Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-511/2022 06.04.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi ilə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh MMC-ya qarşı “siyahıya alınmış əmlakın açıq hərracda satılması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 21.10.2021-ci il tarixə olan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 112840,42 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədilə 112840,42 manat məbləğində siyahıya alınmış əmlakının satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan cavabdeh Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində büdcəyə və fondlara ödənilməsi məqsədi ilə ona bildiriş verilmiş, lakin borc məbləği ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin 21.10.2021-ci il tarixə yaranan borcuna görə 1756656,95 manat dəyərində əmlakı siyahıya alınmış və bu barədə protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. Tərəflərin izahatı: İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını və iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməni məlumatlandırmamışdır. Məhkəmə işə tərəflərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Belə ki, materiallara əlavə olunmuş sənədlərdən görünür ki, iddiaçı tərəfindən 20 oktyabr 2021-ci il tarixdə cavabdehə vergi borcun ödənilməsinə dair **********7 saylı bildiriş göndərilərək, 20.10.2021-ci il tarixinə ümumilikdə 1.857.124,83 manat, o cümlədən vergilər üzrə 1.512.083,40 manat, maliyyə sanksiyaları üzrə 140 manat, faizlər üzrə 319.021,69 manat, məhkəmə qərarı ilə təmin edilmiş hissə üzrə 25879,74 manat məbləğində borcların 5 gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İddiaçının “Vergi öhdəliyini yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında” 21.10.2021-ci il tarixli, **********0 nömrəli qərarı ilə cavabdeh vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün əmlakının siyahıya alınması qərara alınmışdır. Cavabdehə məxsus əmlak 25.10.2021-ci il tarixdə siyahıya alınmış və bu barədə əmlakın siyahıya alınması haqqında **********0 saylı protokol, həmin protokola 14 saylı əlavə və vergi ödəyicisinin siyahıya alınmış əmlakının məsul saxlamaya verilməsi haqqında akt tərtib edilmişdir. Əmlakın siyahıya alınması haqqında **********0 saylı, 25.10.2021-ci il tarixli protokola edilmiş 14 saylı əlavədə cavabdehə məxsus 98041,42 manat məbləğində yerli istehsal olan üzüm şirəsi, 2268 manat məbləğində yerli istehsal etil yeyinti spirti, 7050 manat məbləğində yerli istehsal olan İ növ etil spirti, 1463 manat məbləğində yerli istehsal araq yarımfabrikatı, 4018 manat məbləğində yerli istehsal 0,7 L şüşə, ümumilikdə 112840,42 manat dəyərində əmlakı siyahıya alınmışdır. İddiaçı tərəfindən 28.10.2021-ci il tarixdə cavabdehə vergi ödəyicisinin siyahıya alınmış əmlakına qoyulmuş məhdudiyyətlərin pozulmasına görə məsuliyyət daşıması barədə xəbərdarlıq ünvanlanaraq 25.10.2021-ci il tarixdə 112840,42 manat dəyərində olan əmlakın siyahıya alınması bildirilmiş, əmlakın siyahıya alındığı vaxtdan 30 gün müddətində vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar dövlət büdcəsinə tam ödənilmədikdə siyahıya alınmış əmlakların satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə xəbərdarlıq edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq iddiaçı 11.01.2022-ci il tarixli, **********098100 saylı məktubla cavabdehin 21.10.2021-ci il tarixinə dövlət büdcəsinə 112840,42 manat ödənilməmiş vergi borcunun olduğunu göstərmişdir. Cavabdehin (VÖEN:**********) 05.04.2022-ci il tarixə çap edilmiş şəxsi hesab vərəqəsinə əsasən cavabdeh tərəfindən dövlət büdcəsinə olan vergi borcu üzrə 21.10.2021-ci il tarixdə 5134,29 manat, 915,26 manat, 26.10.2021-ci il tarixdə 8649,23 manat, 6688,70 manat, 2767,73 manat, 27.10.2021-ci il tarixdə 8676,85 manat, 3093,73 manat, 8454,30 manat, 29.10.2021-ci il tarixdə 11399,46 manat, 8708,09 manat, 58586,92 manat, 01.11.2021-ci il tarixdə 4313 manat, 1830,51 manat, 05.11.2021-ci il tarixdə 2196,61 manat, 10.11.2021-ci il tarixdə 457,63 manat, 11.11.2021-ci il tarixdə 216 manat, 12.11.2021-ci il tarixdə 337,55 manat, 17.11.2021-ci il tarixdə 1288,01 manat, 19.11.2021-ci il tarixdə 681,86 manat, 3610,80 manat, 22.11.2021-ci il tarixdə 1202,80 manat, 23.11.2021-ci il tarixdə 266,93 manat, 235,48 manat, 25.11.2021-ci il tarixdə 105,31 manat, 30.11.2021-ci il tarixdə 3813,71 manat, 8943,51 manat, 24598,14 manat, 01.12.2021-ci il tarixdə 5516,69 manat, 02.12.2021-ci il tarixdə 17046,36 manat, 14.12.2021-ci il tarixdə 1144,07 manat, 16.12.2021-ci il tarixdə 53,80 manat, 21.12.2021-ci il tarixdə 736,79 manat, 23.12.2021-ci il tarixdə 456,48 manat, 24.12.2021-ci il tarixdə 116,29 manat, 29.12.2021-ci il tarixdə 2156,49 manat, 30.12.2021-ci il tarixdə 145,55 manat, 2319,56 manat, 05.01.2022-ci il tarixdə 396 manat, 07.01.2022-ci il tarixdə 314,33 manat, 18.01.2022-ci il tarixdə 2540,60 manat, 25.01.2022-ci il tarixdə 748,13 manat, 5990,39 manat, 26.01.2022-ci il tarixdə 119,28 manat, 28.01.2022-ci il tarixdə 9576,06 manat, 897,76 manat, 31.01.2022-ci il tarixdə 882 manat, 1265,79 manat, 3572,12 manat, 01.02.2022-ci il tarixdə 153 manat, 02.02.2022-ci il tarixdə 507,20 manat, 91,52 manat, 04.02.2022-ci il tarixdə 117,46 manat, 07.02.2022-ci il tarixdə 45,76 manat, 08.02.2022-ci il tarixdə 597,96 manat, 09.02.2022-ci i tarixdə 849,05 manat, 10.02.2022-ci il tarixdə 337,14 manat, 11.02.2022-ci il tarixdə 365,64 manat, 15.02.2022-ci i tarixdə 261 manat, 17.02.2022-ci il tarixdə 706,14 manat, 21.02.2022-ci il tarixdə 630 manat, 23.02.2022-ci il tarixdə 652,89 manat, 24.02.2022-ci il tarixdə 416,44 manat, 25.02.2022-ci il tarixdə 164,75 manat, 28.02.2022-ci il tarixdə 450 manat, 05.03.2022-ci il tarixdə 405,61 manat, 09.03.2022-ci il tarixdə 2740,58 manat, 15.03.2022-ci il tarixdə 854,24 manat, 16.03.2022-ci il tarixdə 503 manat, 17.03.2022-ci il tarixdə 459,52 manat, 18.03.2022-ci il tarixdə 270 manat, 28.03.2022-ci il tarixdə 205,93 manat, 31.03.2022-ci il tarixdə 732,20 manat, 05.04.2022-ci il tarixdə 283,73 manat məbləğlərində, ümumilikdə 251.295,91 manat ödənişlər edilmişdir. Borc məbləğindən vergi orqanı tərəfindən 24.01.2022-ci il tarixdə 6180,74 manat, 1545,18 manat, 1545,19 manat, 1545,19 manat, 1545,19 manat, 31.03.2022-ci il tarixdə 1829,09 manat, 1829,09 manat, 1829,09 manat, 1829,09 manat silinmişdir (ümumilikdə 19.677,85 manat). Hüquqi dəyərləndirmə: Məhkəmə iddia ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 23.1 və 23.1.6-cı maddələrinə uyğun olaraq, müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək vergi orqanının hüququdur. 89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi orqanı onun əmlakını siyahıya ala bilər. 89.7-ci maddəsinə əsasən əmlakın siyahıya alınması vergi orqanının rəhbərinin qərarına əsasən həyata keçirilir. 89.10-cu maddəsinə əsasən siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir və bu siyahı protokola əlavə edilir. 90.1-ci maddəsinə uyğun olaraq, vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. 90.2-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 90.1-ci maddəsində göstərilən vergi orqanının müraciətinə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş qaydada baxır. 90.3-cü maddəsinə əsasən vergi ödəyicisinin siyahıya alınmış əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması satılması haqqında məhkəmənin qərarı qanuni qüvvəyə mindikdən sonra qətnamə ilə təmin edilmiş borca faizin hesablanması dayandırılır və bu Məcəllənin 90.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla vergi borcunun dövlət büdcəsinə ödənilməsi vergi orqanı tərəfindən təmin edilir. 1.4-ci maddəsinə görə həmin Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. “Sosial Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 9-1.1-ci maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, vergi ödəyicisi olan cavabdeh vergilərin ödənilməsi öhdəliyini qanunvericiliklə müəyyən edilmiş müddətdə yerinə yetirməyərək, vergi borcunun ödənilməsini təmin etməmişdir. Vergi orqanı tərəfindən cavabdehin sözügedən borclarının ödənilməsinin təmin olunması məqsədilə Vergi Məcəlləsinin 65-ci maddəsində nəzərdə tutulmuş tədbirlər görülmüşdür. Həmin tədbirlər nəticə vermədiyindən 25.10.2021-ci il tarixə olan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 112840,42 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədilə 112840,42 manat əmlakı siyahıya alınmışdır. Bununla yanaşı, cavabdehin şəxsi hesab vərəqəsinə əsasən iddiaçı tərəfindən ümumilikdə 19.677,85 manat məbləğində vergi borcu üzrə pul vəsaiti silinmiş, cavabdeh tərəfindən isə ümumilikdə 251.295,91 manat məbləğində vergi borcu ödənilmişdir. Belə ki, Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 88.1-ci maddəsinə əsasən vergilər üzrə yaranmış borc bu Məcəllənin 85.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla aşağıdakı sıra qaydası ilə ödənilir: yaranma tarixi ardıcıllığı ilə hesablanmış verginin məbləği; hesablanmış faizlərin məbləği; tətbiq edilmiş maliyyə sanksiyalarının məbləği. Nəticə: Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin 21.10.2021-ci il tarixə olan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş borcunun olmaması səbəbindən həmin borcun ödənilməsinin təmin edilməsi məqsədilə cavabdehin 112840,42 manat məbləğində siyahıya alınmış əmlakının satılması barədə hazırkı iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova
Məhkəmə qərarları › İş №e-2-2(113)-511/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-511/2022
06.04.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver