Məhkəmə qərarları › İş №e-2-2(113)-5113/2024

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-5113/2024

06.09.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5113/2024 06.09.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh X3 qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər:) (alqı-satqı müqaviləsi, elektron qaimə) Hakim Əhmədov İlham Bayram oğlunun sədrliyi, Daşdəmirova Ləman Şahlar qızının katibliyi ilə Tərəflərin nümayəndələrinin iştirakı olmadan, İddiaçı MMC-nin cavabdeh X3 qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC cavabdeh X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 1030.39 manat, 30 manat dövlət rüsumu, borc məbləğinə hesablanmış 0.31 qəpik faiz məbləği olmaqla cəmi 1060.70 manat məbləğində pulun alınaraq İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında arasında xx.xx.2020-ci il tarixli 193625 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən satıcı ona məxsus ərzaq və qeyri-ərzaq məhsullarını vergi qaimə-faktura əsasında satır, alıcı isə həmin malları alır. Müqaviləyə əsasən satıcı satılan malları alıcının sifarişi əsasında öz nəqliyyat vasıtəsilə alıcıya çatdırsa da alıcı-cavabdeh aldığı malın dəyərini ödəməyərək üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. İddiaçı MMC xx.xx.2020-ci ildən-xx.xx.2023-cü ilədək vergi hesab fakturasına əsasən cavabdehə ümumilikdə 22963.91 manat məbləğində geniş çeşiddə qənnadı və başqa qida məhsulları göndərmişdir, cavabdeh həmin məbləğdən ümumilikdə 20464.03 manat məbləgi ödəmişdir və nəticədə 1030.39 manat borcu qalmışdır. Bir neçə dəfə yazılı və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh İddiaçı MMC-nin hesabına ödəniş etməmişdir.

3. 06 sentyabr 2024-cü il tarixdə iddiaçının nümayəndəsi “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsi ilə ərizə təqdim edərək tələbdə göstərilən 0.31 manat dövlət rüsumunun iddia ərizəsində səhvən faiz məbləği kimi qeyd edildiyini bildirmiş və 0.31 manatın dövlət rüsumu kimi nəzərə alınaraq işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir.

II. Tərəflərin mövqeləri:

4. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, iddiaçı məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir.

5. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.

Məhkəmə baxışının hədləri: 6.Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. - 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.

III. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. Satıcı İddiaçı MMC və X1 arasında bağlanan 03 fevral 2020-ci il tarixli 193625 nömrəli alqı-satqı müqaviləsinin: 1.1-ci bəndinə əsasən, satıcı bu müqavilədə müəyyən olunmuş şərtlərlə ərzaq və qeyri-ərzaq məhsullarını Alıcıya satmağı, Alıcı isə həmin şərtlər daxilində malı qəbul edib dəyərini ödəməyi öhdəsinə götürür. 4.1-ci bəndinə əsasən, müqavilə üzrə ödənişlər nəğd və köçürmə yolu ilə həyata keçirilir. 4.2-ci bəndinə əsasən, malların dəyəri köçürmə yolu ilə malların təhvil-təslim aktı imzalandıqdan sonra 15 gün ərzində ödənilməlidir.

8. Azroşen MMC tərəfindən X3 ünvanlanmış EBBX seriyalı 290263 nömrəli elektron qaiməyə əsasən yekun məbləğ 127.62 manat, EBBK seriyalı 703134 nömrəli elektron qaiməyə əsasən yekun məbləğ 93.86 manat, EBBF seriyalı 688458 nömrəli elektron qaiməyə əsasən yekun məbləğ 320.33 manat, EBBA seriyalı 014149 nömrəli elektron qaiməyə əsasən yekun məbləğ 102.90 manat, EBBA seriyalı 014162 nömrəli elektron qaiməyə əsasən yekun məbləğ 38.25 manat, EBBL seriyalı 139840 nömrəli elektron qaiməyə əsasən yekun məbləğ 149.89 manat, EBBB seriyalı 139840 nömrəli elektron qaiməyə əsasən yekun məbləğ 91.70 manat, EBBL seriyalı 302861 nömrəli elektron qaiməyə əsasən yekun məbləğ 434.37 manat, EBBL seriyalı 139838 nömrəli elektron qaiməyə əsasən yekun məbləğ 53.96 manat, EBBD seriyalı 505848 nömrəli elektron qaiməyə əsasən yekun məbləğ 808.27 manat, EBBA seriyalı 278911 nömrəli elektron qaiməyə əsasən yekun məbləğ 377.71 manat, EBAY seriyalı 453199 nömrəli elektron qaiməyə əsasən yekun məbləğ 587.62 manat, EBBB seriyalı 282823 nömrəli elektron qaiməyə əsasən yekun məbləğ 91.70 manat, EBBJ seriyalı 032631 nömrəli elektron qaiməyə əsasən yekun məbləğ 686.23 manat, EBAZ seriyalı 196333 nömrəli elektron qaiməyə əsasən yekun məbləğ 491.30 manat, EBAZ seriyalı 769013 nömrəli elektron qaiməyə əsasən yekun məbləğ 407.10 manat təşkil edir.

9. İddiaçı MMC və X4 arasında imzalanan malların təhvil-qəbulu haqqında aktlardan görünür ki, aktda adları qeyd olunan mallar cavabdehə təhvil verilmişdir.

10. ********** nömrəli qəbzdən görünür ki, Azroşen MMC tərəfindən 31 manat dövlət rüsumu ödənilmişdir.

11. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçı qarşısında satın alınmış malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış “Alqısatqı” müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi İddiaçıya alqı-satqı müqaviləsi və Mülki Məcəllənin sadalanan normalarından çıxış etməklə hazırkı iddia tələbini irəli sürmək hüququ vermişdir.

12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 398.1-ci maddəsinə əsasən, müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir, 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

13. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış 03 fevral 2020-ci il tarixli 193625 nömrəli alqı-satqı müqaviləsinə əsasən iddiaçı üzərinə düşən öhdəliyi lazımı qaydada icra edərək cavabdehə ümumi dəyəri 22963.91 manat təşkil edən malları təhvil verilmiş, lakin cavabdeh öhdəliyini lazımı qaydada icra etməyərək mallarının dəyərinin bir qismi üzrə ödənişini həyata keçirməmişdir. Sözügedən Müqavilənin 4.2-ci bəndinə əsasən, tərəflər malların dəyərinin köçürmə yolu ilə malların təhvil-təslim aktı imzalandıqdan sonra 15 gün ərzində ödənilməli olması barədə razılığa gəlmişlər. İş materiallarından aydın olur ki, cavabdeh tərəfindən sözügedən müqaviləyə üzrə 1030.39 manat borc ödənilməmiş qalmışdır.

14. "xxxx" MMC-nin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali MəhkəməsininKommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 aprel 2022-ci il tarixli Qərarında əks olunmuş hüquqi mövqeyə görə lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları özözlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.

15. Məhkəmə sadalanan qanunvericilik normalarını, eləcə də cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərin icra edilmədiyini, belə olan halda isə iddiaçının tərəflər arasında bağlanmış müqavilənin icrasını cavabdehdən tələb etmək hüququna malik olmasını, müqavilənin icrası zamanı tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktikanı, o cümlədən cavabdeh tərəfindən ödənişlərin edildiyini nəzərə alaraq hesab edir ki, cavabdehdən 1030.39 manat məbləğində borc məbləği tutularaq İddiaçıya ödənilməlidir.

16. İddiaçı eyni zamanda ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30.31 manat pul məbləğinin ödənilməsini tələb edir.

27. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

18. İddiaçı rüsum ödənişinin həyata keçirilməsi ilə bağlı müvafiq sənədləri məhkəməyə təqdim etdiyindən məhkəmə bu hissədə də tələbi əsaslı hesab edir.

IV. Nəticə:

19. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh X2 1030.39 (min otuz manat otuz doqquz qəpik) manat borc, 30.31 (otuz manat otuz bir qəpik) manat dövlət rüsumu olmaqla cəmi 1060.70 (min altmış manat yetmiş qəpik) manat məbləğində pul İddiaçı MMC-nin xeyrinə tutulsun. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən İlham Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar