Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-5115/2025 08.10.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə2, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialının Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair ilk, iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı “pulun tutulması” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialı (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 511.418 (beş yüz on bir min dörd yüz on səkkiz dollar) ABŞ dolları məbləğində pulun və 1160 manat dövlət rüsümu üçün ödənilmiş pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixdə qarşılıqlı iddia ərizəsi verərək, batırılmış "Coastal Assistant” gəmisinin çıxarılması ilə əlaqədar gəminin sudan çıxarılması üçün 82000 USD (manata münasibətdə 140,000 manat) pul vəsaitinin ilk iddiaçıdan tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5115/2025 saylı, 14 iyul 2025-ci il tarixli qərardadı ilə qarşılıqlı iddia ərizəsi icraata qəbul edilmiş və ilk iddia ilə birlikdə baxılması qərara alınmışdır. Qarşılıqlı iddiaçı daha sonra qarşılıqlı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək, ümumilikdə 1,158,038 (1 milyon yüz yüz yetmiş səkkiz min otuz səkkiz USD)- 1968664,60 manat maddi zərər, 100,000 (yüz min USD)-170,000 manat (Coastal Assİtant)-gəmisi üçün əldən çıxmış fayda və 800,000 AZN (AMEC-24) barj icarəsi ən aşağı hesablama ilə əldən çıxmış faydanın, ümumilikdə 2.938.664 manat pul vəsaitinin, həmçinin ödənilmiş dövlət rüsumlarının tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddiaçı daha sonra ilk iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək, cavabdehdən 547.418 (beş yüz qırx yeddi min dörd yüz on səkkiz) ABŞ dolları məbləğində borc məbləğinin, keyfiyyətli hüquqi yardımın alınması ilə bağlı vəkilə ödənilən 3.700 (üç min yeddi yüz) manat məbləğində pulun və 1225 (bir min iki yüz iyirmi beş) manat dövlət rüsümu üçün ödənilmiş pulun tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflər xx.xx.2025-ci il tarixdə ayrı-ayrılıqda yazılı vəsatətlər verib hazırkı iş üzrə icraata arbitrajda baxılmalı olması əsası ilə xitam verilməsini xahiş etmişlər. İlk iddiaçının vəsatəti onunla əsaslandırılmışdır ki, hazırki kommersiya işi üzrə müqavilədən İ hissəsinin və İİ hissəsinin 34-cü bəndindən irəli gələrək qarşılıqlı iddia tələbi üzrə mübahisəyə İngiltərə qanunvericiliyi tətbiq edilməli, qarşılıqlı iddia üzrə icraata xitam verilməlidir. Eləcə də qeyd etmək istəyir ki, tərəflər arasında mövcud olan müqavilənin şərtlərinə əsasən Mübahisəyə baxılması yeri Bakı, Azərbaycan göstərilmişdir. Bu səbəbdən də hər iki iddia üzrə mübahisəyə Bakı Arbitraj Mərkəzində baxılmalıdır. Odur ki, hazırkı kommersiya işi üzrə qarşılıqlı iddia tələbləri üzrə kommersiya mübahisəsinə müqavilənin İ hissənin və İİ-ci hissəsinin 34-cü bəndinin tələblərini rəhbər tutaraq icraata xitam verilməsinə və hazırki kommersiya işinin baxılması üçün Bakı Arbitraj Mərkəzinə göndərilməsinə dair qərardad qəbul etməyinizi Sizdən xahiş edirik. Qarşılıqlı iddiaçının vəsatəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış SUPPLY TİME 2005 X4 X7 müqaviləsinin 2-ci hissəsinin 34-cü maddəsinə əsasən X1vericiliyinə uyğun olaraq tənzimlənir və şərh edilir və X8 irəli gələn və ya onunla əlaqədar yaranan hər hansı mübahisə, bu Maddənin müddəalarının qüvvəyə minməsi üçün zəruri olan hədlər istisna olmaqla, 1996-cı il Arbitraj Aktına və va hər hansı qanunvericilik dəyişikliyinə və ya onun yenidən qüvvəyə minməsinə uyğun olaraq Londonakı arbitraj məhkəməsinə göndərilir. Arbitraj, arbitrajın başlandığı andan etibarən qüvvədə olan X6 Assosiasiyasının (LMAA) şərtlərinə uyğun olaraq keçirilməlidir. Tərəflər arasında olan razılaşmadan göründüyü kimi bu müqavilə İngiltərə qanunvericiliyə uyğun tənzimlənir və mübahisənin baxılması yeri London nəzərdə tutulmuşdur. Bu səbəbdən hesab edirəm ki, Caspian Marine Services B.V şirkətinin Azərbaycan Respublikasındakı filialının müəssisəmizə qarşı iddiası hazırda Bakı Kommersiya Məhkəməsində baxıla bilməz. Bu hissədə məhkəmə iş üzrə icraata xitam verməlidir. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 verdiyi vəsatətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Ə.Kərimli vəsatətini müdafiə edib onun məzmununa uyğun izahat verərək vəsatətin təmin edilməsini, ilk iddiaçı tərəfin vəsatətinin rədd edilməsini xahiş etdi. Məhkəmə nümayəndələrin izahatlarını dinləyib vəsatətləri materiallarla əlaqəli şəkildə araşdıraraq hesab edir ki, vəsatətlər təmin edilməli, ilk və qarşılıqlı iddia ərizələri baxılmamış saxlanılmalıdır. Belə ki, hazırkı iş üzrə tərəflər arasında yaranmış mübahisə onların arasında bağlanmış xx.xx.2023-cü il tarixli, CM/AMEC/23/001 nömrəli və xx.xx.2023-cü il tarixli, CM/AMEC/23/002 nömrəli müddətli fraxtetmə müqavilələrindən irəli gəlir. İlk iddiaçı həmin müqavilələr üzrə cavabdehdən 547.418 ABŞ dolları məbləğində pulun (“CMS Pəhləvan” gəmisinin bir günlük fraxt qiyməti 11.000 (on bir min) ABŞ dolları olmaqla 17 gün icarə haqqı üçün 187.000 (bir yüz səksən yeddi min) ABŞ dolları, mobilizasiya haqqı olaraq 20.000 (iyirmi min) ABŞ dolları, demobilizasiya haqqı olaraq 15.000 (on beş min) ABŞ dolları, ümumilikdə həmin gəminin cavabdehdə qaldığı müddət üçün 222.000 (iki yüz iyirmi iki min) ABŞ dolları; CMS İgid gəmisinin bir günlük fraxt qiyməti 10.500 (on min beş yüz) ABŞ dolları olmaqla 26 gün icarə haqqı üçün 273.000 (iki yüz yetmiş üç min) ABŞ dolları, mobilizasiya haqqı olaraq 20.000 (iyirmi min) ABŞ dolları, demobilizasiya haqqı olaraq 15.000 (on beş min) ABŞ dolları, ümumilikdə həmin gəminin cavabdehdə qaldığı müddət üçün 308.000 (üç yüz səkkiz min) ABŞ dolları) tutulmasını xahiş edir. Qarşılıqlı iddiaçı isə həmin müqavilələr üzrə iddiaçının öz öhdəliklərini lazımınca icra etməməsi nəticəsində ona zərər dəydiyini (yəni ona məxsus “AMEC24” barjının batması, daha sonra sudan çıxarılması, habelə “Coastal Assistant” gəmisinin müqavilənin icrası zamanı zərər çəkdiyini və sairə) iddia edir. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, CM/AMEC/23/001 nömrəli və xx.xx.2023-cü il tarixli, CM/AMEC/23/002 nömrəli müqavilələrin İ hissəsinin 34cü bəndinin a yarımbəndinə əsasən mübahisələrin həll edilməli olduğu arbitrajın yeri Azərbaycan, Bakı şəhəridir. Həmin müqavilələrin İİ hissəsinin 34-cü bəndində göstərilmişdir ki, bu fraxtetmə müqaviləsi İngiltərə qanunvericiliyinə uyğun olaraq tənzimlənir və şərh edilir və bu Fraxtetmə müqaviləsi irəli gələn və ya onunla əlaqədar yaranan hər hansı mübahisə, bu maddənin müddəalarının qüvvəyə minməsi üçün zəruri olan hədlər istisna olmaqla, 1996cı il Arbitraj aktına və ya hər hansı qanunvericilik dəyişikliyinə və ya onun yenidən qüvvəyə minməsinə uyğun olaraq Londondakı arbitraj məhkəməsinə göndərilir. Arbitraj, arbitrajın başlandığı andan etibarən qüvvədə olan X6 Assosiasiyasının (LMAA) şərtlərinə uyğun olaraq keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.5-ci maddəsinə görə qanuna müvafiq olaraq tərəflər arasında həmin mübahisənin arbitraj məhkəməsində baxılması üçün arbitraj sazişi bağlanmışsa və işə mahiyyəti üzrə baxılmasından əvvəl mübahisənin məhkəmədə həll edilməsinə dair tərəflərdən hər hansı biri tərəfindən etiraz daxil olarsa, yaxud belə etiraz məhkəmə baxışı zamanı daxil olarsa, (o şərtlə ki, tərəflər işə baxılmasına qədər etirazın edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın) məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. Materiallardan görünür ki, hazırkı iş üzrə tərəflər arasında bağlanmış xx.xx.2023cü il tarixli, CM/AMEC/23/001 nömrəli və xx.xx.2023-cü il tarixli, CM/AMEC/23/002 nömrəli müqavilələrdə həmin müqavilələrdən irəli gələn mübahisələrin arbitrajda baxılması razılaşdırılmış, hər iki iddia üzrə cavabdeh tərəfindən işə məhkəmədə baxılması ilə bağlı etiraz daxil olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, ilk və qarşılıqlı iddia ərizələri baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Həmin Məcəllənin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə görə məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, vəsatətlər təmin edilməli, ilk və qarşılıqlı iddia ərizələri baxılmamış saxlanılmalı, ilk iddia ərizəsi verilərkən ödənilmiş 1230 manat dövlət rüsumu ilk iddiaçıya, qarşılıqlı iddia ərizəsi verilərkən ödənilmiş 2270 manat dövlət rüsumu qarşılıqlı iddiaçıya qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263-264, 267-268–ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialı və Cavabdeh MMC tərəfindən ayrı-ayrılıqda verilmiş vəsatətlər təmin edilsin. İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialının Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair ilk, iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı “pulun tutulması” tələbinə dair qarşılıqlı iddia ərizələri baxılmamış saxlanılsın. İlk iddia ərizəsi verilərkən ödənilmiş 1230 manat dövlət rüsumu ilk İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialına, qarşılıqlı iddia ərizəsi verilərkən ödənilmiş 2270 manat dövlət rüsumu qarşılıqlı iddiaçı Cavabdeh MMC-yə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ülkər Həsənova
Məhkəmə qərarları › İş №e-2-2(113)-5115/2025
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-5115/2025
08.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver