Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5125/2022 16.11.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X1 qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 6500 manat zərərin və 100 manat mediasiya xərcinin tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə bağladığı xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən cavabdehə məxsus olan, ünvan 1 ünvanında fəaliyyət göstərən turizm obyektində (“Baku Journey”) ödənişlərin kartla nağdsız qəbulu üçün posterminallar yerləşdirilmişdir. Həmin müqaviləyə xx.xx.2019-cu il tarixli əlavə sazişə əsasən posterminallarda “Manual Entry” funksiyası aktivləşdirilmiş və bu funksiyadan istifadə etməklə aparılan əməliyyatlar nəticəsində yaranmış zərərə görə məsuliyyət cavabdehin üzərinizə qoyulmuşdur (sazişin 1 və 2-ci bəndləri). 2019-cu ildə qeyri-rezident kart sahibləri müvəkkil banklarına müraciət edərək özləri şəxsən iştirak etmədən onların kart hesablarından cavabdehə məxsus turizm obyektindəki pos-terminal vasitəsilə pul silindiyini bildirmiş və chargeback tələbi irəli sürmüşlər. VİSA prosessinq mərkəzi kart sahiblərinin tələblərini araşdırıldıqdan həmin tələbləri əsaslı sayaraq onların hesablarından silinən məbləğin geri qaytarılmasını İddiaçı ASC-dən tələb etmişdir. Bank 2019-cu ilin sentyabr-oktyabr aylarında bu tələblərə əsasən bütün silinmələr üzrə 6500 manat pulu kart sahiblərinə ödəmişdir. İddiaçı xx.xx.2022-ci ildə AR MPM-in 150.2-ci maddəsində göstərilən qaydada cavabdehə pretenziya göndərərək 6500 manat zərəri 5 (beş) gün müddətində ödəməyi tələb etmiş, lakin cavabdeh tələbi yerinə yetirməmiş, həmçinin pretenziyaya cavab verməmişdir. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, lakin cavabdeh iştirak etmədiyi üçün mediator tərəfindən ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2022 il tarixli MŞB/5-02795 №-li arayış verilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə2 iddianı müdafiə etmiş və iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək, əlavə olaraq bildirmişdir ki, Cavabdeh pos-terminalda “Manual Entry” funksiyasından düzgün istifadə etməməsi nəticəsində VİSA prosessinq mərkəzi tərəfindən qeyri-rezident kart sahiblərinin xeyrinə 6500 manat məbləğində vəsait bankın hesabından silindiyindən banka 6500 manat məbləğində dəymiş zərərə görə tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məlumat verməmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2019-cu il tarixli İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 442124 nömrəli müqavilədən görünür ki, Matercard İnternationalın və Visa İnternationalın üzvü, müvafiq hüquq və səlahiyyətlərə malik olan bank sahibkarı vəkil edir ki, müqavilədə qeyd olunan kartları malların və xidmətlərin alınması müqabilində qəbul etsin. Bank kartlarla aparılmış əməliyyatarın müqabilində bu müqavilənin 3.1 və 3.4-cü bəndlərində göstərilən komisyon haqqını sahibkara çatası pul məbləğindən çıxdıqdan sonra qalan məbləği sihibkarın müvafiq bank hesabına köçürür. 14 iyun 2019-cu il tarixli 442124 saylı müqaviləyə dair əlavə-sazişdən görünür ki, İddiaçı ASC xx.xx.2019-cu il tarixli 442124 nömrəli pos-terminal müqaviləsinə əsasən “sahibkar”da qoşulmuş pos-terminallarda “manual entry” dair funksiyanı aktivləşdirir. 18 avqust 2022-ci il tarixli MŞB/5-02795 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı ASC 100 manat məbləğində mediasiya xərcini ödəmişdir. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalı, öhdəliyin icra edilməməsi, onun pozulması və ya lazımınca icra edilməməsinə görə cavabdeh iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borcludur. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1, 1096.2, 385.1 və 386.1,). “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmədə tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmişdir ki, xx.xx.2019-cu il tarixli əlavə sazişə əsasən Cavabdeh istifadəsində olan İddiaçı ASC-nin pos-terminalında “Manual Entry” funksiyası aktivləşdirilmiş və bu funksiyadan istifadə etməklə aparılan əməliyyatlar nəticəsində yaranmış zərərə görə məsuliyyətin cavabdehin üzərinə qoyulması ilə bağlı razılıq əldə edilmişdir. 2019-cu ildə Cavabdeh turizm sahəsində xidmət göstərərkən post terminalın “Manual Entry” funksiyasından istifadə edərək qeyrirezidentlərin yalnız kart məlumatları daxil etməklə sözügedən qeyri-rezidentlərin kartlarından 6500 manat məbləğində vəsaiti silmiş, daha sonra qeyri-rezident kart sahibləri müvəkkil banklarına müraciət edərək özləri şəxsən iştirak etmədən onların kart hesablarından cavabdehə məxsus turizm obyektindəki pos-terminal vasitəsilə pul silindiyini bildirərək pulun geri qaytarılması tələbi irəli sürmüşlər. VİSA prosessinq mərkəzi kart sahiblərinin tələblərini əsaslı sayaraq silinən vəsaitin geri qaytarılmasını İddiaçı ASCdən tələb etmişdir. Bank 2019-cu ilin sentyabr-oktyabr aylarında bu tələblərə əsasən bütün silinmələr üzrə 6500 manat pulu kart sahiblərinə ödəmişdir. Göründüyü kimi İddiaçı ASC pos-terminalda “Manual Entry” funksiyasını aktivləşdirərkən gələcəkdə yaranacaq zərərə görə məsuliyyətin cavabdehin üzərində olması ilə bağlı Cavabdeh ilə razılaşmışlar və sonuncunun təqsiri üzündən İddiaçı ASCnin pos-terminalda “Manual Entry” funksiyasından düzgün istifadə edilməməsi nəticəsində banka 6500 manat məbləğində zərər dəymişdir. Odur ki, məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, İddiaçı ASC-yə 6500 manat məbləğində zərər məhz Cavabdeh pos-terminalın “Manual Entry” funksiyasından düzgün istifadə edilməməsi nəticəsində vurulduğuna görə iddia təmin edilməli və Cavabdeh 6500 manat məbləğində vəsait və 100 manat məbləğində mediasiya xərci tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Qeyd olunanlara əsasən iddia təmin edilməli, Cavabdeh 6500 manat məbləğində vəsait və 100 manat məbləğində mediasiya xərci tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 6500 manat məbləğində vəsait və 100 manat məbləğində mediasiya xərci tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-5125/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5125/2022
16.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver