Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5082/2025 02.10.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizati Xidməti“ X1rşı borcun silinməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: borcun silinməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi ilə, İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X1rşı borcun silinməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı məxsus Nəsimi rayonu, İzzət Həmidov küçəsi, 3 ünvanında yerləşən 40 kv.m qeyriyaşayış sahəsinə dair "xxxx" ASC tərəfindən hesablanmış 4100 (dörd min yüz) manat məbləğində cərimənin silinməsi barədə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ona məxsus ünvan 1 ünvanında yerləşən 40 kv.m qeyri-yaşayış sahəsini anbar kimi istifadə etmişdir. İddiaçının anbar kimi istifadə etdiyi həmin qeyri-yaşayış sahəsində su istifadə etməyə ehtiyac olmamış, oraya sadəcə əşyalar və avadanlıqlar yerləşdirilmiş, ümumilikdə isə 2021-ci il tarixdən xx.xx.2023-cü ilədək 20-30 manat dəyərində sudan istifadə edilmişdir. Lakin "xxxx" ASC tərəfindən İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair sudan istifadə edilməsinə görə 4100 (dörd min yüz) manat məbləğində cərimə hesablanmış və su təchizatı kəsilmişdir. İddiaçı həmin qeyri-yaşayış sahəsindən anbar məqsədi ilə istifadə etmiş, yəni başqa hər hansı bir fəaliyyətlə məşğul olmamış və bu səbəbdən suyun istifadə edilməsi üçün zərurət yaranmamışdır. "xxxx" ASC-nin əməkdaşları tərəfindən həmin qeyriyaşayış sahəsinə dair su təchizatının kəsilməsi zamanı hər hansı bir akt tərtib edilməmiş, kənar su sayğacından istifadə olunmasını təsdiq edən fotoşəkillər çəkilməmiş, İddiaçı keçirilmiş yoxlama barədə məlumat verilməmiş, ona hüquqları izah edilməmiş və onun yoxlama nəticəsi ilə bağlı irad və etirazı olub-olmaması nəzərə alınmamışdır. Göründüyü kimi, "xxxx" ASC-nin əməkdaşının apardığı yoxlama tamamilə qanunsuz olmuş və heç bir əsas olmadan cərimə tətbiq edilmişdir. İddiaçı "xxxx" ASC-nin qaynar xətti ilə əlaqə saxlayaraq, bu məsələnin araşdırılması üçün müvafiq tədbir görmələrini xahiş etmiş və "xxxx" ASC-nin əməkdaşlarını həmin ünvanda yerləşən qeyri-yaşayış sahəsinə göndərilmişlər. Belə ki, xx.xx.2023-cü il tarixdə keçirilən baxış zamanı "xxxx" ASC-nin əməkdaşı həmin obyektə dair hər hansı bir pozuntu olmadığını aşkar etmiş, İddiaçı tərəfindən həmin qeyri-yaşayış sahəsində sudan düzgün istifadə edildiyini və hər hansı bir kənar xəttin olmadığını bildirmişdir. Həmçinin əməkdaş bu məsələnin tez bir zamanda həll edilməsi üçün İddiaçı məhkəməyə müraciət etməsini məsləhət görmüşdür. İddiaçı tərəfindən cavabdehə pretenziya məktubu ilə müraciət edilərək, qanunsuz olaraq hesablanmış 4100 (dörd min yüz) manat məbləğində cərimənin silinməsi xahiş edilmiş, lakin cavabdeh həmin pretenziya məktubuna məhəl qoymamışdır. Göründüyü kimi, ona məxsus ünvan 1 ünvanında yerləşən 40 kv.m qeyri-yaşayış sahəsinə dair su təchizatının kəsilməsi tamamilə qanunsuz və əsassız olduğundan bununla bağlı tətbiq olunmuş cərimə də qanunsuz hesab edilməli və ləğv edilməlidir.
3. İddia tələbinin maddi hüquqi əsası kimi “Sudan istifadə qaydaları” Azərbaycan Respublikası Qanununun müvafiq maddələrinə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa istinad olunmuşdur.
4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır.
5. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Tərəflər məhkəməyə müraicət edərək, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4 və 185.5-ci maddələrinin tələblərini nəzərə alaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:
6. xx.xx.2023-cü il tarixli ətraflı abonent kartının məzmunundan müəyyən olunur ki, xx.xx.2021-ci il tarixində İddiaçı sudan qanunsuz istifadəyə görə 4104 manat cərimə hesablanmışdır.
7. xx.xx.2025-ci il tarixli abonent haqqında məlumatdan görünür ki, abonentin cari tarixə qalıq borcu 4089 manat təşkil edir.
8. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışdan müəyyən olunur ki, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur (qeydiyyat nömrəsi – **********, qeydiyyat tarixi – xx.xx.2018).
9. İddiaçı tərəfindən Cavabdeh PHŞ-yə ünvanlanmış pretenziya məktubundan görünür ki, ona məxsus ünvan 1 ünvanında yerləşən 40 kv.m qeyri-yaşayış sahəsi üzrə tətbiq edilmiş 4100 manat məbləğində cərimənin 3 gün ərzində silinməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq
10. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş Sudan istifadə Qaydalarının: 3.1.1-ci bəndinə əsasən STTSAS-a qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə, bir nüsxəsi istehlakçıya təqdim olunan akt tərtib etməklə və qanunsuz qoşulmanı dərhal su və kanalizasiya sistemindən ayırmaqla, su təchizatı və kanalizasiya şəbəkəsindən istifadəni dayandırmaq və dəymiş ziyanın ödənilməsini təqsirkar şəxsdən tələb etmək STKM-in hüquqlarına aiddir. 6.16-ci bəndinə əsasən su təchizatı qurğularının, suölçən cihazın və onun üzərindəki plombun zədələnməsi halları aşkar olunduqda, habelə STKM-in nümayəndəsinin suölçən cihaza baxmasına istehlakçı tərəfindən lazımi şərait yaradılmadıqda, müvafiq akt tərtib edilir. Aktın bir nüsxəsi istehlakçıya təqdim edilir. 6.17-ci bəndinə əsasən tərtib edilmiş akta əsasən istehlakçının təqsiri üzündən STKM-ə maddi zərər vurulması müəyyən edildikdə, dəymiş ziyan hesablanaraq istehlakçıya ödəniş sənədi təqdim edilir. 6.18-ci bəndinə əsasən STKM-in səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin su sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar su təchizatı və ya kanalizasiya sisteminə qanunsuz qoşulma (su təchizatı və kanalizasiya müəssisəsinin razılığı olmadan sistemə qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər.
11. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir; 2.3-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir; 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.
12. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndinə əsasən qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə yoxlama obyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər; 1.5-ci bəndinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Məhkəmənin mövqeyi
13. İşin faktiki hallarından görünür ki, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. xx.xx.2023-cü il tarixli ətraflı abonent kartından müəyyən olunur ki, xx.xx.2021-ci il tarixində İddiaçı sudan qanunsuz istifadəyə görə 4104 manat cərimə hesablanmış, həmin məbləğin bir qismi ödənilmiş və abonentin cari tarixə qalıq borcu 4089 manat təşkil etmişdir.
14. İddia tələbi iddiaçıya məxsus 059155 nömrəli abonent koduna hesablanmış 4100 manat məbləğində borcun silinməsindən ibarətdir.
15. Məhkəmə işin faktiki hallarını, qanunvericilik normalarını nəzərə alaraq, belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan qismən təmin edilməli, ünvan 1 ünvanında yerləşən 40 kv.m qeyri-yaşayış sahəsində yerləşdirilmiş sayğaca 4089 manat (hazırda mövcud olan qalıq məbləğ) məbləğində pul “İri Şəhərlərin Birləşmiş Su Təchizati Xidməti“ X3 tərəfindən 059155 nömrəli abonent hesabından silinməli, qalan hissədə təmin edilməməlidir.
16. Həmin nəticəyə gələrkən nəzərə alınmışdır ki, qanunsuz istifadə ilə bağlı hesablanan cərimə abonent kartına işlənsə də, həmin cərimənin hesablanmasına əsas olan, “Sudan istifadə Qaydaları”na uyğun olaraq cavabdeh tərəfindən tərtib edilməli olan hər hansı akt, digər sənədlər məhkəməyə təqdim edilməmişdir. Həmin məbləğin cavabdehə hansı əsasla hesablanmasını müəyyən etmək mümkün olmamışdır. Cavabdeh tərəfindən qeyd olunan obyektdə hər hansı baxış və digər bu cür tədbir həyata keçirilmişdisə, belə yoxlamanın həyata keçirilməsinə, yoxlamaların vahid məlumat reyestrində qeydə alınmasına dair sübutlar məhkəməyə təqdim olunmamışdır.
17. Qeyd olunanlar əsas götürülərək, hazırkı nəticəyə gəlinmişdir.
18. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən 40 kv.m qeyri-yaşayış sahəsinə dair "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən hesablanmış 4089 (dörd min səksən doqquz) manat məbləğində pul vəsaiti 059155 nömrəli abonent hesabından silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova