Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-510/2022 27.01.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi ilə, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 22.10.2021-ci il tarixə qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafıə Fonduna ödənilməmiş 31715,60 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 41000 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, vergi ödəyicisi olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun Dövlət Sosial Müdafıə Fonduna borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində müvafıq fonda ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq, yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə 22.10.2021-ci il tarixli Qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin 22.10.2021-ci il tarixə yaranan 34061,47 manat borcuna görə 41000 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə 25.10.2021-ci il tarixli **********0 saylı Protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc müvafıq fonda ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə 28.10.2021-ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin 22.10.2021-ci il tarixə yuxarıda qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafıə Fonduna 31715,60 manat ödənilməmiş borcu qalmışdır. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılıb qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, "xxxx" ASC-nin borcu olmuş, lakin hazırkı iş üzrə onun borcu yoxdur. Qeyd olunan borcla bağlı ödənişlər edilmiş və bu barədə mədaxil qəbzlərini məhkəməyə təqdim edir. Ona görə də iddianın təmin olunmamasını məhkəmədən xahiş edir. Əsaslandırıcı hissə: İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı tərəfindən cavabdehə vergi borcunun ödənilməsinə dair bildiriş göndərilərək, yaranmış vergi borcunun 5 gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün vergi öhdəliyini yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında 22.10.2021-ci il tarixli qərar qəbul olunmuşdur. Həmin qərara əsasən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus əmlakları siyahıya alınmış və bu barədə əmlakın siyahıya alınması haqqında 25.10.2021ci il tarixli, **********0 nömrəli protokol və əmlakın məsul saxlanca verilməsi haqqında akt tərtib edilmişdir. İddiaçı tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə vergi ödəyicisinin siyahıya alınmış əmlakına qoyulmuş məhdudiyyətlərin pozulmasına görə məsuliyyət daşıması barədə xəbərdarlıq ünvanlanaraq bildirilmişdir ki, 22.10.2021-ci il tarixli qərara əsasən 41000 manat dəyərində olan əmlak siyahıya alınmışdır, əmlakın siyahıya alındığı vaxtdan 30 gün müddətində borclar dövlət büdcəsinə tam ödənilmədikdə siyahıya alınmış əmlakların satılması üçün məhkəmədə iddia qaldırılacaqdır. - 22.10.2021-ci il tarixli **********120335 nömrəli köçürmənin aparılması haqqında bildirişdən görünür ki, "xxxx" ASC (VÖEN: **********) tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (VÖEN: **********) 672,23 manat ödənilmişdir. - 02.11.2021-ci il tarixli **********170267 nömrəli köçürmənin aparılması haqqında bildirişdən görünür ki, "xxxx" ASC (VÖEN: **********) tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (VÖEN: **********) 936 manat ödənilmişdir. - 18.11.2021-ci il tarixli **********241856 nömrəli köçürmənin aparılması haqqında bildirişdən görünür ki, "xxxx" ASC (VÖEN: **********) tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (VÖEN: **********) 762,71 manat ödənilmişdir. - 19.11.2021-ci il tarixli **********246526 nömrəli köçürmənin aparılması haqqında bildirişdən görünür ki, "xxxx" ASC (VÖEN: **********) tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (VÖEN: **********) 3851,54 manat ödənilmişdir. - 24.11.2021-ci il tarixli **********268132 nömrəli köçürmənin aparılması haqqında bildirişdən görünür ki, "xxxx" ASC (VÖEN: **********) tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (VÖEN: **********) 707,40 manat ödənilmişdir. - 06.12.2021-ci il tarixli **********324443 nömrəli köçürmənin aparılması haqqında bildirişdən görünür ki, "xxxx" ASC (VÖEN: **********) tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (VÖEN: **********) 936 manat ödənilmişdir. - 07.12.2021-ci il tarixli **********324443 nömrəli köçürmənin aparılması haqqında bildirişdən görünür ki, "xxxx" ASC (VÖEN: **********) tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (VÖEN: **********) 2772 manat ödənilmişdir. - 20.12.2021-ci il tarixli **********397084 nömrəli köçürmənin aparılması haqqında bildirişdən görünür ki, "xxxx" ASC (VÖEN: **********) tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (VÖEN: **********) 5011,20 manat ödənilmişdir. - 21.12.2021-ci il tarixli **********404741 nömrəli köçürmənin aparılması haqqında bildirişdən görünür ki, "xxxx" ASC (VÖEN: **********) tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (VÖEN: **********) 666,12 manat ödənilmişdir. - 22.12.2021-ci il tarixli **********418054 nömrəli köçürmənin aparılması haqqında bildirişdən görünür ki, "xxxx" ASC (VÖEN: **********) tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (VÖEN: **********) 8510,40 manat ödənilmişdir. - 20.12.2021-ci il tarixli, 120OPXO213543663 nömrəli, “A” formatlı ödəniş tapşırığından görünür ki, "xxxx" ASC (VÖEN: **********) tərəfindən ********** nömrəli VÖEN üzrə AZ17CTRE******************** nömrəli hesaba 6625,06 manat məbləğində ödəniş edilmişdir. - 21.12.2021-ci il tarixli, 120OPXO213550149 nömrəli, “A” formatlı ödəniş tapşırığından görünür ki, "xxxx" ASC (VÖEN: **********) tərəfindən ********** nömrəli VÖEN üzrə AZ17CTRE******************** nömrəli hesaba 3144,13 manat məbləğində ödəniş edilmişdir. - 21.12.2021-ci il tarixli, 120OPXO213550242 nömrəli, “A” formatlı ödəniş tapşırığından görünür ki, "xxxx" ASC (VÖEN: **********) tərəfindən ********** nömrəli VÖEN üzrə AZ17CTRE******************** nömrəli hesaba 552,39 manat məbləğində ödəniş edilmişdir. - 24.12.2021-ci il tarixli, 120OPXO213581922 nömrəli, “A” formatlı ödəniş tapşırığından görünür ki, "xxxx" ASC (VÖEN: **********) tərəfindən ********** nömrəli VÖEN üzrə AZ17CTRE******************** nömrəli hesaba 203,27 manat məbləğində ödəniş edilmişdir. - 24.12.2021-ci il tarixli, 120OPXO213582066 nömrəli, “A” formatlı ödəniş tapşırığından görünür ki, "xxxx" ASC (VÖEN: **********) tərəfindən ********** nömrəli VÖEN üzrə AZ17CTRE******************** nömrəli hesaba 5030,69 manat məbləğində ödəniş edilmişdir. - 24.12.2021-ci il tarixli, 120OPXO213582067 nömrəli, “A” formatlı ödəniş tapşırığından görünür ki, "xxxx" ASC (VÖEN: **********) tərəfindən ********** nömrəli VÖEN üzrə AZ17CTRE******************** nömrəli hesaba 961,04 manat məbləğində ödəniş edilmişdir. - 24.12.2021-ci il tarixli, 120OPXO213582068 nömrəli, “A” formatlı ödəniş tapşırığından görünür ki, "xxxx" ASC (VÖEN: **********) tərəfindən ********** nömrəli VÖEN üzrə AZ17CTRE******************** nömrəli hesaba 145,29 manat məbləğində ödəniş edilmişdir. - 24.12.2021-ci il tarixli, 120OPXO213582069 nömrəli, “A” formatlı ödəniş tapşırığından görünür ki, "xxxx" ASC (VÖEN: **********) tərəfindən ********** nömrəli VÖEN üzrə AZ17CTRE******************** nömrəli hesaba 2105,71 manat məbləğində ödəniş edilmişdir. - 24.12.2021-ci il tarixli, 120OPXO213582070 nömrəli, “A” formatlı ödəniş tapşırığından görünür ki, "xxxx" ASC (VÖEN: **********) tərəfindən ********** nömrəli VÖEN üzrə AZ17CTRE******************** nömrəli hesaba 5734,65 manat məbləğində ödəniş edilmişdir. - 27.12.2021-ci il tarixli, 120OPXO213613473 nömrəli, “A” formatlı ödəniş tapşırığından görünür ki, "xxxx" ASC (VÖEN: **********) tərəfindən ********** nömrəli VÖEN üzrə AZ17CTRE******************** nömrəli hesaba 202,20 manat məbləğində ödəniş edilmişdir. - 27.12.2021-ci il tarixli, 120OPXO213613474 nömrəli, “A” formatlı ödəniş tapşırığından görünür ki, "xxxx" ASC (VÖEN: **********) tərəfindən ********** nömrəli VÖEN üzrə AZ17CTRE******************** nömrəli hesaba 1226,34 manat məbləğində ödəniş edilmişdir. Cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş "xxxx" ASC-nin şəxsi hesab vərəqəsindən görünür ki, cavabdeh hazırkı iş üzrə qeyd edilən tarixə olan borcu ilə bağlı ödənişlər etmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 90.1-ci maddəsinə uyğun olaraq, vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti (VÖEN: **********) hazırkı iş üzrə borcunu ödəmiş və cavabdehin hazırkı iş üzrə vergi borcu yoxdur. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması tələbinə dair iddiası rədd edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-510/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-510/2022
27.01.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver