Məhkəmə qərarları › İş №e-2-2(113)-5196/2021

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-5196/2021

23.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-5196/2021 23.12.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "NƏSİMİ-8" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə qarşı iddiaçı ilə Bakı Şəhər İcra Hakimiyyəti arasında Bakı Şəhər İcra Hakimiyyəti başçısının 488 saylı, 09.09.2008- ci il tarixli sərəncamı, 06.06.2003-cü il tarixli, 11231 saylı inşaat pasportu əsasında Nəsimi rayonu, X.Şuşinski, İ.Qasımov, S.Rüstəmov və Q.Quliyev küçələrinin kəsişməsində 980-ci məhəllədə ayrılmış torpaq sahəsinə dair 06 fevral 2013cü il tarixdə 0968 nömrəli icarə müqaviləsinin ləğvi məqsədi ilə, cavabdeh qeyd olunan ünvanda idarəçiliyində olan yaşayış binalarının yerləşdiyi torpaq sahəsinə görə Bakı Şəhər İcra Hakimiyyəti ilə icarə müqaviləsi bağlamaq cavabdehin üzərinə vəzifə kimi qoyulması, iddiaçı tərəfindən ödənilmiş 4865.73 manat torpaq icarəsinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı iddiaçı ilə Bakı Şəhər İcra Hakimiyyəti arasında Bakı Şəhər İcra Hakimiyyəti başçısının 488 saylı, 09.09.2008- ci il tarixli sərəncamı, 06.06.2003-cü il tarixli, 11231 saylı inşaat pasportu əsasında Nəsimi rayonu, X.Şuşinski, İ.Qasımov, S.Rüstəmov və Q.Quliyev küçələrinin kəsişməsində 980-ci məhəllədə ayrılmış torpaq sahəsinə dair 06 fevral 2013-cü il tarixdə 0968 nömrəli icarə müqaviləsinin ləğvi məqsədi ilə, cavabdeh qeyd olunan ünvanda idarəçiliyində olan yaşayış binalarının yerləşdiyi torpaq sahəsinə görə Bakı Şəhər İcra Hakimiyyəti ilə icarə müqaviləsi bağlamaq cavabdehin üzərinə vəzifə kimi qoyulması, iddiaçı tərəfindən ödənilmiş 4865.73 manat torpaq icarəsinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və işdə olan sənədləri tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan Ədliyyə Nazirliyi X1 Reyestrindən Çıxarışa əsasən müəyyən olunur ki, "NƏSİMİ-8" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin fəaliyyət predmeti və məqsədi daşınmaz əmlak kompleksini birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etməkdən ibarətdir. Göründüyü kimi cavabdeh "NƏSİMİ-8" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti qeyri-kommersiya hüquqi şəxsidir və onun fəaliyyəti yalnız daşınmaz əmlak kompleksini birgə idarə etmək və bundan irəli gələn digər məsələləri həll etməkdən ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.5-ci maddəsinə əsasən hüquqi şəxslər fəaliyyətinin əsas məqsədi mənfəət götürməkdən ibarət olan (kommersiya hüquqi şəxsləri) və ya əsas məqsədi mənfəət götürməkdən ibarət olmayan və götürülən mənfəəti iştirakçıları arasında bölüşdürməyən (qeyri-kommersiya hüquqi şəxsləri), habelə ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan (publik hüquqi şəxslər) qurumlar ola bilər. Həmin Məcəllənin 43.6-cı maddəsinə əsasən qeyri-kommersiya qurumları olan hüquqi şəxslər ictimai birliklər, fondlar, hüquqi şəxslərin ittifaqları formasında, habelə qanunvericilikdə nəzərdə tutulan digər formalarda yaradıla bilər. Qeyri- kommersiya hüquqi şəxsləri sahibkarlıq fəaliyyəti ilə yalnız o hallarda məşğul ola bilərlər ki, bu fəaliyyət onların yaradılması zamanı qarşıya qoyulmuş məqsədlərə nail olmağa xidmət etsin və bu məqsədlərə uyğun gəlsin. Sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün qeyri-kommersiya hüquqi şəxsləri təsərrüfat cəmiyyətləri yarada bilər və ya onlarda iştirak edə bilərlər. Qeyd olunan maddi hüquq normalarının məzmunundan göründüyü kimi qeyrikommersiya hüquqi şəxsləri də sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər, lakin bu o halda mümkün olur ki, bu fəaliyyət onların yaradılması zamanı qarşıya qoyulmuş məqsədlərə nail olmağa xidmət etsin və bu məqsədlərə uyğun gəlsin. Lakin hazırki işdə cavabdeh "NƏSİMİ-8" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti kommersiya fəaliyyəti ilə məşğul olmur və hazırki mübahisənin predmeti də onun kommersiya fəaliyyətindən irəli gəlmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. “işlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının 12-ci bəndinə görə məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Həmin Qərarın 22-ci bəndinə görə qeyri-kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların kommersiya mübahisəsinin subyekti olması imkanı mübahisənin onların qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi hallarda mümkün olacaqdır. Onların sahibkarlıq fəaliyyətindən irəli gəlməyən mülki mübahisələrinin kommersiya məhkəmələrinin baxış predmetini təşkil etməsinə isə, yalnız MPM-in 30-cu maddəsinə əsasən digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halda yol verilməlidir. Həmin Qərarın 25-ci bəndinə görə qeyri-kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn tələblərinə kommersiya məhkəməsində baxılması üçün mübahisənin onların qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi hallarda mümkün olacaqdır. Mübahisə qeyri-kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların sahibkarlıq fəaliyyətlərindən irəli gəlmədikdə isə, işə kommersiya məhkəmələrində baxılması imkanı, yalnız MPM-in 30-cu maddəsinə əsasən digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halda mümkün olacaqdır. Beləliklə, məhkəmələr nəzərə almalıdır ki, əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi üzrə tələblərdə və ya deliktdən irəli gələn tələblərdə mübahisənin məhz hər iki tərəfin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsi məhkəmə aidiyyətini müəyyən edən həlledici meyardır. Bu baxımdan məhkəmə hesab edir ki, mübahisənin tərəfləri hüquqi şəxslər olsa da, hüquq münasibətlərinin xarakteri iddiaçının sahibkarlıq fəaliyyətindən irəli gəlmədiyinə görə hazırki işə ümumi məhkəmədə baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, işin materialları mahiyyəti üzrə baxılması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 35.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehin hüquqi ünvanı üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 24, 25, 26, 35, 49, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı cavabdeh "NƏSİMİ-8" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə qarşı iddiaçı ilə Bakı Şəhər İcra Hakimiyyəti arasında Bakı Şəhər İcra Hakimiyyəti başçısının 488 saylı, 09.09.2008- ci il tarixli sərəncamı, 06.06.2003-cü il tarixli, 11231 saylı inşaat pasportu əsasında Nəsimi rayonu, X.Şuşinski, İ.Qasımov, S.Rüstəmov və Q.Quliyev küçələrinin kəsişməsində 980-ci məhəllədə ayrılmış torpaq sahəsinə dair 06 fevral 2013cü il tarixdə 0968 nömrəli icarə müqaviləsinin ləğvi məqsədi ilə, cavabdeh qeyd olunan ünvanda idarəçiliyində olan yaşayış binalarının yerləşdiyi torpaq sahəsinə görə Bakı Şəhər İcra Hakimiyyəti ilə icarə müqaviləsi bağlamaq cavabdehin üzərinə vəzifə kimi qoyulması, iddiaçı tərəfindən ödənilmiş 4865.73 manat torpaq icarəsinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar