Məhkəmə qərarları › İş №e-2-2(113)-517/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-517/2020

12.03.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-517/2020 12.03.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, məsləhətçi Məmmədzadə Sevinc Bağman qızının katibliyi ilə, Ərizəçi İddiaçı nümayəndəsi X3 iştirakı ilə, İddiaçı müflis elan edilməsi barədə ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı müflis elan edilməsi barədə ərizəylə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi xx.xx.2001-ci il tarixdə 1001 sıra sayı ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçmiş və vergi orqanından xx.xx.2001-ci il tarixdə qeydiyyatdan keçməklə ********* VÖEN almışdır. xx.xx.2004-cü il tarixdən ********** saylı VÖEN almışdır. Ərizəçi sürətli poçt xidməti ilə məşğul olmuşdur. Göstərlən fəaliyyət növü xüsusi razlıq, lisenziya tələb olunan failyyət növü olduğu üçün xx.xx.2005-ci il tarixdə 5 il müddətinə 001515 saylı və xx.xx.2011-ci il tarixdə 5 il müddətinə 065569 saylı lisenziyalar almışdır. Göstərilən fəaliyyəti icra etmək məqsədilə xarici hüquqi şəxs olan “FEDEX”-in göndərdiyi poçt bağlamasını Azərbaycan Respublikasında olan sahibinə çatdırmış və Azərbaycan Respublikası hüquqi və şəxsinin poçt bağlamasını xaricidəki sahibinə çatdırmaq üçün “FEDEX”-ə göndərmişdir. xx.xx.2014-cü il tarixdən “FEDEX” müqaviləni birtərəfli qaydada ləğv etdiyi üçün ərizəçi fəaliyyətini dayandırmaq məcburiyyətində qalmışdır. Bu məqsədlə Bakı Vergilər Departamentinə xx.xx.2014-cü il tarixdə 5 il müddətinə fəaliyyətinin dayandırılması barədə **********862000 saylı ərizə təqdim edilmişdir. Həmin tarixdən sonra ərizəçi fəaliyyət göstərməmişdir. Əvvələr yaranmış kreditor borcu qalmış və hər il üzləşmə aktı bağlanmaqla iddia müddəti təzələnmişdir. Ona görə də xarici hüquqi şəxslərə olan kreditor borcunun iddia müddətinin axımı xx.xx.2019-cü il tarixdən başlanmış və həmin borclar M&M Militzer & X9 AG-yə 251117.91 ABŞ dolları, MCF Management, Consulting & Finance AG-yə 340480,0 ABŞ dolları, TS Trans Service AG, St.Gallan-a 122754,00 ABŞ dolları, MCF Management, Consulting & Finance AG-yə 110065,00 Avro təşkil edir. Həmçinin əmək haqqı üzrə 6664.75, məcburi dövlət sığortası üzrə 1762,5 işsizlik sığortası üzrə 70.5 sosial sığorta üzrə faiz borcu 248.75 və işsizlik sığortası üzrə faiz borcu 9.89 manat kreditor borc qalmışdır. Həmin kreditor borcların ödənilməsi ərizəçi fəaliyət göstərmədiyi və aktivləri mövcud olmadığı üçün münkün olan hal deyildir. Göstərlən halı Azərbaycan Respublkası Auditorlar Palatası tərəfindən xx xxxxxx 2016-ci il tarixdə SA/065 saylı icazənin sahibi X6 tərəfindən aparılmış 2018-ci il üçün müstəqil audit rəyidə təsdiqini tapmışdır. Audit tərəfindən verilmiş BV seryalı SA/065 saylı rəyində göstərlir ki, borclunun heç bir aktivi mövcud deyil ki, kreditor borcları ödənilməsi mövcud olsun. Ona görə də müflis vəziyyətindədir. Göstərilənlərə əsasən kommersiya fəaliyyəti ilə məşğul olan ərizəçi təşkilatların, kreditorların və dövlət büdcəsi qarşında öhdəlikləri olduğundan, lakin öz öhdəliklərini yerinə yetirə bilmədiyindən iflas prosesinə başlamaq üçün məhkməyə müracət etmişdir. Ərizəçinin xx.xx.2018-ci il tarixdən hal-hazıra kimi əmək haqqı, avqust 2018-ci il tarixdən hesablanmış sosial sığorta haqqları və diğər kreditorlar qarşısında borcları olduğundan, göstərlən borcların ödəmə qabiliyyəti olmamasına görə ərizəçi müflis elan edilməsinə dair məhkəməyə ərizə ilə müracət etməyə haqlıdır. Ərizəçinin nümayəndəsi və vəkili X5 məhkəmə iclasında ərizəni müdafiə edərək ərizəyə uyğun izahat verdi və ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Kreditorlar məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən nümayəndələri məhkəmə iclasına gəlməmişlər. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: Kommersiya qurumunun Dövlət reyestrindən çıxarışının surətindən görünür ki, İddiaçı xx xxxxxx 2001-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Ərizəçinin səlahiyyətli orqanının xx xxxxxxx 2019-cu il tarixli qərardan görünür ki, ərizəçinin iflas prosesinə başlanması üçün məhkəməyə müraciət etmək barəsində qərar qəbul edilmişdir. Ərizədən görünür ki, ərizəçi iflas prosesi ilə bağlı X1 əmlak inzibatçısı təyin olunmasını təklif etmişdir. Ödəmə qabiliyyətsizliyi barədə sübutdan görünür ki, ərizəçinin M&M Militzer & X9 AG-yə 251117.91 ABŞ dolları, MCF Management, Consulting & Finance AG-yə 340480,0 ABŞ dolları, TS Trans Service AG, St.Gallan-a 122754,00 ABŞ dolları, MCF Management, Consulting & Finance AG-yə 110065,00 Avro, əmək haqqı üzrə 6664.75, məcburi dövlət sığortası üzrə 1762,5 işsizlik sığortası üzrə 70.5 sosial sığorta üzrə faiz borcu 248.75 və işsizlik sığortası üzrə faiz borcu 9.89 manat kreditor borcları vardır. Həmin kreditor borcların ödənilməsi ərizəçinin fəaliyyət göstərmədiyi və aktivlərinin mövcud olmadığı üçün mümkün deyildir. Göstərilən hal ərizəçinin kreditor borclarının ödəmə qabiliyyətinin olmamasını təsdiq edir. xx xxxxxx 2017-ci il tarixə kapitalda dəyişiklər haqqında hesabatın surətindən görünür ki, ərizəçinin hesabat dövrünün sonuna ******* manat zərəri olmuşdur. xx xxxxxx 2018-ci il tarixə mühasibat balansının surətindən görünür ki, ərizəçinin ödənilməmiş zərəri 2017-ci il üçün ******* manat, 2018-ci il üçün ******* manat təşkil edir. xx xxxxxx 2018-ci il tarixə mənfəət və zərər haqqında hesabatın surətindən görünür ki, ərizəçinin 2018-ci il üçün mənfəəti olmamış, 2452 manat məbləğində zərərlə işləmişdir. xx xxxxxx 2018-ci il tarixə pul vəsaitlərinin hərəkəti haqqında hesabatın surətindən görünür ki, ərizəçinin pul vəsaitlərinin hərəkəti olmamışdır. Maliyyət arayışının surətindən görünür ki, ərizəçinin xx xxxxxx 2018-ci il tarixə kreditor borcları M&M Militzer & X9 AG-yə 251117.91 ABŞ dolları, MCF Management, Consulting & Finance AG-yə 340480,0 ABŞ dolları, TS Trans Service AG, St.Gallan-a 122754,00 ABŞ dolları, MCF Management, Consulting & Finance AG-yə 110065,00 Avro, əmək haqqı üzrə 6664.75 manat, məcburi dövlət sığortası üzrə 1762,5 manat, işsizlik sığortası üzrə 70.5 manat, sosial sığorta üzrə faiz borcu 248.75 manat və işsizlik sığortası üzrə faiz borcu 9.89 manat təşkil edir. Əmlak inzibatçısı vəzifəsinə təklif olunan X1 ərizəsindən görünür ki, X1 müvəqqəti əmlak inzibatçısı təyin edilməsində hər hansı dərəcədə şəxsi marağı yoxdur, habelə əvvəllər ərizəçinin və ya onun törəmə müəssisələrinin, fialiallarının, nümayəndəliklərinin müdiri və ya keçmiş müdiri, yaxud mülkiyyətçisi deyildir, yaxud ərizəçinin kreditoru və ya debitoru deyildir, ərizəçi ilə hər hansı formalı ortaqlıqdakı tərəfdaşı deyildir və cəmiyyətin əmlak inzibatçısı vəzifəsinə təyin edilməsinə etiraz etməmişdir. “Azərbaycan” rəsmi dövlət qəzetinin xx xxxxxx 2020-ci il tarixli 31 (8347) saylı buraxılışının 8-ci səhifəsindən görünür ki, ərizəçinin müflis elan edilməsinə dair işi üzrə təyin edilmiş xx xxxxxx 2020-ci il tarixdə, saat 11:30-da keçiriləcək məhkəmə iclası barədə bildiriş dərc olunmuşdur. Xarici ölkədə nəşr olunan 2 ədəd qəzetlərin surətlərindən görünür ki, ərizəçinin müflis elan edilməsinə dair işi üzrə məhkəmə iclasının vaxtı və yeri barədə elan dərc olunmuşdur. Müstəqil auditor rəyinin surətindən görünür ki, xx xxxxxx 2019-cu il tarixə ərizəçinin ümumi məbləği ******* manat həcmində yaranmış kreditor borcların qaytarılmasını təmin etmək mümkün olmamışdır. Beləliklə, ərizəçinin fəaliyyətsizliyi və maddi vəziyyətinin ağır olması, ödəmə qabilyyətinin olmaması nəticəsində kreditor borcların qaytarılması təmin olunmamış, həmçinin Cəmiyyətin mülkiyyətində daşınar və daşınmaz əmlakları, kassa və bank hesablarında heç bir vəsait aşkar edilməmiş, həmçinin hər hansı bir müəssisə və təşkilatlardan alacağı gəlirlər və vəsaitləri yoxdur, maddi vəziyyətinin pis olması səbəbindən ərizəçinin borclarını ödəmək imkanı yoxdur, o müflis vəziyyətindədir. Məhkəmə iş materiallarını tədqiq edib, ərizəçinin nümayəndəsi və vəkilinin izahatını dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizətəmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.1-ci maddəsinə əsasən hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Həmin Məcəllənin 63.1-ci maddəsinə əsasən əgər hüquqi şəxs kreditorların tələblərini ödəməyə qadir deyildirsə, o, məhkəmənin qərarı ilə müflis sayıla bilər. “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən borclu ödəmə qabiliyyəti olmadığı halda iflas prosesinə məruz qalır. Borclu o halda ödəmə qabiliyyəti olmayan sayılır ki, bunu özü təsdiq etsin, yaxud məhkəmə və ya kreditorlar müəyyən etsin ki: a) borclu həyata və ya sağlamlığa vurulmuş zərərin ödənilməsi, alimentin tutulması, əmək və onunla bağlı münasibətlərindən yaranan öhdəliklər üzrə, müəlliflik müqaviləsinə görə ödənilən haqlar ilə bağlı kreditorlar qarşısında öhdəliklərini icra müddəti başladığı andan etibarən ardıcıl 2 (iki) ay ərzində tam icra etməmişdir; b) borclu vergilər (faizlər və tətbiq edilmiş maliyyə sanksiyaları) və başqa dövlət ödənişlərini onların hesablandığı gündən etibarən ardıcıl 10 (on) ay ərzində tam icra etməmişdir; c) borclu digər kreditorlar qarşısında öhdəliklərini onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra etməmişdir. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən iflas haqqında işə məhkəmə iclasında baxıldıqdan sonra məhkəmə qanunvericiliklə müəyyən edilmiş qaydada borclunun müflis elan olunması və əmlak inzibatçısının təyin edilməsi barədə qərar çıxara bilər. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, “M&M Militzer & Münch Baku LTD” məhdud məsuliyyətli cəmiyyəti xx xxxxxx 2001-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Ərizəçinin səlahiyyətli orqanının xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə ərizəçinin iflas prosesinə başlanması üçün məhkəməyə müraciət etmək barəsində qərar qəbul edilmişdir. Əizəçinin xx xxxxxx 2018-ci il tarixə kreditor borcları M&M Militzer & X9 AG-yə 251117.91 ABŞ dolları, MCF Management, Consulting & Finance AG-yə 340480,0 ABŞ dolları, TS Trans Service AG, St.Gallan-a 122754,00 ABŞ dolları, MCF Management, Consulting & Finance AG-yə 110065,00 Avro, əmək haqqı üzrə 6664.75 manat, məcburi dövlət sığortası üzrə 1762,5 manat, işsizlik sığortası üzrə 70.5 manat, sosial sığorta üzrə faiz borcu 248.75 manat və işsizlik sığortası üzrə faiz borcu 9.89 manat təşkil edir. Ərizəçi fəaliyyət göstərmir və aktivləri mövcud deyildir. Məhkəmə qeyd edir ki, ərizəçinin fəaliyyət göstərməməsi və aktivlərinin mövcud olmaması müəssisənin Azərbaycan Respublikasının dövlət büdcəsinə, həmçinin hüquqi və fiziki şəxslərə qanunvericiliyə müvafiq surətdə həyata keçirməli olduğu ödənişləri vaxtı çatdıqca həyata keçirə bilmədiyinə görə ümumilikdə 714351,91 ABŞ dolları, 110065 Avro və 8756,39 manat məbləğində kreditor borclarının yaranmasına səbəb olmuş və halhazırda müəssisə fəaliyyət göstərmədiyindən və aktivləri olmadığından kreditor borclarını ödəmək qabiliyyətinə malik deyildir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, borclu ödəmə qabiliyyəti olmayan şəxs olduğundan müflis elan edilməli və əmlak inzibatçısı təyin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, ərizə təmin olunmalı, “M&M Militzer & Münch Baku LTD” məhdud məsuliyyətli cəmiyyətinin müflis elan edilməli və X2 onun əmlak inzibatçısı təyin edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: “M&M Militzer & Münch Baku LTD” məhdud məsuliyyətli cəmiyyətinin ərizəsi təmin edilsin. “M&M Militzer & Münch Baku LTD” məhdud məsuliyyətli cəmiyyəti müflis elan edilsin. X2 “M&M Militzer & Münch Baku LTD” məhdud məsuliyyətli cəmiyyətinin əmlak inzibatçısı təyin edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar