Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-506/2025 10.03.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: kredit müqaviləsi, borcun ödənilməsi, dəbbə pulu) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi ilə, İddiaçı Açıq Şəhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, X3, Cavabdeh3 və Cavabdeh4 qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (İddiaçı ASC) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 31103,87 manat məbləğində əsas kredit borcu, 3255,76 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu, 502,09 manat məbləğində penya olmaqla, cəmi 34861,72 manat, həmçinin iddia qaldırılması üçün ödənilmiş 194,59 manat dövlət rüsumunun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə bağlanmış xx.xx.2023-ci il tarixli razılaşmaya əsasən Cavabdeh1 30 ay müddətinə illik 19% kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 40000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 2-ci bəndinə görə kredit, borcalanın ərizəsi əsasında kredit verən tərəfindən borc alanın cari hesabına köçürməklə veriləcəkdir. Kreditin alınma tarixi kreditin borc alanın cari hesabına köçürüldüyü tarix hesab edilir və kredit üzrə faizlər həmin tarixdən etibarən hesablanacaqdır. Həmin tarix ilə bu razılaşmanın bağlanması tarixi arasında fərq olarsa, bu zaman kreditin geri qaytarılmalı olduğu sonuncu tarix bu razılaşmaya əlavə edilmiş ödəniş cədvəlində qeyd edilmiş son ödəniş tarixi ilə müəyyən ediləcəkdir. Kredit üzrə öhdəliklərin icrasının təmini kimi cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 ilə 38FİZAM126422902, 38FİZAM172362103, 38FİZAM139942602 saylı xx.xx.2023-ci il tarixli zaminlik müqavilələri bağlanmış və zaminlər bocalanın öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərlərinə götürmüşlər. Kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh1 xx.xx.2024-cü il tarixə İddiaçı ASC-yə 31103,87 manat məbləğində əsas kredit borcu, 3255,76 manat məbləğində faiz borcu, 502,09 manat məbləğində penya olmaqla, cəmi 34861,72 manat məbləğində borcu qalmaqdadır. Cavabdehlərə dəfələrlə şifahi və bildirişlə müraciət edilməsinə baxmayaraq, kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, müqavilələrdən irəli gələn öhdəlikləri lazımi qaydada icra etməmişlər.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 421.1, 443.1, 443.2, 472.1, 472.2, 472.3, 739.3, 743.2-ci maddələrinə istinad olunmuşdur.
4. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə uyğun olaraq “iddia tələbinin azaldılması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 23103,87 manat məbləğində əsas kredit borcu, 3255,76 manat faiz borcu, 502,09 manat məbləğində penya olmaqla, cəmi 26861,72 manat, həmçinin iddia qaldırılması üçün ödənilmiş 194,59 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iş məhkəmədə olduğu dövrdə sözügedən kredit borcu üzrə xx.xx.2024-cü il tarixdə 2000 manat, xx.xx.2024-cü il tarixdə 2000 manat, xx.xx.2024-cü il tarixdə 2000 manat, xx.xx.2025-ci il tarixdə 2000 manat, ümumilikdə cəmi 8000 manat ödəniş edilmiş, həmin məbləğ əsas borcdan silinmişdir. Cavabdehlərin banka borcu xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən 23103,87 manat əsas, 3255,76 manat faiz, 502,09 manat cərimə olmaqla, ümumi kredit borcunun məbləği 26861,73 manat təşkil edir.
5. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə uyğun olaraq təkrar “iddia tələbinin azaldılması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 21103,87 manat məbləğində əsas kredit borcu, 3255,76 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu, 502,09 manat məbləğində cərimə olmaqla, ümumilikdə 24861,72 manat, həmçinin iddia qaldırılması üşün ödənilmiş 194,59 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən cavabdehlərdən 31103,87 manat məbləğində əsas kredit borcu, 3255,76 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu, 502,09 manat məbləğində penya olmaqla, cəmi 34861,72 manat borclan olmuşdur. İş məhkəmədə olduğu dövrdə sözügedən kredit borcu üzrə xx.xx.2024-cü il tarixde 2000 manat, xx.xx.2024-cü il tarixdə 2000 manat, 16,12.2024-cü il tarixdə 2000 manat, xx.xx.2025-ci il tarixde 2000 manat, xx.xx.2025-ci il tarixdə 2000 manat, ümumilikdə cəmi 10000 manat ödəniş edilmiş, həmin məbləğ əsas borcdan silinmişdir.
6. Cavabdehlər tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır.
7. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmişlər. İddiaçı ASC ərizə ilə məhkəməyə müraciət edərək, işə onların iştirakı olmadan baxılması və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən iddiaçının nümayəndəsi və cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:
8. İddiaçı ASC ilə Cavabdeh1 arasında xx.xx.2023-cü il tarixli razılaşma (kreditin verilməsinə dair) bağlanmışdır. Həmin razılaşmanın 1-ci bəndinə əsasən kreditverən 40000 manat məbləğdə və illik faiz dərəcəsi 19 faiz olmaqla, xx.xx.2025-ci il tarixədək, 0 ay güzəşt müddəti olmaqla, dövriyyə vəsaitlərinin artırılması və cari xərclər məqsədli kredit verir, müştəri isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə kredit verənə qaytarmağı öhdəsinə götürür. Kredit üzrə faktiki illik faiz dərəcəsi 19,6%-dir. Həmin razılaşmanın 2-ci bəndinə əsasən kredit borc alanın ərizəsi əsasında kredit verən tərəfindən borc alanın cari hesabına köçürməklə veriləcəkdir. Kreditin alınma tarixi kreditin borc alanın cari hesabına köçürüldüyü tarix hesab edilir və kredit üzrə faizlər həmin tarixdən etibarən hesablanacaqdır. Həmin tarix ilə bu razılaşmanın bağlanması tarixi arasında fərq olarsa, bu zaman, kreditin geri qaytarılmalı olduğu sonuncu tarix bu razılaşmaya əlavə edilmiş ödəniş cədvəlində qeyd edilmiş son ödəniş tarixi ilə müəyyən ediləcəkdir. Həmin razılaşmanın 3-cü bəndinə əsasən ödəmə vaxtı çatmış, lakin borc alan tərəfindən ödənilməmiş kreditin aylıq ödənişinin əsas məbləğinin gecikdirilmiş hissəsi illin 19%+5% gecikdirmə faizi ilə hesablanır. Həmin razılaşmanın 4-cü bəndinə əsasən əsas borc və faizlər, kredit məbləğinin borc alanın cari hesabına köçürüldüyü günündən hesablanmağa başlanacaq və razılaşmanın tərkib hissəsi sayılan, kredit verən tərəfindən tərtib edilmiş ödəniş cədvəli üzrə borc alan tərəfindən ödəniləcək. Həmin razılaşmanın 6-cı bəndinə əsasən borc alan razılaşmaya əsasən verilmiş kreditin faizləri ilə birlikdə qaytarılmalı olduğu son tarixədək öhdəliklərini icra etmədiyi, yaxud lazımi qaydada icra etmədiyi təqdirdə kredit verənə gecikdirilmiş borc məbləğinin 40 faizi məbləğində cəriməni ödəyir. Qeyd olunanlarla yanaşı kredit verən dəbbə pulunu yaxud öhdəliyin icra olunmaması nəticəsində dəymiş zərərin ödənilməsinin tələb edilməsini seçmək hüququnu özündə saxlayır. Həmin razılaşmanın 11ci bəndinə əsasən borc alanın razılaşmadan irəli gələn öhdəliyinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 ilə xx.xx.2023-cü il tarixli, 38FİZAM172362103 saylı zaminlik müqaviləsi, Cavabdeh3 ilə xx.xx.2023-cü il tarixli, 38FİZAM126422902 saylı zaminlik müqaviləsi, X1 ilə xx.xx.2023-cü il tarixli, 38FİZAM139942602 saylı zaminlik müqaviləsi bağlanılır. Müqavilə tərəflərin imzası ilə təsdiq edilmişdir.
9. İddiaçı tərəfindən iş materiallarına ödəniş cədvəli əlavə edilmişdir. Həmin cədvələ əsasən İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış kredit verilməsinə dair razılaşma üzrə ödənilməli olan faiz borcu 10575,37 manat təşkil edir (ümumi borc: 40000+10575,37=50575,37).
10. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 38FİZAM172362103 nömrəli zaminlik müqaviləsinin məzmunundan görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür.
11. İddiaçı ASC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 38FİZAM139942602 nömrəli zaminlik müqaviləsinin məzmunundan görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit razılaşması üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh4 bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür.
12. İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 38FİZAM126422902 nömrəli zaminlik müqaviləsinin məzmunundan görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit razılaşması üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh3 bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür.
13. İddiaçı tərəfindən iş materiallarına hesabdan çıxarışlar əlavə edilmişdir.
14. İddiaçı ASC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixli müqavilə üzrə banka olan borcu 31103,81 manat məbləğində əsas, 3255,76 manat məbləğində faiz, 502,09 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 34861,66 manat təşkil edir.
15. İddiaçı ASC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixli müqavilə üzrə banka olan borcu 27103,87 manat məbləğində əsas, 4245,84 manat məbləğində faiz, 1048 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 32397,71 manat təşkil edir.
16. İddiaçı ASC tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixli müqavilə üzrə banka olan borcu 23103,87 manat məbləğində əsas, 3255,76 manat məbləğində faiz, 502,09 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 26861,72 manat təşkil edir.
17. İddiaçı ASC tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixli müqavilə üzrə banka olan borcu 21103,87 manat məbləğində əsas, 3255,76 manat məbləğində faiz, 502,09 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 24861,72 manat təşkil edir.
18. Bank Respublika” ASC tərəfindən Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 ünvanlanmış xx.xx.2024-cü il tarixli pretenziya məktubunun məzmunundan müəyyən olunur ki, öhdəlik pozulduğuna görə tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə birtərəfli qaydada xitam verildiyi bildirilmiş və müqavilə üzrə xx.xx.2024-cü il tarixinə olan 31103,87 manat əsas borc, 2880,36 manat faiz borcu və 264,13 manat cərimə borcunun 3 gün ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.
19. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/9760 saylı ekspert rəyindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 338280***-*******01 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 İddiaçı ASC-yə xx.xx.2024-cü il tarixə əsas borcu 30898,05 manat, faiz borcu 3245,15 manat, xx.xx.2024-cü il tarixə əsas borcu 30898,05 manat, faiz borcu üzrə 3685,45 manat təşkil edir. Tətbiq edilən hüquq
20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin borclunun kreditoru qarşısında borclunun öz öhdəliyini tamamilə və ya hissə hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472-ci maddəsinə əsasən borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarı ilə qərara alınmışdır ki: 1) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır; 2) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir; 3) İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır; 4) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır; 5) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmənin mövqeyi
23. İşin faktiki hallarından müəyyən olunur ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında xx.xx.2023-cü il tarixli razılaşma (kreditin verilməsinə dair) bağlanmışdır. Həmin razılaşmanın 1-ci bəndinə əsasən İddiaçı ASC 40000 manat məbləğdə və illik faiz dərəcəsi 19% olmaqla, xx.xx.2025-ci il tarixədək, 0 ay güzəşt müddəti olmaqla, dövriyyə vəsaitlərinin artırılması və cari xərclər məqsədli kredit verməyi, Cavabdeh1 isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə kredit verənə qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı ASC ilə Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 arasında bağlanmış xx.xx.2023-cü il tarixli zaminlik müqavilələri bağlanmış və zaminlər İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit razılaşması üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. İddiaçı ASC öz üzərinə düşən öhdəliyi yerinə yetirsə də, cavabdehlər (borclu və zaminlər) öz üzərlərinə götürdükləri öhdəlikləri lazımınca yerinə yetirməmişlər.
24. İddia tələbinin bir hissəsini cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 21103,87 manat məbləğində əsas kredit borcu, 3255,76 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcunun tutulması təşkil edir.
25. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehlərin (borcalan və zaminlər) müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, cavabdehlərin müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəmək vəzifəsi daşımasını və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/9760 saylı ekspert rəyini, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarını nəzərə alaraq hesab edir ki, iddia tələbi əsas kredit borcu və faiz borcunun tutulması hissəsində qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 20898,05 manat əsas borc, 3245,15 manat faiz borcu iddiaçının xeyrinə tutulmalı, qalan hissədə isə təmin olunmamalıdır. Belə ki, məhkəmə icraatının gedişində kredit müqaviləsi üzrə 10000 manat ödəniş edilmiş və həmin məbləğ əsas borcdan silinmiş və iddiaçı da müvafiq olaraq tələbin həcmini azaltmışdır. Ekspert rəyində banka olan əsas borcun məbləğinin 30898,05 manat təşkil etdiyi qeyd olunmuşdur. Məhkəmənin qənaətinə əsasən 10000 manat da həmin məbləğdən çıxılmalı və əsas borcun məbləği 20898,05 manat olaraq müəyyən edilməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/9760 saylı ekspert rəyində Cavabdeh1 xx.xx.2024-cü il tarixə (pretenziya məktubununu göndərildiyi tarix) faiz borcunun 3245,15 manat təşkil etdiyi qeyd edilmişdir. İddiaçı ASC tərəfindən cavabdehlərə göndərilmiş xx.xx.2024-cü il tarixli pretenziya məktubunda öhdəlik pozulduğuna görə tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə birtərəfli qaydada xitam verildiyi bildirilmişdir. İddia tələbinin faiz borcunun tutulması hissəsinə münasibətdə yuxarıda qeyd edilən qənaətə gələrkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarındakı hüquqi mövqeyi nəzərə alınmışdır.
26. İddia tələbinin digər hissəsini cavabdеhlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 502,09 manat məbləğində cərimə borcunun tutulması təşkil edir.
27. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdehlər tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı müqavilə şərtlərinə əsasən cavabdehlərdən cərimə məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır.
28. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cavabdehlərdən 502,09 manat (beş yüz iki manat doqquz qəpik) məbləğində cərimə borcu iddiaçının xeyrinə tutulmalıdır.
29. Eləcə də, iddiaçı ödənilmiş dövlət rüsumunu əvəzi olaraq 194,59 manat məbləğin cavabdehlərdən müştərək qaydada onun xeyrinə tutulmasını xahiş etmişdir.
30. Məhkəmə hesab edir ki, ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun əvəzi kimi 163,2 manat (yüz altmış üç manat iyirmi qəpik) manat məbləğində pul vəsaiti cavabdehlərdən birgə qaydada tutularaq iddiaçıya ödənilməlidir.
31. Həmçinin iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğin 99,1 manat hissəsi cavabdehlər Cavabdeh1, X3, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada, 0,90 manat hissəsi İddiaçı Açıq Şəhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülməlidir.
32. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, X3, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 20898,05 manat (iyirmi min səkkiz yüz doxsan səkkiz manat beş qəpik) əsas borc, 3245,15 manat (üç min iki yüz qırx beş manat on beş qəpik) faiz borcu, 502,09 manat (beş yüz iki manat doqquz qəpik) cərimə və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 163,2 manat (yüz altmış üç manat iyirmi qəpik) olmaqla, ümumilikdə 24808,49 manat (iyirmi dörd min səkkiz yüz səkkiz manat qırx doqquz qəpik) məbləğində pul vəsaiti İddiaçı Açıq Şəhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğin 99,1 manat hissəsi cavabdehlər Cavabdeh1, X3, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada, 0,90 manat hissəsi İddiaçı Açıq Şəhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova