Məhkəmə qərarları › İş №e-2-2(113)-517/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-517/2023

01.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-517/2023 01.06.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X1 iştirakı ilə, İlkin iddia üzrə iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin ilkin iddia üzrə Cavabdehna qarşı pul tələbinə dair, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı müqavilənin etibarsızlığı və digər tələblər barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti iddia ərizəsi və iddia ərizəsinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehdən xx.xx.2022-ci il tarixli 2153 nömrəli icarə müqaviləsi üzrə dövlət büdcəsinə xx.xx.2023-cü il tarixə 17633 manat və mediasiya ilə bağlı ödənilmiş 100 manat, cəmi 17733 manat məbləğində vəsaitin Əmlak Məsələləri Dövlət Xidmətinin (VÖEN:**********) Azərbaycan Respublikası Mərkəzi Bankının Əməliyyat İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod 501004, AZ74NABZ******************** VÖEN **********, S.W.İ.F.T. bik NABZAZ 2C) hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İ.Mübahisənin predmeti və irəli sürülən tələb İlkin İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin “İcarəyə verilmiş dövlət əmlakından səmərəli istifadə olunması tədbirləri haqqında” 629 nömrəli, xx.xx.1997-ci il tarixli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə X5 arasında Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti, 98 A ünvanında yerləşən 253,6 kv.metr (158,6 kv.m – 1 mərtəbəli tikililər, 98.0 kv.m – mansard) qeyri-yaşayış sahəsinin icarəyə verilməsi barədə xx.xx.2022-ci il tarixli, 2153 nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən cavabdeh öz üzərinə icarə haqqının vaxtlı-vaxtında ödənilməsi vəzifəsini götürsə də, müqavilənin şərtinə əməl olunmamış, cavabdeh tərəfindən ötən müddət ərzində icarə obyektindən istifadə edilməsinə baxmayaraq icarə haqqı ödənilməmişdir. İcarə müqaviləsi üzrə vəzifələrini icra etməməklə, cavabdeh tərəfindən “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 7 və 13- cü maddələrinin, icarə müqaviləsinin tələbləri pozulmuşdur. Cavabdehə xx.xx.2022-ci il tarixli, **********74 nömrəli xəbərdarlıq məktubu ilə müraciət edilsə də, cavabdeh icarə haqqını ödəməkdən imtina etmişdir. Bildiririk ki, Mülki-Prosessual Məcəllənin 4.6-cı maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Qeyd edilən kommersiya mübahisəsinin mediasiya vasitəsi ilə həlli ilə bağlı Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən mediatora müraciət olunmuş, lakin cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Eyni zamanda Cavabdeh qarşılıqlı iddia və qarşılıqlı iddia ərizəsinə dəqiqləşmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli 2153 nömrəli icarə müqaviləsinin icarə haqqı hissəsində etibarsız sayılmasını, xx.xx.2022-ci il tarixli 2153 nömrəli icarə müqaviləsinin icarə haqqı hissəsindəki məbləğin, daha əvvəl bağlanmış xx.xx.2019-cu il tarixli 11251 nömrəli icarə müqaviləsində olduğu kimi, aylıq 700 manat məbləğə dəyişdirilməsini, xx.xx.2022-ci il tarixli 2153 nömrəli icarə müqaviləsi üzrə icarə haqqının, ödənilmədiyi tarixdən hazıradək olan müddət üçün aylıq 700 manatdan hesablamasını, ilkin iddianın qismən təmin edilməsini, iddiaçı ilə cavabdeh arasında yaranmış icarə münasibətləri əsnasında ödənilməli borcun məbləğinin 2251 manat 81 qəpik müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi belə əsaslandırılmışdır ki, iddiaçı X5 ilə cavabdeh arasında xx.xx.2019-cu il tarixli 11251 nömrəli “Dövlət əmlakının icarəyə verilməsi haqqında İcarə Müqaviləsi” bağlanılmaqla, T.Bəhramov adına Respublika Stadionunun balansındakı qeyri-yaşayış sahəsi icarəyə verilmişdir. X3 görə aylıq icarə haqqı 700 manat təyin olunmuşdur. Eyni zamanda bildirilir ki, obyektin işığını kəsməklə etdiyi təsir nəticəsində, cavabdeh daha sonra xx.xx.2022-ci il tarixli 2153 nömrəli yeni Müqavilənin bağlanmasına nail olur və həmin Müqavilə üzrə icarə haqqı birdən-birə 3200 manata qalxır. Əlavə olaraq bildirilir ki, “Normativ hüquqi aktlar haqqında” AR Konstitusiya Qanununun 1.0.16-cı maddəsinə əsasən, cavabdehin bu qiyməti – X4 Reyestrinə daxil edilməklə rəsmiləşdirilmiş hansı normativ hüquqi aktın əsasında təyin etdiyi müəyyən olunmamışdır. Bundan başqa bildirilir ki, kənar təsir nəticəsində bağlanılan icarə Müqaviləsinin etibarsız sayılması və icarə haqqının daha əvvəl olan 700 manat məbləği ilə hesablanmasına dair cavabdehə mediasiyaya dəvət təklifi göndərilsə də, o, mediasiyada iştirak etməmiş və bu barədə “Mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayış verilmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X2 ilkin iddianı müdafiə edərək, qarşılıqlı iddianı qəbul etməyərək, ərizəyə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti, 98A ünvanında yerləşən əmlakın 150,7 m2 ölçüdə olan sahəsi xx.xx.2019-cu il tarixli icarə müqaviləsinə əsasən Cavabdehna icarəyə verilımiş, lakin sonradan sözügedən əmlakın 305,9 m2 ölçüdə olan sahəsinin icarəyə verilməsi barədə cavabdehin xx.xx.2022-ci il tarixli xidmətə ünvalandığı ərizəsinə əsasən Cavabdeh ilə xx.xx.2022-ci il tarixdə yeni icarə müqaviləsi bağlanmış və eyni əmlakın 253,6 m2 ölçüdə olan sahəsi sonuncuya icarəyə verilmişdir. Həmçinin izahatında bildirmişdir ki, xx.xx.2022-ci il tarixli müqavilədə aylıq icarə haqqının daha artıq olmasının səbəbi icarəyə verilən sahənin ölçüləri daha çox olması və icarə haqqının bazar qiymətinə uyğunlaşdırılması olmuşdur. Əvvəlki məhkəmə iclasında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh nümayəndəsi, Vəkil ilkin iddianı qismən qəbul edərək, qarşılıqlı iddianı isə müdafiə edərək, qarşılıqlı iddia ərizəsinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti, 98A ünvanında yerləşən əmlakın 150,7 m2 ölçüdə olan sahəsi xx.xx.2019-cu il tarixli icarə müqaviləsinə əsasən ayda 700 manat icarə haqqı ödəmək şərti ilə Cavabdehna icarəyə verilımiş, lakin sonradan Cavabdehna sözügedən əmlakın əlavə 102,9 m2 təklif edilmiş, lakin aylıq icarə haqqı heç bir əsas olmadan kəskin artırılaraq 3200 manat məbləğində müəyyən edilsə də, Cavabdeh elektrik təchizatın dayandırılması ilə bağlı təsiri nəticəsində xx.xx.2022-ci il tarixli icarə müqaviləsini imzalamışdır. Odur ki, məhkəmədən qeyd olunanları nəzərə alaraq ilkin iddianın 2251 manat 81 qəpik icarə haqqı hissəsində qismən, qarşılıqlı iddianın isə tam təmin edilməsini xahiş etmişdir. İİ.İşin halları İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli, 2153 nömrəli Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə Cavabdeh arasında bağlanmış dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında icarə müqaviləsinin sürətindən görünür ki, bu müqaviləyə görə icarəyəverən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli 64 nömrəli sərəncamına əsasən Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti, 98 A (registr ***-*******3-008) ünvanında 1 mərtəbəli tikililər və mansardda yerləşən (158,6 m2 – 1 mərtəbəli tikililər, 98 m2 – mansard) ümumi sahəsi 253,6 m2 təşkil edən AR Gənclər və İdman Nazirliyi, Tofiq Bəhramov adına Respublika stadionun balansında olan qeyri-yaşayış sahəsini xidmət məqsədilə Cavabdeh istifadəsinə verir. Müqavilənin 2.1-ci maddəsinə əsasən bir aylıq icarə haqqı 3200 manatdır. xx.xx.2019-cu il tarixli, 11251 nömrəli Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə Cavabdeh arasında bağlanmış dövlət əmlakının icarəyə verilməsi haqqında icarə müqaviləsinin sürətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti, 98A ünvanında 1 mərtəbəli tikilidə 150,7 m2 Cavabdeh istifadəsinə verir. Müqavilənin 2.1-ci maddəsinə əsasən bir aylıq icarə haqqı 700 manatdır xx.xx.2022-ci il tarixli 03129 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilkin mediasiya sessiyasında iştirak edərək 100 manat məbləğində mediasiya xərci ödəmişdir. xx.xx.2022-ci il tarixli Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə ünvalandığı ərizəsinin sürətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edərək Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti, 98A ünvanında yerləşən əmlakın 305,9 m2 ölçüdə olan sahəsinin icarəyə verilməsini xahiş etmişdir. 2153 nömrəli müqavilə üzrə tərtib edilmiş şəxsi hesab vərəqəsindən görünür ki, xx.xx.2022-ci il tarixə ödənilməmiş icarə haqqı 17632,57 manat təşkil edir. İİİ.Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1-ci 423.1, 700.1 və 700.2-ci maddələrinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İV.Məhkəmənin gəldiyi nəticə Məhkəmədə tədqiq edilmiş sübutlardan müəyyən edilmişdir ki, icarəyə verən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xx.xx.2022-ci il tarixdə bağlanmış müqaviləyə əsasən Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti, 98A ünvanında yerləşən əmlakın 305,9 m2 ölçüdə olan sahəsini aylıq 3200 manat icarə haqqı ödəmək şərti ilə icarəçi Cavabdehna icarəyə vermişdir. Göründüyü kimi icarəyə verən üzərinə düşən öhdəliyi yerinə yetirsə də, icarəçi Cavabdeh icarə haqqı ödəməməklə üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin icarə haqqı tələbi əsaslıdır, lakin qismən təmin edilməlidir, belə ki, ilkin iddia üzrə iddiaçı 17633 manat icarə haqqı tələb etsə də, faktiki borc 17632,57 manat olduğundan iddia həmin həcmdə təmin edilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, qarşılıqlı iddia rədd edilməilidir, belə ki, qarşılıqlı iddia üzrə iddiaçı icarə müqaviləsi imzalanmasının səbəbini elektrik təchizatın dayandırılması ilə bağlı təsirin olduğunu bildirsə də, bununla bağlı sübut təqdim etməmiş, xx.xx.2022-ci il tarixli müqavilə Cavabdeh müraciəti əsasında tərtib edilmiş və sonuncu sözügedən müqaviləni imzalamış, xx.xx.2022-ci il tarixli müqavilədə aylıq icarə haqqının daha artıq olmasının səbəbi isə icarəyə verilən sahənin ölçüləri daha çox olması və icarə haqqının bazar qiymətinə uyğunlaşdırılması olmuşdur. Odur ki, məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, ilkin iddia qismən təmin edilməli və Cavabdeh xx.xx.2022-ci il tarixli 2153 nömrəli icarə müqaviləsi üzrə dövlət büdcəsinə xx.xx.2023-cü il tarixə yaranmış 17632,57 manat, mediasiya ilə bağlı ödənilmiş 100 manat cəmi 17732,57 manat məbləğində vəsait tutularaq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (VÖEN:**********) Azərbaycan Respublikası Mərkəzi Bankının Əməliyyat İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod 501004, AZ74NABZ******************** VÖEN **********, S.W.İ.F.T. bik NABZAZ 2C) hesabına köçürülməlidir. xx.xx.2022-ci il tarixli 2153 nömrəli icarə müqaviləsinin icarə haqqı hissəsində etibarsız sayılmasını, xx.xx.2022-ci il tarixli 2153 nömrəli icarə müqaviləsinin icarə haqqı hissəsindəki məbləğin, daha əvvəl bağlanmış xx.xx.2019-cu il tarixli 11251 nömrəli icarə müqaviləsində olduğu kimi, aylıq 700 manat məbləğə dəyişdirilməsini, xx.xx.2022-ci il tarixli 2153 nömrəli icarə müqaviləsi üzrə icarə haqqının, ödənilmədiyi tarixdən hazıradək olan müddət üçün aylıq 700 manatdan hesablamasını tələbi ilə bağlı Cavabdeh qarşılıqlı iddiası rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İlkin iddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli 2153 nömrəli icarə müqaviləsi üzrə dövlət büdcəsinə xx.xx.2023-cü il tarixə yaranmış 17632,57 manat, mediasiya ilə bağlı ödənilmiş 100 manat cəmi 17732,57 manat məbləğində vəsait tutularaq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (VÖEN:**********) Azərbaycan Respublikası Mərkəzi Bankının Əməliyyat İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod 501004, AZ74NABZ******************** VÖEN **********, S.W.İ.F.T. bik NABZAZ 2C) hesabına köçürülsün. xx.xx.2022-ci il tarixli 2153 nömrəli icarə müqaviləsinin icarə haqqı hissəsində etibarsız sayılmasını, xx.xx.2022-ci il tarixli 2153 nömrəli icarə müqaviləsinin icarə haqqı hissəsindəki məbləğin, daha əvvəl bağlanmış xx.xx.2019-cu il tarixli 11251 nömrəli icarə müqaviləsində olduğu kimi, aylıq 700 manat məbləğə dəyişdirilməsini, xx.xx.2022-ci il tarixli 2153 nömrəli icarə müqaviləsi üzrə icarə haqqının, ödənilmədiyi tarixdən hazıradək olan müddət üçün aylıq 700 manatdan hesablamasını tələbi ilə bağlı Cavabdeh qarşılıqlı iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim:Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar