Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-51/2023 27.01.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ASC) Cavabdeh3nə (MMC), Cavabdeh2, Cavabdeh4 və Cavabdeh1 qarşı kreditlər üzrə əsas borcun, ona hesablanmış faizlərin və cərimənin cavabdehlərdən tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ASC) Cavabdeh3nə (MMC), Cavabdeh2, Cavabdeh4 və Cavabdeh1 qarşı kreditlər üzrə əsas borcun, ona hesablanmış faizlərin və cərimənin cavabdehlərdən tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı ASC iddia ərizəsi və iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh3 MMC-dən və Cavabdeh1 birgə qaydada K2923 saylı maliyyələşdirmə üçün ərizə üzrə 29905,25 (iyirmi doqquz min doqquz yüz beş manat iyirmi beş qəpik) manat əsas borc, 3.436,53 (üç min dörd yüz otuz altı manat əlli üç qəpik) manat faiz borcu, 14.580,49 (on dörd min beş yüz səksən manat qırx doqquz qəpik) manat cərimə borcu olmaqla, cəmi 47.922,27 (qırx doqquz min doqquz iyirmi iki manat iyirmi yeddi qəpik) manat məbləğində borcun, PK0069 saylı plastik kart üzrə 9961,85 (doqquz min doqquz yüz altmış bir manat səksən beş qəpik) manat əsas borc, 1405,56 9bir min dörd yüz beş manat əlli altı qəpik) manat faiz borcu, 7.787,29 (yeddi min yeddi yüz səksən yeddi manat iyirmi doqquz qəpik) manat cərimə borcu olmaqla, cəmi 19.154,70 (on doqquz min yüz əlli dörd manat yetmiş qəpik) manat məbləğində borcun İddiaçı ASC-nin xeyrinə tutulması, tutmanın Cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X1 prospekti ev 8a, ünvanında yerləşən 7 saylı mənzilə, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X1 prospekti ev 8a, ünvanında yerləşən 8 saylı mənzilə yönəldilməsi, Cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X1 prospekti ev 8a, ünvanında yerləşən 7 saylı mənzilin hərracdan ilkin satış qiyməti 90000 manat məbləğində, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X1 prospekti ev 8a, ünvanında yerləşən 8 saylı mənzilin hərracdan ilkin satış qiyməti 87000 manat məbləğində müəyyən edilərək açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin cavabdehlərin İddiaçı ASC-yə olan kredit borclarının ödənilməsinə yönəldilməsi, daşınmaz əmlaklar satıldıqdan sonra 1 ay ərzində boşaldılaraq mülkiyyətçilərə təhvil verilməsi, ipoteka və girov predmetlərinin satışından əldə olunan pul vəsaiti cavabdehlərin İddiaçı ASC-yə olan kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda, qalıq borcun Cavabdeh3 MM-dən və Cavabdeh1 birgə qaydada tutularaq İddiaçı ASC-nin hesabına ödənilməsi, mediasiya prosesi üzrə ödənilmiş 400 manat məbləğində xidmət haqqı, ipoteka bildirişinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata alınması üçün 20 manat dövlət rüsumu və 60 manat xidmət haqqı cavabdehlərdən birgə qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. 27 yanvar 2023-cü il tarixdə iddiaçı tərəf məhkəməyə ərizə ilə müraciət edərək, iddia ərizəsinin geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
II. Tərəflərin mövqeləri:
3. Tərəflərə məhkəmə hazırlıq iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər.
4. Məhkəmə tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.
III. Tətbiq edilən hüquq
5. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6— 261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. 170.3-cü maddəsinə əsasən bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər.
IV. Məhkəmənin mövqeyi
6. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarınnın 5-ci bənbinə əsasən “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 nömrəli qərarında aşağıdakı dəyişikliklər edilsin: 5.1. 2-ci bənd aşağıdakı redaksiyada verilsin: “Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.”
7. Məhkəmə ərizəni nəzərdən keçirib, iddia ərizəsini araşdıraraq hesab edir ki, iddiaçı iddia ərizəsinin geri qaytarılması barədə vəsatət verdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən iddia ərizəsi geri qaytarılmalıdır.
V. Nəticə:
8.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1, 268-269–cu maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara aldı:
İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ASC) Cavabdeh3nə (MMC), Cavabdeh2, Cavabdeh4 və Cavabdeh1 qarşı kreditlər üzrə əsas borcun, ona hesablanmış faizlərin və cərimənin cavabdehlərdən tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər İddiaçı Açıq Səhmdar Cəmiyyətinə geri qaytarılsın. Ekspertiza xərcinin əvəzi olaraq 200 (iki yüz) manat məbləğində pul cavabdehlər Cavabdeh3 (MMC), Cavabdeh2, Cavabdeh4 və Cavabdeh1 müştərək qaydada tutularaq Azərbacan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (müxbir hesab: AZ 41NABZ**********00********) hesabına ödənilsin. Qərardad rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 10 gün müddətində ondan elektron kabinet vasitəsi ilə Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim Kənan Hüseynov