Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-511/2021 19.02.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh Mustafayev Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Mustafayev Cavabdeh3 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (İddiaçı ASC) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Mustafayev Cavabdeh3 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəyə müraciət etmişdir. Məhkəmə iclasında tərəflər ərizə ilə məhkəməyə müraciət edərək, aralarında bağlanmış barışıq sazişinin təsdiq edilməsi və işin icraatına xitam verilməsini xahiş etmişlər. Eyni zamanda tərəflər barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsinin prosessual nəticələrinin onlara aydın olduğunu ərizədə göstərmişlər. Məhkəməyə təqdim edilmiş, tərəflər arasında bağlanmış və tərəflərin imzası ilə təsdiqlənmiş xx xxxxxx 2021-ci il tarixli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışığa gəlmişlər:
1. Bakı Kommersiya Məhkəməsinin icraatında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 Nürəddin oğluna, Mustafayev Cavabdeh3 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə e-2-2(113)-511/2021 saylı işə baxılır.
2. “Borclular”ın xx xxxxxx 2021-ci il tarixə “Bank”a müştərək qaydada olan borcu “Bank” ilə “Kredit alan” arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli 111283-1-5721/2 №li “Kommersiya krediti müqaviləsi” və həmin müqaviləyə dəyişiklik və əlavələr edilməsi barədə xx xxxx 2016-cı il tarixli 01 saylı Razılaşma üzrə 35.980 (otuz beş min doqquz yüz səksən) ABŞ dolları məbləğində əsas borc, 18.792 (on səkkiz min yeddi yüz doxsan iki) ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə 54.772 (əlli dörd min yeddi yüz yetmiş iki) ABŞ dolları məbləğində müəyyən edilir.
3. “Tərəflər” hazırkı Sazişi imzalamaqla aralarında yaranmış mülki mübahisənin məhkəmədən kənar qaydada həllinə dair razılığa gəlirlər və qeyd olunan mübahisənin aşağıdakı şərtlərlə həll edilməsini öz öhdələrinə götürürlər: 3.1. Bu Sazişin 2-ci bəndində göstərilən kredit müqaviləsi və həmin müqaviləyə dəyişiklik və əlavələr edilməsi barədə razılaşma üzrə “Borclular”ın müştərək qaydada Banka ABŞ dollarında olan əsas və cərimə üzrə borcu 1 ABŞ dolları = 1.70 AZN məzənnəsi ilə manata konvertasiya edilərək əsas borcu 61.166 (altmış bir min bir yüz altmış altı) AZN məbləğində, cərimə borcu isə 31,946.40 (otuz bir min doqquz yüz qırx altı manat 40 qəpik) AZN məbləğində müəyyən edilir. “Borclular”ın Banka müştərək qaydada olan əsas borc məbləği 30 (otuz) ay müddətində, ilk 12 ay ərzində hər ayın 30-dan gec olmayaraq aylıq 2.500 (iki min beş yüz) AZN məbləğində, növbəti 18 (on səkkiz) ay üzrə isə illik 12 (on iki) faiz dərəcəsi ilə illik faiz hesablanaraq hər ay 1.900,57 (bir min doqquz yüz manat 57 qəpik) AZN məbləğindən az olmayaraq pul vəsaiti “Borclular” tərəfindən müştərək qaydada “Bank”a ödənilir. Bununla da, “Borclular”ın “Bank” qarşısında olan cərimə borcu silinir və bank qarşısında öhdəlikləri tam icra olunmuş hesab olunur, “Bank” tərəfindən “Borclular”a bu barədə arayış təqdim edilir və “Bank” qarşısında ipoteka ilə yüklü edilmiş ipoteka predmeti yüklülükdən azad olunur. 3.2. “Borclular” tərəfindən bu Sazişin 3.1-ci bəndində müəyyən olunmuş “Borclular”ın müştərək qaydada Banka olan əsas borcu, yəni 61.166 (altmış bir min bir yüz altmış altı) AZN məbləğində pul vəsaiti ilk 12 ay müddətində tam ödənildiyi təqdirdə, bu Sazişin 3.1-ci bəndində göstərilən hərəkətlər “Bank” tərəfindən təmin olunur (faizin hesablanmaması, arayışın verilməsi və ipoteka predmetinin yüklülükdən azad olunması).
4. Bir təqvim ili ərzində ümumi gecikmələrin sayı 30 (otuz) gündən artıq olmamalıdır. “Borclular” bu Saziş ilə müəyyən edilmiş qaydada pul öhdəliyinin icrasını təmin etmədikdə və ya lazımınca təmin etmədikdə hər hansı irad, etiraz olmadan və hər hansı mübahisə (iddia, şikayət, etiraz və sair) qaldırılmadan aşağıdakı tələbləri icra etməyi qəbul edirlər: 4.1. “Borclular”dan müştərək qaydada “Bank”a olan 61.166 (altmış bir min bir yüz altmış altı) AZN məbləğində əsas borcun və 31,946.40 (otuz bir min doqquz yüz qırx altı manat 40 qəpik) AZN məbləğində cərimə üzrə borcun həmin günə olan qalıq məbləği “Bank”ın xeyrinə tutulur. 4.2. Bu sazişin 4.1-ci bəndinə əsasən “Borclular”dan müştərək qaydada tutulmalı olan borc “Bank” qarşısında ipoteka ilə yüklü edilmiş paylı mülkiyyət hüququ ilə Cavabdeh2 (1/2 hissə) və Cavabdeh3 Mustafayevə (1/2 hissə) məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, qəsəbəsində istifadədə olan 0.02352 ha torpaq sahəsində yerləşən 406.0 kv.m. ümumi, 303.0 kv.m. yardımçı, 103.0 kv.m. yaşayış sahəsindən ibarət bağ evinə (ipoteka predmetinin ilkin satış qiyməti 121.000 (bir yüz iyirmi bir min) AZN məbləğində müəyyən edilməklə) yönəldilir, daşınmaz əmlak açıq hərracdan satılır, “İpoteka qoyan”lar Mustafayev Cavabdeh3, Cavabdeh2 və onunla birlikdə yaşayan ailə üzvü – Cavabdeh1 yaşayış sahəsini ən gec bir ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər mənzildən məcburi qaydada çıxarılır və bağ evi boşaldılır, satışdan əldə olunmuş vəsait isə “Bank”a ödənilir. 4.3. İpoteka predmetinin satışından əldə olunmuş vəsait bu Sazişin 4.1-ci bəndində qeyd olunan “Borclular”ın müştərək qaydada “Bank”a olan borcunun qalığının bağlanmasına, qalan hissə isə “İpoteka qoyanlar”a qaytarılır. 4.4. İpoteka predmetinin satışından əldə olunan məbləğ bu Sazişin 4.1-ci bəndində qeyd olunan borcun ödənilməsi üçün yetərli olmazsa, həmin çatışmayan məbləğ “Borclular”a məxsus digər daşınar və daşınmaz əmlaklara yönəldilir, həmin əmlaklar “İcra haqqında” Azərbaycan Respublikası Qanununa (bundan sonra mətndə “İcra haqqında” Qanun) uyğun olaraq açıq hərracdan satılır və əldə olunmuş vəsait “Borclular”ın müştərək qaydada “Bank”a olan borcunun ödənilməsinə yönəldilir.
5. “Borclular” bu Sazişin 3-cü bəndi ilə müəyyən edilmiş qaydada pul öhdəliyini tam həcmdə icra etdikdən sonra onların bu Sazişin 2-ci bəndində qeyd edilən kredit müqaviləsi və həmin müqaviləyə dəyişiklik və əlavələr edilməsi barədə razılaşma üzrə “Bank” qarşısında heç bir öhdəliyi qalmır, bu Sazişin 4.2-ci bəndində göstərilən daşınmaz əmlak “Bank” tərəfindən ipoteka ilə yüklülükdən azad edilir və ipoteka müqaviləsinə xitam verilir.
6. “Tərəflər” öz öhdəliklərini bu Sazişə uyğun icra etmədikdə, bu Saziş üzrə qəbul olunmuş məhkəmə qərardadı əsasında verilmiş icra sənədi müvafiq olaraq icraya yönəldilir və “İcra haqqında” Qanuna əsasən icra edilir.
Yekun müddəalar
1. Bu Sazişin şərtləri “tərəflər”in könüllü iradələrini əks etdirir.
2. Bu Sazişin hər hansı bir hissəsinin etibarsızlığı bütövlükdə Sazişin etibarsızlığına səbəb olmur.
3. Bu Sazişin şərtlərinin könüllü icra edilməməsi “tərəflər”ə həmin şərtlərin məcburi icrasını tələb etmək hüququ verir.
4. Bu Saziş Azərbaycan dilində və tərəflərin hər birində bir nüsxə qalmaqla və bir nüsxəsi məhkəməyə təqdim edilməsi üçün eyni hüquqi qüvvəyə malik 6 (altı) nüsxədə tərtib edilmişdir.
5. Bu Saziş məhkəmə qərardadı ilə təsdiq olunur və həmin qərardadın qüvvəyə mindiyi anda qüvvəyə minir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Mustafayev Cavabdeh3 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə tərəflər arasında aşağıdakı şərtlərlə bağlanmış barışıq sazişi təsdiq edilsin və mülki iş üzrə icraata xitam verilsin:
1. Bakı Kommersiya Məhkəməsinin icraatında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 Nürəddin oğluna, Mustafayev Cavabdeh3 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə e-2-2(113)-511/2021 saylı işə baxılır.
2. “Borclular”ın xx xxxxxx 2021-ci il tarixə “Bank”a müştərək qaydada olan borcu “Bank” ilə “Kredit alan” arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli 111283-1-5721/2 №li “Kommersiya krediti müqaviləsi” və həmin müqaviləyə dəyişiklik və əlavələr edilməsi barədə xx xxxx 2016-cı il tarixli 01 saylı Razılaşma üzrə 35.980 (otuz beş min doqquz yüz səksən) ABŞ dolları məbləğində əsas borc, 18.792 (on səkkiz min yeddi yüz doxsan iki) ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə 54.772 (əlli dörd min yeddi yüz yetmiş iki) ABŞ dolları məbləğində müəyyən edilir.
3. “Tərəflər” hazırkı Sazişi imzalamaqla aralarında yaranmış mülki mübahisənin məhkəmədən kənar qaydada həllinə dair razılığa gəlirlər və qeyd olunan mübahisənin aşağıdakı şərtlərlə həll edilməsini öz öhdələrinə götürürlər: 3.1. Bu Sazişin 2-ci bəndində göstərilən kredit müqaviləsi və həmin müqaviləyə dəyişiklik və əlavələr edilməsi barədə razılaşma üzrə “Borclular”ın müştərək qaydada Banka ABŞ dollarında olan əsas və cərimə üzrə borcu 1 ABŞ dolları = 1.70 AZN məzənnəsi ilə manata konvertasiya edilərək əsas borcu 61.166 (altmış bir min bir yüz altmış altı) AZN məbləğində, cərimə borcu isə 31,946.40 (otuz bir min doqquz yüz qırx altı manat 40 qəpik) AZN məbləğində müəyyən edilir. “Borclular”ın Banka müştərək qaydada olan əsas borc məbləği 30 (otuz) ay müddətində, ilk 12 ay ərzində hər ayın 30-dan gec olmayaraq aylıq 2.500 (iki min beş yüz) AZN məbləğində, növbəti 18 (on səkkiz) ay üzrə isə illik 12 (on iki) faiz dərəcəsi ilə illik faiz hesablanaraq hər ay 1.900,57 (bir min doqquz yüz manat 57 qəpik) AZN məbləğindən az olmayaraq pul vəsaiti “Borclular” tərəfindən müştərək qaydada “Bank”a ödənilir. Bununla da, “Borclular”ın “Bank” qarşısında olan cərimə borcu silinir və bank qarşısında öhdəlikləri tam icra olunmuş hesab olunur, “Bank” tərəfindən “Borclular”a bu barədə arayış təqdim edilir və “Bank” qarşısında ipoteka ilə yüklü edilmiş ipoteka predmeti yüklülükdən azad olunur. 3.2. “Borclular” tərəfindən bu Sazişin 3.1-ci bəndində müəyyən olunmuş “Borclular”ın müştərək qaydada Banka olan əsas borcu, yəni 61.166 (altmış bir min bir yüz altmış altı) AZN məbləğində pul vəsaiti ilk 12 ay müddətində tam ödənildiyi təqdirdə, bu Sazişin 3.1-ci bəndində göstərilən hərəkətlər “Bank” tərəfindən təmin olunur (faizin hesablanmaması, arayışın verilməsi və ipoteka predmetinin yüklülükdən azad olunması).
4. Bir təqvim ili ərzində ümumi gecikmələrin sayı 30 (otuz) gündən artıq olmamalıdır. “Borclular” bu Saziş ilə müəyyən edilmiş qaydada pul öhdəliyinin icrasını təmin etmədikdə və ya lazımınca təmin etmədikdə hər hansı irad, etiraz olmadan və hər hansı mübahisə (iddia, şikayət, etiraz və sair) qaldırılmadan aşağıdakı tələbləri icra etməyi qəbul edirlər: 4.1. “Borclular”dan müştərək qaydada “Bank”a olan 61.166 (altmış bir min bir yüz altmış altı) AZN məbləğində əsas borcun və 31,946.40 (otuz bir min doqquz yüz qırx altı manat 40 qəpik) AZN məbləğində cərimə üzrə borcun həmin günə olan qalıq məbləği “Bank”ın xeyrinə tutulur. 4.2. Bu sazişin 4.1-ci bəndinə əsasən “Borclular”dan müştərək qaydada tutulmalı olan borc “Bank” qarşısında ipoteka ilə yüklü edilmiş paylı mülkiyyət hüququ ilə Cavabdeh2 (1/2 hissə) və Cavabdeh3 Mustafayevə (1/2 hissə) məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, qəsəbəsində istifadədə olan 0.02352 ha torpaq sahəsində yerləşən 406.0 kv.m. ümumi, 303.0 kv.m. yardımçı, 103.0 kv.m. yaşayış sahəsindən ibarət bağ evinə (ipoteka predmetinin ilkin satış qiyməti 121.000 (bir yüz iyirmi bir min) AZN məbləğində müəyyən edilməklə) yönəldilir, daşınmaz əmlak açıq hərracdan satılır, “İpoteka qoyan”lar Mustafayev Cavabdeh3, Cavabdeh2 və onunla birlikdə yaşayan ailə üzvü – Cavabdeh1 yaşayış sahəsini ən gec bir ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər mənzildən məcburi qaydada çıxarılır və bağ evi boşaldılır, satışdan əldə olunmuş vəsait isə “Bank”a ödənilir. 4.3. İpoteka predmetinin satışından əldə olunmuş vəsait bu Sazişin 4.1-ci bəndində qeyd olunan “Borclular”ın müştərək qaydada “Bank”a olan borcunun qalığının bağlanmasına, qalan hissə isə “İpoteka qoyanlar”a qaytarılır. 4.4. İpoteka predmetinin satışından əldə olunan məbləğ bu Sazişin 4.1-ci bəndində qeyd olunan borcun ödənilməsi üçün yetərli olmazsa, həmin çatışmayan məbləğ “Borclular”a məxsus digər daşınar və daşınmaz əmlaklara yönəldilir, həmin əmlaklar “İcra haqqında” Azərbaycan Respublikası Qanununa (bundan sonra mətndə “İcra haqqında” Qanun) uyğun olaraq açıq hərracdan satılır və əldə olunmuş vəsait “Borclular”ın müştərək qaydada “Bank”a olan borcunun ödənilməsinə yönəldilir.
5. “Borclular” bu Sazişin 3-cü bəndi ilə müəyyən edilmiş qaydada pul öhdəliyini tam həcmdə icra etdikdən sonra onların bu Sazişin 2-ci bəndində qeyd edilən kredit müqaviləsi və həmin müqaviləyə dəyişiklik və əlavələr edilməsi barədə razılaşma üzrə “Bank” qarşısında heç bir öhdəliyi qalmır, bu Sazişin 4.2-ci bəndində göstərilən daşınmaz əmlak “Bank” tərəfindən ipoteka ilə yüklülükdən azad edilir və ipoteka müqaviləsinə xitam verilir.
6. “Tərəflər” öz öhdəliklərini bu Sazişə uyğun icra etmədikdə, bu Saziş üzrə qəbul olunmuş məhkəmə qərardadı əsasında verilmiş icra sənədi müvafiq olaraq icraya yönəldilir və “İcra haqqında” Qanuna əsasən icra edilir.
Yekun müddəalar
1. Bu Sazişin şərtləri “tərəflər”in könüllü iradələrini əks etdirir.
2. Bu Sazişin hər hansı bir hissəsinin etibarsızlığı bütövlükdə Sazişin etibarsızlığına səbəb olmur.
3. Bu Sazişin şərtlərinin könüllü icra edilməməsi “tərəflər”ə həmin şərtlərin məcburi icrasını tələb etmək hüququ verir.
4. Bu Saziş Azərbaycan dilində və tərəflərin hər birində bir nüsxə qalmaqla və bir nüsxəsi məhkəməyə təqdim edilməsi üçün eyni hüquqi qüvvəyə malik 6 (altı) nüsxədə tərtib edilmişdir. Bu Saziş məhkəmə qərardadı ilə təsdiq olunur və həmin qərardadın qüvvəyə mindiyi anda qüvvəyə minir. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim Zeynəb Axundova