Məhkəmə qərarları › İş №e-2-2(113)-520/2020

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-520/2020

20.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-520/2020 20.02.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi ilə, Zeynalova Leyla Afiq qızının katibliyi ilə, iddiaçının qanuni təmsilçisi X1 iştirakı ilə, X2 və ortaqlarının Tam Ortaqlıq “Tac” Kredit İttifaqının Cavabdeh qarşı kredit üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 və ortaqlarının Tam Ortaqlıq “Tac” Kredit İttifaqı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 4.374,95 (dörd min üç yüz yetmiş dörd manat, doxsan beş qəpik) manat əsas borc, 1.006,02 (bir min altı manat iki qəpik) manat faiz borcu, 2.012,04 (ikimin on ikimanat dörd qəpik) manatcərimə olmaqla, cəmi 7.393,01 (yeddimin üç yüz doxsan üç manat bir qəpik) manatməbləğində borcun və ödənilmiş 30.0 (otuz) manat dövlət rüsumunun iddiaçının xeyrinətutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, kreditor "TAC" Kreditİttifaqı ilə borcluRzayevƏmrah Mais oğlu (VÖEN **********) arasında xx xxxx 2014-cü il tarixində "94/SKMF-73"sayıl kredit müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən kreditverən həmin müqavilə ilə müəyyən edilmiş şərtlərlə kreditalana 5.000 (beş min) manat krediti SKMF-nun vəsaiti hesabinaillik 6%-lə və güzəşt müddəti 12 (on iki) ay olmaq şərtilə 36 (otuz altı) ay müddətinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün verir.Kreditalan həmin müqavilə ilə aldığı krediti, ona hesablanmış faizi, müqavilədə göstərilən digər öhdəlikləri vaxtında və tam yerinə yetirməyi öhdəsinə götürür. Həmin müqavilənin 4.1-cimaddəsinə əsasən kreditalan "TAC" Kİ qarşısında müqavilədə nəzərdə tutulmüş şərtlərlə aldığı vəsaiti 36 (otuz altı) ay ərzində qaytarmağı qeyd-şərtsiz olaraq öhdəsinə götürmüşdür. Müqavilənin 4.2-ci bəndinə əsasən kreditalan kredit məbləğini kreditin verilmətarixindən sonra həmin Müqaviləyə 1 saylı Əlavədə göstərilmiş ödəmə cədvəliilə müəyyən olunmuş qaydada ödənilməsini həyata keçirəcəkdir. Həmin əlavə üzrə ödəniş o halda vaxtında ödənilmiş hesab edilir ki, müvafiq dövr üçün müəyyən olunmuş gün Bankın əməliyyat saatlarında kreditverənin cari hesablaşma hesabna daxiledilmiş olsun. Əgər ödəniş iş giinü hesab olunmayan günətəsadüfedərsə, ödəniş həmin gündən sonra gələn növbəti iş günü ödənməlidir. Lakin borclu bügünədək 625.05 (altı yüziyirmi beş manat, beş qəpik) manat kredit, 378.58 (üç yüz yetmiş səkkiz manat,əllisəkkiz qəpik) manat faiz ödəmişdir. xx.xx.2015-ci il tarixindən bugünədək heç bir ödəniş etməmişdir. Bununlaəlaqədar olaraq kreditor borcluya borcun qaytarılması barədə bildiriş göndərsə də, borclu tərəfındən borcun ödənilməsiistiqamətində hər hansı bir addımatılmamışdır. Müqavilənin 5.1-ci bəndinə əsasən "TAC" tarifcədvəlinə uyğun olaraq kreditalan kreditverənə kreditin təhsisedilməsinə, müvafıq hesabların açılmasına və göstərilən digər xidmətlərə görə müvafıq komisyon haqqı ödəyir. Kreditalan kredit üzrə hesablanmış faiz borcunu kreditinmüddəti bitənədək həray ödəməyi öz öhdəsinə götürür. Müqavilənin 5.3bəndinəəsasən kredit üzrəfaizlər illik faiz dövrü şərti olaraq 360 gün götürülməklə, illik 6%(altı) faiz dövründə kreditin istifadə edildiyi günlərin faktiki sayına görə hər gün üçün günün əvvəlinə olan qalığa hesablanır. Faizlər kreditin verildiyi gündən hesablanır. Müqavilənin 6.1-ci bəndinəəsasən Müqaviləyə 1 saylı Əlavəilə müəyyən edilən ödəmə günü həmin gün üçün təyin edilmiş məbləğ ödənilmədikdəertəsi gündən etibarən vaxtı keçmiş borcun faktiki olaraq ödənildiyitarixədək 5.3-cü bəndində göstərilmiş faiz dərəcəsinin ikimislinə bərabərcərimə ödəyir. İddia ərizəsinə əlavəedilmiş xx.xx.2019-cu iltarixlimaliyyəarayışından görünür ki,cavabdehin həmin tarixə 4.374,95 (dörd min üç yüz yetmiş dörd manat, doxsan beş qəpik) manat kredit, 1.006,02 (bir min altı manat iki qəpik) manat faiz, 2.012,04 (ikimin on ikimanat dörd qəpik) manat cərimə borcu olmaqlacəmi 7.393,01 (yeddimin üç yüz doxsan üç manat bir qəpik) manat borcu vardır. İddiaçının qanuni təmsilçisi X3 məhkəmə iclasında iddiasını müdafiə etdi, işə qiyabi icraat qaydasında baxılmasına etiraz etməməsinə dair ərizəni məhkəməyə təqdim edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının nümayəndəsinin razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının qanuninümayəndəsinidinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx xxxx 2014-cü il tarixli, 94/SKMF-73 saylı “Tac” Kredit İttifaqı (kreditverən) ilə Cavabdeh (kreditalan) arasında bağlanmış kredit müqaviləsinə əsasən kreditverən tərəfindən kreditalana həmin müqavilə ilə müəyyən edilmiş şərtlərlə SKMF-nin vəsaiti hesabına illik 6%-lə və güzəşt müddəti 12 ay olmaq şərtilə 36 ay müddətinə 5.000 manat məbləğində kredit verilmişdir. Kreditalan həmin müqavilə ilə aldığı krediti qaytarmağı, kreditə hesablanmış faizləri ödəməyi və müqavilə ilə nəzərdə tutulmuş digər öhdəlikləri vaxtında və tam yerinə yetirməyi öhdəsinə götürmüşdür. Müqavilənin 6.1-ci bəndinə əsasən həmin müqaviləyə 1 saylı Əlavə ilə müəyyən edilən ödəmə günü həmin gün üçün təyin edilmiş məbləğ ödənilmədikdə ertəsi gündən etibarən vaxtı keçmiş borcun faktiki olaraq ödənildiyi tarixədək həmin müqavilənin 5.3-cü bəndində göstərilmiş faiz dərəcəsinin iki mislinə bərabər cərimə ödəməlidir. Kredit xx xxxx 2014-cü il tarixdən xx xxxx 2017-ci ilə qədər verilmişdir. İşdə olan xx xxxx 2014-cü il tarixli, 459 saylı kassa məxaric orderi ilə müəyyən edilir ki, Cavabdeh “Tac” Kredit İttifaqından 5.000 manat məbləğində pul vəsaiti almışdır. Mülki işə əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, xx xxxx 2014-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh verilmiş kredit məbləği və həmin məbləğə müqavilə şərtlərinə uyğun olaraq hesablanmış faizlər müqavilənin bağlandığı vaxtdan 12 ay ərzində hər ay 25 manat faiz ödənişi, növbəti 24 ay ərzində isə hər ay 208,35 manat məbləğində əsas borcun ödənişi edilməklə kreditalan tərəfindən “Tac” Kredit İttifaqına qaytarılmalı idi. İş materiallarında olan xx xxxx 2019-cu il tarixli maliyyə arayışından müəyyən olunur ki, cavabdehin “Tac” Kredit İttifaqı ilə bağladığı xx xxxx 2014-cü il tarixli, 94/SKMF-73 saylı kredit müqaviləsi üzrə tələb qaldırılan günə əsas kredit borcu 4.374,95 manat, faiz borcu 1.006,02 manat, cərimə 2.012,04 manat, borc üzrə tələbin məbləği cəmi 7.393,01 manat təşkil edir. İşdə olan “Tac” Kredit İttifaqı tərəfindən cavabdehə ünvanlanmış xx xxxx 2017-ci il tarixli bildirişdən görünür ki, sonuncuya kredit müqaviləsi üzrə borcunun bir ay ərzində ödənilməsi təklif edilmiş, borc ödənilmədiyi təqdirdə Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun verilmiş güzəştli kreditin qaytarılması üçün prokurorluğa və məhkəməyə müraciət olunacağı bildirilmişdir. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2014-cü il tarixli, CXS seriyalı, 384439 nömrəli kassa mədaxil orderi üzrə 100 manat, xx xxxx 2014-cü il tarixli, CXS seriyalı, 384139 nömrəli kassa mədaxil orderi üzrə 100 manat, xx xxxx 2015-ci il tarixli, BÖÖ seriyalı, 746608 nömrəli kassa mədaxil orderi üzrə 100 manat, xx xxxx 2015-ci il tarixli, BÖÖ seriyalı, 746820 nömrəli kassa mədaxil orderi üzrə 208,35 manat, xx xxxx 2015-ci il tarixli, BÖÖ seriyalı, 746829 nömrəli kassa mədaxil orderi üzrə 25 manat, xx xxxxxx 2015ci il tarixli, BÖÖ seriyalı, 746981 nömrəli kassa mədaxil orderi üzrə 208,35 manat, xx xxxxxx 2015-ci il tarixli, BÖÖ seriyalı, 746991 nömrəli kassa mədaxil orderi üzrə 23,96 manat, xx xxxxxxxx 2015-ci il tarixli, BÖÖ seriyalı, 747162 nömrəli kassa mədaxil orderi üzrə 208,35 manat, xx xxxxxxxx 2015-ci il tarixli, BÖÖ seriyalı, 747172 nömrəli kassa mədaxil orderi üzrə 22,92 manat edilmiş ödənişlərdən görünür ki, Cavabdeh tərəfindən iddiaçıya cəmi 996 manat 93 qəpik məbləğində pul vəsaiti ödənilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, “Tac” Kredit İttifaqı ilə Cavabdeh arasında xx xxxx 2014-cü il tarixdə 94/SKMF-73 saylı kredit müqaviləsi bağlanmışdır. “Tac” Kredit İttifaqı göstərilən müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh kredit məbləğini və kredit üzrə hesablanmış faizləri müqavilədə müəyyən edilmiş müddətdə və qaydada iddiaçıya qaytarmamış, bununla kredit müqaviləsi üzrə öhdəlikləri pozmuşdur. Nəticədə cavabdehin “Tac” Kredit İttifaqına .374,95 manat məbləğində əsas, 1.006,02 manat məbləğində faiz, 2.012,04 manat məbləğində cərimə borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3 maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4 maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd olunan Məcəllənin 443.1 maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.7 maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə müvafiq olaraq əgər həmin Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Qeyd olunan Məcəllənin 600.1-ci maddəsinə uyğun olaraq alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Belə olan halda məhkəmə Cavabdeh xx xxxx 2014-cü il tarixli, 94/SKMF-73 saylı kredit müqaviləsi üzrə “Tac” Kredit İttifaqı qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirmədiyini, nəticədə cavabdehin kredit ittifaqına borcunun yarandığını nəzərə alaraq hesab edir ki, iddiaçı “Tac” Kredit İttifaqı kredit müqaviləsi üzrə yaranmış borcun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli və Cavabdeh oğlundan 5.000 manat məbləğində əsas borc, 1.175 manat məbləğində faiz borcu, 2.300 manat cərimə, cəmi 8.475 manat məbləğində borc tutularaq iddiaçı X2 və ortaqlarının Tam Ortaqlıq “Tac” Kredit İttifaqına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 4.374,95 (dörd min üç yüz yetmiş dörd manat doxsan beş qəpik) manat əsas borc, 1.006,02 (bir min altı manat iki qəpik) manat faiz borcu, 2.012,04 (iki min on iki manat dörd qəpik) manat cərimə olmaqla, cəmi 7.393,01 (yeddi min üç yüz doxsan üç manat bir qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı X2 və ortaqlarının Tam Ortaqlıq “Tac” Kredit İttifaqına ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar