Məhkəmə qərarları › İş №e-2-2(113)-510/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-510/2024

08.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-510/2024 08.02.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “avadanlıqların cavabdehdən alınaraq iddiaçının sahibliyinə verilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: girov müqaviləsi) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı 1 ədəd Production line of polyethylene pipe 20-60 mm, 1 ədəd Plastik boruların istehsalı üçün termik qəlibləyici xətti, 1 ədəd Polyethylene pipe production line (pressurized water pipe, diameter DN 20-160), 1 ədəd 50-160 PP PVC Turbo 2 avadanlıqlarının cavabdehdən alınaraq iddiaçının sahibliyinə verilməsi, həmçinin məhkəmə əmrinin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə iddia ərizəsinə dair kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. Kreditor "xxxx" Açıq Səhmdar Cəmiyyəti borclu Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı 1 ədəd Production line of polyethylene pipe 20-60 mm, 1 ədəd Plastik boruların istehsalı üçün termik qəlibləyici xətti, 1 ədəd Polyethylene pipe production line (pressurized water pipe, diameter DN 20-160), 1 ədəd 50-160 PP PVC Turbo 2 avadanlıqlarının borcludan alınaraq kreditorun sahibliyinə verilməsi, həmçinin məhkəmə əmrinin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumunun borcludan tutulması barədə əmr verilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun xx.xx.2023-cü il tarixli, ZM-777/2021 nömrəli Zəmanət məktubunun şərtlərinə uyğun olaraq "xxxx" ASC ilə Cavabdeh QSC arasında bağlanmış 0349/K nömrəli, xx.xx.2021-ci il tarixli Kredit Müqaviləsinə əsasən Bank tərəfindən Borc alana 36 ay müddətinə illik 14 faiz ödəmək şərtilə ******* manat məbləğində kredit verilmişdir. Eyni zamanda Kredit Müqaviləsinin təminatı kimi "xxxx" MMC ilə 0349/Z nömrəli, xx.xx.2021-ci il tarixli, X4 ilə 0349/Z-1 nömrəli, xx.xx.2021-ci il tarixli və X5 ilə 0349/Z-2 nömrəli, xx.xx.2021-ci il tarixli Zaminlik Müqavilələri bağlanılmışdır. Həmçinin, yenə Kredit Müqaviləsinin təminatı kimi Bankla Cavabdeh QSC arasında bağlanılmış 0349/İ nömrəli, xx.xx.2021-ci il tarixli girov müqaviləsinə əsasən sonuncuya məxsus Production line of polyethylene pipe 20-60 mm, Plastik boruların istehsalı üçün termik qəlibləyici xətti, Polyethylene pipe production line (pressurized water pipe, diameter DN 20-160), 50-160 PP PVC Turbo 2 avadanlıqlar yüklü edilmişdir. Kredit Müqaviləsinə əsasən Borclu müqavilədə göstərilən müddətdə və qaydada krediti, eyni zamanda kredit üzrə hesablanacaq faizləri qaytarmağı öz öhdəsinə götürmüşdür. Bundan başqa, Zaminlik Müqavilələrinə əsasən Borclu tərəfindən öhdəklik icra edilmədikdə və ya lazımınca icra edilmədikdə, Kredit Müqaviləsi üzrə öhdəliyi tamamilə icra etməsi üzrə məsuliyyəti zaminlər öz üzərlərinə götürmüşdür. Lakin Borclu və Zaminlər tərəfindən müqavilədən irəli gələn öhdəlik vaxtında və lazımi qaydada icra edilmədiyindən, mübahisənin qarşılıqlı razılıq əsasında həlli məqsədilə ilkin mediasiya sessisası keçirilmiş, lakin razılıq əldə edilmədiyindən ilkin mediasiya sessiyasından sonra prosesin davam etdiriməməsi qərara alınmışdır. Həmçinin ilkin mediasiyanın keçirilməsi üçün "xxxx" ASC tərəfindən 405 manat mediasiya xərci mediasiya təşkilatının hesabına təktərəfli qaydada ödənilmişdir. Bununla yanaşı, xx.xx.2023-cü il tarixli, ZM-777/2021 nömrəli Zəmanət məktubu əsasında Cavabdeh QSC-yə ayrılmış kredit üzrə zəmanət öhdəliyinin icrası ilə bağlı Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fonduna müraciət edilmiş və Fond xx.xx.2023-cü il tarixdə həmin günə yerinə yetirilməyən kredit üzrə əsas borc öhdəliyini 60 faizinin, yəni 921802.12 manat əsas borcun 553081.27 manat hissəsini "xxxx" ASC-yə ödəmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 249 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə veriləcək bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi və kredit faizlərinin subsidiyalaşdırılması Qaydası”nın 12.7-ci bəndinə əsasən Zəmanət üzrə ödənilmiş vəsaitin geri qaytarılması üçün sahibkarlıq subyektinə və kredit üzrə təminat verən digər şəxslərə (girov (ipoteka) qoyana,zaminə və s.) qarşı Fondun adından və onun xeyrinə tələb hüquqlarının həyata keçirilməsi "xxxx" ASC-yə həvalə edilmişdir. Göründüyü kimi iddiaçı "xxxx" ASC Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondu adından və onun xeyrinə tələb hüquqlarını həyata keçirməkdə haqlıdır. Bundan başqa, borclulara kredit borcunun, Fond tərəfindən zamanət üzrə ödənilmiş vəsaitin və digər məsrəflərin qaytarılması haqqında “Elektron məhkəmə” informasiya sistemi, müvafiq icra hakimiyyəti orqanının onlayn kargüzarlıq sistemi və poçt xidməti vasitəsi ilə xx.xx.2023-cü il tarixli bildiriş (mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınması barədə) göndərilərək, xəbərdarlıq edilsə də, öhdəliklər yerinə yetirilməmişdir. Hazırda iddia ərizəsinə əlavə edilən maliyyə arayışından və hesabdan çıxarışdan da göründüyü kimi, xx.xx.2023-cü il tarixə borcluların zəmanət ödənişi üzrə Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fonduna 553081.27 manat; 0349/K nömrəli, xx.xx.2021-ci il tarixli Kredit Müqaviləsinə əsasən isə Banka 368720.85 manat əsas borc, 93600.93 manat faiz borcu və 23222.55 manat cərimə olmaqla, cəmi 485544.33 manat kredit borcu mövcuddur. Beləliklə, müqavilə üzrə öhdəliklər razılaşdırılmış qaydada icra edilmədiyi üçün məhkəmə qaydasında zəmanət üzrə ödənilmiş vəsaitin və hesablanmış kredit borcunun borclulardan tələb edilməsi, tutmanın girov predmetlərinə yönəldilməsi, girov predmetlərinin hərrac vasitəsilə satılması, əldə olunmuş vəsaitin kredit borcuna ödənilməsi zərurəti yaranmışdır.

3. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-6150/2023 saylı məhkəmə əmrinə əsasən 1 ədəd Production line of polyethylene pipe 20-60 mm, 1 ədəd Plastik boruların istehsalı üçün termik qəlibləyici xətti, 1 ədəd Polyethylene pipe production line (pressurized water pipe, diameter DN 20-160), 1 ədəd 50-160 PP PVC Turbo 2 avadanlıqlarının Cavabdeh Qapalı Səhmdar Cəmiyyətindən alınaraq "Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin sahibliyinə verilməsi, ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumunun Cavabdeh Qapalı Səhmdar Cəmiyyətindən tutularaq "Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə əmr verilmişdir.

4. Borclu Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti xx.xx.2023-cü il tarixdə etirazla məhkəməyə müraciət edərək, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-6150/2023 saylı, xx.xx.2023-cü il tarixli məhkəmə əmrinin ləğv edilməsini və işin iddia icraatına keçirilməsini məhkəmədən xahiş etmişdir.

5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-6150/2023 saylı qərardadına əsasən Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2- 2(113)-6150/2023 saylı məhkəmə əmri ləğv edilməsi və işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır.

II. Tərəflərin mövqeləri:

6. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddianın məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.

7. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.

8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

9. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.

III. Məhkəmə baxışının hədləri:

10. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

11. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər.

12. “Daşınar əmlakın yüklülüyü haqqında” Qanun: 1.0.1-ci maddəsinə əsasən daşınar əmlakın yüklülüyü dedikdə, həmin Qanunun 4-cü maddəsində göstərilən əsaslarla öhdəliyin icrasının təmin edilməsi üçün qanun və ya əqd əsasında daşınar əmlaka mülkiyyət hüququnun məhdudlaşdırılması nəzərdə tutulur. 4.3-cü, 4.3.2-ci və 4.3.15-ci maddələrinə əsasən xüsusi yüklülüyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 12-ci fəslinə uyğun olaraq, müqavilə əsasında yaranan daşınar əmlakın girovu və əsas öhdəliyin icrasının təmini üsulu olan digər yüklülüklər daxildir. 12.1-ci maddəsinə əsasən yüklülük predmetinə tutmanın əsasları bu Qanunun 4-cü maddəsində göstərilən və digər normativ hüquqi aktlarla müəyyən olunur. 12.2-ci maddəsinə əsasən xüsusi yüklülükdə yüklülük predmetinə tutma yönəldilməsi həmin Qanunun 13-19-cu maddələri ilə müəyyən olunmuş qaydada həyata keçirilir. 13.1-ci və 13.1.2-ci maddəsinə əsasən yüklülük sahibi yüklülük predmetinə yüklülük predmeti borclunun və ya yüklülük verənin sahibliyindədirsə, yüklülük verənlə yazılı razılaşma əsasında yüklülük predmetini öz sahibliyə götürmək və ya yüklülük predmetinin məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında onun sahibliyinə verilməsi üçün müvafiq olaraq məhkəməyə və ya notariusa müraciət etmək qaydasında tutma yönəldə bilər.

13. “Dövlət rüsumu haqqında” Qanun: 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

14. “Mediasiya haqqında” Qanun: 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

15. İş materiallarında olan "xxxx" ASC ilə Cavabdeh QSC arasında bağlanmış 0349/K nömrəli, xx.xx.2021-ci il tarixli Kredit Müqaviləsindən görünür ki, kreditor tərəfindən borcluya 36 ay müddətinə illik 14 faiz ödəmək şərtilə ******* manat məbləğində kredit verilmişdir.

16. İş materiallarında olan "xxxx" ASC ilə Cavabdeh QSC arasında bağlanmış 0349/İ nömrəli, xx.xx.2021-ci il tarixli girov müqaviləsindən görünür ki, girovla təmin edilmiş əsas öhdəliklərdən biri kimi "xxxx" ASC ilə Cavabdeh QSC arasında bağlanmış 0349/K nömrəli, xx.xx.2021-ci il tarixli Kredit Müqaviləsi çıxış edir.

17. Girov müqaviləsinin 2.1-ci bəndindən görünür ki, girov predmeti Cavabdeh QSCyə məxsus Production line of polyethylene pipe 20-60 mm, Plastik boruların istehsalı üçün termik qəlibləyici xətti, Polyethylene pipe production line (pressurized water pipe, diameter DN 20-160), 50-160 PP PVC Turbo 2 avadanlıqlardır.

18. Ərizəyə əlavə olunmuş Azərbaycan Respublikası Mərkəzi Bankının Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestrindən xx.xx.2023-cü il tarixli Çıxarışdan görünür ki, yüklülük verən və borclu kimi çıxış edən Cavabdeh QSC-yə məxsus olan Production line of polyethylene pipe 20-60 mm, Plastik boruların istehsalı üçün termik qəlibləyici xətti, Polyethylene pipe production line (pressurized water pipe, diameter DN 20-160), 50-160 PP PVC Turbo 2 avadanlıqları girov alınmış və yüklülük sahibi kimi "Azərbaycan Beynəlxalq Bankı” ASC qeyd edilmişdir.

19. Ərizəyə əlavə olunmuş maliyyə arayışından görünür ki, Cavabdeh QSC-nin 0349/K nömrəli, xx.xx.2021-ci il tarixli Kredit Müqaviləsi üzrə "Azərbaycan Beynəlxalq Bankı” ASC-yə olan əsas borcu 368720.85 manat, faiz borcu 93600.93 manat və cərimə 23222.55 manat olmaqla, cəmi 485544.33 manat təşkil edir.

20. Məhkəmə qeyd edir ki, iş materialları əsasında təsdiq olunur ki, icrası girov müqaviləsi ilə təmin edilmiş "Azərbaycan Beynəlxalq Bankı” ASC və Cavabdeh QSC arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəlik Cavabdeh QSC tərəfindən lazımınca icra edilməmişdir.

21. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.

22. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ********** saylı qəbzdən görünür ki, "Azərbaycan Beynəlxalq Bankı” ASC tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

23. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehdən tutulmalıdır.

VI. Nəticə:

24. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. 1 ədəd Production line of polyethylene pipe 20-60 mm, 1 ədəd Plastik boruların istehsalı üçün termik qəlibləyici xətti, 1 ədəd Polyethylene pipe production line (pressurized water pipe, diameter DN 20-160), 1 ədəd 50-160 PP PVC Turbo 2 avadanlıqları Cavabdeh Qapalı Səhmdar Cəmiyyətindən alınaraq iddiaçı "Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin sahibliyinə verilsin. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu Cavabdeh Qapalı Səhmdar Cəmiyyətindən tutularaq iddiaçı "Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar