Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5048/2023 23.10.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlu, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbi barədə kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında kommersiya mübahisəsi ilə bağlı işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 4897,20 manat əsas borc, 268,03 manat faiz borcu və 14,86 manat cərimə borcu olmaqla, cəmi 5180,09 manat borcun, 105 manat ödənilmiş dövlət rüsumunun (mediasiya ödənişinin) tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İ.Mübahisənin predmeti və irəli sürülən tələb İddia ərizəsi belə əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixli Kredit limitinin ayrılmasına dair razılaşmaya əsasən X2 İddiaçı ASC-nin“ Gəncə” filialından 30 ay müddətinə 10000 manat məbləğində kredit limiti ayrılmışdır. xx.xx.2021-ci il tarixli Kredit limitinin ayrılmasına dair müqavilənin təminatı olaraq xx.xx.2021-ci il tarixdə Cavabdeh1 və Cavabdeh2 ilə zaminlik müqavilələri bağlanmışdır. xx.xx.2021-ci il tarixli tarixli kredit verilməsinə dair razılaşmaya əsasən X3 İddiaçı ASC-dən illik 23% olmaqla 30 ay müddətinə 10000 manat məbləğində kredit götürmüşdür. 2023-cü ilin iyulun 21-dək X1 banka xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 4897,2 manat əsas borc, 268,03 manat faiz borcu və 29,72 manat cərimə borcu olmaqla cəmi 5194,95 manat borcu vardır. X1 xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 29,72 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50%-i miqdarında olmaqla, yəni 14,86 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. İddiaçı ASC cavabdehlər X3, Cavabdeh1 və Cavabdeh2arasında olan kommersiya mübahisəsini mediasiya vasitəsilə həll etmək üçün müraciət etmiş, lakin tərəflər arasında razılıq əldə olunmamışdır. Qanunla müəyyən edilmiş müddətdə cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 ünvanlarına hazırki tələblə bağlı rəsmi qaydada bildiriş göndərildiyinə görə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2 və 284-5.3-cü maddələrinə əsasən iddiaçının məhkəməyə təqdim etdiyi sənədlər əsasında işə baxılmasını məqsədə müvafiq hesab edirəm. İİ.İşin halları İş materiallarına əlavə edilmiş: xx.xx.2021-ci il tarixli İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış razılaşmadan görünür ki, İddiaçı ASC Cavabdeh3 aylıq 1,92 faizlə 30 ay müddətinə 10000 manat kredit vermişdir. Müqaviləyə əsasən ödənişin vaxtında aparılmamasına görə ödənilməyən məbləğə gündəlik 0,2 % məbləğində cərimə tutulması nəzərdə tutulmuşdur. xx.xx.2021-ci il tarixli Z/10254/21 nömrəli İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən bankdan kredit götürmüş Cavabdeh3 ilə birlikdə İddiaçı ASC qarşısında məsuliyyəti öz üzərinə götürür. xx.xx.2021-ci il tarixli Z/10255/21 nömrəli İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən bankdan kredit götürmüş Cavabdeh3 ilə birlikdə İddiaçı ASC qarşısında məsuliyyəti öz üzərinə götürür. xx.xx.2023-cü il tarixli İddiaçı ASC tərəfindən tərtib edilmiş maliyyə arayışından görünür ki, xx.xx.2023-cü il tarixə Cavabdeh3 4897,20 manat əsas borc, 268,03 manat faiz borcu və 29,72 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 5194,95 manat borcu vardır. xx.xx.2023-cü il tarixli MŞB/4/2023-00100 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı ASC ilkin mediasiya sessiyasının keçirilməsi üçün müəyyən edilmiş 105 manat məbləğində mediasiya xərcini ödəmişdir. İİİ.Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1 və 472.1-ci maddələrinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İV.Məhkəmənin gəldiyi nəticə İş materiallarından göründüyü kimi iddiaçı və cavabdehlər arasında qanunvericiliyə uyğun olaraq kredit və zaminlik müqavilələri bağlanmış, iddiaçı tərəfindən üzərinə düşən öhdəliklər yerinə yetirilsə də, cavabdehlər bankın qarşısında olan borcu ödəməməklə öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Odur ki, qeyd olunanları nəzərə alaraq, hesab edirəm ki, iddiaçının tələbi xx.xx.2021-ci il tarixli krеdit müqaviləsi üzrə 4897,2 manat əsas borc və 268,03 manat faiz borcu və 14,86 manat cərimə borcu, olmaqla cəmi 5180,09 manat, həmçinin 105 manat məbləğində mediasiya xərci hissədə əsaslı olduğundan təmin edilməlidir. Qeyd olunanları nəzərə alaraq hesab edirəm ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4897,20 manat əsas borc, 268,03 manat faiz borcu, 14,86 manat cərimə olmaqla cəmi 5180,09 manat, həmçinin 105 manat məbləğində mediasiya xərci tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, Q Ə T E T D İ M: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4897,20 manat əsas borc və 268,03 manat faiz borcu, 14,86 manat cərimə borcu, olmaqla cəmi 5180,09 manat, həmçinin 105 manat məbləğində mediasiya xərci tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-5048/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5048/2023
23.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver