Məhkəmə qərarları › İş №e-2-2(113)-5153/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5153/2025

09.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5153/2025 09.01.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı icarə müqaviləsi üzrə borcun və dəymiş ziyanın ödənilməsi, əmlakın qaytarılması tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi, öhdəliyin icrası, ziyanın ödənilməsi, əmlakların qaytarılması) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi ilə, İddiaçı və onun nümayəndəsi, vəkil Nümayəndə, Cavabdeh və onun nümayəndəsi, Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı icarə müqaviləsi üzrə borcun və dəymiş ziyanın ödənilməsi, əmlakın qaytarılması tələblərinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 01 may 2024-cü il tarixli icarə müqaviləsi üzrə 18.000 manat məbləğində icarə haqqı borcu, elektrik enerjisindən istifadəyə görə 1062,39 manat, təbii qazdan istifadəyə görə 903 manat, dəymiş ziyana görə 5000 manat, hazırkı iddianın qaldırılması üçün ödənilmiş 570 manat hüquqi yardım xərcinin, dövlət rüsumuna görə ödənilmiş 165 manat olmaqla, cəmi 25.700 manat məbləğində pul vəsaitinin xeyrinə tutulması və 01 may 2024-cü il tarixli icarə müqaviləsinin predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, X3 yerləşən ümumi sahəsi 6000 kv.m olan qeyri-yaşayış ərazisinin və təhvil-təslim aktındakı əmlakının cavabdehin qanunsuz sahibliyindən alınaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı (“icarəyəverən”) сavabdeh (“icarəçi”) arasında 1 il müddətinə bağlanmış 01 may 2024-cü il tarixli icarə müqaviləsinə əsasən icarəyəverən Bakı şəhəri, Binəqədi rayonu, X3 yerləşən ümumi sahəsi 6000 kv.m olan qeyri-yaşayış ərazisini və əmlakını icarəçinin istifadəsinə vermiş, icarəçi isə icarə obyektini istifadəyə qəbul edib müqavilə ilə müəyyən edilmiş icarə haqqını icarəyəverənə ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.1-ci hissəsinə görə, bir il üçün icarə haqqının məbləği vergilər daxil olmadan 40000 manat təşkil etmişdir. İcarə haqqının hissəhissə olmaqla 4 dəfəyə (2024-cü ilin may ayının 15-dən gec olmayaraq 10.000 manat, 2024-cü ilin iyun ayının 15- dən gec olmayaraq 10.000 manat, 2024-cü ilin iyul ayının 15dən gec olmayaraq 10.000 manat və 2024-cü ilin avqust ayının 15-dən gec olmayaraq 10.000 manat) ödənilməsi nəzərdə tutulmuşdur (müqavilənin 2.3-cü bəndi). İstifadə edilən kommunal xərcləri ödəmək öhdəliyini icarəçi üzərinə götürmüşdür ninəlivaqüm) 2.4-cü bəndi). Cavabdeh obyekti və avadanlıqları saz vəziyyətdə saxlamağı, müqavilə əsasında tərtib edilmiş akt əsasında aldığı vəziyyətdə təhvil vermək öhdəliyi daşıyır (müqavilənin 4.3 və 4.4-cü bəndləri). Lakin cavabdeh tərəf yuxarıda qeyd edilən bəndləri və Müqavilənin 4cü hissəsindəki vəzifələrini pozaraq, öz öhdəliklərini icra etməmiş, müqavilə üzrə icarə haqqını və istifadə edilmiş kommunal xidmətlərin dəyərini ödəməmiş, həmçinin qeyriyaşayış sahəsində özbaşına söküntü və s. işləri aparmış, müqavilə müddətinin bitməsinə baxmayaraq eyni zamanda obyekti və əmlakı müqavilədə nəzərdə tutulmuş şərtlərlə təhvil verməkdən imtina etmişdir. Nəticədə bu günkü günə cavabdehin 18000 manat icarə haqqı borcu, elektrik enerjisindən istifadəyə görə 1062,39 manat, təbii qazdan istifadəyə görə 903 manat borcu yaranmışdır. Həmçinin qeyri-yaşayış sahəsindəki dəmir besedka və s. söküntü işlərinin aparılması nəticəsində ona 5000 manat ziyan dəymişdir. Hazırkı iddianın qaldırılması üçün tərəfindən 570 manat hüquqi yardım göstərilməsi üçün, dövlət rüsumuna görə 165 manat məhkəmə xərci çəkilmişdir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.2, 157.4, 385.1, 386, 421, 425, 442, 675, 700-cü maddələrinə istinad olunmuşdur. Cavabdehin nümayəndəsi və vəkili xx.xx.2025-ci il tarixdə məhkəməyə elektron qaydada iddiaya etiraz ərizəsi ünvanlayaraq qeyd etmişdir ki, guya cavabdeh tərəf yuxarıda qeyd edilən bəndləri və Müqavilənin 4-cü hissəsindəki vəzifələrini pozaraq, öz öhdəliklərini icra etməmiş, müqavilə üzrə icarə haqqını və istifadə edilmiş kommunal xidmətlərin dəyərini ödəməmiş, həmçinin qeyri-yaşayış sahəsində özbaşına söküntü və s. işləri aparmış, müqavilənin müddətinin bitməsinə baxmayaraq, eyni zamanda obyekti və əmlakı müqavilədə nəzərdə tutulmüş şərtlərlə təhvil verməkdən imtina etmişdir. Nəticədə, bugünkü günə cavabdehin guya 18000 manat icarə haqqı borcu, elektrik enerjisindən istifadəyə görə 1062,39 manat, təbii qazdan istifadəyə görə 903 manat, dəymiş ziyana görə 5000 manat borcu yaranmışdır. Həmin borcların pulunun ödənməsini və xx.xx.2024cü il tarixli icarə müqaviləsinin predmeti olan Bakı şəhəri, X3 yerləşən ümumi sahəsi 6000 kv.metr olan qeyri-yaşayış ərazisinin və təhvil-təslim aktındakı əmlakının cavabdehdən alınaraq ona təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Belə ki, iddiaçı “İcarə müqaviləsi”ndə göstərilən və mübahisə predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, X3 yerləşən 6000 kv.metrlik qeyri-yaşayış ərazisinin kimə məxsus olması barədə heç bir sənəd təqdim etməmişdir. Həmin əraziyə subyektiv hüqunun olub-olmaması müəyyənləşdirilməlidir. İddiaçı AR MPM-də nəzərdə tutulmuş pretenziya qaydasını pozmuşdur. Belə ki, cavabdehə guya ünvanlanmış pretenziyanı formal olaraq iddia ərizəsinə qoşsa da, əslində həmin pretenziyanın həqiqətən də cavabdehə göndərilməsini təsdiq edən sənəd yoxdur. Cavabdeh tərəfindən qeyri-yaşayış sahəsində hansı söküntülərin aparılmasını və hansı ziyanların vurulmasını təsdiq edəcək heç bir sübut təqdim edilməmişdir. İddiaçı ilə cavabdeh arasında icarə müqaviləsi 1 il müddətinə, yəni xx.xx.2024-cü ildən xx.xx.2025-ci tarixədək olan müddətə bağlansa da, iddiaçı cavabdehi 2024-cü ilin oktyabr ayının lap əvvəllərində, obyektin yaxşı gəlir gətirdiyini görərək, “İcarə müqaviləsinin” 5.2-ci bəndində tələb olunduğu kimi bir ay qabaqcadan müqavilənin pozulduğu barədə xəbərdar etməli olduğu halda, heç bir xəbərdarlıq etmədən obyektdən qovmuş və obyekti avadanlıqları, əmlakları ilə birlikdə, cavabdehin nümayəndəsi Şahin adlı şəxsə cavabdehin nümayəndəsi Məmmədli Qulunun iştirakı ilə cavabdehə verilmiş və hal-hazırda da obyekt iddiaçının özünün sərəncamındadır. Göstərilən əmlaklar iddiaçıya təhvil verilmişdir. Bu faktı şahid X1 təsdiq edə bilər. İcarə müqaviləsində göstərilən qeyriyaşayış sahəsinə görə qalan 18000 manat borcun isə müqavilədə nəzərdə tutulmuş vaxtdan qabaq qeyri-yaşayış sahəsindən çıxarılmağının əvəzi olaraq iddiaçı tərəfindən könüllü olaraq ödəməyi tələb olunmamışdır. Bu faktı isə Şahid1 təsdiq edə bilər. Məhkəmə iclasında iddiaçı izahatında bildirmişdir ki, cavabdehlə müqavilə bağlamışlar Müqavilədə qeyd edilmişdir ki, ilk 4 ay müddətində hər ayın 15-nə kimi 10 000 manat pul vəsaiti veriləcəkdir. Avqust ayının 15-nə kimi bu vəsait ödənilib qurtarılmalı idi. Lakin müqavilənin şərtləri cavabdeh tərəfindən pozulmuş, cavabdeh üzərinə düşən öhdəliklərdən boyun qaçırmışdır. İcarə haqqının ödənilməsi ilə bağlı tərəfə dəfələrlə müraciət etmiş, cavabdeh isə hər dəfə müxtəlif əsaslar gətirərək öhdəliyindən yayınmışdır. Təhvil-təslim aktı cavabdeh tərəfindən hazırlanmış və obyekt də təhvil verilərkən o formada verilərək akta imza çəkilmişdir. Akta əsasən icarə obyekti təhvil alınan zaman icarəyə götürən tərəfindən avadanlıqlar da təhvil verilməli idi. Əsas mövsüm ayları iyun, iyul, avqust ayları idi. Qarşı tərəfin Cavidan adlı şəriki var idi. Onunla da dəfələrlə əlaqə saxlamaq istəsə də, telefona cavab verməmişdir. Daha sonra, işçisi təhvil-təslim eləmədən gəlib obyektin açarını ona verib getdiklərini bildirmişdir. Cavabdehin nümayəndəsinin suallarına cavab olaraq iddiaçı icarə müqaviləsi bağlanan zaman notarial qaydada təsdiq edilməmə səbəbinin tərəfə bununla bağlı təklif edilsə də, cavabdehin buna ehtiyac olmadığını bildirdiyini, tərəflər arasında bağlanmış müqavilənin pozulması barədə cavabdehə 1 ay qabaqcadan xəbərdarlıq göndərmədiklərini, çünki cavabdehlə ödənişlərlə bağlı hər dəfə əlaqə saxlanıldıqda onun ödəyəcəyini bildirdiyini və müqaviləni pozmaq kimi niyyətlərinin olmadığını, müqavilə müddətinin 1 il olduğunu, sentyabr ayında da cavabdehin orada olduğunu, oktyabr ayında 1 ədəd açarın Şahinə verildiyini, açarın ona verilməsilməsinin obyektin təhvil alınması hesab olunmadığını, obyektin içərisində bir neçə kabinet olduğunu, cavabdeh isə yalnız mətbəxin açarını verdiyini, cavabdeh tərəfindən 22000 manat ödəniş edildiyini, hazırda 18000 manat borcu qaldığınıbildirmişdir. Cavabdehin suallarına cavab olaraq iddiaçı iyul ayında görüşlərinin olduğunu, həmin dönəmdə hava şəraitinin pis olduğunu və sezon ayı olmasına baxmayaraq işlərin dayandığını, görüş zamanı hazırda 8000 manat ödəniş etsə, 10000 manat borcun silinməsi barədə düşünəcəyini bildirdiyini, lakin bu görüşdən sonra ödəniş edilmədiyini və telefon zənglərinə cavab vermədiyini, ödəniş edilmədiyi üçün 10000 manat məbləğin silinməsi barədə təklifinin də qüvvədən düşdüyünü bildirmişdir. Sədrlik edənin suallarına cavab olaraq iddiaçı iddia verilən vaxtda obyektin cavabdehdə olduğunu, obyekt təhviltəslim edilərkən akt tərtib edilməli olduğunu, akta əsasən icarə obyektinin təhvil verilməsini istədiyini, hal-hazırda həmin obyektdən özünün istifadə etdiyini, 2024-cü ilin oktyabr ayında 1 açarın verildiyini və obyektin mühafizəsiz qalmaması üçün obyektdən istifadə etdiklərini, təhvil-təslim aktında qeyd edilən əmlaklardan çoxunun orada olmadığını, bəzilərinin: qab-qacağın yarısının, stol-stulun, 15 ədəd bisetkanın, 8 ədəd dondurucunun qırıq olduğunu, söküntü işləri nəticəsində ona 5000 manat ziyan dəydiyini, bununla bağlı sübutun məhkəməyə təqdim edilmədiyini, obyekti cavabdehə təhvil verəndə kommunal borcun olmadığını bildirmişdir. Sonda o, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianı müdafiə edərək iddiaçının izahatındakı xüsusatları təsdiq etmiş və cavabdehin nümayəndəsinin suallarına cavab olaraq hazırkı halda müqavilə müddəti bitdiyi üçün müqavilənin pozulmuş hesab olunduğunu, xx.xx.2025-ci il tarixdən müqavilənin qüvvədən düşdüyünü, əgər müqavilənin qüvvədən düşdüyünü hesab etmədikləri halda digər ayların da icarə haqqını tələb edə biləcəklərini, obyekt hansı formada tərəfə təhvil verilmişdisə həmin formada təhvil alınmalı olduğunu, təhvil-təslim aktı ilə təhvil verilməli olduğunu, işıq və qazın icarəverənin adına olduğunu və həmin dövrə aid borc məbləğinin olduğunu və həmin borca görə edilən ödənişlərlə bağlı sübutların məhkəməyə təqdim edildiyini, könüllü olaraq geridə qalan məbləğin ödənilməməsi ilə bağlı heç bir danışığın olmadığını bildirmişdir. Sədrlik edənin suallarına cavab olaraq iddiaçının nümayəndəsi obyektin 21 noyabr 2025-ci il tarixdən onlarda olduğunu, obyektin onlara təhvil verilmədiyini, lakin boş olduğu üçün götürdüklərini, icarəyəverən şəxsin mütəmadi olaraq icarə verdiyi obyektə getmədiyini, ən son hesablaşmanın yay ayında aparılmalı olduğunu, yay fəslinə kimi obyektin cavabdehin icarəsində olduğunu, edilmiş ödənişlərə əsasən tərəfin obyektdən istifadə etdiyinin mübahisəsiz hal olduğunu, müqavilə müddəti may ayında bitdikdən sonra dəfələrlə cavabdehə obyektin təhvil-təslim aktında qeyd edilən kimi təhvil verilməsi üçün müraciət etdiklərini, söküntü işləri aparıldığından tərəfə obyekti təhvil verdikləri vəziyyətə gətirilməsini tələb etdikləri üçün obyekti həmin vəziyyətdə təhvil almaq istəmədiklərini bildirmişdir. Sonda o, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh iddianı qismən qəbul edərək bildirmişdir ki, o, obyekti keçən ilin oktyabr ayında təhvil vermişdir. O, 22000 manat ödəniş etdikdən sonra qarşı tərəfə ödənişləri edə bilmədiyini bildirmişdir. Axrıncı dəfə ötən ilin sentyabr ayında “Gənclik Mall”da o, Navai müəllim və Cavidanla görüşdükdə Navai müəllim qalan məbləğ ona bağışladığını, oktyabr ayında obyekti təhvil verməsini bildirmişdir. 2024-cü ilin oktyabr ayında Şahin adlı şəxs gələrək açarları ondan təhvil almış və Navai müəllimin təhviltəslimə gəlməyəcəyini bildirmişdir. Şahin kabinetlərə baxmış, bütün açarları götürmüş, həmin vaxt bir kabinetin açarı itmişdir. O, Şahinə sınmış şüşəni yenisiylə əvəz etmələrini və xərci özü ödəyəcəyini bildirmişdir. Bundan sonra ona nə bir zəng, nə də xəbərdarlıq gəlmiş, bu hadisələr ötən il olmuşdur. Sökülən şeylərlə bağlı yerlərinə daha bahalı avadanlıqların alınmışdır. Kommunal borc obyekti icarə götürdüyü dönəmdə yaranmış, o, iddianı bu hissədə qəbul etmişdir. Axrıncı görüşdə iddiaçı 10000 manat məbləği ondan tələb etməyəcəyini bildirmişdir. Navai müəllim tərəfindən ona zəng gəlməmiş, Şahin açarın təhvil verilməsi ilə bağlı 1 dəfə ona zəng etmiş və ondan sonra da o, açarı aparıb Şahinə təhvil vermişdir. Obyektin 1 açarı olmuş, icarə obyektini təhvil verən zaman obyektin bütün otaqlarına, kabinetlərinə baxış keçirmiş, bütün avadanlıqlar obyektin içərisində olmuş, yalnız 1 kotecin pəncərəsi qırıq olmuşdur. Sədrlik edənin suallarına cavab olaraq o, obyektdə cəmi 5 ay fəaliyyət göstərdiyini, daha sonra qışda obyektin işləmədiyini, bu səbəblə ondan obyektdən çıxmağını xahiş etdiklərini, onun isə obyekti kafe kimi işlətmək istədiyini, müqavilənin onunla bağlandığını, obyektin Şahin müəllimə təhvil verildiyini, Şahin müəllimin obyekti işlədən şəxs olduğunu, təhvil-təslimə dair akt olmadığını bildirmişdir. İddiaçının nümayəndəsinin suallarına cavab olaraq o, axırıncı dəfə görüşəndə 18000 borcun qaldığını və Navai müəllimin həmin borc məbləğini sentyabr ayında görüşdükdə sildiyini bildirdiyini, obyekti Şahinə təhvil verdiyini, obyekt qarşı tərəfə təhvil verilərkən tərəflər arasında heç bir rəsmi sənədləşmənin olmadığını bildirmişdir. Sonda o, iddianın qismən təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etirazı müdafiə edib, cavabdehin izahatındakı xüsusatları təsdiq edərək məhkəmədən iddianın qismən təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid4 izahatında bildirmişdir ki, anası həmin obyektdə qutabçı işləyirdi. O icarə götürülən obyektə 2024-cü ilin iyun ayından anasına işlərə kömək etmək üçün ora işləməyə getmişdir. İş saatları ona uyğun idi. Köməkli qutab bişirirdilər. İşlər yaxşı getsə də bir müddət sonra hava şəraiti imkan verməməyə başladı. Külək, yağış başladı. Obyektə gələn olmurdu. Anası səhhəti ilə bağlı avqust ayında işdən ayrılmalı oldu. O isə oktyabr ayının ortalarına kimi işləməyə davam etdi. Artıq sezon bitmişdi və adamlar da gəlmirdi. Daha sonra, oktyabr ayının ortalarında Pərvin müəllim ona obyekti təhvil verəcəkləri üçün artıq işə gəlməməyini bildirdi. Həmin zamandan sonra işə getmədi. Cavabdehin nümayəndəsinin suallarına cavab olaraq o, oktyabr ayının ortalarında səhər ona telefonla zəng edib obyektin açarlarını Şahin adında şəxsə təhvil verəcəklərini, obyekti bağlayacağını və işə gəlməməyini bildirdiklərini, bir dəfəsində bir əşyasının orada qaldığı üçün onun Pərvin müəllimə əşyasını götürmək istədiyini və obyektə gedəcəyini bildirdikdə onun artıq obyektin təhvil verildiyini və açarın onda olmadığını qeyd etdiyini bildirmişdir. İddiaçının nümayəndəsinin suallarına cavab olaraq o, son ayda ondan başqa işçi olmadığını, sentyabr ayının 15-dən sonra mətbəxdə işləyən qadının çıxdığını, sezonun iyun ayından avqust ayının axırına kimi başladığını, orada tək öz işini görmədiyini, bəzən çay hazırladığını, bəzən qabları yuduğunu, bəzən də qulluq etdiyini, sədrlik edənin suallarına cavab olaraq ötən ilin iyun ayından ora işləməyə getdiyini, lakin Navai müəllimin dönəmində də orada işlədiyini, onun işçisi olduğunu, sezonla işlədiklərini, sezon başlayan kimi onunla əlaqə saxladıqlarını və onların kömək etməyə getdiklərini, 2025-ci ilin iyun-iyul aylarında Şahin müəllimin onunla əlaqə saxlayaraq sezon dönəmində onun orada yenidən işləməsi barədə təklif irəli sürdüyünü, lakin hazırda dövlət işində işlədiyini və əlavə işdə işləməyə vaxtının olmadığını bildirdidiyini, Şahin müəllimin Navai müəllimin işlərini qaydasına qoyduğunu və şəxsən özünün ona zəng etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X4 bildirmişdir ki, ona Şahin deyə müraciət edirlər. O, yay vaxtı Navai müəllimin obyektlərinə nəzarət edir. O, obyekt Pərvinə icarəyə verilən zaman orada olmuşdur. Mövsüm qurtardıqdan bir neçə ay sonra o, obyektə getdikdə oranın boş olduğunu görmüş, obyekti boş gördükdə Pərvinə zəng etmiş, lakin sonuncu onun zənglərini açmamışdır. O, məsələni aydınlaşdırmaq üçün Pərvinin şəriki Cavidana zəng etmiş, Cavidan obyektin Pərvin tərəfindən təhvil verildiyini bildirmişdir. O, obyektə özünün nəzarət etdiyini, təhvil verilən zaman açarın ona və ya Navai müəllimə verilməli olduğunu Cavidana bildirmiş və kimə təhvil verildiyini soruşmuş, Cavidanın Pərvinlə birgə açarın sabah təhvil verəcəyini bildirmiş, lakin həmin gündən sonra onlardan heç bir xəbər olmamışdır. Cavabdehin suallarına cavab olaraq o, sadəcə mətbəxin açarlarının ona verildiyini, kabinetlərin açarlarının mətbəxdə olduğunu, 1 kotecin açarının olmadığını, 1 həftə keçdikdən sonra Pərvinin qardaşının həmin obyektə getdiyini ona dediklərini, sonradan qardaşının açarı şlaqbaumun yanına qoyub getdiyini, kamera görüntüləri ilə də bu halın təsdiqləndiyini, müqavilə üzrə təhvil-təslim olmadığını bildirmişdir. İddiaçının nümayəndəsinin suallarına cavab olaraq o, obyektin hansı şərtlərlə icarə verildiyinin ona məlum olmadığını, lakin obyektin onun yanında tərəfə təhvil verildiyini, mətbəxin açarının dəqiq nə zaman ona verildiyinin yadında olmadığını, mebellərin pis gündə olduğunu, qış aylarında da işlədiklərini, kommunal üzrə nə qədər ödənilməmiş borcun yığıldığını, hamısını özlərinin ödədiklərini, mətbəxin açarı verildikdən sonra orada işləmədiyini, hazırda obyekti müdiriyyətin özünün işlətdiyini, ödənilməmiş icarə haqqının bağışlanması söhbətinin olmadığını bildirmişdir. Tədqiq olunan sübutlar İş materiallarına əlavə edilmiş: Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin sədri (icarəyə verən) ilə İddiaçı (icarəçi) arasında imzalanmış 30 avqust 2006-cı il tarixli, 736 nömrəli “torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilənin 1.1-ci bəndinə əsasən “İсагəyəverən” icarə əsasında 6000 kv.m. olan sahəni (Novxanı bağ massivində sahibkarlıq fəaliyyətilə məşğul olmaq üçün göstərilən torpaq sahəsi) gələcəkdə “sahə” adlanan ərazini “İcarəçi” yə (uzunmüddətli) istifadəyə verir, “İcarəçi” isə onu qəbul edir. 2.1-ci bəndinə əsasən Bu müqavilə doxsan doqquz il (yazı ilə) müddətinə bağlanır. İddiaçı (icarəyəverən) ilə Cavabdeh (icarəçi) arasında imzalanmış 01 may 2024-cü il tarixli icarə müqaviləsinin 1.1-ci maddəsinə əsasən icarəyə verən icarəçiyə Bakı şəhəri, Binəqədi rayonu, X2 yerləşən 6000 kv.m-lik qeyri- yaşayış ərazisini və əmlakını (obyektin Kodu **********-10001) icarəyə verir. İcarəçi həmin obyekti özünün sahibkarlıq məqsədi üçün istifadə etməlidir. 1.2-ci bəndinə əsasən bu müqavilə 01 may 2024-cü il tarixdən qüvvəyə minir və qüvvədə olma müddəti 1 il, 01 may 2025-ci il tarixədək etibarlıdır. 2.1-ci bəndinə əsasən icarə verənin icarə qiyməti 1 təqvim ilinə görə 40000 manat təşkil edir. 2.2-ci bəndinə əsasən icarəçi tərəfindən göstərilmiş mövcud ödəniş müqavilə müddətində hissə-hissə dörd dəfəyə ödəniləcəkdir. 2.3-cü bəndinə əsasən icarəçi 1 il üçün müəyyən edilmiş məbləği icarəyə verənin bank hesabına və yaxud nağd şəkildə köçürür. İcarə haqqı 2024 cü ilin may ayının 15-indən gec olmayaraq 10000 manat, 2024 cü ilin İyun ayının 15-indən gec olmayaraq 10000 manat, 2024 cü ilin İyul ayının 15-indən gec olmayaraq 10000 manat və 2024 cü ilin avqust ayının 15-indən gec olmayaraq 10000 manat olaraq ya icarəyə verənin bank hesabına və yaxud da nağd şəkildə ödənilməlidir. 2.4-cü bəndinə əsasən icarəçi icarəyə verilmiş qeyri- yaşayış sahəsində işlənən, istifadə edilən kommunal xərclərini; qaz, işıq, su, kanalizasiyaya görə icarə müddəti üçün ödəməni öz öhdəliyinə götürür. 4.3-cü bəndinə əsasən icarəçi obyekti və avadanlıqları bu müqavilənin ayrılmaz hissəsi olan Akt-a uyğun təhvil almalı və geri qaytarmalıdır. Geri qayrarıldıqda normal köhnəlmə nəzərə alınmalıdı. 4.4-cü bəndinə əsasən icarəçi icarəyə götürdüyü yeri və onun əşya və avadanlıqlarını yaxşı (saz) vəziyyətdə saxlanmağa, avadanlıqları bu müqavilənin fəaliyyət müddəti başa çatdıqda 5.3-cü maddədə təsvir edilən fors-major vəziyyətlər nəticəsində baş verərsə, itki və sınma hadisələri istisna olmaqla təhvil verməyi öz öhdəsinə götürür. 5.1-ci bəndinə əsasən bu müqavilə aşağıdakı hallarda pozula bilər: icarəverənlə icarəçi arasında yazılı razılıq olan halda; tərəflərdən birinin müqavilənin şərtlərini pozduğu halda; icarəçinin vaxtında icarə haqqını verə bilmədiyi halda; icarə verənin icarəçinn icarə yerindən istifadə etmə hüquqlarını pozduğu halda. 5.2-ci bəndinə əsasən müqavilənin pozulduğu hallarda müqaviləni pozan tərəfdən biri digər tərəfi 1 ay qabaqcadan xəbərdar edir. İddiaçı ilə Cavabdeh arasında imzalanmış akta əsasən Bakı şəhəri, Binəqədi rayonu, X2 yerləşən 6000 kv.m-lik qeyri yaşayış ərazisinində yerləşən “X7” dəniz kənarı restoranında olan avadınlıqlar siyahı ilə - 1 İndesit xoladelnik, 1 Sharp, 1 Beko, 1 Rokos dondurucu, 2 Vitrin, 1 Ət vitrin, 1 Redbull (yoxla), 1 Free aparati 10lt, 1 X8, 3 Qaz Plitesi, 1 Ətçəkən, 1 Paltaryuyan, 1 Elektrik plitesi, 1 Stablizator 2000 VOLT, 1 Stablizator 500 VOLT, 1 Tok çaydani, 1 Terezi balaca, 1 Tərəzi Böyük, 3 Somovar balaca, 1 Somovar böyük, 2 Mangal, 96 Armudu stekan, 8 Kül qabi, 48 Stekan, 349 Boşqab, 41 Kasa, 15 Böyük Nəlbeki, 94 Balaca Nəlbəki, 22 Qənd qabi, 46 Sok Bakali, 15 Duz qabi, 3 Krafinka, 37 Runka, 3 Buz vedrəsi, 22 Bulud (Kababqab), 37 Bakal Pive, 21 Tava, 5 Qazan, 20 Çaynik, 3 Çaydan, 26 Qaşıq çay, 65 Süfrə bicagi, 4 Yağ bicagi, 4 Limon vilka, 5 Padnos Böyük, 13 Padnos, 4 Padnos plasmas, 65 Şiş, 3 Sac, 9 Kamera giriş tərəf, 1 Kamera manitor, 34 Lizanka ağ, 5 Lizanka, 5 Göy höhne, 1 Tenis masası, 40 Stul Həsir, 10 Stol Həsir, 37 Stul Plasmas, 1 Stol Plasmas, 1 Jurnalni Stol, 3 Arakəsmə, 5 Həsir, 18 Çörək qabi, 1 Su çəni 45 m3, 1 Su çəni 5 m3, 7 kamera dənizə yaxın hissə, 1 Prosessor, 1 Qamaq, 15 Mətbəxt Bıcağı, 84 Vilka, 40 Qaşıq boyuk, 1 Qənd qran, Kabinetlər üzrə (7 Stol, 60 Stul, 7 Tumbuçka, 7 Paltar asılqanı, 5 Kondisaner, 7 Duz-istiot qabi, 7 Külqabı, 7 Salfetka). Domiklər üzrə (3 Taxt, 3 Kravat (2mertəbə), 3 Stol - Stul (2), 3 Şkaf, Kondisaner, 3 Ariston, 3 Tumbuçka). Anbar üzrə (1 Ot biçən, 2 stol ağ, 1 Qaz Plitesi, 4 Raskladuşka, 1 Ventilyator, 1 Stabilizator 1, 300 Patron, 1 Kondisaner, 31 Naves altı stol) iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş, cavabdeh də aktı imzalamaqla qəbul etmişdir. xx.xx.2025-ci il tarixli qəbzə əsasən iddiaçı tərəfin qaz sərfiyyatına görə 903,54 manat, xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzə əsasən isə istifadə olunmuş elektrik enerjisinin dəyəri olaraq 1156,46 manat ödənilmişdir. xx.xx.2025-ci il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, İddiaçı 165 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 684.1-ci maddəsinə əsasən əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissəhissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir. 684.2-ci maddəsinə əsasən kirayəçi ona mənsub istifadə hüququnu hər hansı fərdi səbəblərə görə həyata keçirə bilmədiyinə görə əmlak kirayəsi haqqını ödəməkdən azad edilmir. Lakin kirayəyə verən kirayəyə verilmiş əşyadan istifadə zamanı qənaət edilmiş məsrəflərin hesabı, habelə əşyadan başqa şəkildə istifadə etsəydi, əldə edə biləcəyi faydaların hesabı ilə razılaşmalıdır. 685.1-ci maddəsinə əsasən əgər kirayəçi və ya onun kirayəyə götürdüyü əşyanı istifadəyə verdiyi hər hansı digər şəxs kirayəyə verənin xəbərdarlığına baxmayaraq müqaviləyə uyğun olmayan və kirayəyə verənin hüquqlarını əhəmiyyətli dərəcədə pozan istifadəni davam etdirirsə, o cümlədən əşyanı üçüncü şəxsin qeyri-hüquqi istifadəsində saxlayırsa və ya təhlükəyə məruz qoyursa, bununla da özünün vicdanlı kirayəçi vəzifələrini pozursa, kirayəyə verən kirayə müqaviləsini xəbərdarlıq müddətini gözləmədən ləğv edə bilər. Kirayəçi müqavilənin ləğvinə dair bildiriş vermək əvəzinə neqator iddiası da irəli sürə bilər. 685.2-ci maddəsinə əsasən kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini aşağıdakı hallarda ləğv edə bilər: 685.2.1. kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə; 685.2.2 ikidən çox müddət üçün iki aylıq əmlak kirayəsi haqqının məbləğinə çatan məbləğdə əmlak kirayəsi haqqının ödənilməsini gecikdirdikdə. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.3-cü maddəsinə əsasən əgər həmin Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə həmin Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 701.1-ci maddəsinə əsasən icarəlik əşya (icarə obyekti), o cümlədən torpaq sahəsi və ya müəssisə öz ləvazimatı ilə birlikdə icarəyə verilir. Əgər müqavilənin iştirakçıları bu Məcəllənin 701.2-ci maddəsinə uyğun qiymətləndirmə dəyəri üzrə ləvazimatın verilməsi şərtini qoymurlarsa, icarəyə verən bütün ləvazimatı olduğu şəkildə saxlamalıdır. İcarəyə verən icarəçinin cavabdeh olmadığı hər hansı hallar nəticəsində sıradan çıxan ləvazimat obyektlərini əvəz etməyə borcludur. Lakin icarəçi ləvazimata aid əşyaların və heyvanların adi sıradan çıxmasının yerini doldurmağa təsərrüfatın lazımınca aparılmasına uyğun gələn dərəcədə borcludur. 701.2-ci maddəsinə əsasən əgər icarəyə götürülən ləvazimatın dəyəri icarənin əvvəlində müqavilənin iştirakçıları və ya hər hansı üçüncü şəxs tərəfindən qiymətləndirilirsə və icarəçi icarəyə xitam verildikdən sonra bu ləvazimatı onun qiymətləndirmə dəyəri üzrə qaytarmaq öhdəliyini götürürsə, aşağıdakı qaydalar tətbiq edilir: 701.2.1. ləvazimatın təsadüfən məhv olması və təsadüfən pisləşməsi riski icarəçinin üzərinə düşür; 701.2.2. icarəçi ləvazimat obyektlərinə dair təsərrüfatın lazımınca aparılması çərçivəsində sərəncam verə bilər; 701.2.3. icarəçi ləvazimatı təsərrüfatın lazımınca aparılmasına uyğun gələn vəziyyətdə saxlamalı və uyğun gələn həcmdə daim əvəz etməlidir. Onun əldə etdiyi obyektlər ləvazimata birləşdirildikdən sonra icarəyə verənin mülkiyyəti olur; 701.2.4. icarəyə xitam verildikdən sonra icarəçi mövcud ləvazimatı icarəyə verənə qaytarmalıdır. İcarəyə verən icarəçinin əldə etdiyi və təsərrüfatın lazımınca aparılması qaydalarına görə icarəyə götürülmüş obyekt üçün lüzumsuz və ya həddindən artıq qiymətli olan ləvazimat obyektlərini qəbul etməkdən imtina edə bilər; imtina edilmiş obyektlərə mülkiyyət hüququ imtina anında icarəçiyə keçir; 701.2.5. əgər qəbul edilmiş ləvazimatla qaytarılmalı ləvazimatın ümumi qiymətləndirmə dəyərləri arasında fərq vardırsa, o, pulla kompensasiya edilir. Qiymətləndirmə dəyərləri üçün icarəyə xitam verildiyi məqamda qüvvədə olan qiymətlər əsas götürülməlidir. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Məhkəmə ilk növbədə qeyd edir ki, iddia tələbi 4 hissədən ibarətdir: 1) 01 may 2024-cü il tarixli icarə müqaviləsi üzrə 18.000 manat məbləğində icarə haqqı borcunun tutulması; 2) elektrik enerjisindən istifadəyə görə 1062,39 manat, təbii qazdan istifadəyə görə 903 manat pulun ödənilməsi; 3) dəymiş ziyana görə 5000 manatın ödənilməsi; 4) 01 may 2024-cü il tarixli icarə müqaviləsinin predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, X3 yerləşən ümumi sahəsi 6000 kv.m olan qeyri-yaşayış ərazisinin və təhvil-təslim aktındakı əmlakının cavabdehin qanunsuz sahibliyindən alınaraq ona təhvil verilməsi. Məhkəmə iddia tələbinin 1-ci hissəsi ilə bağlı qeyd edir ki, tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı cavabadehlə aralarında imzalanmış müqaviləyə uyğun olaraq Bakı şəhəri, Binəqədi rayonu, X3 yerləşən ümumi sahəsi 6000 kv.m olan qeyri-yaşayış ərazisini və əmlakını, 2024-cü ilin may ayının 15-dən gec olmayaraq 10000 manat, iyun ayının 15-dən gec olmayaraq 10000 manat, iyul ayının 15-dən gec olmayaraq 10000 manat və avqust ayının 15-dən gec olmayaraq 10000 manat ödəmək şərti ilə 1 il müddətinə cavabdehin istifadəsinə vermişdir. Cavabdeh icarə haqqından 22000 manat ödəmiş, lakin qalan 18000 manatı ödəməmişdir. İddiaçı hazırda həmin qalıq 18000 manat ödənilməsini tələb etmiş, cavabdeh isə etiraz edərək şifahi razılaşmaya əsasən həmin məbləğin iddiaçı tərəfindən silindiyini bildirmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq, sübutlara məcmu halında hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia tələbi 1-ci hissəyə münasibətdə əsaslı olduğundan təmin edilməlidir. Çünki işin faktiki hallarından və tərəflərin izahatlarından məlum olur ki, tərəflər arasında olan icarə müqaviləsinin icrasından, yəni iki ardıcıl müddət üçün kirayə haqqının xeyli hissəsinin ödənilməsindən cavabdeh tərəfindən bir tərəfli qaydada imtina edilməklə və icarə obyekti 2024-cü ilin oktyabr ayında iddiaçıya təhvil verilməklə müqavilə vaxtından əvvəl ləğv edilmişdir. Cavabdeh icarə haqqını tam ödəməməsinin və obyekti təhvil verməsinin səbəbi kimi havaların isti keçməməsini əsas gətirmişdir ki, bu da müqavilənin icrasından imtina üçün əsas ola bilməz. İddiaçı tərəf cavabdehin icarə obyektini təhvil vermədiyini, müqavilə münasibətlərinin xx.xx.2025-ci il tarixə kimi müqavilənin müddətinin olduğunu bildirsə də, yuxarıda qeyd olunduğu kimi cavabdehin müqavilənin icrasından bir tərəfli imtina etməsi, yəni icarə haqqını ödəməyərək obyektin açarını təhvil verməsi faktiki olaraq müqavilənin 2024-cü ilin oktyabr ayından ləğv edildiyini təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 yalnız mətbəxin açarının təhvil verildiyini, kabinetlərin açarının təhvil verilmədiyini bildirsə də, sonradan kabinetlərin açarının mətbəxdə asılı olduğunu, 1 kabinetin açarının isə sonradan cavabdehin qardaşı tərəfindən şlaqbaumun yanına qoyulduğunu demişdir. Cavabdeh aralarında olan razılaşmaya əsasən iddiaçının qalan 18000 manat borcu sildiyini bildirsə də, bu fakı təsdiq edəcək sübutları məhkəməyə təqdim edə bilməmiş, iddiaçı isə 8000 manatı cavabdeh sentyabr ayında ödəyəcəyi halda qalan 10000 manatın silinməsi məsələsinə baxılacağını bildirdiyini qeyd etmişdir. Göründüyü kimi tərəflər arasındakı icarə müqaviləsi iddiaçının deyil, cavabdehin hərəkətləri nəticəsində vaxtından əvvəl ləğv edilmişdir. Belə olan halda isə müqavilənin ləğv edilməsi həmin anadək tərəflərin yaranmış olan hüquq və öhdəliklərini aradan qaldırmır, yalnız ləğv anından sonra tərəflərin müqavilə münasibətlərinə xitam verir. Buna görə də iddiaçının cavabdehdən MM-nin 700.1-ci maddəsinə əsasən icrarə haqqının qalan 18000 manatını tələb etmək hüququ vardır və onun tələbi həmin hissədə haqlıdır. Qanunvericilik normalarını, müqavilənin şərtlərini, cavabdehin müqavilə öhdəliklərini tam icra etmədiyini, icarə haqqını tam, yəni 18000 manat pulu ödəmədiyini, icarə müqaviləsinin cavabdehin hərəkətləri nəticəsində ləğv edildiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə əsaslıdır, buna görə də qalan 18000 manat icarə haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin ikinci hissəsi - elektrik enerjisindən istifadəyə görə 1062,39 manat, təbii qazdan istifadəyə görə 903 manatın ödənilməsi ilə bağlı qeyd edir ki, cavabdehin məhkəmə iclasında kommunal borcun obyekti icarə götürdüyü dönəmdə yarandığını etiraf etməsi və iddianı bu hissədə qəbul etməsi nəzərə alınmaqla iddia bu hissədə də təmin edilməli, elektrik enerjisindən istifadəyə görə 1062,39 manat, təbii qazdan istifadəyə görə 903 məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Çünki icarə müqaviləsinin 2.4-cü bəndinə əsasən kommunal xərclərini icarə müddəti üçün ödəmək öhdəliyini cavabdeh öz üzərinə götürmüş, lakin müqavilə üzrə bu öhdəliyini də icraetməmişdir. Buna görə də iddiaçı cavabdehdən müqavilə üzrə öhdəliyin icrasını tələb etməkdə haqlıdır. Məhkəmə iddia tələbinin üçüncü hissəsi - dəymiş ziyana görə 5000 manatın tələb edilməsi ilə bağlı qeyd edir ki, iddiaçı dəymiş ziyana görə 5000 manat məbləğində pulun ödənilməsini tələb etsə də, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinin tələbi baxımından, dəymiş ziyanın nədən ibarət olduğunu, həmin məbləğin necə əldə olunduğunu, hardan yarandığını sübut edə bilməmiş, bu barədə zəruri sübutlar təqdim etməmişdir. Məhkəmə iddia tələbinin dördüncü hissəsi - 01 may 2024-cü il tarixli icarə müqaviləsinin predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, X3 yerləşən ümumi sahəsi 6000 kv.m olan qeyri-yaşayış ərazisinin və təhvil-təslim aktındakı əmlakının cavabdehin qanunsuz sahibliyindən alınaraq ona təhvil verilməsi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə, yuxarıda qeyd edilənləri, həmçinin icarə obyektinin icarəçiyə təhvil verilməsinin şahid ifadələri ilə təsdiqləndiyini, icarə obyektinin açarının icarəçinin adından obyekti işlədən, obyektə nəzarət edən Şahin adla şəxsə verildiyini, həmin şəxsin də məhkəmə iclasında şahid qismində dindirilərkən obyektin açarının ona verildiyini, iddiaçı tərəfin obyektin onlarda olduğunu və hazırda iddiaçının özünün işlətdiyini bildirməsini nəzərə alaraq hesab edir ki, Bakı şəhəri, Binəqədi rayonu, X3 yerləşən ümumi sahəsi 6000 kv.m olan qeyri-yaşayış ərazisi faktiki olaraq cavabdeh tərəfindən iddiaçıya təhvil verildiyindən və bu gün də iddiaçıda olduğundan həmin hissədə iddia təmin olunmamalıdır. Bundan başqa təhvil-əslim aktındakı əmlakların cavabdehdən alınması ilə bağlı məhkəmə qeyd edir ki, icarə müqaviləsinə əsasən cavabdeh təhvil-təslim aktı ilə aldığı əmlakları təhvil-təslim aktı ilə qaytarmalı olduğu halda, belə akt tərtib edilməmişdir. Lakin bununla belə iddiaçı cavabdeh açarları təhvil verdikdən sonra əmlaklardan hansıların yerində olmaması, təhvil verilməməsi barədə məhkəməyə heç bir sübut tədim etməmişdir. Eyni zamanda iddiaçı obyekti 2024-cü ilin oktyabr ayından təhvil alaraq bu günə kimi özü istifadə etmişdir ki, bununla da, artıq həmin əmlakların cavabdeh tərəfindən təhvil verilmədiyini, yoxsa iddiaçının istifadəsi zamanı yararsız hala düşərək məhv olduğunu müəyyən etmək mümkün deyildir. Buna görə də iddia tələbi həmin hissədə təmin olunmamalıdır. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı hüquqi yardım üzrə vəkil xərcinin əvəzi olaraq 570 manat məbləğində pulun ödənilməsini xahiş etsə də, həmin məbləğdə ödənişin edilməsinə dair hər hansı sənədi məhkəməyə təqdim etməmişdir. Həmçinin, iddia qismən təmin olunduğundan məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 165 manat dövlət rüsumunun 149,90 manatının əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı və Cavabdeh arasında bağlanmış 01 may 2024-cü il tarixli icarə müqaviləsinə əsasən 18 000 (on səkkiz min) manat icarə haqqı borcu, elektrik enerjisindən istifadəyə görə 1062 (bir min altmış iki) manat 39 (otuz doqquz) qəpik, təbii qazdan istifadəyə görə 903 (doqquz yüz üç) manat olmaqla, cəmi 19 965 (on doqquz min doqquz yüz altmış beş) manat 39 (otuz doqquz) qəpik pul vəsaiti, habelə ödənilmiş dövlət rüsumunun 149 (bir yüz qırx doqquz) manat 90 (doxsan) qəpiyinin əvəzi Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar