Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-5174/2024 11.12.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “borcun ödənilməsi və s.” tələbinə dair kommersiya mübahisəsi üzrə Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “borcun ödənilməsi və s.” tələbinə dair işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdеhlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə - 001R********** saylı krеdit razılaşması üzrə 7407.19 manat məbləğində krеdit bоrcu, 989.76 manat məbləğində faiz bоrcu və 216.48 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 8613 (səkkiz min altı yüz on üç) manat 43 (qırx üç) qəpik məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 106.13 manat məbləğində dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 36 manat xidmət haqqının tutulması; tələbin Cavabdeh4 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Abdulla Mirzəyev küçəsində olan 0.0101 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 25.66 kv.m yaşayış, 11.6 kv.m köməkçi sahədən ibarət 2 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin torpaq sahəsi və yaşayış evinin açıq hərracdan satılması və ümumilikdə cəmi 8613 (səkkiz min altı yüz on üç) manat 43 (qırx üç) qəpik məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 106.13 manat məbləğində dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 36 manat xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına AccessBank» QSC-yə ödənilməsi; hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh3, Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 ümumi müştərək qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. 10 dekabr 2024-cü il tarixdə iddiaçı tərəf məhkəməyə ərizə ilə müraciət edərək, iddia tələbinin baxılmamış saxlanılmaqla iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin qaytarılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
II. Tərəflərin mövqeləri:
3. Tərəflərə məhkəmə hazırlıq iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, gəlməməklərinin səbəbləri barədə məlumat verməmişlər.
4. Məhkəmə tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.
III. Tətbiq edilən hüquq:
5. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6— 261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. 170.3-cü maddəsinə əsasən bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır.
IV. Məhkəmənin mövqeyi:
6.“Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarınnın 5-ci bənbinə əsasən “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 nömrəli qərarında aşağıdakı dəyişikliklər edilsin: 5.1. 2-ci bənd aşağıdakı redaksiyada verilsin: “Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.”;
7. Məhkəmə ərizəni nəzərdən keçirib hesab edir ki, iddiaçı iddia ərizəsinin geri qaytarılması barədə vəsatət verdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən iddia ərizəsi geri qaytarılmalıdır.
V. Nəticə:
8.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1, 268-269–cu maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara aldı:
İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “borcun ödənilməsi və s.” tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. ********** nömrəli qəbzə əsasən ödənilmiş 106 (bir yüz altı) manat 13 (on üç) qəpik məbləğində dövlət rüsumu İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə geri qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 10 gün müddətində ondan elektron kabinet vasitəsi ilə Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim Kənan Hüseynov