Məhkəmə qərarları › İş №e-2-2(113)-513/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-513/2022

15.03.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-513/2022 15.03.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, Mustafayev Ramil Elbrus oğlunun katibliyi ilə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdehnə (MMC) qarşı dövlət büdcəsinə olan borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC-nin 16 sentyabr 2021-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 29596,28 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 36992 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan Cavabdeh MMC Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində büdcəyə ödənilməsi məqsədi ilə ona bildiriş verilmiş, lakin buna baxmayaraq cavabdeh yaranmış borc məbləğini yenə də büdcəyə ödəməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə 16 sentyabr 2021-ci il tarixli qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin 16 sentyabr 2021-ci il tarixə yaranan 31865,29 manat borcuna görə 36992 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə 30 sentyabr 2021-ci il tarixli, **********0 saylı protokol tərtib edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə cavabdehə 11 oktyabr 2021-ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin 16 sentyabr 2021-ci il tarixə yuxarıda qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 29596,28 manat ödənilməmiş borcu qalmışdır. İddiaçının nümayəndəsi məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi Qanuni nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək, borc məbləği tam şəkildə ödənildiyindən iddianın rədd olunmasını xahiş etmişdir. İş materiallarında olan: - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən Cavabdeh MMC-yə vergi borcunun 5 gün müddətində ödənilməsi tələbi ilə bağlı 03 sentyabr 2021-ci il tarixli, **********706500 nömrəli bildiriş göndərilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir; - vergi öhdəliyini yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında 30 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Cavabdeh MMC vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün əmlakı siyahıya alınmışdır. - 03.03.2022-ci il tarixinə olan Cavabdeh MMC-nin şəxsi hesab vərəqəsindən çıxarışa əsasən, cavabdeh tərəfindən 10.11.2021-ci il tarixində 389,7 manat və 1879,31 manat, 02.12.2021-ci il tarixində 2 manat, 21.12.2021-ci il tarixində 74,7 manat, 28.12.2021-ci il tarixində 30,2 manat, 29.12.2021-ci il tarixində 1800 manat, 05.01.2022-ci il tarixində 281,59 manat və 1563,62 manat, 11.01.2022-ci il tarixində 8,71 manat, 19.01.2022-ci il tarixində 180 manat və 999,5 manat, 21.02.2022-ci il tarixində 146,71 manat, 7431,18 manat və 40 manat, 22.02.2022-ci il tarixində 146,71 manat və 40 manat, 23.02.2022-ci il tarixində 2315,07 manat, 146,71 manat, 40 manat və 6373,32 manat, 24.02.2022-ci il tarixində 106,71 manat və 40 manat, 25.02.2022-ci il tarixində 48,61 manat və 40 manat, 28.02.2022-ci il tarixində 8,61 manat və 29,58 manat məbləğlərində ödənişlər edilmişdir. Borc məbləğindən vergi orqanı tərəfindən 12.10.2021-ci il tarixində 15521,53 manat, 13.10.2021-ci il tarixində 9736,72 manat və 10057,66 manat, 22.11.2021-ci il 10045,16, 14.12.2021-ci il tarixində 1861,03 manat, 465,26 manat, 465,26 manat, 465,26 manat, 3779,01 manat və 396,04 manat, 05.01.2022-ci il tarixində 8120,93 manat, 8120,93 manat, 13332,04 manat və 13332,04 manat, 06.01.2022-ci il tarixində 9208,87 manat, 03.02.2022-ci il tarixində 320,94 manat, 08.02.2022-c il tarixində 27792,60 manat silinmişdir. - 03.03.2022-ci il tarixli köcürmənin aparılması haqqında bildirişə əsasən Cavabdeh MMC tərəfindən dövlət büdcəsinə 50 manat məbləğində ödəniş edilmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia rədd edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: - 89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi orqanı onun əmlakını siyahıya ala bilər. - 89.7-ci maddəsinə əsasən əmlakın siyahıya alınması vergi orqanının rəhbərinin qərarına əsasən həyata keçirilir. - 89.10-cu maddəsinə əsasən siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir və bu siyahı protokola əlavə edilir. - 90.1 maddəsinə uyğun olaraq, vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. İşin hallarından görünür ki, hazırkı mübahisənin predmetini 16 sentyabr 2021-ci il tarixə yaranmış 29596,28 manat borcun ödənilməsinin təmin edilməsi məqsədilə siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması təşkil edir. Şəxsi hesab vərəqəsindən müəyyən olunur ki, iddiaçı tərəfindən ümumilikdə 125365,61 manat məbləğində pul vəsaiti silinmiş, cavabdeh tərəfindən isə ümumilikdə 24577,04 manat məbləğində pul vəsaiti ödənilmişdir. Azərbaycan Respublikası Vergilər Məcəlləsinin: - 88.1-ci maddəsinə əsasən vergilər üzrə yaranmış borc bu Məcəllənin 85.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla aşağıdakı sıra qaydası ilə ödənilir: 88.1.1. yaranma tarixi ardıcıllığı ilə hesablanmış verginin məbləği; 88.1.2. hesablanmış faizlərin məbləği; 88.1.3. tətbiq edilmiş maliyyə sanksiyalarının məbləği. - 88.3-cü maddəsinə əsasən cari rüb üzrə borc ödənildikdən sonra sığortaedənin artıq vəsaiti qaldığı təqdirdə, həmin vəsait bu Məcəllənin 88.2.2 – 88.2.4-cü maddələrində göstərilən qaydada əvvəlki borcların ödənilməsinə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, mübahisənin predmetini təşkil edən borc məbləği ödənildiyindən iddia rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdehnə qarşı dövlət büdcəsinə olan borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması barədə iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 ay müddətində elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar