Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5079/2025 23.12.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 MMC-yə, Cavabdeh2 qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: kredit müqaviləsi) X5 Rövşən qızının sədrliyi, X2 qızının katibliyi, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2 qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2 (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, CavabdehlərCavabdeh1 MMC-dən vəCavabdeh2 31 yanvar 2024-cü il tarixli, 100875-771703/8nömrəli kredit müqaviləsi üzrə əsas borc – 138253.30 (bir yüz otuz səkkiz min iki yüz əlli üç manat, otuz qəpik) manat, əsas borca hеsablanmış faiz borcu -- 11119.24 (on bir min bir yüz on doqquz manat, iyirmi dörd qəpik) manat olmaqla,cəmi --- 149372.54 (bir yüz qırx doqquz min üç yüz yetmiş iki manat, əlli dörd qəpik) manat məbləğində borcun, ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün köçürülmüş cəmi 51 (əlli bir) manat məbləğində pulun və iddia ərizəsinin verilməsi üçün köçürülmüş 439.37 (dörd yüz otuz doqquz manat, otuz yeddi qəpik) manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi, 2. Tutmanın Bank qarşısında ipotеkaya qoyulmuş Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.085 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 202.5 kv.m-dən ibarət 42 saylı fərdi yaşayış evinə yönəldilməsi, 3. İpoteka predmeti olan ünvan 2 ünvanında yerləşən 0.085 ha torpaq sahəsi və onun üzərindəyerləşən ümumisahəsi 202.5 kv.m-dən ibarət 42 saylı fərdi yaşayış evinin hərracda satılması üçün ilkin satış qiymətinin müəyyən edilməsi, 4. İpoteka predmeti olan ünvan 2 ünvanında yerləşən 0.085 ha torpaq sahəsi və onun üzərindəyerləşən ümumisahəsi 202.5 kv.m-dən ibarət 42 saylı fərdi yaşayış evinin açıq hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, 5. İpoteka predmeti hərracda satıldıqda ünvan 2 ünvanında yerləşən 0.085 ha torpaq sahəsi vəonun üzərində yerləşən ümumisahəsi 202.5 kv.m-dən ibarət 42 saylı fərdi yaşayış evinin boşaldılması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1.1. İddiaçı ASC ilə borcalan Cavabdeh1 MMC arasında 22 dekabr 2020-ci il tariхli, GA.771703.1 nömrəli kredit limitinin ayrılması haqqındBaş Saziş imzalanmışdır. 1.2. Həmin Baş Sazişin təminatı olaraq, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Stroydetalküçəsi ünvanında yerləşən 0.085 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 202.5 kv.m-dən ibarət 42 saylı fərdi yaşayış evi 22 dekabr 2020-ci il tariхli, GA.771703.1 nömrəli ipotеka müqaviləsinə əsasən banka ipotеka qoyulmuşdur. 1.3. Tərəflər arasında bağlanmış Baş Sazişə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh1 MMC-yə 31 yanvar 2024-cü il tarixli, **********03/8 nömrəli kredit müqaviləsi ilə illik 17 faiz dərəcəsi ilə 24 ay müddətinə 150000 (bir yüzəllimin) manat məbləğində krеdit verilmişdir. 1.4. Eyni zamanda, həmin 31 yanvar 2024-cü il tarixli, 100875-771703/8 nömrəli kredit müqaviləsinin təminatı olaraq, İddiaçı ASC ilə Cavabdeh2İsmayıl oğlu arasında 31 yanvar 2024-cü il tariхli, 100875-771703/8 nömrəlizaminlik müqaviləsi bağlanmışdır. 1.5. Borcalan Kredit Müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Bununla əlaqədar, dəfələrlə yazılı formada xəbərdarlıqlar edilməsinə baxmayaraq, cavabdeh bundan heç bir nəticə çıxarmamışdır. Bu halda, Bank tərəfindən “İpoteka haqqında” AR-nın Qanununun 36.1-ci maddəsinin tələblərinə uyğunolaraq, ipoteka predmetinə tutma yönəldilməsi barədə xx.xx.2025-ci il tarixli, 001/007/1338/2025 nömrəli Bildiriş ipotekaqoyan Cavabdeh2 xx.xx.2025-ci il tarixdə sifarişli poçt göndərişi üsulu ilə göndərilmişdir. Poçt göndərişi vasitəsilə göndərilmiş həmin bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvimgünü keçdikdən sonra, yəni xx.xx.2025-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır (bildirişin dövlət qeydiyyatına alınması barədə ərizə, X3 vasitəsi ilə müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə təsdiqetmə bildirişi iddia ərizəsinə əlavə edilir). 1.6. Kredit Müqaviləsi üzrə borclu Cavabdeh1 MMC öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyinə görə İddiaçı ASC-nin ipotekpredmetinə tutmanın yönəldilməsinə başlamaq hüququ yaranmışdır. Bununla bağlı olaraq, qanunvericiliyin tələbinə uyğun ipoteka predmetinə tutmanın yönəldilməsinin tam əsaslı olması Qanunvericiliklə bağlımüddəalarda ətraflı qeyd edilmişdir.
II. Tərəflərin mövqeləri:
3. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və iclasın onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir.
4. Cavabdehlərə məhkəmə baxış iclası ilə bağlı cavabdehə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər,gəlməmələrinin səbəbi barədə məlumat verməmişdir.
5. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
6. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
7. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
IV. Sübutların tədqiqi:
8. İddiaçı ASC ilə borcalan Cavabdeh1 MMC arasında 22 dekabr 2020-ci il tariхli, GA.771703.1 nömrəli kredit limitinin ayrılması haqqındaBaş Saziş imzalanmışdır.
9. İddiaçı ASC (bank) ilə Cavabdeh1 MMC arasında 31 yanvar 2024-cü il tarixli, **********03/8 nömrəli krеdit müqaviləsinə əsasən borcluya 17 faiz dərəcəsi ilə 24 ay müddətinə 150000 manat məbləğində krеdit vеrilmişdir. Həmin müqavilənin: - 1.7-ci bəndinə əsasən kredit Dövriyyə vəsaitinin artırılması məqsədləri üçün verilir. - 2.1-ci bəndinə əsasən kredit üzrə əsas borc və faizlər bu müqavilənin ayrılmaz hissəsi olan ödəniş cədvəli (bu müqavilənin 6-cı hissəsi nəzərə alınmaqla tərtib edilmiş) əsasında ödənilir. - 6.1-ci bəndinə əsasən Borclu bu müqavilə üzrə hesablanmış faizləri kreditin illik faiz dərəcəsindən Fond tərəfindən ödəniləcək faiz subsidiyası üzrə 7.5 faiz bəndi çıxıldıqdan ödəniş cədvəlinə uyğun olaraq ödəyir. Müqavilə bankın imzası və möhürü, və borc alanın imzası ilə təsdiq edilmişdir.
10. İddiaçı ASC ilə Cavabdeh2 arasında 31 yanvar 2024-cü il tariхli, 100875-771703/8 nömrəlizaminlik müqaviləsi imzalanmışdır. - 1.1-ci bəndinə əsasən bu müqaviləyə görə zamin, borc alanın 31 yanvar 2024-cü il tarixli, **********03/8 nömrəli kredit müqaviləsi üzrə bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirməsinə görə Borc alanla birgə məsuliyyəti öz üzərinə götürür. - 1.5-ci bəndinə əsasən zamin kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi məqsədilə zamin olmuş digər şəxslərlə birlikdə kreditor qarşısında birgə məsuliyyət daşıyır. - 2.2.4.2-ci bəndinə əsasən zaminin bu müqavilə üzrə öhdəlikləri pozulduqda bankın kredit müqaviləsi üzrə öhdəliklərin vaxtından əvvəl icrasını birlikdə və ya ayrılıqda zamindən və borcludan tələb etmək hüququ var. Müqavilə bankın, borc alanın və zaminin imzaları, eləcə də bankın möhürü ilə təsdiq edilmişdir.
11. İddiaçı ASC (ipoteka saxlayan) Cavabdeh2 (ipoteka qoyan) arasında bağlanmış 22 dekabr 2020-ci il tariхli, GA.771703.1 nömrəli ipotеka müqaviləsinə əsasən Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Stroydetalküçəsi ünvanında yerləşən 0.085 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 202.5 kv.m-dən ibarət 42 saylı fərdi yaşayış evi banka ipotеka qoyulmuşdur.
12. 2.2-ci bəndinə əsasən 2.2.İpoteka predmetinin ilkin satış (likvid) qiyməti 260000 manat müəyyən edilir. 3.1-ci bəndinə əsasən öhdəliyin mahiyyəti: 22 dekabr 2020 il tarixli GA.771703.1 nömrəli Kredit limitinin ayrılması haqqında Baş Saziş.. 3.2-ci bəndinə əsasən 3.2. Öhdəliyin ölçüsü (məbləği): Baş Saziş üzrə illik maksimum 24 (İyirmi dörd (.00)) faiz dərəcəsi ilə ayrılmış 500000 manat limit məbləği. 4.1-ci bəndinə əsasən İpoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: əsas borc; faizlər; dəbbə pulu; vurulmuş zərərin əvəzinin ödənilməsi; ipoteka predmetinin saxlanılması və salamatlığının təmin edilməsin xərclərinin ödənilməsi; ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə və digər xərclərin ödənilməsi.
13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 sentyabr 2025-ci il tarixli, 9/3646 saylı ekspert rəyindən görünür ki, Cavabdeh1 MMCnin İddiaçı ASC-yə xx.xx.2025-ci il tarixə (bildiriş göndərildiyi tarixə) ödənilməli əsas borcu 138276.34 manat, faiz borcu 9198.71 manat müəyyən edilir . Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir.
14. "xxxx" MMC-nin 20 avqust 2025-ci il tarixli, LP-143/2025 saylı mütəxəssis rəyinə əsasən Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.085 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 202.5 kv.m-dən ibarət 42 saylı fərdi yaşayış evinin bazar qiyməti 350 000 manat, likvid qiyməti isə 285 000 manat dəyərində müəyyən edilmişdir.
15. İddiaçı ASC tərəfindən cavabdehlərə pretenziya (xəbərdarlıq məktubları) ünvanlanaraq yaranmış borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə borcun tutulması tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.
V. Tətbiq edilən hüquq:
16. AR Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. - mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 743-cü maddəsinə görə əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. - AR Mülki Məcəlləsinin 269-cu və 270.1-ci maddələrinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur. Girov və ipoteka əlavə (aksessor) əşya hüququ olmaqla yanaşı, həm də borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Öhdəliyin icrasının təmin edilmə üsulu kimi ipoteka əsas öhdəliyin icrasına zəmanət verməklə, əmlakdan məhrum olma təhlükəsi altında borclunu lazımı icraya stimullaşdırmaq məqsədi daşıyır. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir.
1. “İpoteka haqqında” Qanunun: - 1.0.6-cı, 3.1-ci, 10.4-cü, 11.1-ci, 11.2-ci maddələrinə əsasən ipoteka ilə borc, alqısatqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır və dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir və ipoteka hüququ həmin andan əmələ gəlir. Daşınar əşyanın ipotekası haqqında müqavilə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. İpoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. - 34.1-ci maddəsinə görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. 47.5-ci maddəsinə görə İpoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır. -39.3-ci maddəsinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. -1.0.9-ci maddəsinə görə ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. -“İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 20 iyul 2020-ci il tarixli qərardadından görünür ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. - 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. - 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. - - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
17. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
VI. Məhkəmənin mövqeyi:
18. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir.
19. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış 22 dekabr 2020-ci il tariхli, GA.771703.1 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı ASC Cavabdeh1 MMC-yə müqavilədə müəyyən edilmiş şərtlərlə cəmi 150 000 manat məbləğində kredit verməklə, razılaşma ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmiş, lakin Cavabdeh1 MMC kredit müqaviləsi üzrə əsas kredit borcunu və faizləri ödəmək öhdəliyini lazımi qaydada icra etməmiş, nəticədə cavabdehin iddiaçıya əsas və faiz borcu yaranmışdır.
20. Cavabdeh1 MMC-nin kredit müqaviləsi üzrə iddiaçıya olan əsas və faiz borcunun məbləğini müəyyən etmək üçün iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası keçirilmişdir. Ekspert rəyi ilə Cavabdeh1 MMC-nin xx.xx.2025-ci il tarixə (bildiriş göndərildiyi tarixə) ödənilməli əsas borcu 138276.34 manat, faiz borcu 9198.71 manat məbləğində olması müəyyən edilmişdir.
21. Məhkəmə MPM-in 206.1-ci maddəsinə əsasən, ekspert rəyini tətqiq edərək belə qənaətə gəlir ki, hazırkı halda məhkəmənin ekspert rəyi ilə razılaşmaması üçün əsaslar mövcud deyil, odur ki, həmin rəy iş üzrə sübut qismində qəbul edilməlidir.
22. Digər tərəfdən iddiaçı bank isə iddiasında həmin kredit müqaviləsi üzrə 138253.30 manat əsas borcun tutulmasını tələb etdiyindən və məhkəmə işə iddia tələbləri həddində baxdığından hesab edir ki, kredit müqaviləsi üzrə əsas borcun tutulması hissəsində iddia tam təmin edilməlidir.
23. Belə olan halda kredit müqaviləsi üzrə əsas borcun tutulması hissəsində iddia tam təmin edilməli, Cavabdeh1 MMC-dən mübahisəli kredit müqaviləsi əsas borc qismində 138253.39 manat məbləğində pul vəsaiti tutulmalıdır.
24. Faiz borcuna gəldikdə qeyd edilməlidir ki, birincisi, İddiaçı ASC xx.xx.2025-ci il tarixdə borc alan və ipoteka qoyana ipotekaya tutma yönədilməsi barədə bildiriş göndərməklə mübahisəli kredit müqaviləsinə vaxtından əvvəl xitam vermək barədə iradəsini qarşı tərəfə çatdırmışdır. Odur ki, həmin tarixdən mübahisəli kredit müqaviləsi ləğv edilmiş hesab edildiyindən iddiaçı yalnız həmin tarixədək olan müddət üçün kredit müqaviləsi üzrə faiz borcunu tələb edə bilər.
25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında formalaşdırılmış hüquqi mövqeyə görə, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.
26. Odur ki, ekspert rəyində müəyyən edilmiş (pretenziyanın göndərildiyi tarixə) müqavilə üzrə tutulacaq faiz borcu 9198.71 manat məbləğində müəyyən edilməlidir.
27. İş materiallarından həmçinin görünür ki, İddiaçı ASC (kreditor) Cavabdeh1 MMC (borc alan) arasında bağlanmış 31 yanvar 2024-cü il tarixli, 100875-771703/8 saylı kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təmin edilməsi üsulu kimi İddiaçı ASC (kreditor) ilə Cavabdeh2 (zamin) arasında 31 yanvar 2024-cü il tariхli, 100875-771703/8 saylı zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən zamin Cavabdeh2 borc alan Cavabdeh1 MMC 31 yanvar 2024-cü il tarixli, 100875-771703/8 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərinə zamin durmuşdur.
28. Məhkəmə zamin Cavabdeh2 31 yanvar 2024-cü il tarixli, 100875-771703/8 saylı kredit müqavilə üzrə borc alan Cavabdeh1 MMC-nin bütün öhdəliklərinə zamin durduğundan həmin öhdəliklərə görə borc alanla birgə məsuliyyət daşıdığını nəzərə alaraq hesab edir ki, İddiaçı ASC kredit müqaviləsi üzrə borcun (kredit, faiz borcu daxil olmaqla) müştərək (birgə) qaydada borc alan və zamindən tutulmasını tələb etməkdə də haqlıdır.
29. Bununla yanaşı iş materiallarından görünür ki, İddiaçı ASC borc üzrə tutmanın ipoteka predmetinə yönəldilməsi tələbini də irəli sürmüşdür.
30. Həmin tələblə bağlı məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, 31 yanvar 2024-cü il tarixli, 100875-771703/8 saylı əsas kredit müqaviləsi üzrə borc alanın öhdəliklərinin təminatı olaraq İddiaçı ASC (ipoteka saxlayan) ilə Cavabdeh1 MMC (borc alan) və Cavabdeh2 (ipoteka qoyan) arasında bağlanmış 02 sentyabr 2021-ci il tarixli, 106901-983198/2 saylı sonrakı ipoteka müqaviləsinə əsasən Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən 0.085 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 202.5 kv.m-dən ibarət 42 saylı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Müqavilə qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İpoteka predmetinə tutma yönəldilməsi ilə bağlı “İpoteka” haqqında Qanunda nəzərdə tutulmuş prosedura əməl edilmiş, ipoteka qoyana ipotekaya tutma yönəldilməsi barədə bildiriş göndərilmiş, həmin bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə müraciət edilmiş və bildirişlər reyestrdə qeydiyyata alınmışdır.
31. İşin yuxarıda göstərilən halları ilə təsdiq edilir ki, Cavabdeh1 MMC kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyini vaxtında icra etmədiyi üçün “İpoteka haqqında” qanunun 34.1.1-ci bəndinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranmışdır.
32. Belə olan halda məhkəmə hesab edir ki, ipotekaya tutma yönəldilməsi tələbinə dair hissədə iddia təmin edilməli, tələb üzrə tutma ünvan 1 ünvanında yerləşən 0.085 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 202.5 kv.m-dən ibarət 42 saylı fərdi yaşayış evinə yönəldilməli, həmin əmlak açıq hərracda satılmalı, əmlakın satışından əldə olunmuş vəsait hesabına İddiaçı ASC-nin borc tələbi ödənilməlidir.
33. İşin yuxarıda göstərilən hallarından göründüyü kimi, işə məhkəmədə baxılarkən məhkəmə tərəfindən ipoteka predmetinin bazar qiymətinin və likvid dəyərinin müəyyən edilməsi ilə bağlı qiymətləndirmə şirkətinin rəyi alınmışdır.
34. "xxxx" MMC tərəfindən verilmiş 20 avqust 2025-ci il tarixli, LP-143/2025 saylı mütəxəssis rəyinə əsasən Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.085 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 202.5 kv.m-dən ibarət 42 saylı fərdi yaşayış evinin bazar qiyməti 350 000 manat, likvid qiyməti isə 285 000 manat dəyərində müəyyən edilmişdir.
35. MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
36. İpoteka müqaviləsi bağlanarkən tərəflər arasında dəyərləndirilmiş qiymət ilə bağlı qeyd edilməlidir ki, həmin ipoteka müqaviləsinin bağlanması, yəni sözügedən əmlakın tərəflər arasında dəyərləndirilməsindən 4 ildən çox müddət keçmişdir.
37. Belə olan halda məhkəmə ipoteka müqaviləsində ipoteka predmeti olaraq "xxxx" MMCnin rəyində müəyyən edilmiş fərdi yaşayış evinin likvid dəyərinin (285 000 manat) ipoteka predmetinin ilkin satış qiyməti kimi müəyyən edilməsini məqsədəmüvafiq hesab edir.
38. Məhkəmə xərclərinə dair hissədə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 439.37 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.
39. Odur ki, hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 437.45 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
40. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 müştərək qaydada 31 yanvar 2024-cü il tarixli, 100875-771703/8 saylı krеdit müqaviləsi üzrə 138253.30 manat məbləğində krеdit bоrcu, 9198.71 manat məbləğində faiz bоrcu olmaqla, cəmi 147452.01 manat məbləğində pul vəsaiti və dövlət rüsumunun əvəzi olaraq 437.45 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-yə ödənilsin. Tələb üzrə tutma ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 0.085 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 202.5 kv.m-dən ibarət 42 saylı fərdi yaşayış evinə yönəldilsin, həmin əmlak açıq hərracda satılsın, əmlakın ilkin satış qiyməti 285.000 manat məbləğində müəyyən edilsin. Əmlakın satışından əldə olunmuş vəsait hesabına İddiaçı ASC-nin tələbi ödənilsin. Satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğ Cavabdeh2 qaytarılsın. Qalan hissədə iddia rədd edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul vəsaitinin 90 manat hissəsi cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC-dən müştərək qaydada, 10 manat hissəsi isə İddiaçı ASC-dən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************), qiymətləndirmə rəyinin alınmasına görə 350 manat məbləğində pul vəsaitinin 300 manat hissəsi cavabdehlər Cavabdeh1 MMC-dən və Cavabdeh2 müştərək qaydada, 30 manat hissəsi isə İddiaçı ASC-dən tutularaq "xxxx" MMC-yə ödənilsin.
Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Həşimova