Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-512/2023 20.02.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi ilə, Məhkəmə iclasının katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İddiaçı "xxxx" X1 Cəmiyyətinin Nümayəndə1, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı "xxxx" X1 Cəmiyyətinin Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Maraqlı şəxsnə qarşı xx.xx.2017-ci il tarixli 210LG170411/İM nömrəli İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən, mülkiyyət hüququ ilə Cavabdeh məxsus ünvan 1 ünvanında istifadəsində olan 0,01206 ha torpaq sahəsində yerləşən 231.8 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasına tutmanın yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması və həmin əmlak obyektinin satışından əldə olunan vəsait hesabına borclu Maraqlı şəxs xx.xx.2017-ci il tarixli 210LG170411 nömrəli “Qarantiyanin verilməsi şərtləri haqqında” Saziş üzrə iddiaçının qarşısında yaranmış 180000 manat məbləğində əsas borcu, xx.xx.2022-ci il tarixinə qədər hesablanmış 5250 manat məbləğində adi faizlər üzrə borc məbləği, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək illik 10 % dərəcəsi ilə hesablanmış 9500 manat məbləğində zərərin (əldən çıxmış faydanın) əvəzi,cəmi 194750 manat məbləğində pul vəsaiti və xx.xx.2022-ci il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 10 % dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 135 manat məbləğində çəkilmiş xərclər ipoteka predmetinin dəyərindən iddiaçının xeyrinə tutulması, iddia ərizəsinin verilməsinə görə 485 manat məbləğində dövlət rüsumunun və Mediasiya prosesinin tətbiq edilməsi ilə bağlı 400 manat məbləğində rüsumun ödənilməsi üzrə çəkilmiş xərclər cavabdehdən iddiaçının xeyrinə tutulması və ipoteka predmetinin ilkin satış qiyməti (likvid qiymət) tərəflərin qarşılıqlı razılıqla seçərək İpoteka müqaviləsində təsbit etdikləri müstəqil qiymətləndiricilərdən ("xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC) birinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdehə qarşı xx.xx.2017-ci il tarixli 210LG170411/İM nömrəli İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən, mülkiyyət hüququ ilə Cavabdeh məxsus ünvan 1 ünvanında istifadəsində olan 0,01206 ha torpaq sahəsində yerləşən 231.8 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasına tutmanın yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması və həmin əmlak obyektinin satışından əldə olunan vəsait hesabına borclu Maraqlı şəxs xx.xx.2017-ci il tarixli 210LG170411 nömrəli “Qarantiyanin verilməsi şərtləri haqqında” Saziş üzrə iddiaçının qarşısında yaranmış 180000 manat məbləğində əsas borcu, xx.xx.2022-ci il tarixinə qədər hesablanmış 5250 manat məbləğində adi faizlər üzrə borc məbləği, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək illik 10 % dərəcəsi ilə hesablanmış 9500 manat məbləğində zərərin (əldən çıxmış faydanın) əvəzi,cəmi 194750 manat məbləğində pul vəsaiti və xx.xx.2022-ci il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 10 % dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 135 manat məbləğində çəkilmiş xərclər ipoteka predmetinin dəyərindən iddiaçının xeyrinə tutulması, iddia ərizəsinin verilməsinə görə 485 manat məbləğində dövlət rüsumunun və Mediasiya prosesinin tətbiq edilməsi ilə bağlı 400 manat məbləğində rüsumun ödənilməsi üzrə çəkilmiş xərclər cavabdehdən iddiaçının xeyrinə tutulması və ipoteka predmetinin ilkin satış qiyməti (likvid qiymət) tərəflərin qarşılıqlı razılıqla seçərək İpoteka müqaviləsində təsbit etdikləri müstəqil qiymətləndiricilərdən ("xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC) birinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 vəsatətlə məhkəməyə müraciət edərək, işin aidiyyəti üzrə göndərilməsini məhkəmədən xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC Cavabdeh qarşı “tələbin ipoteka predmetinə yönəldilməsi barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “ Xalq Bank ASC arasında "xxxx" MMC arasında bağlanmış xx.xx.2027-ci il tarixli “Qarantiya verilməsi şərtləri haqqında” Saziş bağlanmışdır. Həmçinin iddiaçı ilə Cavabdeh arasında ipoteka müqaviləsi bağlanmışdır. İddiaçı həmin müqaviləyə əsasən tutmanın ipoteka predmetinə tutmasına yönəldilməsini xahiş etmişdir. Hesab edir ki, iddiaçının tələbi sahibkarlıq fəaliyyətini həyata keçirməyən subyektə yönəldiyinə görə iddia tələbinə ümumi rayon məhkəməsində baxılmalıdır. Sahibkarlıq statusuna malik olmayan cavabdehə qarşı iddia tələbinə kommersiyada baxılması üçün, ya tələb sahibkarlıq statsuna malik digər cavabdehə yönəlməli idi, ya da ki, mübahisə hüquqi şəxsin fəaliyyəti ilə əlaqədar olmalı idi, yəni hüquqi şəxsin təsis sənədləri ilə bağlı və s. Lakin hazırki mübahisədə tələb yalnız cavabdehin əmlakına ipoteka müqaviləsə əsasən tutmanın yönəldilməsidir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 vəsatəti müdafiə edərək, vəsatətin məzmununa uyğun izahat verdi və vəsatətin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi vəsatətə etiraz edərək, izahatında bildirdi ki, iddia ərizəsində cavabdehin adı və ata adı texniki səhv olaraq Musa Mahal oğlu qeyd edilmişdir, lakin cavabdehin adı və ata adı Mahal Musa oğludur və cavabdeh qismində Cavabdeh nəzərə alınmalıdır. Mübahisəli hüquq münasibətinin əsasını təşkil edən məsələ sahibkarlıq fəaliyyətindən irəli gəlir. Vəsatət əsassızdır və işə kommersiya məhkəməsində baxılması davam etdirilməlidir. Sonda iddiaçının nümayəndəsi vəsatətin təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin, cavabdehin nümayəndəsi və vəkilinin izahatlarını dinləyərək, iddia ərizəsini və işdə olan sənədləri tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 33.3-cü maddəsinə əsasən hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin (bundan sonra - fərdi sahibkar) həmin Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 10 saylı qərarının 11-ci bəndinə əsasən O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. Həmin Qərarın 12-ci bəndinə əsasən bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Həmin Qərarın 27-ci bəndinə əsasən fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan, onların qanunsuz sahibkarlıq fəaliyyətindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmələr nəzərə almalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 13-cü maddəsinə əsasən həyata keçirilən fəaliyyətin sahibkarlıq fəaliyyəti hesab olunması üçün üç şərtin mövcudluğu tələb edilir: müstəqillik, mənfəət götürmək məqsədi və fəaliyyətin iqtisadi xarakterli olması. Mülki Məcəllənin istinad edilən maddəsində qanunilik şərti nəzərdə tutulmasa da, “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 10-cu maddəsi sahibkarlıq fəaliyyətinin dövlət qeydiyyatının məcburiliyini müəyyən edir. Eyni zamanda, həmin Qanunun 12.1-ci maddəsinə əsasən mülkiyyət və təşkilati-hüquqi formalarından asılı olmayaraq öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun surətdə həyata keçirən sahibkarın hüquqlarının və qanuni mənafelərinin müdafiəsini dövlət təmin edir. Digər tərəfdən, qanunsuz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə inzibati, habelə Cinayət Məcəlləsinin 192-ci maddəsi ilə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Odur ki, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin həyata keçirdiyi qanunsuz sahibkarlıq fəaliyyəti aidiyyəti üzrə inzibati və cinayət məsuliyyəti yaratdığından, habelə həmin fəaliyyətdən irəli gələn hüquq və qanuni mənafelərin müdafiəsinə dövlət təminat vermədiyindən bu fəaliyyətindən irəli gələn mübahisələrə onların sahibkarlıq xarakteri nəzərə alınmadan, ümumi məhkəmələrdə baxılmalıdır. Qeyd olunan normaların müqayisəli təhlilindən belə nəticəyə gəlinir ki, mübahisəyə kommersiya məhkəməsində baxılması üçün işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri buna imkan verməlidir. Hazırki mübahisənin əsasını, müstəqil tələb irəli sürməyən üçüncü şəxsin borcu üzrə tutmanın cavabdehə məxsus ipoteka predmetinə yönəldilməsi təşkil edir. Göründüyü kimi mübahisə cavabdehin sahibkarlıq fəaliyyətindən yaranmamış, cavabdeh yalnız ipotekaqoyan şəxsdir. Eyni zamanda cavabdeh fərdi sahibkar statusuna malik olmamaqla vergi ödəyicisi kimi qeydə alınmamışdır. Azərbaycan Respublikası Vergilər Nazirliyinin rəsmi saytından çıxarılmış məlumatda cavabdehin vergi ödəyicisi kimi qeydə alınmadığı müəyyən olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, fərdi sahibkar statusuna malik olmayan, yəni vergi uçotuna alınmamış fiziki şəxsin sahibkarlıq fəaliyyətindən irəli gəlməyən mübahisələrinə kommersiya məhkəməsində baxıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. İddia ərizəsindən və iş materiallarından göründüyü kimi cavabdehin ünvanı ünvan 2ır. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 24, 25, 26, 35, 49, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı "xxxx" X1 Cəmiyyətinin Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Maraqlı şəxsnə qarşı xx.xx.2017-ci il tarixli 210LG170411/İM nömrəli İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən, mülkiyyət hüququ ilə Cavabdeh məxsus ünvan 1 ünvanında istifadəsində olan 0,01206 ha torpaq sahəsində yerləşən 231.8 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasına tutmanın yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması və həmin əmlak obyektinin satışından əldə olunan vəsait hesabına borclu Maraqlı şəxs xx.xx.2017-ci il tarixli 210LG170411 nömrəli “Qarantiyanin verilməsi şərtləri haqqında” Saziş üzrə iddiaçının qarşısında yaranmış 180000 manat məbləğində əsas borcu, xx.xx.2022-ci il tarixinə qədər hesablanmış 5250 manat məbləğində adi faizlər üzrə borc məbləği, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək illik 10 % dərəcəsi ilə hesablanmış 9500 manat məbləğində zərərin (əldən çıxmış faydanın) əvəzi,cəmi 194750 manat məbləğində pul vəsaiti və xx.xx.2022-ci il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 10 % dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 135 manat məbləğində çəkilmiş xərclər ipoteka predmetinin dəyərindən iddiaçının xeyrinə tutulması, iddia ərizəsinin verilməsinə görə 485 manat məbləğində dövlət rüsumunun və Mediasiya prosesinin tətbiq edilməsi ilə bağlı 400 manat məbləğində rüsumun ödənilməsi üzrə çəkilmiş xərclər cavabdehdən iddiaçının xeyrinə tutulması və ipoteka predmetinin ilkin satış qiyməti (likvid qiymət) tərəflərin qarşılıqlı razılıqla seçərək İpoteka müqaviləsində təsbit etdikləri müstəqil qiymətləndiricilərdən ("xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC) birinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilməsi barədə iddia ərizəsinə dair kommersiya işi məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə göndərilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-512/2023
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-512/2023
20.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Qarantiya
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver