Məhkəmə qərarları › İş №e-2-2(113)-5041/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5041/2025

06.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5041/2025 06.02.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və s. tələblərə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: kredit müqaviləsi, ipoteka müqaviləsi, borcun ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Hacıyeva Nərmin Xaliq qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və s. tələblərinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 MMC-dən əsas borc üzrə 998600 manat; faiz borcu üzrə 392622,11 manat olmaqla, cəmi 1391222,11 manat (bir milyon üç yüz doxsan bir min iki yüz iyirmi iki manat on bir qəpik) kredit borcu və ödənilmiş 1486 (bir min dörd yüz səksən altı) manat dövlət rüsumunun İddiaçı QSC-nin xeyrinə ödənilməsi; tutmanın kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi Cavabdeh1 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Biləcəri şossesi, 53D ünvanında 2.4918 ha torpaq sahəsində ümumi sahəsi 1218,9 kv.m-dən ibarət qeyri-yaşayış sahəsində əmlak kompleksi kimi müəssisəyə yönəldilərək, açıq hərracda satılması, satışdan əldə edilən vəsaitin İddiaçı QSC-nin hesabına ödənilməsi, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə isə qalan borc məbləğinin cavabdehlərdən tutularaq İddiaçı QSC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC-nin Bakı filialı ilə Cavabdeh2 MMC arasında bağlanmış 25 sentyabr 2020-ci il tarixli, 000553 saylı kredit müqaviləsinə əsasən heyvandarlığın inkişafı məqsədilə 36 ay müddətinə illik 10% olmaqla ******* (bir milyon) manat məbləğində kredit verilmişdir. Həmin kreditin təminatı kimi Cavabdeh1 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Biləcəri şossesi, 53D ünvanda 2.4918 ha torpaq sahəsində əmlak kompleksi xx.xx.2020-ci il tarixdə ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 13 sentyabr 2011-ci il tarixində daşınmaz əmlakın dövlət reyestrində 10 nömrəli reyestr kitabının 904 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış MA seriyalı ******* nömrəli çıxarışa əsasən Cavabdeh1 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Biləcəri şossesi, 53D ünvanında 2.4918 ha torpaq sahəsində ümumi sahəsi 1218,9 kv.m-dən ibarət qeyri-yaşayış sahəsində əmlak kompleksi Cavabdeh1 ilə İddiaçı QSC BOKT və Cavabdeh2 MMC arasında bağlanmış 30 sentyabr 2020-ci il tarixli sonrakı ipoteka müqaviləsinə əsasən Cavabdeh2 MMC-nin 25 sentyabr 2020-ci il tarixli, 000553 nömrəli kredit müqaviləsindən irəli gələn kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş və buna dair Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən ********** qeydiyyat nömrəli (qeydiyyat tarixi: xx.xx.2025) dövlət reyestrindən çıxarış verilmişdir. 25 sentyabr 2020-ci il tarixli, 000553 nömrəli kredit müqaviləsinə əsasən borcalan tərəfindən kredit ödənişləri vaxtında icra edilməmişdir. Hazırkı tarixə Cavabdeh2 MMC-nin yuxarıda qeyd olunan kredit müqaviləsi üzrə cəmi ümumi borcu 1391222,11 manat (əsas borc 998600 manat; faiz borcu 392622,11 manat) təşkil edir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehlərə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bugünədək yerinə yetirilməmişdir.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 295, 296.1, 297, 385, 442, 448.1, 449.4-cü maddələrinə istinad olunmuşdur.

4. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin artırılması” barədə ərizə verərək, cavabdehlər Cavabdeh2 MMC-dən və Cavabdeh1 müştərək qaydada əsas borc üzrə 998600 manat, faiz borcu üzrə 234510,44 manat, dəbbə pulu borcu üzrə 115393,78 manat, əldən çıxmış fayda üzrə 115393,78 manat olmaqla, cəmi ******* manat borcun və ödənilmiş 1521,95 manat dövlət rüsumunun tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməsi, tutmanın kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi Cavabdeh1 məxsus Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Biləcəri şossesi, 53D ünvanda 2.4918 ha torpaq sahəsində ümumi sahəsi 1218.9 kv.m-dən ibarət qeyri – yaşayış sahəsində əmlak kompleksi kimi müəssisəyə yönəldilərək, açıq hərracda satılması, satışdan əldə edilən vəsaitin İddiaçı QSC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Cavabdehlər tərəfindən iddiaya etiraz daxil olmamışdır.

6. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişləri göndərilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəmyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:

7. İddiaçının nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi.

8. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki,

10. İddiaçı QSC-nin Bakı filialı ilə Cavabdeh2 MMC arasında 25 sentyabr 2020-ci il tarixli, 000553 saylı kredit müqaviləsi bağlanmış və bank tərəfindən borcalana heyvandarlığın inkişafı məqsədilə 36 ay müddətinə illik 10% olmaqla ******* (bir milyon) manat məbləğində kredit verilmişdir.

11. İpoteka saxlayan – İddiaçı QSC BOKT ilə ipoteka qoyan – Cavabdeh1 və borc alan – Cavabdeh2 MMC arasında bağlanmışdır. Bakı şəhəri 53 nömrəli notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci sonrakı ipoteka müqaviləsinin məzmunundan görünür ki, İddiaçı QSC-nin Bakı filialı ilə Cavabdeh2 MMC arasında bağlanmış 25 sentyabr 2020-ci il tarixli, 000553 saylı kredit müqaviləsi üzrə Cavabdeh2 MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh1 tərəfindən onun mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Biləcəri şossesi, 53D ünvanda 2.4918 ha torpaq sahəsində əmlak kompleksi İddiaçı QSC BOKT-un xeyrinə ipoteka ilə yüklü edilmişdir.

12. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilən MA seriyalı, ******* nömrəli çıxarışdan müəyyən edilir ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Biləcəri şossesi, 53D ünvanda 2.4918 ha torpaq sahəsində əmlak kompleksi Cavabdeh1 adına xx.xx.2011-ci ildə Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır (qeydiyyat nömrəsi: **********).

13. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən 10 nömrəli reyestr kitabının 904 nömrəli vərəqində qeydiyyata alınmış çıxarışın məzmunundan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Biləcəri şossesi, 53D ünvanda 2.4918 ha torpaq sahəsində əmlak kompleksinin kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC BOKT-un xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır.

14. İddiaçı QSC BOKT tərəfindən tərtib edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh2 MMC-nin xx.xx.2025-ci il tarixə olan kredit borcu - əsas borc üzrə 998600 manat; faiz borcu üzrə 392622,11 manat olmaqla, cəmi 1391222,11 manat (bir milyon üç yüz doxsan bir min iki yüz iyirmi iki manat on bir qəpik) təşkil edir.

15. İddiaçı QSC BOKT tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli maliyyə arayışında qeyd edilmişdir ki, "xxxx" MMC-yə xx.xx.2020-ci il tarixdə 000553 saylı kredit müqaviləsinə əsasən 36 ay müddətinə illik faiz dərəcəsi 10 faiz olmaqla 1000000.00 manat kredit verilmişdir. Kredit verildiyi tarixdən xx.xx.2020-ci il tarixdən - xx.xx.2023-cü il tarixə kimi 297210,44 manat faiz hesablanmışdır. Hesablanmış faiz borcdan 6 halda ödəniş aparmaqla 62700 manat faiz borcu və 1400 manat əsas kredit borcu ödənilmiş, 998600 manat əsas kredit və 234510,44 manat faiz borcu qalığı qalmışdır. Kreditin müddəti bitdiyi üçün müvafiq qaydalara əsasən 998600 manat kreditin qalıq borcuna Mərkəzi Bankın müvafiq qaydalarına əsasən illik 5 faiz olmaqla 115393,78 manat “əldən çıxmış fayda” və İddiaçı QSC-nin müvafiq qaydalarına görə kreditin qalıq borcuna 5 faiz dəbbə hesablamaqla 115393,78 manat hesablanmışdır. xx.xx.2026-cı il tarixə 998600 manat kredit borcu və 465298 manat faiz borcu ödənilməmiş qalmışdır.

16. İddiaçı QSC BOKT tərəfindən Cavabdeh2 MMC-yə göndərilmiş xx.xx.2025-ci il tarixli pretenziya məktubunun məzmunundan görünür ki, kredit müqaviləsi üzrə borcun banka 10 gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdar edilmişdir.

17. İddiaçı QSC BOKT tərəfindən Cavabdeh2 MMC-yə göndərilmiş xx.xx.2025-ci il tarixli, 13-7/2-712/2025 saylı pretenziya məktubunun məzmunundan görünür ki, kredit müqaviləsi üzrə borcun banka 5 gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdar edilmişdir.

18. İddiaçı QSC BOKT-un Cavabdeh1 ünvanladığı xx.xx.2025-ci il tarixli, 63 nömrəli ipoteka bildirişinin məzmunundan görünür ki, Cavabdeh2 MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh1 tərəfindən onun mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Biləcəri şossesi, 53D ünvanda 2.4918 ha torpaq sahəsində əmlak kompleksi İddiaçı QSC BOKT-un xeyrinə ipoteka ilə yüklü edilmişdir. Həmin əmlakın hərraca çıxarılıb satılması hesabına kredit borcunun ödənilməsinə dair tərəflərindən ipoteka predmetinə tutmanın yönəldilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə xəbərdalıq edilmişdir.

19. İddiaçı QSC BOKT-un Cavabdeh1 ünvanladığı xx.xx.2025-ci il tarixli, 13-7/2-M-8- 12/2025 saylı ipoteka bildirişinin məzmunundan görünür ki, Cavabdeh2 MMC-nin kredit borcu - əsas borc üzrə 998600 manat; faiz borcu üzrə 392622,11 manat olmaqla, cəmi 1391222,11 manat (bir milyon üç yüz doxsan bir min iki yüz iyirmi iki manat on bir qəpik) təşkil edir. Cavabdeh2 MMC öz öhdəliklərini vaxtında yerinə yetirmədiyi üçün ipoteka predmeti olan mülkiyyətinizdəki Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Biləcəri şossesi, 53D ünvanda 2.4918 ha torpaq sahəsində əmlak kompleksinə yönəldilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə xəbərdalıq edilmişdir.

20. xx.xx.2025-ci il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin məzmunundan görünür ki, ipoteka saxlayan İddiaçı QSC BOKT tərəfindən cavabdeh-ipoteka qoyan Cavabdeh1 müvafiq bildiriş göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə xx.xx.2025-ci il tarixdə təqdim olunmuş və xx.xx.2025-ci il tarixdə, ********** nömrə ilə həmin idarədə qeydə alınmışdır. İddiaçı QSC BOKT ipoteka bildirişinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsində qeydiyyata alınması üçün 15 (on beş) manat məbləğində dövlət rüsumu və 120 (yüz iyirmi) manat məbləğində xidmət haqqı ödəmişdir.

21. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 3-16-16/2-9/4238/2025 saylı ekspert rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları və xx.xx.2020-ci il tarixli, 000553 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq, "xxxx" MMC-nin İddiaçı QSC-yə olan borcu 25 sentyabr 2025-ci il tarixə - müqavilə müddətinin sonuna əsas borc üzrə 996666 manat, faiz borcu üzrə 254603,30 manat; 30 aprel 2025-ci il tarixə - maliyyə arayışında göstərilən tarixə əsas borc üzrə 996666 manat, faiz borcu üzrə 413793,01 manat; 18 iyun 2025-ci il tarixə - məhkəməyə müraciət olunan tarixə əsas borc üzrə 996666 manat, faiz borcu üzrə 427081,89 manat məbləğində müəyyən edilir.

22. "xxxx" MMC tərəfindən verilən əmlakın qiymətləndirilməsi barədə xx.xx.2025-ci il tarixli, CVN/N 22-473/25 saylı ekspert rəyindən görünür ki, Cavabdeh1 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Biləcəri şossesi, 53D ünvanda 2.4918 ha torpaq sahəsində əmlak kompleksinin xx.xx.2025-ci il tarixə bazar dəyəri ******* manat, likvid dəyəri ******* manat təşkil edir. Tətbiq edilən hüquq

23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. 269.5-ci maddəsinə əsasən girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. 270.1-ci maddəsinə əsasən girov və ipoteka müqavilə üzrə əmələ gəlir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.7-ci maddəsinə əsasən (əvvəlki redaksiya) borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

24. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.6-cı maddəsinə əsasən ipoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. 3.1-ci maddəsinə əsasən ipoteka ilə borc, alqı-satqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. 10.4-cü maddəsinə əsasən ipoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir. 11.1-ci maddəsinə əsasən daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. 11.2-ci maddəsinə əsasən ipoteka hüququ ipoteka müqaviləsinin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir. İpoteka müqaviləsi bu Qanunun 11.3-cü və müvafiq hallarda 11.4-cü maddələrində nəzərdə tutulmuş məlumatların müvafiq reyestrə daxil edildiyi andan dövlət qeydiyyatına alınmış hesab olunur. 34-cü maddəsində əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi və bu Qanunda nəzərdə tutulmuş digər hallar ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar kimi nəzərdə tutulur. 39.3-ci maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər.

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi

26. Beləliklə, işin müəyyən olunmuş hallarından göründüyü kimi, İddiaçı QSC-nin Bakı filialı ilə Cavabdeh2 MMC arasında 25 sentyabr 2020-ci il tarixli, 000553 saylı kredit müqaviləsi müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən bank tərəfindən borcalana heyvandarlığın inkişafı məqsədilə 36 ay müddətinə illik 10% olmaqla ******* (bir milyon) manat məbləğində kredit verilmişdir. İpoteka saxlayan – İddiaçı QSC BOKT ilə ipoteka qoyan – Cavabdeh1 və borc alan – Cavabdeh2 MMC arasında norarial qaydada bağlanmış xx.xx.2021-ci sonrakı ipoteka müqaviləsinin məzmunundan görünür ki, İddiaçı QSC-nin Bakı filialı ilə Cavabdeh2 MMC arasında bağlanmış 25 sentyabr 2020-ci il tarixli, 000553 saylı kredit müqaviləsi üzrə Cavabdeh2 MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh1 tərəfindən onun mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Biləcəri şossesi, 53D ünvanda 2.4918 ha torpaq sahəsində əmlak kompleksi İddiaçı QSC BOKT-un xeyrinə ipoteka ilə yüklü edilmişdir. Kreditor kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, borcalan kredit müqaviləsi üzrə öhdəlikləri tam icra etməmiş, bununla da müqavilənin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşlar.

27. İddia tələbinin bir hissəsini Cavabdeh2 MMC-dən və Cavabdeh1 müştərək qaydada 998600 manat əsas borc, 234510,44 manat faiz borcunun tutulması təşkil edir.

28. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin (borcalan) müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, cavabdehin müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəmək vəzifəsi daşımasını, ekspert rəyini nəzərə, MPM-in 218.3-cü maddəsinin tələblərini alaraq hesab edir ki, iddia tələbi əsas kredit borcunun tutulması hissəsində qismən və faiz borcunun tutulması hissəsində tam təmin edilməli, Cavabdeh2ndən 996666 (doqquz yüz doxsan altı min altı yüz altmış altı) manat əsas borc, 234510,44 manat (iki yüz otuz dörd min beş yüz on manat qırx dörd qəpik) faiz borcu iddiaçının xeyrinə tutulmalı, əsas borcun tutulması hissəsində iddia qalan hissədə təmin olunmamalıdır.

29. Göstərilən qənaətə gələrkən nəzərə alınmışdır ki, məhkəmə tərəfindən hesablanan borcun məbləği ilə bağlı ekspert qarşısında sual qoyulmuş və müəyyən edilmişdir ki, əsas borc tələbdə göstərilən məbləğdən az və faiz borcu tələbdə göstərilən məbləğlərdən artıqdır.

30. İddia tələbinin digər hissəsini cavabdehlərdən müştərək qaydada dəbbə pulu borcu üzrə 115393,78 manatın tutulması təşkil edir.

31. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı müqavilə şərtlərinə əsasən cavabdehdən cərimə məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır.

32. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, Cavabdeh2 MMC-dən tutulacaq cərimə məbləği azaldılaraq 50000 (əlli min) manat məbləğində müəyyən edilməli, dəbbə pulunun ödənilməsinə dair iddia tələbi qalan hissədə təmin edilməməlidir.

33. İddia tələbinin digər hissəsini cavabdehlərdən müştərək qaydada əldən çıxmış fayda borc üzrə 115393,78 manat tutulması təşkil edir.

34. Məhkəmə iddia tələbinin göstərilən hissəsinə münasibətdə qanunvericilik normalarını, müqavilə şərtlərini, borclunun pul məbləğinin ödənilməsini gecikdirdirdiyini, belə olan halda isə iddiaçının müqavilə müddəti bitdikdkdən sonra gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsini tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi hazırkı hissədə qismən təmin edilməli və cavabdеh Cavabdeh2 MMC-dən 113456,1 manat (yüz on üç min dörd yüz əlli altı manat on qəpik) tutularaq iddiaçının xeyrinə tutulmalı, qalan hissədə isə təmin olunmamalıdır. Belə ki, iddiaçı 5 faizlə hesablanmış məbləği 998600 manat əsas borc məbləğinə, həmçinin 360 günə bölərək hesablamışdır, əsas borcla bağlı hazırkı nəticəni də nəzərə alaraq, hesab olunur ki, 5 faizlə hesablanmış məbləğ 996666 manat əsas borc məbləğinə, həmçinin 365 günə bölərək (kredit müqaviləsində 360 günə bölünmə barədə şərt yoxdur) hesablanmalıdır.

35. Eyni zamanda qeyd olunmalıdır ki, iddiaçı borcun cavabdehlərdən müştərək qaydada tululmasını xahiş etsə də, iş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edilmişdir ki, Cavabdeh1 yalnız ipoteka qoyandır, ona görə də borcun tutulması hissəsində iddia Cavabdeh1 münasibətdə təmin olunmamalıdır.

36. İddiaçı borc üzrə tutmanın ipoteka predmetinə yönəldilməsi tələbini irəli sürmüşdür.

37. Həmin tələblə bağlı məhkəmə araşdırması zamanı müəyyən edildi ki, kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq ipoteka müqaviləsinə əsasən Cavabdeh1 məxsus yuxarıda qeyd edilən ünvanda yerləşən daşınmaz əmlak iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Müqavilə qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İpotekaya tutma yönəldilməsi ilə bağlı “İpoteka” haqqında Qanunda nəzərdə tutulmuş prosedura əməl edilmişdir.

38. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, “İpoteka haqqında” Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğundan və ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yarandığından iddia tələbi tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində təmin edilməli, tutma xx.xx.2021-ci sonrakı ipoteka müqaviləsinə əsasən Cavabdeh1 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Biləcəri şossesi, 53D ünvanda 2.4918 ha torpaq sahəsində əmlak kompleksinə yönəldilməli, həmin əmlak açıq hərracda satılmalı, əmlakın satışından əldə olunmuş vəsait hesabına banka olan borc ödənilməli, satışdan artıq məbləğ qalarsa, qalan məbləğ Cavabdeh1 qaytarılmalıdır.

39. Bundan əlavə “İpoteka” haqqında Qanunun 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.

40. Məhkəmə tərəfindən ipoteka predmetlərinin likvid dəyərlərinin müəyyən edilməsi ilə bağlı qiymətləndirici rəyi alınmışdır. Həmin rəyə əsasən ipoteka predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Biləcəri şossesi, 53D ünvanda 2.4918 ha torpaq sahəsində əmlak kompleksinin likvid dəyəri ******* manat olması müəyyən edilmişdir.

41. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh1 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Biləcəri şossesi, 53D ünvanda 2.4918 ha torpaq sahəsində əmlak kompleksinin ilkin satış qiyməti ******* manat məbləğində müəyyən edilməlidir.

42. Həmçinin iddiaçı cavabdehlərdən müştərək qaydada 1521,95 manat məbləğində dövlət rüsumunun onun xeyrinə ödənilməsini xahiş etmişdir.

43. Məhkəmə hesab edir ki, ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq Cavabdeh2ndən ödənimiş dövlət rüsumunun əvəzi olaraq 1450 (min dörd yüz əlli) manat tutularaq iddiaçıya ödənilməlidir.

44. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat pulun 95,30 manat hissəsi Cavabdeh2ndən, 4,70 manat hissəsi isə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatından tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülməlidir.

45. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 500 manat pulun 476,30 manat hissəsi Cavabdeh2ndən, 23,70 manat hissəsi isə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatından tutularaq "xxxx" MMC-nin hesabına (kod: 805711, VÖEN: ********** müxbir hesab: AZ03NABZ013501**********2944, SWİFT BİK: İBAZAZ2X, hesab: AZ471BAZ********************) köçürülməlidir.

46. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2ndən 996666 (doqquz yüz doxsan altı min altı yüz altmış altı) manat əsas borc, 234510,44 manat (iki yüz otuz dörd min beş yüz on manat qırx dörd qəpik) faiz borcu, 50000 (əlli min) manat cərimə, əldə çıxmış fayda olaraq 113456,1 manat (yüz on üç min dörd yüz əlli altı manat on qəpik), ödənimiş dövlət rüsumunun əvəzi olaraq 1450 (min dörd yüz əlli) manat olmaqla, ümumilikdə 1396082,54 manat (bir milyon üç yüz doxsan altı min səksən iki manat əlli dörd qəpik) məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının xeyrinə tutulsun. Tutma ipoteka predmeti olan, Cavabdeh1 məxsus, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Biləcəri şossesi, 53D ünvanında 2.4918 ha torpaq sahəsində ümumi sahəsi 1218,9 kv.m-dən ibarət qeyri-yaşayış sahəsində əmlak kompleksi kimi müəssisəyə yönəldilsin, həmin əmlak açıq hərracda satılsın, satışdan əldə olunmuş vəsait hesabına iddiaçıya olan borc ödənilsin, satışdan artıq məbləğ qalarsa, qalan məbləğ Cavabdeh1 qaytarılsın. İpoteka predmeti olan, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Biləcəri şossesi, 53D ünvanında 2.4918 ha torpaq sahəsində ümumi sahəsi 1218,9 kv.m-dən ibarət qeyri-yaşayış sahəsində əmlak kompleksi kimi müəssisənin ilkin satış qiyməti ******* (iki milyon altı yüz qırx bir min) manat müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat pulun 95,30 manat hissəsi Cavabdeh2ndən, 4,70 manat hissəsi isə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatından tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 500 manat pulun 476,30 manat hissəsi Cavabdeh2ndən, 23,70 manat hissəsi isə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatından tutularaq "xxxx" MMC-nin hesabına (kod: 805711, VÖEN: ********** müxbir hesab: AZ03NABZ013501**********2944, SWİFT BİK: İBAZAZ2X, hesab: AZ471BAZ********************) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar