Məhkəmə qərarları › İş №e-2-2(113)-5155/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5155/2025

30.10.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5155/2025 30.10.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alğı-satqı,pul) X7 Rövşən qızının sədrliyi, Nuriyeva Nigar Fikrət qızının katibliyi, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı "xxxx" MMC-nin (bundan sonra-iddiaçı) cavabdeh "xxxx" MMC-yə ( bundan sonra-cavabdeh) qarşı “pul” qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 70800,0 manat pul məbləğinin, pul məbləğinin gecikdirilməsinə görə 3540,0 manat faizin, 313,02 manat dövlət rüsumunun və 320,0 manat vəkil xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 23 yanvar 2024-ci il tarixli 24 nömrəli alğı satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən İddiaçı MMC tərəfindən ƏDV ilə birlikdə 223219,82 manat dəyərində müxtəlif mallar təqdim edilmişdir. Malların təqdim edilməsi ilə bağlıİddiaçı MMC tərəfindən elektron qaimə fakturalar göndərilmiş və həmin fakturalar təsdiq edilmişdir. Bundan başqa malların təhvil verilməsi ilə bağlı tərəfələr arasında təhvil təslim aktları imzalanmışdır. Hazırda İddiaçı MMC tərəfindən satılmış mallara görə Cavabdeh MMCnin ümumilikdə 70800,0 manat borcu vardır. 70800,0 manat pul vəsaiti cavabdeh tərəfindən ödənilmədiyi üçün həmin vəsaitin, həmin vəsaitin, pul məbləğinin gecikdirilməsinə görə 3540,0 manat faizin, 313,02 manat dövlət rüsumunun və 320,0 manat vəkil xərclərinin cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

3. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Cavabdehndən müqavilə üzrə yaranmış 55185,06 manat pul məbləğinin, pul məbləğinin gecikdirilməsinə görə 3540,0 manat faizin, 313,02 manat dövlət rüsumunun və 320,0 manat vəkil xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada iddiaçı tərəfə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş,və iddiaçının nümayəndəsi məhkəmə ərizə ilə müraciət edərək ,işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi.

5. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 iddia tələbini qismən qəbul etmişdir. III. Məhkəmə baxışının hədləri:

6. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

7. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

IV. Sübutların tədqiqi:

8. İddiaçı MMC (“satıcı”) ilə Cavabdeh MMC (“alıcı”) arasında imzalanmış xx.xx.2024-cü il tarixli 24 nömrəli alğı-satqı müqaviləsi imzalanmışdır. Həmin Müqavilənin: - 1.1-ci bəndinə əsasən müqaviləyə əsasən “satıcı" qara metal məmulatlarının adını,miqdarını və qiymətini müqaviləyə əlavədə ((X1) həmin Protokol bu müqavilənin ayrılmaz tərkib hissəsini təşkil edir) “alıcı" isə malı qəbul edir, əvəzinə bu müqavilənin şərtləri ilə müəyyən olmuş malların dəyəri miqdarında ödənişi satıcıya nağdsız qaydada ödəməyi öhdəsinə götürür. - 2.1.1-ci bəndinə əsasən müqavilədə göstərilən malı “elektron qaimə faktura”əsasında satıcının strukturuna daxil olan təşkilatların ərazisində alıcıya təhvil verir. - 2.1.3-ci bəndinə əsasən müqaviləyə əsasən Alıcının üzərinə düşən öhdəliklərin vaxtında və lazimi qaydada icra olunmasını və pozntuya yol verilməməsini alıcıdsn tələb edir. - 2.2.3-ci bəndinə əsasən Satıcı Alıcıya satış haqqında sənədləri alğı-satqı həyata keçirilən vaxt təqdim edir.Sənədlərin (hesab faktura,elektron qaimə faktura,qiymətlərin razılaşdırma protokolu və təhvil-qəbul aktı) alıcıya təqdim edilmə vaxtı alğı satqının baş tutulmasl hesab olunur. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq olunmuşdur.

9. İddiaçı tərəfindən cavabdehə EBDX 564863 saylı xx.xx.2024-cü il tarixli 51889.32 manat,EBEB 283901 nömrəli xx.xx.2024-cü il tarixli 22308.37 manat,EBEB 284929 nömrəli xx.xx.2024-cü il tarixli 6372 manat,EBEB 518408 nömrəli xx.xx.2024-cü il tarixli 12077.30 manat,EBEB 500673 nömrəli xx.xx.2024-cü il tarixli 7773.83 manat , EBEB 638919 nömrəli xx.xx.2024-cü il tarixli 23480.83 manat , EBEB 648549 nömrəli xx.xx.2024-cü il tarixli 4861.8 manat, EBEB 500673 nömrəli xx.xx.2024-cü il tarixli 7773.83 manat, EBEC 847345 nömrəli xx.xx.2024-cü il tarixli 11609.91 manat, MT2405 10280217 nömrəli xx.xx.2024-cü il tarixli 11550.78 manat, EBEC 918523 nömrəli xx.xx.2024-cü il tarixli 10130.01 manat, MT2405 10326869 nömrəli. xx.xx.2024-cü il tarixli 11914.46 manat, MT2408 11769687 nömrəli xx.xx.2024-cü il tarixli 10508.61 manat, MT2409 10849466 nömrəli xx.xx.2024-cü il tarixli 30998.84 məbləğində elektron qaimə göndərilmişdir.

10. İddiaçı ilə cavabdeh arasında imzalanmış xx.xx.2024-cü il tarixli X2 51889.32 manat məbləğində malın verilməsi razılaşdırılmışdır.Protokol hər iki tərəfin imzası və satıcının möhürü ilə təsdiq edilmişdir.

11. İddiaçı ilə cavabdeh arasında imzalanmış xx.xx.2024-cü il tarixli X2 22308.37 manat məbləğində malın verilməsi razılaşdırılmışdır.Protokol hər iki tərəfin imzası və satıcının möhürü ilə təsdiq edilmişdir.

12. İddiaçı ilə cavabdeh arasında imzalanmış xx.xx.2024-cü il tarixli X2 6372 manat məbləğində malın verilməsi razılaşdırılmışdır.Protokol hər iki tərəfin imzası və satıcının möhürü ilə təsdiq edilmişdir.

13. İddiaçı ilə cavabdeh arasında imzalanmış xx.xx.2024-cü il tarixli X2 12077.30 manat məbləğində malın verilməsi razılaşdırılmışdır.Protokol hər iki tərəfin imzası və satıcının möhürü ilə təsdiq edilmişdir.

14. İddiaçı ilə cavabdeh arasında imzalanmış xx.xx.2024-cü il tarixli X2 7773.84 manat məbləğində malın verilməsi razılaşdırılmışdır.Protokol hər iki tərəfin imzası və satıcının möhürü ilə təsdiq edilmişdir.

15. İddiaçı ilə cavabdeh arasında imzalanmış xx.xx.2024-cü il tarixli X2 23480.82 manat məbləğində malın verilməsi razılaşdırılmışdır.Protokol hər iki tərəfin imzası və satıcının möhürü ilə təsdiq edilmişdir.

16. İddiaçı ilə cavabdeh arasında imzalanmış xx.xx.2024-cü il tarixli X2 4861.60 manat məbləğində malın verilməsi razılaşdırılmışdır.Protokol hər iki tərəfin imzası və satıcının möhürü ilə təsdiq edilmişdir.

17. İddiaçı ilə cavabdeh arasında imzalanmış xx.xx.2024-cü il tarixli X2 7744.39 manat məbləğində malın verilməsi razılaşdırılmışdır.Protokol hər iki tərəfin imzası və satıcının möhürü ilə təsdiq edilmişdir.

18. İddiaçı ilə cavabdeh arasında imzalanmış xx.xx.2024-cü il tarixli X2 11609.91 manat məbləğində malın verilməsi razılaşdırılmışdır.Protokol hər iki tərəfin imzası və satıcının möhürü ilə təsdiq edilmişdir.

19. İddiaçı ilə cavabdeh arasında imzalanmış xx.xx.2024-cü il tarixli X2 11550.78 manat məbləğində malın verilməsi razılaşdırılmışdır.Protokol hər iki tərəfin imzası və satıcının möhürü ilə təsdiq edilmişdir.

20. İddiaçı ilə cavabdeh arasında imzalanmış xx.xx.2024-cü il tarixli X2 10130.01 manat məbləğində malın verilməsi razılaşdırılmışdır.Protokol hər iki tərəfin imzası və satıcının möhürü ilə təsdiq edilmişdir.

21. İddiaçı ilə cavabdeh arasında imzalanmış xx.xx.2024-cü il tarixli X2 11914.46 manat məbləğində malın verilməsi razılaşdırılmışdır.Protokol hər iki tərəfin imzası və satıcının möhürü ilə təsdiq edilmişdir.

22. İddiaçı ilə cavabdeh arasında imzalanmış xx.xx.2024-cü il tarixli X2 10508.61 manat məbləğində malın verilməsi razılaşdırılmışdır.Protokol hər iki tərəfin imzası və satıcının möhürü ilə təsdiq edilmişdir.

23. İddiaçı ilə cavabdeh arasında imzalanmış xx.xx.2024-cü il tarixli X2 30998.84 manat məbləğində malın verilməsi razılaşdırılmışdır.Protokol hər iki tərəfin imzası və satıcının möhürü ilə təsdiq edilmişdir.

24. İddiaçı tərəfindən Cavabdeh MMC-yə xx.xx.2025-ci il tarixli pretenziya məktubu ünvanlanaraq borcun 3 gün ərzində ödənilməsi xahiş edilmiş, əks təqdirdə müvafiq məhkəmə instansiyasına müraciət ediləcəkdir.

V. Tətbiq edilən hüquq:

25. AR Mülki Məcəlləsinin: - 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə isə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır.

27. Məhkəmə hesab edir ki, iş üzrə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.5-ci maddəsində göstərilən hallar – iddianın etirafının qanuna zidd olması və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozması kimi hallar müəyyən edilmədiyindən cavabdehlərin iddianın etirafı ərizəsi məhkəmə tərəfindən qəbul edilməlidir.

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinin tələbinə görə, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.

29. AR MPM-in: - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2018-ci il tarixli Plenum Qərarında qeyd edilir ki, “...mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.”

31. Avropa İnsan Hüquqları Məhkəməsinin ədalətli məhkəmə araşdırması hüququna dair (maddə 6): “Yerli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (Suominen Finlandiyaya qarşı, § 36). Bu öhdəlik üzrə qərarın əsaslandırılması dərəcəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər və yalnız işin konkret halları işığında şərh edilməlidir. (X5rşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27)”

Vİ.Məhkəmənin mövqeyi:

32. Məhkəmə materialları araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

33. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, müqavilə azadlığı prinsipinə uyğun olaraq tərəflər arasında alğı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən iddiaçı üzərinə düşən öhdəlikləri tam icra edərək, tələb edilən malları cavabdehə satsa da, cavabdeh təqdim edilmiş malın dəyərini tam ödəməmiş, bununla da müqavilə öhdəliklərini pozmuşdur. Məhkəmə qedy edir ki, tərəflər arasında müqavilə münasibətərinin olması iddiaçı tərəfindən cavabdehə malların təhvil verilməsi işin mübahisəsiz hallarıdır. Lakin cavabdeh əvvəlki məhkəmə iclaslarında iddianı qəbul etsə də, sonuncu iclasda iddiaçıya təxminən 25000 manat ödəniş etdiyini lakin buna dair heç bir sübutunun olmamasını bildirərək əsas borcdan həmin məbləğin silinməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, cavabdeh sonuncu qeyd etdiyi halla bağlı məhkəməyə heç bir sübut təqdim etmədiyindən, cavabdehin iddiaçıya 55185.06 manat məbləğində borcu yaranması iş materialları ilə öz təsdiqini tapır.Qeyd edilən hal, iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş və məhkəmə iclaslarında tədqiq edilmiş, alğı-satqı müqaviləsi ilə təsdiq edilir.

34. Məhkəmə qeyd edir ki, müqavilə azadlığı prinsipinə uyğun olaraq tərəflər arasında alğı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən iddiaçı üzərinə düşən öhdəlikləri tam icra edərək, tələb edilən malları cavabdehə satsa da, cavabdeh təqdim edilmiş malın dəyərini tam ödəməmiş, bununla da müqavilə öhdəliklərini pozmuşdur. Nəticədə cavabdehin iddiaçıya 55185.06 manat məbləğində borcu yaranmışdır.

35. Məhkəmə sadalanan qanunvericilik normalarını, eyni zamanda cavabdehin müqaviləyə əsasən verilmiş malların dəyərindən – 55185.06 manat məbləğində pul vəsaitini - ödəməməklə müqavilə öhdəliklərini lazımi qaydada icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, eləcə də cavabdehin iddiaçıya 55185.06 manat məbləğində borcunu təsdiq etdiyini nəzərə alaraq hesab edir ki, cavabdehdən 55185.06 manat borc tutularaq iddiaçıya ödənilməlidir.

36. Bundan başqa iddiaçı öz iddia tələbində müqavilə dəyərinin ödənilməsinin gecikməsinə görə hesablanmış 3540 manatın da cavabdehdən tutulmasını tələb etmişdir.

37. Məhkəmə cavabdeh tərəfindən borcun ödənilməsinin gecikdirildiyi müddəti və 55185.06 manat əsas borc məbləğini nəzərə alaraq hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməli və illik 5% ilə hesablanmış 2759.25 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

38. Vəkil yardımına görə çəkilmiş xərclərin tutulması tələbi ilə bağlı məhkəmə qeyd edir ki, MPM-in 121.1-ci maddəsinin tələblərini nəzərə alaraq vəkil yardımına çəkilmiş xərclərə görə cavabdehdən 320 manat məbləğində pulun tutulmasını ağlabatan hesab edir.

39. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 313.02 manat məbləğində dövlət rüsum iddiaçı tərəfindən ödənilmişdir.

40. Hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 264 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir.

41. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC -dən 55185.06 manat (əlli beş min yüz səksən beş manat,altı qəpik) manat əsas borc,pul məbləğinin gecikdirilməsinə görə 2753.3 ( iki min yeddi yüz əlli üç manat,otuz qəpik) manat hüquqi xidmət göstərilməsinə görə vəkilə ödənilmiş 320 (üç yüz iyirmi ) manat xidmət haqqı və iddianın təmin olunmuş hissəsinə nisbətdə ödənilmiş 264 (iki yüz altmış dörd ) manat dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə tutulsun. İddia tələbi digər hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar