Məhkəmə qərarları › İş №e-2-2(113)-52/2023

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-52/2023

13.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-52/2023 13.01.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 qarşı “borcun tutulması və s.” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2014-cü il tarixli 181 SF saylı kredit müqaviləsinə üzrə cəmi 18.549,68 (on səkkiz min beş yüz qırx doqquz manat 68 qəpik) manat borcun, bundan 12.000,48 (on iki min 48 qəpik) manat əsas, 1.772,00 (bir min yeddi yüz yetmiş iki iki) manat faiz, 1.838,00 (bir min səkkiz yüz otuz səkkiz) manat cərimə və AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 2.939,20 (iki min doqquz yüz otuz doqquz manat 20 qəpik) manat faiz borcunun, ipoteka predmetinə tutmanın qeydiyyata alınması üçün istifadə edilən 40 (qırx) manat dövlət rusumunun Cavabdeh2 tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh2məxsus olan İmişli şəhəri, Məşədi Əzizbəyov küçəsində 0,008 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli qeyri-yaşayış sahəsinə yönəlməsi, - yuxarıdakı əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlak açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh2 tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin qeyri-yaşayış sahəsinin boşaldılaraq alıçıya təhvil verilməsi, xx.xx.2015-cİ il tarixli 578 SF saylı kredit müqaviləsinə üzrə cəmi 21.333,03 (iyirmi bir min üç yüz otuz üç manat. 03 qəpik) manat borcun, bundan 14.510,22 (on dörd min beş yüz on manat 22 qəpik) manat əsas, 3.604,49 (üç min altı yüz dörd manat 49 qəpik) manat faiz, 836,74 (səkkiz yüz otuz altı manat 74 qəpik) manat cərimə və AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 2.381,58 (iki min üç yüz səksən bir manat 58 qəpik) manat faiz borcun, ilkin mediasiya sessiyasın keçirilməsi ilə bağlı ödənilmiş 200 (iki yüz) manat məbləğində xərcin və iş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən xx.xx.2022-ci il tarixində elektron məhkəmə informasiya sistemi vasitəsi ilə barışıq sazişi təqdim edilmiş və barışıq sazişinin təsdiq edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi barışıq sazişinin təsdiq edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, təyin edilmiş məhkəmə iclasında iştirak etməmiş və məhkəmədən işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə iclasının cavabdehlərin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, ərizəni və iş materiallarını araşdıraraq, keçirərək hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş, tərəflər arasında bağlanmış və tərəflərin imzası və iddiaçının möhürü ilə təsdiqlənmiş 26 dekabr 2022-ci il tarixli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışığa gəlmişlər: Maddə 2. Sazişin şərtləri 2.1. xx.xx.2014-cü il tarixli 181 SF saylı kredit müqaviləsi üzrə 12.000,48 (on iki min 48 qəpik) manat əsas, 1.772,00 (bir min yeddi yüz yetmiş iki iki) manat faiz, 1.838,00 (bir min səkkiz yüz otuz səkkiz) manat cərimə və AR Konstitusiya Məhkəməsinin xx.xx.2014cü il tarixli Plenum qərarına əsasən hesablanmış 2.939,20 (iki min doqquz yüz otuz doqquz manat 20 qəpik) manat faiz borc, cəmi 18.549,68 (on səkkiz min beş yüz qırx doqquz manat 68 qəpik) manat məbləğində borcun, xx.xx.2015-cİ il tarixli 578 SF saylı kredit müqaviləsinə üzrə 14.510,22 (on dörd min beş yüz on manat 22 qəpik) manat əsas, 3.604,49 (üç min altı yüz dörd manat 49 qəpik) manat faiz, 836,74 (səkkiz yüz otuz altı manat 74 qəpik) manat cərimə və AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 2.381,58 (iki min üç yüz səksən bir manat 58 qəpik) manat faiz, cəmi 21.333,03 (iyirmi bir min üç yüz otuz üç manat 03 qəpik) manat məbləğində borcun olmasını iddiaçı və cavabdehlər təsdiq edirlər. 2.2. İddiaçı cavabdehin olan ünvanlandığı ərizəsini nəzərə alaraq xx.xx.2014-cü il tarixli 181 SF saylı kredit müqaviləsi üzrə güzəşt olaraq 12.000,48 (on iki min 48 qəpik) manat borcun cavabdeh tərəfindən 48 (qırx səkkiz) ay müddətinə aylıq ödənişlə, hər ay 250,10 (iki yüz əlli manat, 10 qəpik) manat ödənilməsinə və xx.xx.2015-cİ il tarixli 578 SF saylı kredit müqaviləsi üzrə güzəşt olaraq 14.510,22 (on dörd min beş yüz on manat 22 qəpik) manat borcun cavabdeh tərəfindən 48 (qırx səkkiz) ay müddətinə aylıq ödənişlə, hər ay 302,30 (üç yüz iki manat, 30 qəpik) manat ödənilməsinə möhlət verilməsini təsdiq edir. 2.3. Tərəflər razılaşırlar ki, xx.xx.2014-cü il tarixli 181 SF saylı kredit müqaviləsi üzrə 1.772,00 (bir min yeddi yüz yetmiş iki iki) manat faiz, 1.838,00 (bir min səkkiz yüz otuz səkkiz) manat cərimə və AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 2.939,20 (iki min doqquz yüz otuz doqquz manat 20 qəpik) manat faiz borcu, cəmi 6.549,20 AZN (beş min beş yüz qırx doqquz manat, 20 manat) manat məbləğində borc və xx.xx.2015-cİ il tarixli 578 SF nömrəli kredit müqaviləsi üzrə yaranmış 3.604,49 (üç min altı yüz dörd manat 49 qəpik) manat faiz, 836,74 (səkkiz yüz otuz altı manat 74 qəpik) manat cərimə və AR Konstitusiya Məhkəməsinin xx.xx.2014cü il tarixli Plenum qərarına əsasən hesablanmış 2.381,58 (iki min üç yüz səksən bir manat 58 qəpik) manat borcun, cəmi 6.822,81 AZN (altı min səkkiz yüz iyirmi iki manat, 81 qəpik) manat məbləğində borc iddiaçı ləğv prosessində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən cavabdehlərə tam şəkildə güzəşt edilir. 2.4. Hər ay ödəniləcək məbləğlər Cavabdeh2 tərəfindən 3 dəfə lazımınca icra edilməməsi Sazişin bu 2.2.-ci bəndinin şərtlərinin pozulması və güzəştin ləğv edilməsi kimi qiymətləndirilir. 2.5. Cavabdeh ona verilən ödəniş şərtlərini pozduğu halda xx.xx.2014-cü il tarixli 181 SF saylı kredit müqaviləsi üzrə 1.772,00 (bir min yeddi yüz yetmiş iki iki) manat faiz, 1.838,00 (bir min səkkiz yüz otuz səkkiz) manat cərimə və AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 2.939,20 (iki min doqquz yüz otuz doqquz manat 20 qəpik) manat faiz borcu, cəmi 6.549,20 AZN (beş min beş yüz qırx doqquz manat, 20 manat) manat məbləğində borc və xx.xx.2015-cİ il tarixli 578 SF nömrəli kredit müqaviləsi üzrə yaranmış 3.604,49 (üç min altı yüz dörd manat 49 qəpik) manat faiz, 836,74 (səkkiz yüz otuz altı manat 74 qəpik) manat cərimə və AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 2.381,58 (iki min üç yüz səksən bir manat 58 qəpik) manat borcun, cəmi 6.822,81 AZN (altı min səkkiz yüz iyirmi iki manat, 81 qəpik) manat məbləğində borcun güzəşt edilməsi ləğv edilir. 2.5. Cavabdehlər təsdiq edir ki, bu Sazişin 2.2-ci bəndində göstərilən şərtlər pozulduqda və icra edilmədikdə o bu sazişin 1-ci maddəsində qeyd olunan borc məbləğlərini iddiaçıya tam şəkildə ödənilməsinə, tutmanın kredit müqaviləsin üzrə öhdəliklərin təminatı olan Cavabdeh2 məxsus olan, likvid qiyməti 80.000 (səksən min) manat olan İmişli şəhəri, Məşədi Əzizbəyov küçəsində 0,008 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli qeyri-yaşayış sahəsinə yönəldilməsinə və açıq hərracdan satılmasına, əldə olunan pul məbləğinin ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsinə etiraz etmir. 2.6. Tərəflər razılaşırlar ki, xx.xx.2014-cü il tarixli 181 SF saylı kredit müqaviləsi üzrə öhdəlik Cavabdeh2 tərəfindən tam və vaxtında icra edilərək ödənildikdən sonra ipoteka predmeti olan Cavabdeh2 məxsus olan İmişli şəhəri, Məşədi Əzizbəyov küçəsində 0,008 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli qeyri-yaşayış sahəsi cavabdehin müraciəti əsasında ipoteka yüklülüyündən azad olunur. Mülki Prosessual Məcəllənin 52.3 və 52.5-ci maddələrinə görə tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0 və 261.0.5-ci maddəsində isə təsbit olunmuşdur ki, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası MPM-nin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla və təqdim olunmuş barışıq sazişinin şərtlərini tədqiq etməklə məhkəmə hesab edir ki, göstərilən şərtlərlə barışıq sazişinin bağlanması qanuna zidd olmadığına və hər hansı bir şəxsin hüquqlarını və ya qanunla qorunan mənafeyini pozmadığına görə barışıq sazişi təsdiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ilə cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 arasında bağlanmış, aşağıdakı məzmunda olan xx.xx.2022-ci il tarixli barışıq sazişi təsdiq edilsin: Maddə 2. Sazişin şərtləri 2.1. xx.xx.2014-cü il tarixli 181 SF saylı kredit müqaviləsi üzrə 12.000,48 (on iki min 48 qəpik) manat əsas, 1.772,00 (bir min yeddi yüz yetmiş iki iki) manat faiz, 1.838,00 (bir min səkkiz yüz otuz səkkiz) manat cərimə və AR Konstitusiya Məhkəməsinin xx.xx.2014cü il tarixli Plenum qərarına əsasən hesablanmış 2.939,20 (iki min doqquz yüz otuz doqquz manat 20 qəpik) manat faiz borc, cəmi 18.549,68 (on səkkiz min beş yüz qırx doqquz manat 68 qəpik) manat məbləğində borcun, xx.xx.2015-cİ il tarixli 578 SF saylı kredit müqaviləsinə üzrə 14.510,22 (on dörd min beş yüz on manat 22 qəpik) manat əsas, 3.604,49 (üç min altı yüz dörd manat 49 qəpik) manat faiz, 836,74 (səkkiz yüz otuz altı manat 74 qəpik) manat cərimə və AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 2.381,58 (iki min üç yüz səksən bir manat 58 qəpik) manat faiz, cəmi 21.333,03 (iyirmi bir min üç yüz otuz üç manat 03 qəpik) manat məbləğində borcun olmasını iddiaçı və cavabdehlər təsdiq edirlər. 2.2. İddiaçı cavabdehin olan ünvanlandığı ərizəsini nəzərə alaraq xx.xx.2014-cü il tarixli 181 SF saylı kredit müqaviləsi üzrə güzəşt olaraq 12.000,48 (on iki min 48 qəpik) manat borcun cavabdeh tərəfindən 48 (qırx səkkiz) ay müddətinə aylıq ödənişlə, hər ay 250,10 (iki yüz əlli manat, 10 qəpik) manat ödənilməsinə və xx.xx.2015-cİ il tarixli 578 SF saylı kredit müqaviləsi üzrə güzəşt olaraq 14.510,22 (on dörd min beş yüz on manat 22 qəpik) manat borcun cavabdeh tərəfindən 48 (qırx səkkiz) ay müddətinə aylıq ödənişlə, hər ay 302,30 (üç yüz iki manat, 30 qəpik) manat ödənilməsinə möhlət verilməsini təsdiq edir. 2.3. Tərəflər razılaşırlar ki, xx.xx.2014-cü il tarixli 181 SF saylı kredit müqaviləsi üzrə 1.772,00 (bir min yeddi yüz yetmiş iki iki) manat faiz, 1.838,00 (bir min səkkiz yüz otuz səkkiz) manat cərimə və AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 2.939,20 (iki min doqquz yüz otuz doqquz manat 20 qəpik) manat faiz borcu, cəmi 6.549,20 AZN (beş min beş yüz qırx doqquz manat, 20 manat) manat məbləğində borc və xx.xx.2015-cİ il tarixli 578 SF nömrəli kredit müqaviləsi üzrə yaranmış 3.604,49 (üç min altı yüz dörd manat 49 qəpik) manat faiz, 836,74 (səkkiz yüz otuz altı manat 74 qəpik) manat cərimə və AR Konstitusiya Məhkəməsinin xx.xx.2014cü il tarixli Plenum qərarına əsasən hesablanmış 2.381,58 (iki min üç yüz səksən bir manat 58 qəpik) manat borcun, cəmi 6.822,81 AZN (altı min səkkiz yüz iyirmi iki manat, 81 qəpik) manat məbləğində borc iddiaçı ləğv prosessində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən cavabdehlərə tam şəkildə güzəşt edilir. 2.4. Hər ay ödəniləcək məbləğlər Cavabdeh2 tərəfindən 3 dəfə lazımınca icra edilməməsi Sazişin bu 2.2.-ci bəndinin şərtlərinin pozulması və güzəştin ləğv edilməsi kimi qiymətləndirilir. 2.5. Cavabdeh ona verilən ödəniş şərtlərini pozduğu halda xx.xx.2014-cü il tarixli 181 SF saylı kredit müqaviləsi üzrə 1.772,00 (bir min yeddi yüz yetmiş iki iki) manat faiz, 1.838,00 (bir min səkkiz yüz otuz səkkiz) manat cərimə və AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 2.939,20 (iki min doqquz yüz otuz doqquz manat 20 qəpik) manat faiz borcu, cəmi 6.549,20 AZN (beş min beş yüz qırx doqquz manat, 20 manat) manat məbləğində borc və xx.xx.2015-cİ il tarixli 578 SF nömrəli kredit müqaviləsi üzrə yaranmış 3.604,49 (üç min altı yüz dörd manat 49 qəpik) manat faiz, 836,74 (səkkiz yüz otuz altı manat 74 qəpik) manat cərimə və AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 2.381,58 (iki min üç yüz səksən bir manat 58 qəpik) manat borcun, cəmi 6.822,81 AZN (altı min səkkiz yüz iyirmi iki manat, 81 qəpik) manat məbləğində borcun güzəşt edilməsi ləğv edilir. 2.5. Cavabdehlər təsdiq edir ki, bu Sazişin 2.2-ci bəndində göstərilən şərtlər pozulduqda və icra edilmədikdə o bu sazişin 1-ci maddəsində qeyd olunan borc məbləğlərini iddiaçıya tam şəkildə ödənilməsinə, tutmanın kredit müqaviləsin üzrə öhdəliklərin təminatı olan Cavabdeh2 məxsus olan, likvid qiyməti 80.000 (səksən min) manat olan İmişli şəhəri, Məşədi Əzizbəyov küçəsində 0,008 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli qeyri-yaşayış sahəsinə yönəldilməsinə və açıq hərracdan satılmasına, əldə olunan pul məbləğinin ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsinə etiraz etmir. 2.6. Tərəflər razılaşırlar ki, xx.xx.2014-cü il tarixli 181 SF saylı kredit müqaviləsi üzrə öhdəlik Cavabdeh2 tərəfindən tam və vaxtında icra edilərək ödənildikdən sonra ipoteka predmeti olan Cavabdeh2 məxsus olan İmişli şəhəri, Məşədi Əzizbəyov küçəsində 0,008 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli qeyri-yaşayış sahəsi cavabdehin müraciəti əsasında ipoteka yüklülüyündən azad olunur. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 qarşı “borcun tutulması və s.” tələbi barədə iş üzrə icraata xitam verilsin. Ekspertiza xərcinin əvəzi olaraq 145 (yüz qırx beş) manat məbləğində pul cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin (müxbir hesab: AZ 41NABZ********************) hesabına ödənilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar