Məhkəmə qərarları › İş №e-2-2(113)-5160/2025

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-5160/2025

23.06.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-5160/2025 23.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi X1, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X2rşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, müəyyən etdim: İddiaçı ASC iddia ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X5 Sabunçu rayonu Sukanal İdarəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq ona istifadə etmədiyi suya görə əsassız olaraq hesablanmış 4000 manat məbləğin şəxsi hesabdan silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olduğundan ərizənin qəbulundan imtina edilməlidir. Çünki eyni iddia ərizəsi Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2- 2(113)-5159/2025 saylı qərardadına əsasən hakim Ülkər Həsənova tərəfindən icraat qəbul edilmiş və hal-hazırda iş icraatdadır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 153.2.4-cü maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Beləliklə, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa hakimin icraatında iş olduğuna görə hesab edirəm ki, İddiaçı ASCnin cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair ərizəsinin icraata qəbulundan imtina edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263, 264, 268 və 269–cu maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X2rşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsinin icraata qəbulundan imtina edilsin. Qərardaddan, həmin qərardad tərəflərə rəsmi qaydada verildikdən (“elektron kabinet”lərinə yerləşdirildikdən) sonra 10 gün müddətində (elektron formada) Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar