Məhkəmə qərarları › İş №e-2-2(113)-5144/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5144/2024

17.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5144/2024 17.12.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: kredit müqaviləsi) X4 Rövşən qızının sədrliyi, Rüstəmova Mülayim Akif qızının katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «pul» tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеhlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada İddiaçı QSCnin xeyrinə 22695.28 manat məbləğində kredit bоrcu, 2250.68 manat məbləğində faiz bоrcu və 581 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 25526 (iyirmi beş min beş yüz iyirmi altı) manat 96 (doxsan altı) qəpik məbləğində bоrcun və ödənilmiş 166.58 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 İddiaçı QSC ilə xx.xx.2022-ci il tarixdə bağladığı 056A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 1.9167% оlmaqla 35 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 25000 (iyirmi beş min) manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2023-cü il tarixli 056A**********S saylı sazişlə müqaviləyə və ödəniş planına dəyişiklik edilmişdir. Qeyd edilən dəyişiklərlə zaminlərlə razılaşdırılmış və özimzaları ilə təsdiq etmişdirlər. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit bоrcundan 2304.72 manat ödəniş etmiş və оnun iddiaçıya 22695.28 manat məbləğində kredit bоrcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirik ki, o, kredit bоrcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 128 gün üçün hesablanmış faiz borcu 2250.68 manat təşkil edir. Kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh1, Cavabdeh3 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1-ci bəndinə əsasən yuxarıda göstərilən krеdit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır və krеdit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidirlər. II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən X3 iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi.

4. Cavabdehlər hər biri ayrı-ayrılıqda ekspertiza rəyində qeyd olunan məbləğdə borclarının olduqlarını qəbul etdilər.Həmin hissədə iddianın təmin edilməsinə etiraz etmədilər. III. Məhkəmə baxışının hədləri:

5. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

6. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

IV. Sübutların tədqiqi:

7. "xxxx" QSC-nin “Nərimanov” filialı (kredit verən) ilə Cavabdeh2 (kredit alan) arasında xx.xx.2022-ci il tarixli 056A********** saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən “kredit verən” "xxxx" QSC tərəfindən “kredit alan” Cavabdeh2 aylıq faiz dərəcəsi 1.9167% оlmaqla 35 ay müddətinə 25000 (iyirmi beş min) manat məbləğində kredit verilmişdir. Həmin müqavilənin: - 4.1.2-ci bəndinə əsasən aşağıdakı nallarda bu Müqaviləyə vaxtından əvvəl xitam vermək və qatan Kredit məbləğini, bu Müqaviləyə xitam verildiyi gunə qədər hesablanmış faizi və Bank tərəfindən hesablanmış naşqa ödənışləı. Kredit Alanoan aayrarmağı tələb etmək hüququna malikdir. - 4.1.3-cü bəndinə əsasən bank kredit alan bu müqavilə imzalandıqdan sonrakı 30 gün ərzində kredit hesabından çıxarmazsa kredit alana krediti verməkdən imtına etmək və ondan bu Müqavilənin l.l-cı bəndində göstərılmiş kredit məbləğinə həmin bənddə razılaşdırılmış aylıq faiz dərəcəsi tətbiq etməkle cərimə faizi hesablayıb tələb etmək buququna malikdir; - 4.1.5-ci bəndinə əsasən kredit alan krediti və ona hesablanmış faizi ödəniş planı üzrə vaxtında və lazımı qaydada qaytarmadıqda hər gecıkdirilən gün üçün kredit qalığının 0.02 %-ı məbləğində cərimə borcu hesablamaq hüququna malikdir. Bank hesablanmış cərimə borcunu öz mülahizəsinə uyğun olaraq kredit alanın Bankda olan hesablarına birtərəfli qaydada akseptsiz şəkildə silir, və ya həmin cərimə borcunun ödənilməsini Kredit Alandan tələb edir. Kredit müqaviləsi hər iki tərəfin imzası və "xxxx" QSC-nin möhürü ilə təsdiq edilmişdir.

8. "xxxx" QSC-nin “Nərimanov” filialı (bank) ilə Cavabdeh1 və Cavabdeh3 (zaminlər) arasında müvafiq olaraq 14 noyabr 2022-ci il tarixli, 0S6G**********01 və 0S6G**********02 saylı zaminlik müqavilələri bağlanmışdır. Həmin müqavilələrin: - 1.1-ci bəndinə əsasən borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zaminlər bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyırlar. - 3.1.1-ci bəndinə əsasən uzunmüddətli kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı borclunun bütün öhdəliklərini zaminlər icra etməlidir. - 3.1.2-ci bəndinə əsasən uzunmüddətli kredit müqaviləsi üzrə verilmiş istənilən kredit üzrə ödənilməli olan məbləğin və ya onun bir hissəsinin ödənilməsi gecikdirildikdə, verilmiş müvafiq kredit məbləğinin qalığının 0,1% məbləğində hər gecikdirilən gün üçün tətbiq olunan cəriməni zaminlər ödəyir. - 3.1.3-cü bəndinə əsasən borclunun kredit müqaviləsi üzrə öhdəliklərini icra etməməsi və ya lazımi qaydada icra etməməsi nəticəsində banka dəymiş ziyanı, kreditin və faizlərin qaytarılması üzrə bankın çəkdiyi məhkəmə xərclərini ödəmək zaminlərin öhdəliyidir. - 4.1-ci bəndinə əsasən bu müqavilə tərəflərin imzalandığı tarixdən qüvvəyə minir və kredit xətti müqaviləsinin müddəti bitdikdən sonra 3 il müddətinə qüvvədədir. Müqavilələr bankın imzası və möhürü, zaminlərin isə imzası ilə təsdiq edilmişdir.

9. "xxxx" QSC-nin “Nərimanov” filialı (kredit verən) ilə Cavabdeh2 (kredit alan) arasında imzalanmış “kredit Müqaviləsi və ödəniş planına dəyişiklik edilməsi” haqqında 28 aprel 2023-cü il tarixli 056A**********S saylı Sazişə əsasən Kredit Alan. Bank ilə Kredit Alan arasında bağlanmış 14 noyabr 2022-ci il tarixli 056A********** saylı Kredit Müqaviləsi («Kredit Müqaviləsi») üzrə götürdüyü Kreditin qalığını və hesablanmış faizləri, habelə nəzərdə tutulduğu halda cəriməni bu sazişə əlavə olunan 28 aprel 2023-cü il tarixli Ödəniş Planına ("Ödəniş Planı") uyğun olaraq Ödəniş Planında göstərilən müddətdə və tarixlərdə Banka ödəməlidir. Saziş hər iki tərəfin imzası və "xxxx" QSC-nin möhürü ilə təsdiq edilmişdir.

10. "xxxx" QSC-nin “Nərimanov” filialı (bank) ilə Cavabdeh1 və Cavabdeh3 (zaminlər) arasında müvafiq olaraq 14 noyabr 2022-ci il tarixli, 0S6G**********01 və 0S6G**********02 saylı zaminlik müqavilələrinə dəyişiklik və əlavələr edilməsi haqqında 28 aprel 2023-cü il tarixli 056G**********01S saylı və 056G**********02S saylı sazişlər imzalanmışdır. Həmin Sazişin: - 1-ci bəndinə əsasən Bank ilə Zamin arasında 14 noyabr 2022-ci il tarixdə bağlanmış 056G**********02 saylı Zaminlik Müqaviləsinin preambulasına dəyişiklik edilərək həmin preambulaya aşağıdakı cümlə əlavə edilsin:Kreditin müddəti: 42(qırx iki) ay təşkil edir. - 2-ci bəndinə əsasən bu saziş tərəflərin onu imzaladığı andan qüvvəyə minir və Borclunun Bank ilə 14 noyabr 2022-ci il tarixdə bağlanmış 056A********** saylı Kredit Müqaviləsindən irəli gələn öhdəlikləri tam icra olunanadək qüvvədədir. Saziş bankın imzası və möhürü, zaminlərin isə imzası ilə təsdiq edilmişdir.

11. xx.xx.2024-cü il tarixli sonuncu maliyyə arayışından görünür ki, Cavabdeh2 "xxxx" QSC-yə xx.xx.2024-cü il tarixə xx.xx.2022-ci il tarixli 056A********** saylı kredit müqaviləsi üzrə 22695.28 manat əsas, 2250.68 manat faiz, 581 manat cərimə borcu olmaqla cəmi borcu 25526 manat təşkil edir. Cərimə hesablanmış gecikdirilən günlərin sayı 128 gün.

12. İddiaçı QSC tərəfindən verilmiş 056A********** saylı kredit müqaviləsi üzrə ödəniş planına əsasən,cavabdeh tərəfindən iddiaçıya ödəniləcək əsas məbləğ 22896,19 manat, faiz borcu 12077,35 manat cəmi borcu 35154,72 manat təşkil edir.

13. "xxxx" QSC tərəfindən Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubları ünvanlanaraq xx.xx.2024-cü il tarixə yaranmış borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə xx.xx.2024-cü il tarixinədək borc ödənilmədiyi təqdirdə razılaşmaya xitam veriləcəyi və borcun tutulması tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.

14. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 avqust 2024-cü il tarixli, 9/6516 saylı ekspert rəyinə əsasən Cavabdeh2 "xxxx" QSCyə olan borcu xx.xx.2022-ci il tarixli 056A********** saylı saylı kredit razılaşması üzrə xx.xx.2024-cü il tarixə əsas kredit borcu 22214,45 manat, faiz borcu 2242,46 manat təşkil edir. Ekspertiza tədqiqatlarının dəyəri 145 manat təşkil edir.

V. Tətbiq edilən hüquq:

15. AR Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. - mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 743-cü maddəsinə görə əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. - 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. - 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır.

17. Məhkəmə hesab edir ki, iş üzrə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.5-ci maddəsində göstərilən hallar – iddianın etirafının qanuna zidd olması və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozması kimi hallar müəyyən edilmədiyindən cavabdehlərin iddianın etirafı ərizəsi məhkəmə tərəfindən qəbul edilməlidir.

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinin tələbinə görə, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.

19. AR MPM-in: - 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

20. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

Vİ.Məhkəmənin mövqeyi:

21. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir.

22. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı "xxxx" QSC ilə Cavabdeh2 (kredit alan) arasında xx.xx.2022-ci il tarixli 056A********** saylı kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı "xxxx" QSC 056A********** saylı, xx.xx.2022-ci il tarixli kredit razılaşması üzrə Cavabdeh2 müqavilədə və razılaşmada müəyyən edilmiş şərtlərlə cəmi 25000 manat məbləğində kredit verməklə, müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmiş, lakin Cavabdeh2 kredit müqaviləsi üzrə əsas kredit borcunu və faizləri ödəmək öhdəliyini lazımi qaydada icra etməmiş, nəticədə cavabdehin iddiaçıya əsas və faiz borcu yaranmışdır.

23. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən edildi ki, xx.xx.2024-cü il tarixdə iddiaçı "xxxx" QSC Cavabdeh2 xəbərdarlıq məktubu göndərməklə mübahisəli kredit razılaşması üzrə öhdəliklərinin lazımi qaydada icra edilməməsi ilə əlaqədar olaraq borcun vaxtından əvvəl ödənilməsini tələb etmiş və borc ödənilmədiyi təqdirdə tərəflər arasında bağlanmış müqaviləyə birtərəfli qaydada xitam veriləcəyini bildirmiş, lakin cavabdeh tərəfindən kredit müqaviləsi üzrə gecikdirilmiş borc ödənilməmişdir. Beləliklə, işin yuxarıda göstərilən halları ilə öz təsdiqini tapır ki, iddiaçı "xxxx" QSC xx.xx.2024-cü il tarixdə mübahisəli kredit razılaşmasına cavabdeh tərəfindən öhdəliklərin əhəmiyyətli dərəcədə pozulması ilə bağlı vaxtından əvvəl birtərəfli qaydada xitam vermişdir. Odur ki, iddiaçı "xxxx" QSC yalnız mübahisəli kredit razılaşmasına xitam verildiyi tarixədək olan müddət üçün həmin razılaşma üzrə hesablanmış faiz borcunun tutulmasını tələb edə bilər.

24. Bununla yanaşı məhkəmə qeyd edir ki, kredit razılaşması üzrə əsas və müqavilənin xitam verildiyi tarixə faiz borcunun məbləğinin müəyyən edilməsi məqsədilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası keçirilmiş və ekspert rəyi ilə Cavabdeh2 "xxxx" QSC-yə xx.xx.2022-ci il tarixdə bağlanmış 056A********** saylı kredit razılaşması üzrə xx.xx.2024-cü il tarixə (pretenziya məktubunun göndərildiyi tarixə) əsas kredit borcu 22214,45 manat, faiz borcu 2242,46 manat təşkil etməsi müəyyən edilmişdir.

25. Məhkəmə MPM-in 206.1-ci maddəsinə əsasən, ekspert rəyini tətqiq edərək belə qənaətə gəlir ki, hazırkı halda məhkəmənin ekspert rəyi ilə razılaşmaması üçün əsaslar mövcud deyil, odur ki, həmin rəy iş üzrə sübut qismində qəbul edilməlidir.

26. İddia üzrə tutulacaq faiz borcunun məbləğinə münasibətdə həmçinin qeyd edilməlidir ki, müqavilənin xitam verildiyi tarixə Cavabdeh2 mübahisəli kredit razılaşması üzrə banka faiz borcu 2242,46 manat təşkil etsə də, bank isə iddiasında həmin kredit müqaviləsi üzrə 2250,68 manat məbləğində faiz borcunun tutulmasını tələb edir. Odur ki, məhkəmə hesab edir ki, kredit müqavilələri üzrə əsas və faiz borcunun tutulması hissəsində qismən təmin edilməli, xx.xx.2022-ci il tarixdə bağlanmış 056A********** saylı kredit müqaviləsi üzrə 22214,45 manat əsas və 2242,46 manat məbləğində faiz borcu Cavabdeh2 bankın xeyrinə tutulmalıdır.

27. Bundan əlavə iddiaçı kredit razılaşması üzrə əsas borcu ödəniş planına uyğun qaytarmadığına görə Cavabdeh2 hesablanmış 581 manat məbləğində cərimə (dəbbə) pulunun cavabdehlərdən tutulması tələbini də irəli sürmüşdür.

28. Məhkəmə hesab edir ki, Cavabdeh2 ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə və razılaşmada öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə də haqlıdır.

29. Dəbbə pulunun məbləğinə gəldikdə məhkəmə Mülki Məcəllənin 467-ci maddəsinin tələblərini əsas görürməklə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 300 manat məbləğində müəyyən edilməlidir.

30. İş materiallarından həmçinin görünür ki, "xxxx" QSC (kredit verən) ilə Cavabdeh2 (kredit alan) arasında bağlanmış 14 noyabr 2022-ci il tarixli, 056A********** saylı uzunmüddətli kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təmin edilməsi üsulu kimi "xxxx" QSC (kredit verən) ilə Cavabdeh1 və Cavabdeh3 (zaminlər) arasında müvafiq olaraq 14 noyabr 2022-ci il tarixli, 0S6G**********01 və 0S6G**********02 saylı zaminlik müqavilələri bağlanmışdır. Həmin müqavilələrə əsasən zaminlər Cavabdeh1 və Cavabdeh3 oğlu kredit alan Cavabdeh2 14 noyabr 2022-ci il tarixli, 056A********** saylı kredit müqaviləsindən, o cümlədən həmin uzunmüddətli kredit müqaviləsi üzrə 28 aprel 2023-cü il tarixli 056G**********01S saylı və 056G**********02S saylı sazişlərdən irəli gələn öhdəliklərinə zamin durmuşlar.

31. Məhkəmə zaminlər Cavabdeh1 və Cavabdeh3 14 noyabr 2022-ci il tarixli, 056A********** saylı kredit müqaviləsi, o cümlədən həmin müqavilə çərçivəsində bağlanmış 28 aprel 2023-cü il tarixli 056G**********01S saylı və 056G**********02S saylı sazişlər üzrə borc alan Cavabdeh2 bütün öhdəliklərinə zamin durduqlarından həmin öhdəliklərə görə borc alanla birgə məsuliyyət daşıdıqlarını nəzərə alaraq hesab edir ki, "xxxx" QSC kredit müqaviləsi üzrə borcun (kredit, faiz və dəbbə pulu borcu daxil olmaqla) müştərək (birgə) qaydada borc alan və zaminlərdən tutulmasını tələb etməkdə də haqlıdır.

32. Məhkəmə xərclərinə dair hissədə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 166,58 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.

33. Odur ki, hazırkı qətnamə ilə iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 164,27 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

34. Məhkəmə hazırkı qətnamə ilə iddia tələbinin qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 145 manat pul vəsaitinin 100 manat hissəsi cavabdehlərdən müştərək qaydada, 45 manat hissəsi isə İddiaçı QSC-dən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilməlidir.

35. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ:

İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə xx.xx.2022-ci il tarixli 056A********** saylı kredit müqaviləsi üzrə 22214,45 manat əsas borc, 2242,46 manat faiz borcu və 300 manat cərimə borcu və dövlət rüsumunun əvəz olaraq 164,27 manat tutularaq iddiaçı "xxxx" QSC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 145 manat pul vəsaitinin 100 manat hissəsi cavabdehlərdən müştərək qaydada, 45 manat hissəsi isə iddiaçıdan tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar