Məhkəmə qərarları › İş №e-2-2(113)-519/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-519/2025

25.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-519/2025 25.11.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: kredit müqaviləsi, zaminlik müqaviləsi, borcun tutulması) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 4649,34 manat (dörd min altı yüz qırx doqquz manat otuz dörd qəpik) məbləğində əsas borc, 654,76 manat (altı yüz əlli dörd manat yetmiş altı qəpik) məbləğində faiz borcu, 289,76 manat (iki yüz səksən doqquz manat yetmiş altı qəpik) məbləğində cərimə, həmçinin ödənilmiş 76,34 mаnаt (yetmiş altı manat otuz dörd qəpik) dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 5670,20 manat (beş min altı yüz yetmiş manat iyirmi qəpik) məbləğində borcun BOKT "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh3 24 (iyirmi dörd) ay müddətinə qaytarılmaq şərti ilə 20000 (iyirmi min) manat məbləğində krеdit vеrilmiş və bununlа bаğlı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında xx.xx.2022-ci il tarixli, 005-MBK-0041-22 saylı krеdit müqаviləsi bаğlаnmışdır. Həmçinin kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh3 BOKT "xxxx" QSC qarşısındakı öhdəlikləri tam icra edilənədək xx.xx.2022-ci il tarixli, 005-MBK- 0041-22 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh2, xx.xx.2022-ci il tarixli, 394-MBK- 0062-22 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh4 və xx.xx.2022-ci il tarixli, 005- MBK-0041-22 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh1 zamin durmuşdur. Krеdit müqаviləsinin 3.1.3-cü bəndinə əsаsən borcalan ödənişləri müqavilədə nəzərdə tutulmuş qaydada (60 gündən artıq müddətdə) icra etmədikdə, borcverən müqavilə üzrə tam borcun, faizlərin və hesablanmış cərimənin ödənilməsini vaxtından əvvəl tələb edə bilər. Zaminlik müqavilələrinin 3.1-ci bəndinə əsasən zamin borcverən qarşısında müqavilə üzrə öhdəliklərin tam icrasına, həmçinin kreditlə əlaqədar yarana biləcək hər cür zərər, komissiya haqqı, cərimə, məhkəmə xərcləri və s. xərclərin ödənilməsi üçün borcalan ilə eyni həcmdə birgə məsuliyyət daşıyır. Krеdit müqаviləsinin 3.4.3-cü bəndinə əsаsən borcalan krеdit məbləğini ödəmədikdə və ya müqaviləyə müvafiq qaydada ödəmədikdə, o, özünün şəxsi əmlakları hesabına borcun ödənilməsini təmin еtməlidir. Hal-hazırda krеdit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh3 Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə 11 iyul 2024-cü il tarixə ümumi borcu 5593,86 manat təşkil edir ki, bu borcun da ödənilməsi təmin edilməlidir. Göründüyü kimi, cаvаbdеhlər müqavilə şərtlərini əhəmiyyətli dərəcədə pоzmuş və vurduğu zərər nəticəsində Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdаr Cəmiyyətini müqаvilə bаğlаnаrkən ümid еtməyə hаqqı çаtаnlаrdаn məhrum еtmişdir. (Mülki Məcəllənin 421.2.-ci mаddəsi). Bоrcun ödənilməsi tələbi ilə cаvаbdеhlərə dəfələrlə mürаciət оlunmаsınа, iddiaçı tərəfindən məsələnin məhkəmədənkənаr qаydаdа həll еdilməsi üçün mümkün оlаn bütün tədbirlərin görülməsinə bахmаyаrаq, cavabdehlər bоrcun qаytаrılmаsı üçün hеç bir təşəbbüs göstərməmişdir. Cаvаbdеhlərə poçt vasitəsilə xx.xx.2023-cü il tarixli, 4761/23, 4769/23, 4770/23, 4771/23 , 4772/23 saylı və xx.xx.2024-cü il tarixli хəbərdаrlıq (pretenziya) məktubları göndərilmişdir. Lakin poçt şöbəsi tərəfindən “bu ünvanda yaşamır”, “köçüb”, “ünvana gedildi”, “şəxs məktubdan imtina etdi” qeydləri aparılmaqla, pretenziya (xəbərdarlıq) məktublarının iddiaçıdan asılı olmayan səbəblərdən cavabdehə çatdırılması mümkün olmamışdır. Bununlа dа, Cavabdeh3 krеdit müqаviləsində nəzərdə tutulmuş öhdəliklərini yеrinə yеtirməmiş və еyni zаmаndа hеsаblаrа, mühаsibаt uçоtunа dəqiq və düzgün əməl еtmədiyindən krеdit müqаviləsi üzrə yаrаnmış bоrcun məhkəmə qaydasında tələb еdilməsi zərurəti yаrаnmışdır.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 445.1, 448.1, 472.1, 472.2-ci maddələrinə istinad olunmuşdur.

4. Cavabdehlər tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır.

5. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddələrinin tələblərini nəzərə alaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:

6. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi.

7. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC ilə Cavabdeh3 arasında bağlanmış 005-MBK-0041-22 saylı, xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən borcverən borcalana təminatlılıq əsasında, 24 ay müddətinə qaytarmaq şərtilə 20000 manat məbləğində qeyri-nağd şəkildə, köçürmə yolu ilə verir: 2.1-ci bəndinə əsasən kredit istifadəsinə görə borcalan əsas borcun qalığına illik 27% ödəyir. Müqavilə tərəflərin imzası və Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-nin möhürü ilə təsdiq edilmişdir.

8. Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC ilə Cavabdeh3 arasında bağlanmış 005-MBK-0041-22 saylı, xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə 1 saylı əlavə olan ödəniş cədvəli ilə müəyyən olunur ki, Cavabdeh3 xx.xx.2024-cü il tarixinə qədər 20000 manat əsas, 6103,59 manat faiz olmaqla, ümumilikdə 26103,59 manat məbləğində pul vəsaitini ödəməyi öhdəsinə götürmüşdür.

9. Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC ilə Cavabdeh3 arasında bağlanmış 005-MBK-0041-22 saylı, xx.xx.2022-ci il tarixli girov müqaviləsinin 1.2-ci bəndinə əsasən girovsaxlayan və Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 005-BKM-0041- 22 saylı kredit müqaviləsi və ona əlavə edilmiş və ediləcək əlavələr üzrə öhdəliklərin yerinə yetirilməsini təmin etmək məqsədilə girovqoyan daşınar əmlakı girov qoyur, eləcə də ona olan hüquq və maraqları girovsaxlayana verir. Müqavilə tərəflərin imzası və Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-nin möhürü ilə təsdiq edilmişdir.

10. Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC və Cavabdeh4 arasında imzalanmış xx.xx.2022-ci il tarixli, 005-MBK-0041-22 saylı zaminlik müqaviləsinə əsasən Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC ilə Cavabdeh3 arasında bağlanmış 005-MBK-0041- 22 saylı, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi əsasında borcalana veriləcək 20000 manat məbləğində kreditlə əlaqədar olaraq Cavabdeh3 BOKT qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək Cavabdeh4 Cavabdeh3 ilə birlikdə BOKT qarşısında tam məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Müqavilə tərəflərin imzası və Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-nin möhürü ilə təsdiq edilmişdir.

11. Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC və Cavabdeh1 arasında imzalanmış xx.xx.2022-ci il tarixli, 005-MBK-0041-22 saylı zaminlik müqaviləsinə əsasən Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC ilə Cavabdeh3 arasında bağlanmış 005-MBK-0041- 22 saylı, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi əsasında borcalana veriləcək 20000 manat məbləğində kreditlə əlaqədar olaraq Cavabdeh3 BOKT qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək Cavabdeh1 Cavabdeh3 ilə birlikdə BOKT qarşısında tam məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Müqavilə tərəflərin imzası və Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-nin möhürü ilə təsdiq edilmişdir.

12. Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC və Cavabdeh2 arasında imzalanmış xx.xx.2022-ci il tarixli, 005-MBK-0041-22 saylı zaminlik müqaviləsinə əsasən Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC ilə Cavabdeh3 arasında bağlanmış 005-MBK-0041- 22 saylı, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi əsasında borcalana veriləcək 20000 manat məbləğində kreditlə əlaqədar olaraq Cavabdeh3 BOKT qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək Cavabdeh2 Cavabdeh3 ilə birlikdə BOKT qarşısında tam məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Müqavilə tərəflərin imzası və Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-nin möhürü ilə təsdiq edilmişdir.

13. Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MA-0039511-24 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh3 005-MBK- 0041-22 saylı kredit müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixə Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-yə borcu 4649,34 manat əsas, 654,76 manat faiz, 289,76 manat cərimə olmaqla, ümumilikdə 5593,86 manat təşkil edir.

14. Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC tərəfindən cavabdehlərə göndərilmiş xx.xx.2024-cü il tarixli xəbərdarlıq (pretenziya) məktubundan görünür ki, borc məbləğinin 3 gün ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.

15. İddiaçı tərəfindən iş materiallarına hesabdan çıxarış əlavə edilmişdir.

16. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/10050 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən BOKT "xxxx" QSC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 005-MBK-0041-22 saylı kredit müqaviləsinin qeyd edilən şərtləri nəzərə alınmaqla, Cavabdeh3 banka olan borcu xx.xx.2024-cü il tarixə (müqavilə müddətinin sonuna) əsas borc üzrə 4503,61 manat, faiz borcu üzrə 47,29 manat, xx.xx.2024-cü il tarixə (maliyyə arayışında qeyd edilən tarix) əsas borc üzrə 4503,61 manat, faiz borcu üzrə 553,94 manat, xx.xx.2024-cü il tarixə (məhkəməyə müraciət olunan tarix) əsas borc üzrə 4503,61 manat, faiz borcu üzrə 763,36 manat təşkil edir.

17. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/2770 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən BOKT "xxxx" QSC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 005-MBK-0041-22 saylı kredit müqaviləsinin qeyd edilən şərtləri nəzərə alınmaqla Cavabdeh3 banka olan borcu xx.xx.2024-cü il tarixə (müqavilə müddətinin sonuna) əsas borc üzrə 4651,82 manat, faiz borcu üzrə 47,29 manat, xx.xx.2024-cü il tarixə (maliyyə arayışında qeyd edilən tarix) əsas borc üzrə 4651,82 manat, faiz borcu üzrə 572,17 manat, xx.xx.2024-cü il tarixə (məhkəməyə müraciət olunan tarix) əsas borc üzrə 4651,82 manat, faiz borcu üzrə 788,48 manat təşkil edir. Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386-cı maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739.1-ci maddəsinə əsasən (əvvəlki redaksiya) borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 470.1-ci bəndinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi

20. İşin müəyyən olunmuş hallarından göründüyü kimi, Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC ilə Cavabdeh3 arasında bağlanmış 11 fevral 2022-ci il tarixli müqaviləyə əsasən Cavabdeh3 24 (iyirmi dörd) ay müddətinə 20000 manat məbləğində kredit verilmişdir. Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC ilə ayrı-ayrılıqda Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 005-MBK-0041-22 saylı zaminlik müqavilələrinə əsasən Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC ilə Cavabdeh3 arasında bağlanmış 005-MBK-0041-22 saylı, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi əsasında borcalana veriləcək 20000 manat məbləğində kreditlə əlaqədar olaraq Cavabdeh3 BOKT qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək zaminlər Cavabdeh3 ilə birlikdə BOKT qarşısında tam məsuliyyət daşımağı öz öhdəsinə götürmüşlər. İddiaçı həmin müqavilələr üzrə öhdəliklərini yerinə yetirsə də, cavabdehlər müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş, bununla da müqavilənin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Nəticədə iddiaçının həmin öhdəliklərin yerinə yetirilməsini tələb etmək hüququ yaranmışdır.

21. İddia tələbinin bir hissəsini cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 4649,34 manat məbləğində əsas borc, 654,76 manat məbləğində faiz borcunun tutulması təşkil edir.

22. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehlərin müqavilə öhdəliklərini lazımınca icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, cavabdehlərin alınan pul vəsaitini müqavilədə müəyyən edilmiş faizlərlə birlikdə borcverənə qaytarmaq vəzifəsi daşımasını, ekspert rəyini, MPM-in 218.3-cü maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 müştərək qaydada 4649,34 manat (dörd min altı yüz qırx doqquz manat otuz dörd qəpik) əsas borc (tələbə uyğun), 47,29 manat (qırx yeddi manat iyirmi doqquz qəpik) faiz borcu (ekspert rəyinə uyğun) iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-nin xeyrinə tutulmalıdır. Belə ki, əvvəla qeyd olunmalıdır ki, məhkəmə tərəfindən mühasibatlıq ekspertizası təyin edilmiş və rəy verilmiş, daha sonra iddiaçı həmin rəylə razılaşmamış və təkrar ekspertizanın keçirilməsi barədə vəsatət verilmiş və təkrar ekspertiza təyin olunmuşdur. İş üzrə xx.xx.2025-ci il tarixli, 9/2770 saylı ekspert rəyi məhkəmə daxil olmuş və sübut qismində həmin rəy əsas götürülmüşdür. Həmin rəydən görünür ki, kredit müqaviləsi üzrə əsas borcun məbləği 4651,82 manat, xx.xx.2024-cü il tarixə (müqavilə müddətinin sonuna) faiz borcunun məbləği isə 47,29 manat təşkil etmişdir. Əsas borc üzrə tələb 4649,34 manat olmuşdur. Ona görə də həmin hissədə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbləri əsas götürülmüşdür.

23. İddia tələbinin digər hissəsini cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 289,76 manat məbləğində cərimə borcunun tutulması təşkil edir.

24. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdehlər tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı müqavilə şərtlərinə əsasən cavabdehlərdən cərimə məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır.

25. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cavabdehlərdən tutulacaq cərimə məbləği azaldılaraq 230 (iki yüz otuz) manat müəyyən edilməli, cərimə borcunun tutulması barədə iddia tələbi qalan hissədə təmin edilməməlidir.

26. Eləcə də, iddiaçı 76,34 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada onun xeyrinə tutulmasını xahiş etmişdir.

27. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq ödənilmiş tələbə mütənasib 66,90 manat (altmış altı manat doxsan qəpik) məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir.

28. Həmçinin iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat pulun 44 manat hissəsi cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 müştərək qaydada, 6 manat hissəsi isə Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülməlidir.

29. Eləcə də, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat pulun 88 manat hissəsi cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 müştərək qaydada, 12 manat hissəsi isə Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülməlidir.

30. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 müştərək qaydada 4649,34 manat (dörd min altı yüz qırx doqquz manat otuz dörd qəpik) əsas borc, 47,29 manat (qırx yeddi manat iyirmi doqquz qəpik) faiz borcu, 230 (iki yüz otuz) manat cərimə, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 66,90 manat (altmış altı manat doxsan qəpik) olmaqla, ümumilikdə 4993,53 manat (dörd min doqquz yüz doxsan üç manat əlli üç qəpik) məbləğində pul vəsaiti Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat pulun 44 manat hissəsi cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 müştərək qaydada, 6 manat hissəsi isə Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat pulun 88 manat hissəsi cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 müştərək qaydada, 12 manat hissəsi isə Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar