yararlanmadığı və ya gec yararlandığı təqdirdə, bu hal həmin hüquqdan imtina kimi şərh edilmir və həmin hüquq tam qüvvədə qalır.
8. X3 Mövcud Borcun tənzimlənməsi ilə bağlı tam və yekun razılığını əks etdirir və əvvəlki bütün yazılı və şifahi razılaşmaları əvəz edir.
9. Tərəflər razılaşırlar ki, bu Sazişin təsdiq edilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikasının müvafiq məhkəməsi tərəfindən iş üzrə icraata xitam verilməsinə dair qərardadın qəbul edilməsinə etiraz etmirlər.
10. Tərəflər başa düşür və qəbul edirlər ki, bu Saziş üzrə öhdəliklərin yerinə yetirilməməsi onların arasında yaranmış və məhkəmə tərəfindən təsdiq edilmiş hazırkı Saziş ilə yekunlaşmış işin Saziş şərtlərinin məcburi icra olunması məqsədilə İcra Şöbəsinə yönləndirilməsi üçün əsas təşkil edəcəkdir.
11. Bu Saziş Azərbaycan Respublikasının qanunları ilə tənzimlənir.
12. Bu Saziş üzrə yaranan bütün mübahisələr Azərbaycan Respublikasının məhkəmələrində həll edilir.
13. X3 hər biri üçün Azərbaycan dilində olmaqla 2 (iki) nüsxədə tərtib edilmişdir.
14. Təsdiq üçün Saziş Tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən imzalanmalıdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 tərəflər arasında imzalanmış barışıq sazişinin məhkəmə tərəfindən təsdiq olunaraq, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi F.Qurbanova tərəflər arasında imzalanmış barışıq sazişinin məhkəmə tərəfindən təsdiq olunaraq, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə tərəflər arasında imzalanmış barışıq sazişinin məhkəmə tərəfindən təsdiq olunaraq, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə barışıq sazişini nəzərdən keçirərək hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişinin şərtləri təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişinin şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokulu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tətəf imzalayır. İddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan məhkəməyə göndərilən yazılı ərizələrində də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsi, cavbdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticəsini izah edir, iddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə bu barədə qərardad cıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci və 262.1-ci maddələrinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir və bu barədə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməli, məhkəmə xərcləri tərəflərin özlərinə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261-262, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC və Cavabdeh MMC arasında xx.xx.2026-cı il tarixdə bağlanmış barışıq sazişinin aşağıdakı şərtləri məhkəmə tərəfindən təsdiq edilsin və hazırkı iş üzrə icraata xitam verilsin:
1. Tərəflər razılaşırlar ki, Borclu tərəfindən 100,000.00 manat (yüz min manat) (“Ödəmə Məbləği”) tam həcmdə ödənildikdən sonra, Mövcud Borcun qalan hissəsi (498,782.00 manat - “Qalıq borc”) silinmiş hesab ediləcək və İcarəyə verənin həmin Qalıq borc məbləği üzrə hüquqi tələbi tam şəkildə dayanmış sayılacaqdır.
2. Tərəflər bildirirlər ki, bu Saziş şərti razılaşmadır və İcarəyə verən tərəfindən Qalıq Borcun bağışlanması ancaq Borclunun Saziş üzrə nəzərdə tutulmuş bütün öhdəlikləri müəyyən edilmiş qrafıkə uyğun tam şəkildə və vaxtında yerinə yetirdiyi halda mümkün olur.
3. Bu Saziş borcun bağışlanması haqqında müqavilə deyil. Qalıq borc yalnız Borclu tərəfindən Ödəmə məbləği tam və vaxtında ödənildikdən sonra bağışlanmış hesab oluna bilər. İcarəyə verən Ödəmə Məbləği tam şəkildə ödənilənədək mövcud borc məbləği üzrə bütün hüquqi tələblərini tam həcmdə saxlayır.
4. Ödəmə məbləği tam ödənilməyənədək mövcud borcun heç bir hissəsi bağışlanmış hesab edilmir.
5. Borclu aşağıdakı qrafik üzrə ödəmə məbləğini ödəməyi öhdəsinə götürür.
ödəmə tarixi məbləğ Hazırkı Saziş imza tarixindən 14 təqvim 2,000.00 AZN günü ərzində 30 mart 2026-cı il tarixinədək 25,000.00 AZN 30 iyun 2026-cı il tarixinədək 25,000.00 AZN 30 sentyabr 2026-cı il tarixinədək 25,000.00 AZN 30 dekabr 2026-cı il tarixinədək 23,000.00 AZN
6. Borclu İcarəyə verənin yazılı razılığı olmadan bu Saziş üzrə öhdəliklərini üçüncü şəxsə ötürə bilməz.
7. İcarəyə verənin bu Sazişdən irəli gələn hər hansı hüququndan yararlanmadığı və ya gec yararlandığı təqdirdə, bu hal həmin hüquqdan imtina kimi şərh edilmir və həmin hüquq tam qüvvədə qalır.
8. X3 Mövcud Borcun tənzimlənməsi ilə bağlı tam və yekun razılığını əks etdirir və əvvəlki bütün yazılı və şifahi razılaşmaları əvəz edir.
9. Tərəflər razılaşırlar ki, bu Sazişin təsdiq edilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikasının müvafiq məhkəməsi tərəfindən iş üzrə icraata xitam verilməsinə dair qərardadın qəbul edilməsinə etiraz etmirlər.
10. Tərəflər başa düşür və qəbul edirlər ki, bu Saziş üzrə öhdəliklərin yerinə yetirilməməsi onların arasında yaranmış və məhkəmə tərəfindən təsdiq edilmiş hazırkı Saziş ilə yekunlaşmış işin Saziş şərtlərinin məcburi icra olunması məqsədilə İcra Şöbəsinə yönləndirilməsi üçün əsas təşkil edəcəkdir.
11. Bu Saziş Azərbaycan Respublikasının qanunları ilə tənzimlənir.
12. Bu Saziş üzrə yaranan bütün mübahisələr Azərbaycan Respublikasının məhkəmələrində həll edilir.
13. X3 hər biri üçün Azərbaycan dilində olmaqla 2 (iki) nüsxədə tərtib edilmişdir.
14. Təsdiq üçün Saziş Tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən imzalanmalıdır. Çəkilmiş məhkəmə xərcləri tərəflərin özlərinə aid edilsin. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim Ülkər Həsənova