Məhkəmə qərarları › İş №e-2-2(113)-5186/2025

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-5186/2025

25.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-5186/2025 25.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi X1, iddiaçı "xxxx" ASC-nin (Ləğv prosesindədir) cavabdehlər "xxxx" MMC və Cavabdeh3 qarşı pul tələbi barədə kiçik iddialara dair ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx"xxxx"xxxx" MMC və Cavabdeh3 müştərək qaydada 1125 (min yüz iyirmi beş) manat məbləğində sığorta ödənişi, 60 (altmış) manat məbləğində mediasiya xərci, 10 (on) manat məbləğində kargüzarlıq xərci, 32 (otuz iki) manat iddia rüsumu və 0.4 (qırx) qəpik bank xidmət haqqı olmaqla, cəmi 1227,40 (bir min iki yüz iyirmi iyirmi yeddi manat, qırx qəpik) manat pul vəsaitinin tutulub iddiaçı "xxxx" ASC-nin (Ləğv prosesindədir) hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edirəm ki, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunmalıdır. Çünki iddia ərizəsinə iddia tələbinin əsaslılığını təsdiq edən sənəd (mübahisəli evin cavabdehin mülkiyyətində olmasına dair sənəd), həmçinin təqdim edilmiş sənədlərin (icbari sığorta şəhadətnaməsinin və s.) əsli və ya lazımi qaydada təsdiq olunmuş surətləri əlavə edilmədən məhkəməyə müraciət olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-4.1.3-cü maddəsinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. 284-4.2-ci maddəsinə əsasən bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. 284-4.3-cü maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Qeyd olunanları nəzərə alaraq hesab edirəm ki, iddiaçı "xxxx" ASC-nin (Ləğv prosesindədir) cavabdehlər "xxxx" MMC və Cavabdeh3 qarşı pul tələbi barədə kiçik iddialara dair ərizəsinin icraata qəbul olunmasından imtina edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 266-268 və 284-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı "xxxx" ASC-nin (Ləğv prosesindədir) cavabdehlər "xxxx" MMC və Cavabdeh3 qarşı pul tələbi barədə kiçik iddialara dair ərizəsinin icraata qəbul olunmasından imtina edilsin. İddiaçıya izah edilsin ki, ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Qərardaddan şikayət verilə bilməz. Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar