Məhkəmə qərarları › İş №e-2-2(113)-51/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-51/2024

21.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-51/2024 21.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh3 MMC, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, ipoteka müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndələri X2, Nümayəndə2 iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 MMC və Cavabdeh4 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı "xxxx" ASC (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 MMC və Cavabdeh4 (bundan sonra – cavabdehlər) qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3 MMC-dən və Cavabdeh4 müştərək qaydada iddiaçının xeyrinə RQ-484 nömrəli, xx.xx.2021-ci il tarixli Əsas Kredit Müqaviləsi çərçivəsində verilmiş kreditlərə əsasən: RQ-491 nömrəli, xx.xx.2021-ci il tarixli Əlavə Kredit Müqaviləsi üzrə ******* manat əsas, 60000 manat müqavilə müddəti ərzində ödənilməmiş faiz, 34444.44 manat manat müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış borc və 107376.48 manat cərimə borcu olmaqla, cəmi 1201820.92 manat; RQ-495 nömrəli, xx.xx.2021-ci il tarixli Qarantiya verilməsi şərtləri barədə Saziş üzrə ******* manat əsas, 152500 manat faiz və 122500 manat cərimə borcu olmaqla, cəmi ******* manat; RQ-496 nömrəli, xx.xx.2021-ci il tarixli Qarantiya verilməsi şərtləri barədə Saziş üzrə 500000 manat əsas, 79250 manat faiz və 64250 manat cərimə borcu olmaqla, cəmi 643500 manat; RQ-LG-609 nömrəli, xx.xx.2021-ci il tarixli Qarantiya verilməsi şərtləri barədə Saziş üzrə 175995.11 manat əsas, 8330.44 manat faiz və 8330.44 manat cərimə borcu olmaqla, cəmi 192655.99 manat məbləğində kredit borcunun; Həmçinin iddia ərizəsinin verilməsi üçün ödənilmiş 2046.49 manat dövlət rüsumunun və 3.35 manat bank xidmət haqqının, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin dövlət qeydiyyatına alınması üçün ödənilmiş ümumilikdə 322.78 manat məbləğində rüsumun və xidmət haqqının, eynizamanda 400 manat ödənilmiş mediasiya xərcinin tutulması; tutmanın ipoteka müqavilələrinə əsasən: - Cavabdeh3 MMC-yə məxsus Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsi, MD-23 y/sahəsi, 1 ünvanında, 0.79749 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 7898.1 kv.m olan qeyri yaşayış binasına və Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 8 ha torpaq sahəsinə yönəldilməsi, həmin əmlaklara ilkin satış qiyməti (likvid qiymət) müəyyən edilməklə, əmlakların açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin ümumi borca ödənilməsi, həmçinin əmlaklar hərracdan satıldıqdan sonra Cavabdeh3 MMC-nin əmlaklara dair istifadə hüququna xitam verilməklə, ən geci bir ay ərzində boşaldılaraq yeni mülkiyyətçisinə təhvil verilməsi, əks təqdirdə məcburi qaydada boşaldılaraq təhvil verilməsi; Cavabdeh4 məxsus ünvan 2 ünvanında yerləşən 0.12 ha torpaq sahəsinə və üzərində yerləşən 252.7 kv.m ümumi sahədən ibarət bağ evinə yönəldilməsi, həmin əmlaka ilkin satış qiyməti (likvid qiymət) müəyyən edilməklə, əmlakın açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin ümumi borca ödənilməsi, həmçinin əmlak hərracdan satıldıqdan sonra cavabdehlər Cavabdeh4 və Cavabdeh2 əmlaka dair istifadə hüququna xitam verilməklə, ən geci bir ay ərzində ailə üzvləri ilə birlikdə tərk etmələri və boşaldılaraq yenimülkiyyətçisinə təhvil verilməsi,əks təqdirdə məcburi qaydada boşaldılaraq təhvil verilməsi; - Cavabdeh1 məxsus ünvan 3 ünvanında yerləşən 0.12 ha torpaq sahəsinə (yüklülük çıxarışının qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2021) və ünvan 4 ünvanında yerləşən 0.12 ha torpaq sahəsinə yönəldilməsi, həmin əmlaklara ilkin satış qiyməti (likvid qiymət) müəyyən edilməklə, əmlakların açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin ümumi borca ödənilməsi, həmçinin əmlaklar hərracdan satıldıqdan sonra Cavabdeh1 Yəvər oğlunun əmlaklara dair istifadə hüququna xitam verilməklə, ən geci bir ay ərzində boşaldılaraq yeni mülkiyyətçisinə təhvil verilməsi, əks təqdirdə məcburi qaydada boşaldılaraq təhvil verilməsi, ipoteka predmetlərinin satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə qalan məbləğin cavabdehlər Cavabdeh3 MMC-dən və Cavabdeh4 müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Cavabdeh3 MMC arasında bağlanmış RQ-484 nömrəli, xx.xx.2021-ci il tarixli Əsas Kredit Müqaviləsinə əsasən Bank tərəfindən Borc alana 60 ay müddətinə (xx.xx.2026-cı il tarixinədək) ******* (üç milyon) manat ekvivalenti məbləğində bərpa olunan kredit litimi açılmışdır. Borc alan isə ona kredit limiti çərçivəsində təqdim olunmuş krediti müvafiq Əlavə Kredit Müqaviləsində nəzərdə tutulmuş şərtlərlə və qaydada qaytarmağı, kreditə hesablanmış faizləri Borc verənə ödəməyi, habelə kreditdən təyinatı üzrə istifadə etməyi öhdəsinə götürmüşdür. Sözügedən Əsas Kredit Müqaviləsinin 1.1.2-ci bəndinə əsasən “Əlavə Kredit Müqaviləsi” dedikdə Əsas Kredit Müqaviləsinin tərkib hissəsi olan və onun 2.1-ci bəndində müəyyən edilmiş müddət və məbləğ çərçivəsində bağlanılan hər hansı kredit müqaviləsi, kredit xəttimüqaviləsi, overdraft müqaviləsi, qarantiya verilməsişərtləri barədə saziş,akkreditivin açılması baradə saziş və digər müqavilələr nəzərdə tutulur. Həmçinin Əsas Kredit Müqaviləsinin təminatı kimi BanklaCavabdeh4 arasında RQ-484/Z-001 nömrəli, xx.xx.2021-ci il tarixli Zaminlik Müqaviləsi bağlanılmışdır. Həmin Müqavilənin 1.1-ci bəndinə əsasən Zamin Əsas Kredit Müqaviləsi, o cümlədən həmin müqavilə çərçivəsdində bağlanan müqavilələr üzrə Borc alanın Bank qarşısında götürdüyü öhdəliklərin lazımınca icra edilməsi üçün Borc alanla birgə qaydada məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Eyni zamanda sözügedən müqavilənin 6.1-ci bəndindən görünür ki, Zaminlik müqaviləsi Tərəflərin onu imzaladığı tarixdən qüvvəyə minməsi və xx.xx.2029-cu il tarixədək qüvvədə olması barədə razılığa gəlinmişdir. Bundan başqa, yenə Əsas Kredit Müqaviləsinin təminatı kimi Bankla Cavabdeh3 MMC arasında bağlanılmışRQ-484/İP-001 nömrəli, xx.xx.2021-ci il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh3 MMC-yə məxsus Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsi, MD-23 y/sahəsi, 1 ünvanında, 0.79749 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 7898.1 kv.m olan qeyri yaşayaış binası (yüklülük çıxarışının qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2021) və RQ- 484/İP-002 nömrəli, xx.xx.2021-ci il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh3 MMCyə məxsus Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 8 ha torpaq sahəsi(yüklülük çıxarışının qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2021) ipoteka ilə yüklü edilmişdir. Bununla yanaşı, yenə Əsas Kredit Müqaviləsinin təminatı kimi Bankla Cavabdeh3 MMC və Cavabdeh4 arasında bağlanılmış RQ-484/İP-003 nömrəli, xx.xx.2021-ci il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh4 məxsus ünvan 2 ünvanında yerləşən 0.12 ha torpaq sahəsi və üzərində yerləşən 252.7 kv.m ümumi sahədən ibarət bağ evi (yüklülük çıxarışının qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2021) ipoteka ilə yüklü edilmişdir. Həmçinin Cavabdeh2 borc ödənilmədiyi təqdirdə tutmanın qeyd edilən ipoteka predmetinə yönəldilməsinə razılıq vermiş və həmin əmlakı könüllü olaraq boşaldacağını öhdəsinə götürmüşdür. Bundan başqa, yenə Əsas Kredit Müqaviləsinin təminatı kimi Bankla Cavabdeh3 MMC və Cavabdeh1 arasında bağlanılmış RQ-484/İP-004 nömrəli, xx.xx.2021-ci il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh1 məxsus ünvan 3 ünvanında yerləşən 0.12 ha torpaq sahəsi (yüklülük çıxarışının qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2021) və RQ-484/İP-005 nömrəli, xx.xx.2021-ci il tarixliipoteka müqaviləsinə əsasən Cavabdeh1 məxsus ünvan 4 ünvanında yerləşən 0.12 ha torpaq sahəsi(yüklülük çıxarışının qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2021) ipoteka ilə yüklü edilmişdir. Eyni zamanda RQ-484 nömrəli, xx.xx.2021-ci il tarixli Əsas Kredit Müqaviləsinin 7.2-ci bəndində Müqavilənin 2.1-ci bəndində nəzərdə tutulmuş müddət və kredit limiti çərçivəsində Borc alana neçə dəfə kredit verilməsindən asılı olmayaraq, bu Müqavilə çərçivəsində Əlavə Kredit Müqavilələri bağlanılmaqla Borc alana verilən bütün Kreditlər üzrə öhdəliklər yuxarıda göstərilən əmlakların ipotekası və zaminliklərlə təmin edilməsi öz əksini tapmışdır. Daha sonra yuxarıda sözügedən Əsas Kredit Müqaviləsi çərçivəsində "xxxx" ASC ilə Cavabdeh3 MMC arasında bağlanmış RQ- 491 nömrəli, xx.xx.2021-ci tarixli Əlavə Kredit Müqaviləsinə əsasən sonuncuya 12 ay müddətinə, illik 12 faiz ödəmək şərtilə ******* (bir milyon) manat məbləğində kredit verilmişdir. Borc alan kreditdən istifadə etmiş, lakin müqavilədə nəzərdə tutulmuş qaydada krediti və ona hesablanmış faizləri Borc verənə qaytarmayaraq müqavilə şərtlərini pozmuşdur. Bundan başqa, Əsas Kredit Müqaviləsi çərçivəsində "xxxx" ASC ilə Cavabdeh3 MMC arasında bağlanılmış RQ-495 nömrəli, xx.xx.2021-ci il tarixli Qarantiya verilməsi şərtləri barədə Sazişə əsasən Bank Cavabdeh3 MMC-nin müraciəti əsasında, onun “Holcim (Azərbaycan)” ASC qarşısında öhdəliklərinin icrasını təmin etmək məqsədilə sonuncuya xx.xx.2021-ci il tarixinədək ******* (bir milyon) manat məbləğində ödəniş qarantiyası vermişdir. Həmin Sazişin: 1.5-ci bəndinə əsasən Benefisiara Qarantiya üzrə ödəniş aparıldıqda, Qarant Benefisiar qarşısındakı öhdəliklərin pozulmasına görə sonuncuya ödənilmiş məbləğlər də daxil olmaqla, Qarant tərəfindən Benefisiara ödənilmiş məbləğlər və ödənişin aparılması ilə əlaqədar Qarantın çəkdiyi bütün xərclər (bundan sonra nirlikdə “kredit məbləği”) Tərəflər arasında bağlamıxx.xx.2021-ci il tarixli, RQ-484 saylı Əsas Kredit Müqaviləsi ilə Qarant tərəfindən Prinsipala açılmış limit çərçivəsində Prinsipala müvafiq ödənişlərin aparıldığı gündə verilən kredit hesab olunur; 1.6-cı bəndinə əsəsən Prinsipal Sazişin şərtlərinə uyğun olaraq kredit məbləğini Qaranta qaytarmağı, həmçinin kredit məbləğinə hesablanmış faizləri Qaranta ödəməyi öz öhdəsinə götürmüşdür; 3.6-cı bəndinə əsən Prinsipal kredit məbləğini kreditin 1.5-ci bəndə müvafiq olaraq verilmiş hesab olunduğu gündən etibar 2 ay müddətinə Qaranta qaytarmalıdır; 3.7ci bəndinə əsasən Qarant tərəfindən Benefisiara Qarantiya üzrə ödəniş aparıldıqda, Prinsipal kredit məbləğinə illik18 faiz dərəcə ilə hesablanan faizləri Qaranta ödəməlidir; 3.8-ci bəndinə əsasən Sazişin 3.7-ci bəndində nəzərdə tutulmuş faizlər kreditin 1.5-ci bəndə müvafiq olaraq verilmiş hesab olunduğu gündən başlamaqla hər təqvim günü üçün (bu zaman əsas kimi ayda 30 gün, ildə isə 360 gün götürülür) kredit məbləğinin Prinsipal tərəfindən Qaranta tam qaytarıldığı günədək hesablanır və kreditin verilmiş hesab olunduğu aydan başlamaqla, hər ayın öhdəliyi yarandığı günü Prinsipal tərəfindən Qaranta ödənilir. Faizlərin son ödənişi kredit məbləğinin son ödənişi ilə eyni vaxtda həyata keçirilir; 3.9-cu bəndinə əsasən Prinsipal tərəfindən kredit məbləğinin və ya onun bir hissəsinin ödənilməsi gecikdirildikdə, Prinsipal Qaranta ödənilməsi gecikdirilmiş məbləğə gecikdirmənin hər günü üçün bu Sazişin 3.7-ci bəndində müəyyən olunmuş illik faiz dərəcəsinin 2 misli miqdarında illik faiz dərəcəsi ilə hesablanan penya ödəyir. Müvafiq penyanın ödənilməsi Prinsipalı bu Saziş üzrə öhdəliklərinin icrasından azad etmir. Cavabdeh3 MMC Benefisiar “Holcim (Azərbaycan)” ASC qarşısında müqavilə öhdəliklərini tam icra etmədiyindən, sonuncu tərəfindən Banka xx.xx.2021-ci il tarixli məktub göndərilərək qarantiya məbləğinin onlara ödənilməsini xahiş etmişdir. Bank isə öz növbəsində RQ-495 nömrəli, xx.xx.2021-ci il tarixli Qarantiya verilməsi şərtləri barədə Sazişin tələbinə uyğun olaraq ******* (bir milyon) manat məbləğində pul vəsaitini xx.xx.2022-ci il tarixdə “Holcim (Azərbaycan)” ASC-yə ödəmiş və həmin məbləğ Sazişin 1.5-ci və 3.7-ci bəndlərinə əsasən Cavabdeh3 MMC-yə RQ-484 nömrəli, xx.xx.2021-ci il tarixli Əsas Kredit Müqaviləsi limitiçərçivəsində 18 faizlə verilmiş kredit hesab olunmuşdur. Lakin Borc alan müqavilədə və sazişdə nəzərdə tutulmuş qaydada krediti və ona hesablanmış faizləri Borc verənə qaytarmayaraq müqavilə şərtlərini pozmuştur. Bundan başqa, Əsas Kredit Müqaviləsi çərçivəsində "xxxx" ASC ilə Cavabdeh3 MMC arasında bağlanılmış RQ-496 nömrəli, xx.xx.2021-ci il tarixli Qarantiya verilməsi şərtləri barədə Sazişə əsasən Bank Cavabdeh3 MMC-nin müraciəti əsasında, onun "xxxx" ASC qarşısında öhdəliklərinin icrasını təmin etmək məqsədilə sonuncuya xx.xx.2021-ci il tarixinədək 500000 (beş yüz min) manat məbləğində ödəniş qarantiyası vermişdir. Həmin Sazişin: 1.5-ci bəndinə əsasən Benefisiara Qarantiya üzrə ödəniş aparıldıqda, Qarant Benefisiar qarşısındakı öhdəliklərin pozulmasına görə sonuncuya ödənilmiş məbləğlər də daxil olmaqla, Qarant tərəfindən Benefisiara ödənilmiş məbləğlər və ödənişin aparılması ilə əlaqədar Qarantın çəkdiyi bütün xərclər (bundan sonra nirlikdə “kredit məbləği”) Tərəflər arasında bağlamıxx.xx.2021-ci il tarixli, RQ-484 saylı Əsas Kredit Müqaviləsi ilə Qarant tərəfindən Prinsipala açılmış limit çərçivəsində Prinsipala müvafiq ödənişlərin aparıldığı gündə verilən kredit hesab olunur; 1.6-cı bəndinə əsəsən Prinsipal Sazişin şərtlərinə uyğun olaraq kredit məbləğini Qaranta qaytarmağı, həmçinin kredit məbləğinə hesablanmış faizləri Qaranta ödəməyi öz öhdəsinə götürmüşdür; 3.6-cı bəndinə əsən Prinsipal kredit məbləğini kreditin 1.5-ci bəndə müvafiq olaraq verilmiş hesab olunduğu gündən etibar 2 ay müddətinə Qaranta qaytarmalıdır; 3.7-ci bəndinə əsasən Qarant tərəfindən Benefisiara Qarantiya üzrə ödəniş aparıldıqda, Prinsipal kredit məbləğinə illik18 faiz dərəcə ilə hesablanan faizləri Qaranta ödəməlidir; 3.8-ci bəndinə əsasən Sazişin 3.7ci bəndində nəzərdə tutulmuş faizlər kreditin 1.5-ci bəndə müvafiq olaraq verilmiş hesab olunduğu gündən başlamaqla hər təqvim günü üçün (bu zaman əsas kimi ayda 30 gün, ildə isə 360 gün götürülür) kredit məbləğinin Prinsipal tərəfindən Qaranta tam qaytarıldığı günədək hesablanır və kreditin verilmiş hesab olunduğu aydan başlamaqla, hər ayın öhdəliyi yarandığı günü Prinsipal tərəfindən Qaranta ödənilir. Faizlərin son ödənişi kredit məbləğinin son ödənişi ilə eyni vaxtda həyata keçirilir; 3.9-cu bəndinə əsasən Prinsipal tərəfindən kredit məbləğinin və ya onun bir hissəsinin ödənilməsi gecikdirildikdə, Prinsipal Qaranta ödənilməsi gecikdirilmiş məbləğə gecikdirmənin hər günü üçün bu Sazişin 3.7-ci bəndində müəyyən olunmuş illik faiz dərəcəsinin 2 misli miqdarında illik faiz dərəcəsi ilə hesablanan penya ödəyir. Müvafiq penyanın ödənilməsi Prinsipalı bu Saziş üzrə öhdəliklərinin icrasından azad etmir. Cavabdeh3 MMC Benefisiar "xxxx" ASC qarşısında müqavilə öhdəliklərini tam icra etmədiyindən, sonuncu tərəfindən Banka xx.xx.2021-ci il tarixli məktub göndərilərək qarantiya məbləğinin onlara ödənilməsini xahiş etmişdir. Bank isə öz növbəsində RQ-496 nömrəli, xx.xx.2021-ci il tarixli Qarantiya verilməsi şərtləri barədə Sazişin tələbinə uyğun olaraq 500000 (beş yüz min) manat məbləğində pul vəsaitini xx.xx.2021-ci il tarixdə "xxxx" ASC-yə ödəmiş və həmin məbləğ Sazişin 1.5-ci və 3.7-ci bəndlərinə əsasən Cavabdeh3 MMC-yə RQ-484 nömrəli, xx.xx.2021-ci il tarixli Əsas Kredit Müqaviləsi limitiçərçivəsində 18 faizlə verilmiş kredit hesab olunmuşdur. Lakin Borc alan müqavilədə və sazişdə nəzərdə tutulmuş qaydada krediti və ona hesablanmış faizləri Borc verənə qaytarmayaraq müqavilə şərtlərini pozmuştur. Bundan başqa, Əsas Kredit Müqaviləsi çərçivəsində "xxxx" ASC ilə Cavabdeh3 MMC arasında bağlanılmış RQ-LG- 609 nömrəli, xx.xx.2021-ci il tarixli Qarantiya verilməsi şərtləri barədə Sazişəəsasən Bank Cavabdeh3 MMC-nin müraciəti əsasında, onun "xxxx" MMC qarşısında öhdəliklərinin icrasını təmin etmək məqsədilə sonuncuya xx.xx.2021-ci il tarixinədək 433566 (dörd yüz otuz üç min beş yüz altmış altı) manat məbləğində ödəniş qarantiyası vermişdir. Həmin Sazişin: 1.5-ci bəndinə əsasən Benefisiara Qarantiya üzrə ödəniş aparıldıqda, Qarant Benefisiar qarşısındakı öhdəliklərin pozulmasına görə sonuncuya ödənilmiş məbləğlər də daxil olmaqla, Qarant tərəfindən Benefisiara ödənilmiş məbləğlər və ödənişin aparılması ilə əlaqədar Qarantın çəkdiyi bütün xərclər (bundan sonra nirlikdə “kredit məbləği”) Tərəflər arasında bağlamıxx.xx.2021-ci il tarixli, RQ-484 saylı Əsas Kredit Müqaviləsi ilə Qarant tərəfindən Prinsipala açılmış limit çərçivəsində Prinsipala müvafiq ödənişlərin aparıldığı gündə verilən kredit hesab olunur; 1.6-cı bəndinə əsəsən Prinsipal Sazişin şərtlərinə uyğun olaraq kredit məbləğini Qaranta qaytarmağı, həmçinin kredit məbləğinə hesablanmış faizləri Qaranta ödəməyi öz öhdəsinə götürmüşdür; 3.6-cı bəndinə əsən Prinsipal kredit məbləğini kreditin 1.5-ci bəndə müvafiq olaraq verilmiş hesab olunduğu gündən etibar 2 ay müddətinə Qaranta qaytarmalıdır; 3.7-ci bəndinə əsasən Qarant tərəfindən Benefisiara Qarantiya üzrə ödəniş aparıldıqda, Prinsipal kredit məbləğinə illik24 faiz dərəcə ilə hesablanan faizləri Qaranta ödəməlidir; 3.8-ci bəndinə əsasən Sazişin 3.7ci bəndində nəzərdə tutulmuş faizlər kreditin 1.5-ci bəndə müvafiq olaraq verilmiş hesab olunduğu gündən başlamaqla hər təqvim günü üçün (bu zaman əsas kimi ayda 30 gün, ildə isə 360 gün götürülür) kredit məbləğinin Prinsipal tərəfindən Qaranta tam qaytarıldığı günədək hesablanır və kreditin verilmiş hesab olunduğu aydan başlamaqla, hər ayın öhdəliyi yarandığı günü Prinsipal tərəfindən Qaranta ödənilir. Faizlərin son ödənişi kredit məbləğinin son ödənişi ilə eyni vaxtda həyata keçirilir; 3.9-cu bəndinə əsasən Prinsipal tərəfindən kredit məbləğinin və ya onun bir hissəsinin ödənilməsi gecikdirildikdə, Prinsipal Qaranta ödənilməsi gecikdirilmiş məbləğə gecikdirmənin hər günü üçün bu Sazişin 3.7-ci bəndində müəyyən olunmuş illik faiz dərəcəsinin 2 misli miqdarında illik faiz dərəcəsi ilə hesablanan penya ödəyir. Müvafiq penyanın ödənilməsi Prinsipalı bu Saziş üzrə öhdəliklərinin icrasından azad etmir. Cavabdeh3 MMC Benefisiar "xxxx" MMC qarşısında müqavilə öhdəliklərini tam icra etmədiyindən, sonuncu tərəfindən Banka xx.xx.2021-ci il tarixli müraciət və xx.xx.2021-ci il tarixli məktub göndərilərək qarantiya məbləğinin onlara ödənilməsini xahiş etmişdir. Bank isə öz növbəsində RQ-LG-609 nömrəli, xx.xx.2021-ci il tarixli Qarantiya verilməsi şərtləri barədə Sazişintələbinə uyğun olaraq 433566 (dörd yüz otuz üç min beş yüz altmış altı) manat məbləğində pul vəsaitini xx.xx.2021-ci il tarixdə "xxxx" MMC-yəödəmiş və həmin məbləğ Sazişin 1.5-ci və 3.7-ci bəndlərinə əsasən Cavabdeh3 MMC-yə RQ-484 nömrəli, xx.xx.2021-ci il tarixli Əsas Kredit Müqaviləsi limitiçərçivəsində 24 faizlə verilmiş kredit hesab olunmuşdur. Lakin Borc alan müqavilədə və sazişdə nəzərdə tutulmuş qaydada krediti və ona hesablanmış faizləri Borc verənə qaytarmayaraq müqavilə şərtlərini pozmuştur. Əsas Kredit Müqaviləsiçərçivəsində bağlanılmış əlavə müqavilə və sazişlər üzrə öhdəliklər yerinə yetirilmədiyindən borc alana,zaminə və ipoteka qoyanlara ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişlər göndərilmiş və həmin bildirişlər hər bir ipoteka predmeti üzrə ayrılıqda xx.xx.2022-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylıAbşeron Ərazi İdarəsində, xx.xx.2022-ci il tarixdə isə 1 saylı Bakı Ərazi İdarəsində qeydə alınmışdır. Bildirişin qeydə alınması barədə məktublar iddia ərizəsinə əlavə edilir. Eyni zamanda mübahisənin məhkəmədən kənar həll edilməsi məqsədi ilə, tərəfimizdən cavabdehlərə mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmiş, daha sonra mediasiya təşkilatına müraciət edilmiş, tərəfimizdən ilkin mediasiya sessiyası iştirak edilmiş, lakin cavabdehlər mediasiya sessiyasında iştirak etmədiyinədən, baş tutmamış və bu səbəbdən mediator tərəfindən xx.xx.2022-ci il tarixli, MŞB/4-01722 nömrəli ilkin mediasiya sessiasında iştirak edilməməsi barədə arayış təqdim edilmişdir. Həmçinin ilkin mediasiyanın keçirilməsi üçün "xxxx" ASC tərəfindən 400 manat mediasiya xərci mediatorun hesabına təktərəfli qaydada ödənilmişdir. Bundan başqa, cavabdehlərə kreditlərin qaytarılması haqqında tərəfimizdən həm Elektron Məhkəmə Sistemi, həm də poçt vasitəsi ilə xx.xx.2022- ci il tarixli bildiriş (mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınması barədə) göndərilərək, xəbərdarlıq edilsə də, öhdəliklər yerinə yetirilməmişdir. Hazırda iddia ərizəsinə əlavə edilən maliyyə arayışlarından da göründüyü kimi, RQ-484 nömrəli, xx.xx.2021-ci il tarixli Əsas Kredit Müqaviləsi çərçivəsində verilmiş kreditlər əsasında cavabdehlərin Banka: RQ-491 nömrəli, xx.xx.2021-ci il tarixli Əlavə Kredit Müqaviləsi üzrə ******* manat əsas, 60000 manat müqavilə müddəti ərzində ödənilməmiş faiz, 34444.44 manat manat müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış borc və 107376.48 manat cərimə borcu olmaqla, cəmi 1201820.92 (bir milyon iki yüz bir min səkkiz yüziyirmi manat 92 qəpik) manat; RQ-495 nömrəli, xx.xx.2021-ci il tarixli Qarantiya verilməsi şərtləri barədə Saziş üzrə ******* manat əsas, 152500 manat faiz və 122500 manat cərimə borcu olmaqla, cəmi ******* (bir milyon iki yüz yetmiş beş min) manat; RQ-496 nömrəli, xx.xx.2021-ci il tarixli Qarantiya verilməsi şərtləri barədə Saziş üzrə 500000 manat əsas, 79250 manat faiz və 64250 manat cərimə borcu olmaqla, cəmi 643500 (altı yüz qırx üç min beş yüz) manat; RQ-LG-609 nömrəli, xx.xx.2021-ci il tarixli Qarantiya verilməsi şərtləri barədə Saziş üzrə 175995.11 manat əsas, 8330.44 manat faiz və 8330.44 manat cərimə borcu olmaqla, cəmi 192655.99 (yüz doğsan iki min altı yüz əlli beş) manat məbləğində kredit borcu mövcuddur. Beləliklə, müqavilə üzrə öhdəliklər razılaşdırılmış qaydada icra edilmədiyi üçün məhkəmə qaydasında hesablanmış kredit borcunun cavabdehlərdən tələb edilməsi, tutmanın ipoteka predmetlərinə yönəldilməsi, əmlakların ilkin satış qiymətlərinin (likvid qiymətinin) müəyyən edilərək açıq hərrac vasitəsilə satılması və boşaldılması,əldə olunmuş vəsaitin kredit borcuna ödənilməsizərurəti yaranmışdır. Bundan başqa, internet vergi idarəsindən əldə edilən məlumatdan müəyyən edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Fətəlixan Xoyski prospekti,ev 110 ünvanıCavabdeh3 MMC-nin hüquqi ünvanıdır. Həmçinin Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsindən alınan arayışlara əsasən müəyyən edilmişdir ki, cavabdehlər Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 ünvan 6 ünvanında qeydiyyatdadırlar. Hazırki mübahisə üzrə iddia qiyməti ümumilikdə 3312976.91 (üç milyon üç yüz on iki min doqquz yüz yetmiş altı manat 91 qəpik) manat olduğundan, iddia irəli sürülərkən 2446.49 manat dövlət rüsumu ödənilməlidir ki, iddiaçı "xxxx" ASC mediasiya xərci olan 400 manat ödədiyindən, həmin həddə dövlət rüsumu ödəməkdən azad olunur. Buna görə də, iddiaçı tərəfindən 2046.49 manat dövlət rüsumu və 3.35 manat bank xidmət haqqı ödənilmişdir. Bundan başqa, ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün (5 əmlak üzrə) tərəfimizdən ümumilikdə 322.78 manat məbləğində rüsum və xidmət haqqı ödənilmişdir.

3. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehlər Cavabdeh3 MMC-dən və Cavabdeh4 müştərək qaydada iddiaçının xeyrinə RQ-484 nömrəli, xx.xx.2021-ci il tarixli Əsas Kredit Müqaviləsi çərçivəsində verilmiş kreditlərə əsasən: RQ-491 nömrəli, xx.xx.2021-ci il tarixli Əlavə Kredit Müqaviləsi üzrə ******* manat əsas, 60000 manat müqavilə müddəti ərzində ödənilməmiş faiz, 111111,11 manat müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış borc və 280678,38 manat cərimə borcu olmaqla, cəmi 1451789,49 manat; RQ-495 nömrəli, xx.xx.2021-ci il tarixli Qarantiya verilməsi şərtləri barədə Saziş üzrə ******* manat əsas, 30000 manat faiz və ******* manat cərimə borcu, 109305,56 manat manat müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış borc olmaqla, cəmi 1530805,56 manat; RQ-496 nömrəli, xx.xx.2021-ci il tarixli Qarantiya verilməsi şərtləri barədə Saziş üzrə 500000 manat əsas, 15000 manat faiz, 55277,78 manat müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış borc və 199000 manat cərimə borcu olmaqla, cəmi 769277,78 manat; RQ- LG-609 nömrəli, xx.xx.2021-ci il tarixli Qarantiya verilməsi şərtləri barədə Saziş üzrə 175995.11 manat əsas, 14984,03 manat faiz və 71571,35 manat cərimə borcu olmaqla, cəmi 262550,49 manat məbləğində kredit borcunun; həmçinin iddia ərizəsinin verilməsi üçün ödənilmiş 2397,21 manat dövlət rüsumunun və 3.88 manat bank xidmət haqqının, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin dövlət qeydiyyatına alınması üçün ödənilmiş ümumilikdə 322.78 manat məbləğində rüsumun və xidmət haqqının, eyni zamanda 400 manat ödənilmiş mediasiya xərcinin tutulması; tutmanın ipoteka müqavilələrinə əsasən: - Cavabdeh3 MMC-yə məxsus Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsi, MD-23 y/sahəsi, 1 ünvanında, 0.79749 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 7898.1 kv.m olan qeyri yaşayış binasına və Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 8 ha torpaq sahəsinə yönəldilməsi, həmin əmlaklara ilkin satış qiyməti (likvid qiymət) müəyyən edilməklə, əmlakların açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin ümumi borca ödənilməsi, həmçinin əmlaklar hərracdan satıldıqdan sonra Cavabdeh3 MMC-nin əmlaklara dair istifadə hüququna xitam verilməklə, ən geci bir ay ərzində boşaldılaraq yeni mülkiyyətçisinə təhvil verilməsi, əks təqdirdə məcburi qaydada boşaldılaraq təhvil verilməsi; Cavabdeh4 məxsus ünvan 2 ünvanında yerləşən 0.12 ha torpaq sahəsinə və üzərində yerləşən 252.7 kv.m ümumi sahədən ibarət bağ evinə yönəldilməsi, həmin əmlaka ilkin satış qiyməti (likvid qiymət) müəyyən edilməklə, əmlakın açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin ümumi borca ödənilməsi, həmçinin əmlak hərracdan satıldıqdan sonra cavabdehlər Cavabdeh4 və Cavabdeh2 əmlaka dair istifadə hüququna xitam verilməklə, ən geci bir ay ərzində ailə üzvləri ilə birlikdə tərk etmələri və boşaldılaraq yeni mülkiyyətçisinə təhvil verilməsi, əks təqdirdə məcburi qaydada boşaldılaraq təhvil verilməsi; - Cavabdeh1 məxsus ünvan 3 ünvanında yerləşən 0.12 ha torpaq sahəsinə (yüklülük çıxarışının qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2021) və ünvan 4 ünvanında yerləşən 0.12 ha torpaq sahəsinə yönəldilməsi, həmin əmlaklara ilkin satış qiyməti (likvid qiymət) müəyyən edilməklə, əmlakların açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin ümumi borca ödənilməsi, həmçinin əmlaklar hərracdan satıldıqdan sonra Cavabdeh1 Yəvər oğlunun əmlaklara dair istifadə hüququna xitam verilməklə, ən geci bir ay ərzində boşaldılaraq yeni mülkiyyətçisinə təhvil verilməsi, əks təqdirdə məcburi qaydada boşaldılaraq təhvil verilməsi, ipoteka predmetlərinin satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə qalan məbləğin cavabdehlər Cavabdeh3 MMC-dən və Cavabdeh4 müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qəbul edilməsini xahiş etmişdir.

4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-51/2024 saylı qərardadı ilə iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 MMC və Cavabdeh4 qarşı “ipoteka predmetinin boşaldılması və ipoteka predmetindən çıxarılma” tələbinə dair iddiası üzrə iş üzrə icraata xitam verilmişdir.

II. Tərəflərin mövqeləri:

5. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, RQ-LG-609 nömrəli, xx.xx.2021-ci il tarixli Qarantiya verilməsi şərtləri barədə Saziş üzrə yaranmış borclar hər iki ekspertiza zamanı düzgün müəyyən edilməmiş, bu səbəbdən daxil olmuş rəylər həmin sazişə aid hissədə əsassızdır, məhkəmədən nəzərə alınmamasını, iddianın tam təmin edilməsini, bundan əlavə Cavabdeh1 mülkiyyətində olan ipoteka predmetlərinin ilkin satış qiymətinin "xxxx" MMC tərəfindən təqdim edilmiş mütəxəssis rəylərində müəyyən edilmiş qiymətlərə, Cavabdeh3 MMC-nin mülkiyyətində olan ipoteka predmetlərinin ilkin satış qiymətlərinin həmin əmlaklara dair bağlanmış ipoteka müqavilələrində müəyyən edilmiş qiyməytlərə uyğun müəyyən edilməsini xahiş edir.

6. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, RQ-LG-609 nömrəli, xx.xx.2021-ci il tarixli Qarantiya verilməsi şərtləri barədə Saziş üzrə yaranmış borclar hər iki ekspertiza zamanı düzgün müəyyən edilməmiş, belə ki, cavabdeh tərəfindən edilmiş ödənişlər tərəflərindən cərimə borclarına silinmiş, ekspertlər isə həmin ödənişləri əsassız olaraq əsas və faiz borca silmiş, müqavilənin tələbləri üzrə düzgün hesablamalar aparmamışlar. Bu səbəbdən Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-mühasibatlıq ekspertlərinin rəylərinin RQ-LG-609 nömrəli, xx.xx.2021-ci il tarixli Qarantiya verilməsi şərtləri barədə Saziş üzrə nəzərə alınmamasını xahiş edir.

7. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, səbəbi barədə də məlumat verməmişlər.

8. Məhkəmə iclasının cavabdehlərin nümayəndlərinin iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir.

III. Məhkəmə baxışının hədləri:

9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

10. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

11. İddiaçı ilə Cavabdeh3 MMC arasında bağlanmış 11 fevral 2021-ci il tarixli RQ- 484 nömrəli əsas kredit müqaviləsinə əsasən borc verən borc alana 60 ay müddətində (xx.xx.2026-cı il tarixədək) 3.000.000 manat ekvivalenti məbləğində bərpa olunan kredit limiti açmağı, borc alan isə ona bu kredit limiti çərçivəsində təqdim olunmuş krediti müvafiq əlavə kredit müqaviləsində nəzərdə tutulmuş şərtlərlə və qaydada qaytarmağı və kreditə hesablanmış faizləri borc verənə ödəməyi, habeləkreditdən təyinatı üzrə istifadə etməyi öhdəsinə götürür. Borc alan bu bənddə qeyd edilmiş limitdən müstəqil şəkildə istifadə edə bilər.

12. Müqavilənin 4.1-ci bəndinə əsasən bu müqavilə çərçivəsində borc alana verilən kreditlərin qaytarılması şərtləri və dövriliyi, o cümlədən kreditlərin məbləğinə hesablanmış faizlərin miqdarı, hesablanma qaydası və ödənilməsi dövriliyi əlavə kredit müqavilələri ilə müəyyən olunur.

13. Müqavilənin 7.1-ci bəndinə əsasən bu müqavilə, o cümlədən, bu müqavilə çərçivəsində bağlanan Əlavə kredit müqaviələri üzrə borc alanın borc verən qarşısında öhdəliklərinin təminatı qismində RQ-484/İP-001 saylı, RQ-484/İP-002 saylı, RP-484/İP-003 saylı, RP-484/İP-004 saylı və RQ-484/İP-005 saylı ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan əmlaklar və RQ-484/Z-001 saylı zaminlik müqaviləsi çıxış edir.

14. İddiaçı ilə Cavabdeh3 MMC arasında bağlanmış 18 fevral 2021-ci il tarixli RQ- 491 nömrəli əlavə kredit müqaviləsinə əsasən borc verən borc alana 12 ay müddətində (xx.xx.2022-ci il tarixədək) 1.000.000 manat məbləğində, kreditdən istifadəyə görə illik 12 % ödmək şərtilə kredit verməyi, borc alan isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri borc verənə ödəməyi, habelə kreditdən 1.2-ci bənddə göstərilmiş təyinatı üzrə istifadə etməyi öhdəsinə götürür.

15. Müqavilənin 1.5-ci bəndinə əsasən bu müqavilə üzrə borc alana kredit tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli RQ-484 saylı əsas kredit müqaviləsi ilə borc verən tərəfindən borc alana açılmış kredit limiti çərçivəsində verilir və bu müqavilə əsas kredit müqaviləsinin ayrılmaz tərkib hissəsidir.

16. İddiaçı ilə Cavabdeh3 MMC arasında bağlanmış 23 fevral 2021-ci il tarixli RQ- 495 nömrəli qarantiya verilməsi şərtləri barədə Sazişə əsasən qarant prinsipalın müraciəti əsasında prinsipalın “Holcim (Azərbaycan)” ASC (benefisiar) qarşısında öhdəliklərinin icrasını təmin etmək məqsədilə benefisiara bu Sazişdə göstərilmiş məbləğdə və şərtlərlə ödəniş qarantiyası verməyi öhdəsinə götürür.

17. Müqavilənin 1.2-ci bəndinə əsasən qarantiyanın məbləği 1.000.000 manat təşkil edir və qarantın öhdəliyi qeyd olunmuş məbləğə məhdudlaşır.

18. İddiaçı ilə Cavabdeh3 MMC arasında bağlanmış 23 fevral 2021-ci il tarixli qarantiya verilməsi şərtləri barədə RQ-496 saylı Sazişə əsasən qarant prinsipalın müraciəti əsasında prinsipalın "xxxx" ASC (benefisiar) qarşısında öhdəliklərinin icrasını təmin etmək məqsədilə benefisiara bu Sazişdə göstərilmiş məbləğdə və şərtlərlə ödəniş qarantiyası verməyi öhdəsinə götürür.

19. Müqavilənin 1.2-ci bəndinə əsasən qarantiyanın məbləği 500000 manat təşkil edir və qarantın öhdəliyi qeyd olunmuş məbləğlə məhdudlaşır.

20. İddiaçı ilə Cavabdeh3 MMC arasında bağlanmış 22 aprel 2021-ci il tarixli qarantiya verilməsi şərtləri barədə RQ-LG-609 saylı Sazişə əsasən qarant prinsipalın müraciəti əsasında prinsipalın "xxxx" MMC (benefisiar) qarşısında öhdəliklərinin icrasını təmin etmək məqsədilə benefisiara bu Sazişdə göstərilmiş məbləğdə və şərtlərlə ödəniş qarantiyası verməyi öhdəsinə götürür.

21. Müqavilənin 1.2-ci bəndinə əsaəsn qarantiyanın məbləği 433566 manat təşkil edir və qarantın öhdəliyi qeyd olunmuş məbləğlə məhdudlaşır.

22. İddiaçı ilə Cavabdeh4 arasında bağlanmış 11 fevral 2021-ci il tarixli RQ-484/Z- 001 nömrəli zaminlik müqaviləsinə əsasən bu müqaviləyə müvafiq olaraq zamin 1.2-ci bənddə qeyd olunmuş əsas kredit müqaviləsi, o cümlədən həmin müqavilə çərçivəsində bağlanan və müqavilənin 1.4-cü bəndində göstərilmiş müqavilələr üzrə borc alanın bank qarşısında götürdüyü öhdəliklərin lazımınca icra edilməsi üçün borc alanla birgə qaydada məsuliyyət daşımağı öhdəsinə götürür.

23. Müqavilənin 1.2-ci bəndinə əsasən bu müqavilə üzrə zaminliklə təmin edilən öhdəlik "xxxx" MMC ilə bank arasında bağlanmış xx.xx.2021-ci il tarixli RP-484 saylı əsas kredit müqaviləsindən, o cümlədən həmin müqavilə çərçivəsində bağlanan və müqavilənin 1.4-cü bəndində göstərilmiş müqavilələrdən bütün digər müqavilələrdən irəli gələn bütün pul tələbləridir.

24. İddiaçı ilə Cavabdeh3 MMC arasında bağlanmış 15 fevral 2021-ci il tarixli RP- 484/İP-001 nömrəli ipoteka müqaviləsinə əsasən bu müqavilənin predmeti 1.2-ci bəndində göstərilən əsas kredit müqaviləsinə, o cümlədən həmin müqavilə çərçivəsində bağlanan və bu müqavilənin 2.2-ci bəndində göstərilmiş müqavilələrə əsasən ipoteka qoyanın ipoteka saxlayan qarşısında götürdüyü öhdəliklərin icrasını təmin etmək məqsəilə ipoteka qoyana mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsi, MD-23 y/sahəsi 1 ünvanında 0,79749 ha torpaq sahəsi üzərində yerləşən əmlakını ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edilməsi təşkil edir.

25. Müqavilənin 1.6-cı bəndinə əsasən tərəflərin qarşılıqlı razılığına əsasən ipoteka predmetinin bazar qiyməti 2.000.000 manat, likvid dəyəri isə 1.400.000 manat məbləğində müəyyən edilir.

26. Azərabycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüququların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 28 may qəsəbəsi, MD-23 y/sahəsi, 1/qeyri-yaşayış binası iddiaçının xeyrinə yüklü edilmişdir.

27. İddiaçı ilə Cavabdeh3 MMC arasında bağlanmış 11 fevral 2021-ci il tarixli RQ- 484/İP-002 nömrəli ipoteka müqaviləsinə əsasən bu müqavilənin predmeti 1.2-ci bəndində göstərilən əsas kredit müqaviləsinə, o cümlədən həmin müqavilə çərçivəsində bağlanan və bu müqavilənin 2.2-ci bəndində göstərilmiş müqavilələrə əsasən ipoteka qoyanın ipoteka saxlayan qarşısında götürdüyü öhdəliklərin icrasını təmin etmək məqsəilə ipoteka qoyana mülkiyyət hüququ ilə məxsus olan Abşeron rayonu, Qobu qəsəbəsi ünvanında yerləşən 8.00 ha torpaq sahəsini ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edilməsi təşkil edir.

28. Müqavilənin 1.6-cı bəndinə əsasən tərəflərin qarşılıqlı razılığına əsasən ipoteka predmetinin bazar qiyməti 250000 manat, likvid dəyəri isə 170000 manat məbləğində müəyyən edilir.

29. Azərabycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüququların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Abşeron rayonu Qobu qəsəbəsində yerləşən torpaq sahəsi iddiaçının xeyrinə yüklü edilmişdir.

30. İddiaçı ilə Cavabdeh4 arasında bağlanmış 11 fevral 2021-ci il tarixli RQ-484/İP- 003 nömrəli ipoteka müqaviləsinə əsasən bu müqavilənin predmeti 1.2-ci bəndində göstərilən əsas kredit müqaviləsinə, o cümlədən həmin müqavilə çərçivəsində bağlanan və bu müqavilənin 2.2-ci bəndində göstərilmiş müqavilələrə əsasən ipoteka qoyanın ipoteka saxlayan qarşısında götürdüyü öhdəliklərin icrasını təmin etmək məqsəilə ipoteka qoyana mülkiyyət hüququ ilə məxsus olan ünvan 2 ünvanında yerləşən 0,12 ha torpaq sahəsi və üzərində yerləşən 252,7 kv.m ümumi sahədən ibarət bağ evini ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edilməsi təşkil edir.

31. Müqavilənin 1.6-cı bəndinə əsasən tərəflərin qarşılıqlı razılığına əsasən ipoteka predmetinin bazar qiyməti 341000 manat, likvid dəyəri isə 289900 manat məbləğində müəyyən edilir.

32. Azərabycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüququların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 iddiaçının xeyrinə yüklü edilmişdir.

33. İddiaçı ilə Cavabdeh4 arasında bağlanmış 11 fevral 2021-ci il tarixli RQ-484/İP- 004 nömrəli ipoteka müqaviləsinə əsasən bu müqavilənin predmeti 1.2-ci bəndində göstərilən əsas kredit müqaviləsinə, o cümlədən həmin müqavilə çərçivəsində bağlanan və bu müqavilənin 2.2-ci bəndində göstərilmiş müqavilələrə əsasən ipoteka qoyanın ipoteka saxlayan qarşısında götürdüyü öhdəliklərin icrasını təmin etmək məqsəilə ipoteka qoyana mülkiyyət hüququ ilə məxsus olan ünvan 9 ünvanında yerləşən 0,12 ha torpaq sahəsini ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edilməsi təşkil edir.

34. Müqavilənin 1.6-cı bəndinə əsasən tərəflərin qarşılıqlı razılığına əsasən ipoteka predmetinin bazar qiyməti 120000 manat, likvid dəyəri isə 102000 manat məbləğində müəyyən edilir.

35. Azərabycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüququların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 9 iddiaçının xeyrinə yüklü edilmişdir.

36. İddiaçı ilə Cavabdeh4 arasında bağlanmış 11 fevral 2021-ci il tarixli RQ-484/İP- 005 nömrəli ipoteka müqaviləsinə əsasən bu müqavilənin predmeti 1.2-ci bəndində göstərilən əsas kredit müqaviləsinə, o cümlədən həmin müqavilə çərçivəsində bağlanan və bu müqavilənin 2.2-ci bəndində göstərilmiş müqavilələrə əsasən ipoteka qoyanın ipoteka saxlayan qarşısında götürdüyü öhdəliklərin icrasını təmin etmək məqsəilə ipoteka qoyana mülkiyyət hüququ ilə məxsus olan ünvan 10 ünvanında yerləşən 0,12 ha torpaq sahəsini ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edilməsi təşkil edir.

37. Müqavilənin 1.6-cı bəndinə əsasən tərəflərin qarşılıqlı razılığına əsasən ipoteka predmetinin bazar qiyməti 120000 manat, likvid dəyəri isə 102000 manat məbləğində müəyyən edilir.

38. Azərabycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüququların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 4 / torpaq sahəsi iddiaçının xeyrinə yüklü edilmişdir.

39. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 13 noyabr 2023-cü il tarixli 9/6265 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh3 MMC-nin banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, 18 fevral 2021-ci il tarixliŞ, RQ-491 saylı əlavə kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla və müqavilə dövründə illik 12%-lə, müqavilə dövründən sonra illik 5%-lə faizlər hesablanmaqla Cavabdeh3 MMC-nin xx.xx.2022-ci il tarixə (müqavilənin son tarixi) banka olan əsas və faiz borcu 1.100.000,00 manat (əsas borc üzrə 1.000.000,00 manat, faiz borcu üzrə 100.000,00 manat (12%-lə)) məbləğində və xx.xx.2022-ci il tarixə (sualda və maliyyə arayışında göstərilən tarix) banka olan əsas, faiz və əldən çıxmış fayda borcu 1.134.444,44 manat (əsas borc üzrə 1.000.000,00 manat, faiz borcu üzrə 100.000,00 manat (12%-lə), əldən çıxmış fayda borcu üzrə - 34.444,44 manat (5%-lə) məbləğində müəyyən edilir. "xxxx" ASC ilə Cavabdeh3 MMC arasında bağlanmış 18 fevral 2021-ci il tarixliŞ, RQ-491 saylı əlavə kredit müqaviləsi üzrə təqdim edilmiş hesabdan çıxarış məlumatlarına əsasən bank tərəfindən cərimə hesablanmamışdır. "xxxx" ASC ilə Cavabdeh3 MMC arasında bağlanmış 23 fevral 2021-ci il tarixli RQ-495 nömrəli 1.000.000,00 manat məbləğində Qarantiya verilməsi şərtləri barədə Saziş və 23 fevral 2021-ci il tarixli RQ-496 nömrəli 500.000,00 manat məbləğində Qarantiya verilməsi şərtləri barədə Saziş üzrə Cavabdeh3 MMC-nin hesabdan çıxarış məlumatlarında Qarantiya məbləğlərinin kreditə çevrilməsi öz əksini tapmadığına görə 23 fevral 2021-ci il tarixli RQ- 495 nömrəli və 23 fevral 2021-ci il tarixli RQ-496 nömrəli Qarantiya verilməsi şərtləri barədə Sazişlər üzrə borc qalığını müəyyən etmək mümkün olmadı. Cavabdeh3 MMC-nin banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, 22 aprel 2021 -ci il tarixli, RQ- LG-609 nömrəli Qarantiya verilməsi şərtləri barədə Sazin şərtləri nəzərə alınmaqla və müqavilə dövrünədək illik 24%-lə faizlər hesablanmaqla Cavabdeh3 MMC-nin xx.xx.2022-ci il tarixə (müqavilənin son tarixi) banka olan əsas və faiz borcu 442.237,32 manat (əsas borc üzrə 433.566,00 manat, faiz borcu üzrə 8.671,32 manat) məbləğində, xx.xx.2022-ci il tarixə (sualda göstərilən tarix) və xx.xx.2022-ci il tarixə (maliyyə arayışında göstərilən tarix) banka olan əsas və faiz borcu tam ödənilmiş və 13.617,75 manat məbləğində artıq ödəniş müəyyən edilir. "xxxx" ASC ilə Cavabdeh3 MMC arasında bağlanmış, 22 aprel 2021-ci il tarixli, RQ-LG-609 nömrəli Qarantiya verilməsi şərtləri barədə Saziş üzrə təqdim edilmiş hesabdan çıxarış məlumatlarına əsasən bank tərəfindən cərimə hesablanmamışdır.

40. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 09 aprel 2024-cü il tarixli 9/1504 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, Cavabdeh3 MMC-nin banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, 18 fevral 2021-ci il tarixli,RO-491 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla və müqavilə dövründən sonra illik 5%-lə faizlər hesablanmaqla “Bakinşaat xx.xx.2022-ci il tarixədək (müqavilənin son tarixi), xx.xx.2022-ci il tarixədək (sualda və maliyyə arayışında göstərilən tarix) və 09 aprel 2024-cü il tarixədək (rəy verilən tarix) banka olan borcu aşağıdakı kimi müəyyən edilir. O cümlədən: əsas borc üzrə 1.000.000,00 manat, faiz borcu üzrə 60.000,00 manat (12%-lə), xx.xx.2022-ci il tarixə 1000.000,00 manat, faiz borcu üzrə 60.000,00 manat (12%-lə), əldən çıxmış fayda borcu üzrə - 34.444,44 manat (5%-lə), xx.xx.2024-cü il tarixə 1000.000,00 manat, faiz borcu üzrə 60.000,00 manat (12%-lə), əldən çıxmış fayda borcu üzrə - 107083,33 manat (5%-lə). Rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iddiaçı "xxxx" ASC ilə Cavabdeh3 MMC arasında bağlanmış 23 fevral 2021-ci il tarixli RQ-495 nömrəli Qarantiya verilməsi şərtləri barədə Saziş və ona əlavələr üzrə nəzərə alınmaqla və müqavilə dövründə illik 18%-lə, müqavilə dövründən sonra illik 5%- lə faizlə hesablanmaqla Cavabdeh3 MMC-nin xx.xx.2022-ci il tarixədək (müqavilənin son tarixi), xx.xx.2022-ci il tarixədək (sualda və maliyyə arayışında göstərilən tarix) və 09 aprel 2024-cü il tarixədək (rəy verilən tarix) banka olan borcu aşağıdakı kimi müəyyən edilir. "xxxx" ASC ilə Cavabdeh3 MMC arasında bağlanmış 23 fevral 2021 -ci il tarixli RQ-496 nömrəli Qarantiya verilməsi şərtləri barədə Saziş və ona əlavələr üzrə nəzərə alınmaqla və müqavilə dövründə illik 18%-lə, müqavilə dövründən sonra illik 5%-lə faizlə hesablanmaqla Cavabdeh3 MMC-nin xx.xx.2022-ci il tarixədək (müqavilənin son tarixi), xx.xx.2022-ci il tarixədək (sualda və maliyyə arayışında göstərilən tarix) və 09 aprel 2024-cü il tarixədək (rəy verilən tarix) banka olan borcu aşağıdakı kimi müəyyən edilir. Cavabdeh3 MMC-nin banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, 22 aprel 2021-ci il tarixli, RQ-LG-609 nömrəli Qarantiya verilməsi şərtləri barədə Sazin şərtləri nəzərə alınmaqla və müqavilə dövrünədək illik 24%lə faizlər hesablanmaqla Cavabdeh3 MMC-nin xx.xx.2021-ci il tarixə (müqavilənin son tarixi) banka olan əsas və faiz borcu 442.237,32 manat məbləğində, xx.xx.2022-ci il tarixə (sualda göstərilən tarix) və xx.xx.2024-cü il tarixədək (rəy verilən tarix) banka olan əsas və faiz borcu tam ödənilmiş və 13.617,75 manat məbləğində artıq ödəniş müəyyən edilir.

41. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, Cavabdeh4 məxsus ünvan 9 ünvanında yerləşən torpaq sahəsinin orta bazar dəyəri təqribən 170000 manat, likvid qiyməti 153000 manat, ünvan 10 ünvanında yerləşən torpaq sahəsinin orta bazar dəyəri təqribən 170000 manat, likvid qiyməti 153000 manat təşkil edir. Ekspertiza qarşısında qoyulmuş digər suallar üzrə (hazırkı iş üzrə digər ipoteka predmetlərinin orta bazar və likvid qiymətlərinin müəyyən edilməsi ilə bağlı) tədqiqat aparılmamışdır.

42. "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilmiş mətəxəssis rəylərindən görünür ki, Cavabdeh4 məxsus ünvan 2nin bazar dəyəri 500000 manat, likvid qiyməti 480000 manat, Cavabdeh3 MMC-yə məxsus Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsi, MD-23 y/sahəsi 1 ünvanında yerləşən qeyri-yaşayış binasının bazar dəyəri ******* manat, likvid qiyməti ******* manat, Cavabdeh3 MMC-yə məxsus Abşeron rayonu, Qobu qəsəbəsi ünvanında yerləşən torpaq sahəsinin bazar dəyəri 255000 manat, likvid qiyməti 235000 manat, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsinin bazar dəyəri 210000 manat, likvid qiyməti 204000 manat, ünvan 4 ünvanında yerləşən Cavabdeh4 məxsus 0,12 ha torpaq sahəsinin (yarımtikili nəzərə alınmaqla) bazar dəyəri 270000 manat, likvid qiyməti 264000 manat müəyyən edilir.

43. Məhkəmə nümayəndələrin izahatlarını dinləyib, materialları araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

44. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

45. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər.

46. Həmin Məcəllənin 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

47. Həmin Məcəllənin 478-ci maddəsinə əsasən qarantiyaya əsasən qarant (bank, digər kredit təşkilatı və ya sığorta təşkilatı) digər şəxsin (prinsipalın) xahişi ilə prinsipalın kreditoruna (benefisiara) qarantiya öhdəliyinin şərtlərinə uyğun olaraq benefisiar pul məbləğinin ödənilməsi barədə yazılı tələb təqdim etdikdə həmin məbləği ödəyəcəyi barədə yazılı öhdəlik verir.

48. Həmin Məcəllənin 489.1-ci maddəsinə əsasən qarantın qarantiya üzrə benefisiara ödənilmiş məbləğlərin əvəzinin ödənilməsini prinsipaldan reqres qaydasında tələb etmək hüququ qarantla prinsipialın icrası üçün qarantiya verilmiş razılaşması ilə müəyyənləşdirilir.

49. Həmin Məcəllənin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

50. Həmin Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

51. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

52. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.

53. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır.

54. Həmin Məcəllənin 319.5-ci maddəsinə əsasən əgər birinci hərracın keçirilməsi zamanı əşyanın ilkin satış qiymətinin yetmiş faizinə çatan təklif olmazsa, hərrac yenidən keçirilməlidir.Təkrar hərrac, təkrarən keçirilməsinə istinad edilərək, birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərrac zamanı ipoteka predmetinin ən aşağı satış qiyməti heç olmasa hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olmalıdır. Bu baş verməzsə, hərrac keçirilmir. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur.

55. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: əsas borc; faizlər; öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi; ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi.

56. Həmin Qanunun 34-cü maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; bu Qanunda nəzərdə tutulmuş digər hallarda.

57. Həmin Qanunun 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər, ipoteka predmetinin təsviri, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.

58. Sözügedən Qanunun 41.2-ci maddəsinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.

59. Beləliklə, işin hallarından məlum olur ki, iddiaçı ilə Cavabdeh3 MMC arasında RQ-484 nömrəli, xx.xx.2021-ci il tarixli Əsas Kredit Müqaviləsi bağlanmış, Əsas Kredit Müqaviləsinin təminatı kimi Bankla Cavabdeh4 arasında RQ-484/Z-001 nömrəli, xx.xx.2021-ci il tarixli Zaminlik Müqaviləsi, Bankla Cavabdeh3 MMC arasında RQ-484/İP- 001 nömrəli, xx.xx.2021-ci il tarixli ipoteka müqaviləsi, RQ-484/İP-002 nömrəli, xx.xx.2021ci il tarixli ipoteka müqaviləsi, Bankla Cavabdeh3 MMC və Cavabdeh4 arasında RQ-484/İP- 003 nömrəli, xx.xx.2021-ci il tarixli ipoteka müqaviləsi, Bankla Cavabdeh3 MMC və Cavabdeh1 arasında RQ-484/İP-004 nömrəli, xx.xx.2021-ci il tarixli ipoteka müqaviləsi, RQ- 484/İP-005 nömrəli, xx.xx.2021-ci il tarixli ipoteka müqaviləsi bağlanmışdır. Sözügedən Əsas Kredit Müqaviləsi çərçivəsində "xxxx" ASC ilə Cavabdeh3 MMC arasında bağlanmış RQ-491 nömrəli, xx.xx.2021-ci tarixli Əlavə Kredit Müqaviləsinə əsasən sonuncuya 12 ay müddətinə, illik 12 faiz ödəmək şərtilə ******* (bir milyon) manat məbləğində, Əsas Kredit Müqaviləsi çərçivəsində "xxxx" ASC ilə Cavabdeh3 MMC arasında bağlanılmış RQ-495 nömrəli, xx.xx.2021-ci il tarixli Qarantiya verilməsi şərtləri barədə Sazişə əsasən Bank Cavabdeh3 MMC-nin müraciəti əsasında, onun “Holcim (Azərbaycan)” ASC qarşısında öhdəliklərinin icrasını təmin etmək məqsədilə sonuncuya xx.xx.2021-ci il tarixinədək ******* (bir milyon) manat məbləğində ödəniş qarantiyası, Əsas Kredit Müqaviləsi çərçivəsində "xxxx" ASC ilə Cavabdeh3 MMC arasında bağlanılmış RQ-496 nömrəli, xx.xx.2021-ci il tarixli Qarantiya verilməsi şərtləri barədə Sazişə əsasən Bank Cavabdeh3 MMC-nin müraciəti əsasında, onun "xxxx" ASC qarşısında öhdəliklərinin icrasını təmin etmək məqsədilə sonuncuya xx.xx.2021-ci il tarixinədək 500000 (beş yüz min) manat məbləğində ödəniş qarantiyası, Əsas Kredit Müqaviləsi çərçivəsində "xxxx" ASC ilə Cavabdeh3 MMC arasında bağlanılmış RQ-LG-609 nömrəli, xx.xx.2021-ci il tarixli Qarantiya verilməsi şərtləri barədə Sazişə əsasən Bank Cavabdeh3 MMC-nin müraciəti əsasında, onun "xxxx" MMC qarşısında öhdəliklərinin icrasını təmin etmək məqsədilə sonuncuya xx.xx.2021-ci il tarixinədək 433566 (dörd yüz otuz üç min beş yüz altmış altı) manat məbləğində ödəniş qarantiyası verilmişdir. Cavabdehlər kredit müqavilələri üzrə üzərinə düşən öhdəlikləri lazımı qaydada icra etməmişlər.

60. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddiaçı cavabdehlərdən RQ-491 nömrəli, xx.xx.2021-ci tarixli Əlavə Kredit Müqaviləsi, RQ-495 nömrəli, xx.xx.2021-ci il tarixli Qarantiya verilməsi şərtləri barədə Saziş, RQ-496 nömrəli, xx.xx.2021-ci il tarixli Qarantiya verilməsi şərtləri barədə Saziş üzrə yaranmış əsas və faiz borcunun ödənilməsini tələb etməkdə haqlıdır.

61. Bu səbəbdən göstərilən müqavilələr üzrə yaranmış əsas və faiz borcları əsas borclu və zamindən birgə qaydada tutularaq iddiaçıya (RQ-491 nömrəli, xx.xx.2021-ci il tarixli Əlavə Kredit Müqaviləsi üzrə ******* manat əsas, 60000 manat müqavilə müddəti ərzində ödənilməmiş faiz, RQ-495 nömrəli, xx.xx.2021-ci il tarixli Qarantiya verilməsi şərtləri barədə Saziş üzrə ******* manat əsas, 30000 manat faiz, RQ-496 nömrəli, xx.xx.2021-ci il tarixli Qarantiya verilməsi şərtləri barədə Saziş üzrə 500000 manat əsas, 15000 manat faiz borcu) ödənilməlidir.

62. İddia ərizəsində görünür ki, göstərilən müqavilələr üzrə iddiaçı borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış kredit müqavilələrinə əsasən hesablanmış dəbbə pulunun ödənilməsini də tələb edir.

63. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

64. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

65. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borcluların əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehlərdən tutulması tələb olunan cərimələr tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğlər azaldılaraq RQ-491 nömrəli, xx.xx.2021-ci il tarixli Əlavə Kredit Müqaviləsi üzrə 50000 manat, RQ-495 nömrəli, xx.xx.2021-ci il tarixli Qarantiya verilməsi şərtləri barədə Saziş üzrə 50000 manat, RQ-496 nömrəli, xx.xx.2021-ci il tarixli Qarantiya verilməsi şərtləri barədə Saziş üzrə 25000 manat müəyyən edilməlidir.

66. İddia ərizəsində həmçinin göstərilən kredit müqavilələrinin müddəti bitdikdən sonra borclunun icranın gecikdirməsi nəticəsində əsas borclar üzrə banka vurulmuş zərər qismində MM-nin 445.7-ci maddəsinin tələbləri qaydasında – illik 5% olmaqla faiz borcunun tutulması tələbi də irəli sürülmüşdür.

67. Məhkəmə hesab edir ki, iddia tələbi - RQ-491 nömrəli, xx.xx.2021-ci il tarixli Əlavə Kredit Müqaviləsi, RQ-495 nömrəli, xx.xx.2021-ci il tarixli Qarantiya verilməsi şərtləri barədə Saziş, RQ-496 nömrəli, xx.xx.2021-ci il tarixli Qarantiya verilməsi şərtləri barədə Sazişə dair hissədə illik 5% olmaqla faiz borcunun tutulması hissəsində əsaslıdır və təmin edilməlidir.

68. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

69. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

70. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır:

71. 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi;

72. 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. ...

73. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. ...”

74. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

75. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

76. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.

77. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli qərarında aşağıdakılar qeyd edilmişdir: “Kreditor dəymiş zərərin (real zərər və əldən çıxmış faydanın) mücərrəd qaydada hesablanması əsasında qaytarılması gecikdirilən borc məbləği üzrə faiz ödənilməsini tələb edə bilər. Konkret ödənilmə məbləğinin hesablanmasına gəldikdə, zərərin miqdarı kreditorun verdiyi məlumatlar əsasında məhkəmə tərəfindən qiymətləndirilməlidir. ... ...icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. ... Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.”

78. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı Mülki Məcəllənin 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir.

79. Mülki Məcəllənin 445.7-ci maddəsindən və Konstitusiya Məhkəməsi Plenumunun istinad edilən mövqeyindən aydın olur ki, kredit müqaviləsi üzrə borc öhdəliyi gecikdirildikdə, Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş gecikdirilmiş vaxt üçün illik beş faiz bankın əlavə sübutlar, dəlillər gətirmədən borcludan tələb edə biləcəyi minimal vəsaitdir. Başqa sözlə, borcun gecikdirilməsi faktının müəyyən olunması bankın gecikdirilmiş vaxt üçün borcludan illik beş faizin tutulmasına dair tələbinin təmin olunması üçün əsasdır.

80. Borcun gecikdirilməsi faktı işin materialları ilə təsdiq olunduğundan və cavabdehlərin özləri tərəfindən də təkzib edilmədiyindən, məhkəmə belə qənaətə gəlir ki, iddiaçının həmin tələbi də RQ-491 nömrəli, xx.xx.2021-ci il tarixli Əlavə Kredit Müqaviləsi, RQ-495 nömrəli, xx.xx.2021-ci il tarixli Qarantiya verilməsi şərtləri barədə Saziş, RQ-496 nömrəli, xx.xx.2021-ci il tarixli Qarantiya verilməsi şərtləri barədə Sazişə dair hissədə əsaslıdır və iddia tələbi göstərilən müqavilələrə dair hissədə təmin edilməlidir.

81. İddia ərizəsində ipoteka predmetinə tutma yönəldilməsi, onun açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına iddiaçıya olan borcun ödənilməsi tələbi də irəli sürülmüşdür.

82. Məhkəmə hesab edir ki, işin araşdırılan hallarından cavabdehlərin iddiaçıya ümumilikdə 3.005.694,45 manat borcunun olması müəyyən edildiyindən iddia tələbi həmin hissədə də əsaslıdır və təmin edilməli, göstərilən borcun ödənilməsinin təmin edilməsi məqsədilə ipoteka predmetlərinin açıq hərracda satışı həyata keçirilməli, ilkin satış qiyməti "xxxx" MMC-nin məhkəməyə təqdim etdiyi mütəxəssis rəylərində göstərilmiş likvid qiymətlərə uyğun müyyən edilməlidir.

83. Məhkəmə iddia ərizəsinin RQ-LG-609 nömrəli, xx.xx.2021-ci il tarixli Qarantiya verilməsi şərtləri barədə Saziş üzrə əsas, faiz və dəbbə pulunun tələb edilməsi hissəsində əsassız hesab edir.

84. Belə ki, Məhkəmə Ekpsertizası Mərkəzi tərəfindən hazırkı iş üzrə verilmiş ilkin və təkrar məhkəmə-mühasibatlıq ekspertizalarının rəylərində həmin müqavilə üzrə cavabdehlərin hər hansı ödənilməli əsas və faiz borcunun olmadığı, 13617,75 manat artıq ödənişin olduğu göstərilmişdir.

85. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin müqavilə üzrə cavabdehlərdən əsas, faiz və dəbbə pulunun tutulmalı olması barədə iddia tələbi təmin edilməməlidir.

86. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh3 MMC və Cavabdeh4 birgə qaydada RQ-491 nömrəli, xx.xx.2021-ci il tarixli Əlavə Kredit Müqaviləsi üzrə ******* manat əsas, 60000 manat müqavilə müddəti ərzində ödənilməmiş faiz, 111111,11 manat müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış borc və 50000 manat cərimə borcu; RQ-495 nömrəli, xx.xx.2021-ci il tarixli Qarantiya verilməsi şərtləri barədə Saziş üzrə ******* manat əsas, 30000 manat faiz, 109305,56 manat müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış borc, 50000 manat dəbbə pulu; RQ-496 nömrəli, xx.xx.2021-ci il tarixli Qarantiya verilməsi şərtləri barədə Saziş üzrə 500000 manat əsas, 15000 manat faiz, 55277,78 manat müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış borc, 25000 manat dəbbə pulu tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməli, tələb ipoteka predmeti olan Cavabdeh3 MMC-yə məxsus Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsi, MD-23 y/sahəsi, 1 ünvanında, 0.79749 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 7898.1 kv.m olan qeyri yaşayaış binasına (yüklülük çıxarışının qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2021) – ilkin satış qiyməti ******* manat müəyyən edilməklə və Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 8 ha torpaq sahəsinə (yüklülük çıxarışının qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2021) – ilkin satış qiyməti 235000 manat müəyyən edilməklə, Cavabdeh4 məxsus ünvan 2 ünvanında yerləşən 0.12 ha torpaq sahəsinə və üzərində yerləşən 252.7 kv.m ümumi sahədən ibarət bağ evinə (yüklülük çıxarışının qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2021) – ilkin satış qiyməti 480000 manat müəyyən edilməklə, Cavabdeh1 məxsus ünvan 3 ünvanında yerləşən 0.12 ha torpaq sahəsinə (yüklülük çıxarışının qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2021) – ilkin satış qiyməti 204000 manat müəyyən edilməklə, ünvan 4 ünvanında yerləşən 0.12 ha torpaq sahəsinə (yüklülük çıxarışının qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2021) – ilkin satış qiyməti 264000 manat müəyyən edilməklə yönəldilməli, göstərilən əmlaklar açıq hərracdan satılmalı, satışdan əldə olunan vəsait hesabına RQ-491 nömrəli, xx.xx.2021-ci il tarixli Əlavə Kredit Müqaviləsi üzrə ******* manat əsas, 60000 manat müqavilə müddəti ərzində ödənilməmiş faiz, 111111,11 manat müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış borc və 50000 manat cərimə borcu; RQ-495 nömrəli, xx.xx.2021-ci il tarixli Qarantiya verilməsi şərtləri barədə Saziş üzrə ******* manat əsas, 30000 manat faiz, 109305,56 manat müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış borc, 50000 manat dəbbə pulu; RQ-496 nömrəli, xx.xx.2021ci il tarixli Qarantiya verilməsi şərtləri barədə Saziş üzrə 500000 manat əsas, 15000 manat faiz, 55277,78 manat müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış borc, 25000 manat dəbbə pulu tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

87. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

88. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 2397,21 manat dövlət rüsumu cavabdehlər Cavabdeh3 MMC və Cavabdeh4, qalan məhkəmə xərcləri - 3,88 manat bank xidmət haqqı, ipoteka predmetlərinə tutma yönəldilməsi barədə bildirişlərin qeydə alınmasına ödənilmiş 322,78 manat xidmət haqqı, 400 manat mediasiya xərci isə iddiaçının özünə aid edilməlidir.

89. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizalarının xərcinə dair bildirişlərdən görünür ki, keçirilmiş ekspertiza tədqiqatının dəyəri 500 manat (250 manat və 250 manat) təşkil edir.

90. Məhkəmə hesab edir ki, ekspertiza xərci cavabdehlər Cavabdeh3 MMC və Cavabdeh4 birgə qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir.

V. Nəticə:

91. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh3 MMC və Cavabdeh4 birgə (müştərək) qaydada RQ-491 nömrəli, xx.xx.2021-ci il tarixli Əlavə Kredit Müqaviləsi üzrə ******* manat əsas, 60000 manat müqavilə müddəti ərzində ödənilməmiş faiz, 111111,11 manat müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış borc və 50000 manat cərimə borcu; RQ-495 nömrəli, xx.xx.2021-ci il tarixli Qarantiya verilməsi şərtləri barədə Saziş üzrə ******* manat əsas, 30000 manat faiz, 109305,56 manat müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış borc, 50000 manat dəbbə pulu; RQ-496 nömrəli, xx.xx.2021-ci il tarixli Qarantiya verilməsi şərtləri barədə Saziş üzrə 500000 manat əsas, 15000 manat faiz, 55277,78 manat müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış borc, 25000 manat dəbbə pulu, 2397,21 manat dövlət rüsumu, ümumilikdə 3.008.091,66 (üç milyon səkkiz min doxsan bir manat altmış altı qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Tələb ipoteka predmeti olan Cavabdeh3 MMC-yə məxsus Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsi, MD-23 y/sahəsi, 1 ünvanında, 0.79749 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 7898.1 kv.m olan qeyri yaşayış binasına (yüklülük çıxarışının qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2021) – ilkin satış qiyməti 5.800.000 (beş milyon səkkiz yüz min) manat müəyyən edilməklə, Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 8 ha torpaq sahəsinə (yüklülük çıxarışının qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2021) – ilkin satış qiyməti 235000 (iki yüz otuz beş min) manat müəyyən edilməklə, Cavabdeh4 məxsus ünvan 2 ünvanında yerləşən 0.12 ha torpaq sahəsinə və üzərində yerləşən 252.7 kv.m ümumi sahədən ibarət bağ evinə (yüklülük çıxarışının qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2021) – ilkin satış qiyməti 480000 (dörd yüz səksən min) manat müəyyən edilməklə, Cavabdeh1 məxsus ünvan 3 ünvanında yerləşən 0.12 ha torpaq sahəsinə (yüklülük çıxarışının qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2021) – ilkin satış qiyməti 204000 (iki yüz dörd min) manat müəyyən edilməklə, ünvan 4 ünvanında yerləşən 0.12 ha torpaq sahəsinə (yüklülük çıxarışının qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2021) – ilkin satış qiyməti 264000 (iki yüz altmış dörd min) manat müəyyən edilməklə yönəldilsin. Göstərilən əmlaklar açıq hərracdan satılsın, satışdan əldə olunan vəsait hesabına RQ- 491 nömrəli, xx.xx.2021-ci il tarixli Əlavə Kredit Müqaviləsi üzrə ******* manat əsas, 60000 manat müqavilə müddəti ərzində ödənilməmiş faiz, 111111,11 manat müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış borc və 50000 manat cərimə borcu; RQ-495 nömrəli, xx.xx.2021-ci il tarixli Qarantiya verilməsi şərtləri barədə Saziş üzrə ******* manat əsas, 30000 manat faiz, 109305,56 manat müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış borc, 50000 manat dəbbə pulu; RQ-496 nömrəli, xx.xx.2021-ci il tarixli Qarantiya verilməsi şərtləri barədə Saziş üzrə 500000 manat əsas, 15000 manat faiz, 55277,78 manat müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış borc, 25000 manat dəbbə pulu, 2397,21 manat dövlət rüsumu, ümumilikdə 3.008.091,66 (üç milyon səkkiz min doxsan bir manat altmış altı qəpik) manat məbləğində borc tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Satışdan artıq qalan vəsait ipoteka predmetlərinin mülkiyyətçilərinə qaytarılsın. Çəkilmiş məhkəmə xərcləri - 3,88 manat bank xidmət haqqı, ipoteka predmetlərinə tutma yönəldilməsi barədə bildirişlərin qeydə alınmasına ödənilmiş 322,78 manat xidmət haqqı, 400 manat mediasiya xərci iddiaçı "xxxx" ASC-nin özünə aid edilsin. Aparılmış ekspertiza tədqiqatları ilə bağlı ümumilikdə 500 (beş yüz) manat ekspertiza xərci cavabdehlər Cavabdeh3 MMC və Cavabdeh4 birgə (müştərək) qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ22) ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar