Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-520/2022 25.02.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh1, Cavabdeh5 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin hazırlıq iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı ASC cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh1, Cavabdeh5 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 29.10.2014-cü il tarixli 115162-1-7769/2 №-li “Kommersiya krediti müqaviləsi” və həmin müqaviləyə dəyişiklik və əlavələr edilməsi barədə 21 oktyabr 2016-cı il tarixli 01 saylı Razılaşma üzrə 26.11.2020-ci il tarixə Banka borclu olduğu 186.246,83 AZN məbləğində əsas borc, 32.185,96 AZN məbləğində faiz borcu, 14.130,00 AZN məbləğində cərimə üzrə borcu olmaqla, ümumilikdə 232.562,79 AZN məbləğində pulun, həmçinin mediasiya prosesi ilə bağlı ödənilmiş 400 manat məbləğində xərcinin, məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 122,96 AZN məbləğində dövlət rüsumunun və ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun müştərək qaydada Cavabdeh2, Cavabdeh1, Cavabdeh5 və Cavabdeh4 iddiaçının xeyrinə tutulması; tutmanın Cavabdeh1 xüsusi mülkiyyət hüququ ilə məxsus olan ipoteka predmetinə - Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 45 ünvanında, 1-ci mərtəbədə yerləşən, 94.8 kv.m ümumi sahədən ibarət olan qeyri-yaşayış sahəsinə yönəldilməsi, ipoteka predmetininn ilkin satış qiymətinin 190.000 manat məbləğində müəyyən edilməsi və həmin daşınmaz əmlakın açıq hərracdan satılması; daşınmaz əmlakın satışından əldə edilən vəsait hesabına cavabdehlərdən müştərək qaydada tutulmalı olan borcun iddiaçıya ödənilməsi; Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 45 ünvanında, 1-ci mərtəbədə yerləşən, 94.8 kv.m ümumi sahədən ibarət olan qeyriyaşayış sahəsinə tutma yönəldildikdən və o satıldıqdan sonra qeyri-yaşayış sahəsinin məcburi qaydada boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflər Məhkəməyə tərəflər arasında imzalanmış barışıq sazişini təqdim edərək, sazişin şərtlərinin məhkəmə tərəfindən təsdiq edilməsini və bununla əlaqədar iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil, cavabdehlər Cavabdeh2 və Cavabdeh4 ayrı-ayrılıqda barışıq sazişinin şərtlərinin məhkəmə tərəfindən təsdiq edilməsini və iş üzrə icraat xitam verilməsini xahiş etdilər. Digər Cavabdeh5 məhkəməyə notarial qaydada təsdiq olunmuş ərizə ünvanlayaraq barışıq sazişində olan imzanın ona məxsus olduğunu, barışıq sazişinin Məhkəmə tərəfindən təsdiq edilməsini, iş üzrə icraata xitam verilməsini xahiş etdiyini, hüquqi nəticələrinin ona aydın olduğunu bildirmişdir. Məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. Barışıq sazişinin məzmununa görə: 3.1. Bu Sazişin 2-ci bəndi ilə müəyyən edilmiş kredit müqaviləsi və həmin müqaviləyə dəyişiklik və əlavələr edilməsi barədə razılaşma üzrə “Borclular”ın müştərək qaydada Banka olan cəmi borc məbləğinə, yəni 232.562.79 (iki yüz otuz iki min beş yüz altmış iki manat 79 qəpik) AZN məbləğinə hər hansı bir faiz və digər əlavə ödəniş hesablanmır. “Borclular” həmin borc məbləğinin 203.000,00 (iki yüz üç min manat 00 qəpikz) AZN məbləğində olan hissəsini bu Sazişin 3.2-ci bəndində nəzərdə tutulmuş ödəniş cədvəlinə uyğun olaraq müştərək qaydada 2022-ci ilin mart ayından başlayaraq hər ayın 30-dan gec olmamaqla 39 ay ərzində hər ay 2.500,00 (iki min beş yüz manat 00 qəpik) AZN-ə bölünmüş hissələrlə, sonuncu, yəni 40-cı ay isə qalan 105.500,00 (bir yüz beş min beş yüz manat 00 qəpik) AZN məbləğində pulu “Bank”a ödəyir. 3.2. Ödəniş cədvəli:
1. 2.500,00 AZN
2. 2.500,00 AZN
3. 2.500,00 AZN
4. 2.500,00 AZN
5. 2.500,00 AZN
6. 2.500,00 AZN
7. 2.500,00 AZN
8. 2.500,00 AZN
9. 2.500,00 AZN
10. 2.500,00 AZN
11. 2.500,00 AZN
12. 2.500,00 AZN
13. 2.500,00 AZN
14. 2.500,00 AZN
15. 2.500,00 AZN
16. 2.500,00 AZN
17. 2.500,00 AZN
18. 2.500,00 AZN
19. 2.500,00 AZN
20. 2.500,00 AZN
21. 2.500,00 AZN
22. 2.500,00 AZN
23. 2.500,00 AZN
24. 2.500,00 AZN
25. 2.500,00 AZN
26. 2.500,00 AZN
27. 2.500,00 AZN
28. 2.500,00 AZN
29. 2.500,00 AZN
30. 2.500,00 AZN
31. 2.500,00 AZN
32. 2.500,00 AZN
33. 2.500,00 AZN
34. 2.500,00 AZN
35. 2.500,00 AZN
36. 2.500,00 AZN
37. 2.500,00 AZN
38. 2.500,00 AZN
39. 2.500,00 AZN
40. 105.500,00 AZN 3.3. Bu Sazişin 3.1-ci bəndi ilə müəyyən edilmiş qaydada pul öhdəliyini “Borclular” tərəfindən tam həcmdə icra edildikdən sonra bu Sazişin 2-ci bəndi ilə müəyyən edilmiş kredit müqaviləsi və həmin müqaviləyə dəyişiklik və əlavələr edilməsi barədə razılaşma üzrə “Borclular”ın müştərək qaydada Banka olan cəmi 232.562.79 (iki yüz otuz iki min beş yüz altmış iki manat 79 qəpik) AZN məbləğinin 29.562,79 (iyirmi doqquz min beş yüz altmış iki manat 79 qəpik) AZN məbləğində olan qalıq hissəsi Bank tərəfindən silinir. Bununla da, “Borclular”ın Bank qarşısında 29.10.2014-cü il tarixli 115162-1-7769/2 №-li “Kommersiya krediti müqaviləsi” və həmin müqaviləyə dəyişiklik və əlavələr edilməsi barədə 21 oktyabr 2016-cı il tarixli 01 saylı Razılaşma üzrə öhdəliyi tam icra olunmuş hesab olunur, “Bank” tərəfindən “Borclular”a bu barədə arayış təqdim edilir və “Bank” qarşısında ipoteka ilə yüklü edilmiş ipoteka predmeti yüklülükdən azad olunur.
4. Bir təqvim ili ərzində ümumi gecikmələrin sayı 30 (otuz) gündən artıq olmamalıdır. “Borclular” bu Saziş ilə müəyyən edilmiş qaydada pul öhdəliyinin icrasını təmin etmədikdə və ya lazımınca təmin etmədikdə hər hansı irad, etiraz bildirmədən və hər hansı mübahisə (iddia, şikayət, etiraz və sair) qaldırmadan aşağıdakı tələbləri icra etməyi qəbul edirlər: 4.1. “Borclular”dan müştərək qaydada “Bank”a olan 232.562,79 (iki yüz otuz iki min beş yüz altmış iki manat 79 qəpik) AZN məbləğindəki borcun həmin günə olan qalıq məbləği “Bank”ın xeyrinə tutulur. 4.2. Bu sazişin 4.1-ci bəndinə əsasən “Borclular”dan müştərək qaydada “Bank”ın xeyrinə tutulmalı olan borc “Bank” qarşısında ipoteka ilə yüklü edilmiş xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 45 ünvanında, 1-ci mərtəbədə yerləşən, 94.8 kv.m ümumi sahədən ibarət olan qeyri-yaşayış sahəsinə (ipoteka predmetinin ilkin satış qiyməti məhkəmə ekspertiza rəyinə əsasən 285.600 (iki yüz səksən beş min altı yüz) AZN məbləğində müəyyən edilməklə) yönəldilir, daşınmaz əmlak açıq hərracdan satılır, satışdan əldə olunmuş vəsait isə “Bank”a ödənilir. 4.3. Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 45 ünvanında, 1-ci mərtəbədə yerləşən, 94.8 kv.m ümumi sahədən ibarət olan qeyri-yaşayış sahəsinə tutma yönəldildikdən və o satıldıqdan sonra “İpoteka qoyan” Cavabdeh1 tərəfindən məcburi qaydada boşaldılır. 4.4. İpoteka predmetinin satışından əldə olunmuş vəsait bu Sazişin 4.1-ci bəndində qeyd olunan “Borclular”ın müştərək qaydada “Bank”a olan borcunun qalığının bağlanmasına, qalan hissə isə müvafiq olaraq “İpoteka qoyan”a qaytarılır. 4.5. İpoteka predmetinin satışından əldə olunan vəsaitin məbləği bu Sazişin 4.1-ci bəndində qeyd olunan borcun ödənilməsi üçün yetərli olmazsa, həmin çatışmayan məbləğ “Borclular”a məxsus digər daşınar və daşınmaz əmlaklara yönəldilir, həmin əmlaklar “İcra haqqında” Azərbaycan Respublikası Qanununa (bundan sonra mətndə “İcra haqqında” Qanun) uyğun olaraq açıq hərracdan satılır və əldə olunmuş vəsait “Borclular” Cavabdeh2, Cavabdeh1, Cavabdeh5 və Cavabdeh4 müştərək qaydada “Bank”a olan borcunun qalığının ödənilməsinə yönəldilir.
5. “Borclular” bu Sazişin 3.1-ci bəndi ilə müəyyən edilmiş qaydada pul öhdəliyini tam həcmdə icra etdikdən sonra onların bu Sazişin 2-ci bəndində qeyd edilən kredit müqaviləsi və həmin müqaviləyə dəyişiklik və əlavələr edilməsi barədə razılaşma üzrə “Bank” qarşısında heç bir öhdəliyi qalmır, bu Sazişin 4.2-ci bəndində qeyd olunan daşınmaz əmlak “Bank” tərəfindən ipoteka ilə yüklülükdən azad edilir və ipoteka müqaviləsinə xitam verilir. Məhkəmə barışıq sazişini müzakirə edərək, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişinin şərtləri təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişinin şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokulu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tətəf imzalayır. İddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan məhkəməyə göndərilən yazılı ərizələrində də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsi, cavbdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticəsini izah edir, iddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə bu barədə qərardad cıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci və 262.1-ci maddələrinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir və bu barədə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Hazırkı iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xərclərinə dair bildirişdən görünür ki, keçirilmiş ekspertiza tədqiqatının dəyəri 300 manat təşkil edir. Məhkəmə hesab edir ki, ekspertiza xərci tərəflərdən müştərək qaydada tutularaq "xxxx" MMC-nin hesablarına köçürülməli, qalan məhkəmə xərcləri tərəflərin özlərinə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261-262, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı ASC ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 arasında bağlanmış barışıq sazişinin aşağdakı şərtləri məhkəmə tərəfindən təsdiq edilsin və iş üzrə icraata xitam verilsin: 3.1. Bu Sazişin 2-ci bəndi ilə müəyyən edilmiş kredit müqaviləsi və həmin müqaviləyə dəyişiklik və əlavələr edilməsi barədə razılaşma üzrə “Borclular”ın müştərək qaydada Banka olan cəmi borc məbləğinə, yəni 232.562.79 (iki yüz otuz iki min beş yüz altmış iki manat 79 qəpik) AZN məbləğinə hər hansı bir faiz və digər əlavə ödəniş hesablanmır. “Borclular” həmin borc məbləğinin 203.000,00 (iki yüz üç min manat 00 qəpikz) AZN məbləğində olan hissəsini bu Sazişin 3.2-ci bəndində nəzərdə tutulmuş ödəniş cədvəlinə uyğun olaraq müştərək qaydada 2022-ci ilin mart ayından başlayaraq hər ayın 30-dan gec olmamaqla 39 ay ərzində hər ay 2.500,00 (iki min beş yüz manat 00 qəpik) AZN-ə bölünmüş hissələrlə, sonuncu, yəni 40-cı ay isə qalan 105.500,00 (bir yüz beş min beş yüz manat 00 qəpik) AZN məbləğində pulu “Bank”a ödəyir. 3.2. Ödəniş cədvəli:
1. 2.500,00 AZN
2. 2.500,00 AZN
3. 2.500,00 AZN
4. 2.500,00 AZN
5. 2.500,00 AZN
6. 2.500,00 AZN
7. 2.500,00 AZN
8. 2.500,00 AZN
9. 2.500,00 AZN
10. 2.500,00 AZN
11. 2.500,00 AZN
12. 2.500,00 AZN
13. 2.500,00 AZN
14. 2.500,00 AZN
15. 2.500,00 AZN
16. 2.500,00 AZN
17. 2.500,00 AZN
18. 2.500,00 AZN
19. 2.500,00 AZN
20. 2.500,00 AZN
21. 2.500,00 AZN
22. 2.500,00 AZN
23. 2.500,00 AZN
24. 2.500,00 AZN
25. 2.500,00 AZN
26. 2.500,00 AZN
27. 2.500,00 AZN
28. 2.500,00 AZN
29. 2.500,00 AZN
30. 2.500,00 AZN
31. 2.500,00 AZN
32. 2.500,00 AZN
33. 2.500,00 AZN
34. 2.500,00 AZN
35. 2.500,00 AZN
36. 2.500,00 AZN
37. 2.500,00 AZN
38. 2.500,00 AZN
39. 2.500,00 AZN
40. 105.500,00 AZN 3.3. Bu Sazişin 3.1-ci bəndi ilə müəyyən edilmiş qaydada pul öhdəliyini “Borclular” tərəfindən tam həcmdə icra edildikdən sonra bu Sazişin 2-ci bəndi ilə müəyyən edilmiş kredit müqaviləsi və həmin müqaviləyə dəyişiklik və əlavələr edilməsi barədə razılaşma üzrə “Borclular”ın müştərək qaydada Banka olan cəmi 232.562.79 (iki yüz otuz iki min beş yüz altmış iki manat 79 qəpik) AZN məbləğinin 29.562,79 (iyirmi doqquz min beş yüz altmış iki manat 79 qəpik) AZN məbləğində olan qalıq hissəsi Bank tərəfindən silinir. Bununla da, “Borclular”ın Bank qarşısında 29.10.2014-cü il tarixli 115162-1-7769/2 №-li “Kommersiya krediti müqaviləsi” və həmin müqaviləyə dəyişiklik və əlavələr edilməsi barədə 21 oktyabr 2016-cı il tarixli 01 saylı Razılaşma üzrə öhdəliyi tam icra olunmuş hesab olunur, “Bank” tərəfindən “Borclular”a bu barədə arayış təqdim edilir və “Bank” qarşısında ipoteka ilə yüklü edilmiş ipoteka predmeti yüklülükdən azad olunur.
4. Bir təqvim ili ərzində ümumi gecikmələrin sayı 30 (otuz) gündən artıq olmamalıdır. “Borclular” bu Saziş ilə müəyyən edilmiş qaydada pul öhdəliyinin icrasını təmin etmədikdə və ya lazımınca təmin etmədikdə hər hansı irad, etiraz bildirmədən və hər hansı mübahisə (iddia, şikayət, etiraz və sair) qaldırmadan aşağıdakı tələbləri icra etməyi qəbul edirlər: 4.1. “Borclular”dan müştərək qaydada “Bank”a olan 232.562,79 (iki yüz otuz iki min beş yüz altmış iki manat 79 qəpik) AZN məbləğindəki borcun həmin günə olan qalıq məbləği “Bank”ın xeyrinə tutulur. 4.2. Bu sazişin 4.1-ci bəndinə əsasən “Borclular”dan müştərək qaydada “Bank”ın xeyrinə tutulmalı olan borc “Bank” qarşısında ipoteka ilə yüklü edilmiş xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 45 ünvanında, 1-ci mərtəbədə yerləşən, 94.8 kv.m ümumi sahədən ibarət olan qeyri-yaşayış sahəsinə (ipoteka predmetinin ilkin satış qiyməti məhkəmə ekspertiza rəyinə əsasən 285.600 (iki yüz səksən beş min altı yüz) AZN məbləğində müəyyən edilməklə) yönəldilir, daşınmaz əmlak açıq hərracdan satılır, satışdan əldə olunmuş vəsait isə “Bank”a ödənilir. 4.3. Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 45 ünvanında, 1-ci mərtəbədə yerləşən, 94.8 kv.m ümumi sahədən ibarət olan qeyri-yaşayış sahəsinə tutma yönəldildikdən və o satıldıqdan sonra “İpoteka qoyan” Cavabdeh1 tərəfindən məcburi qaydada boşaldılır. 4.4. İpoteka predmetinin satışından əldə olunmuş vəsait bu Sazişin 4.1-ci bəndində qeyd olunan “Borclular”ın müştərək qaydada “Bank”a olan borcunun qalığının bağlanmasına, qalan hissə isə müvafiq olaraq “İpoteka qoyan”a qaytarılır. 4.5. İpoteka predmetinin satışından əldə olunan vəsaitin məbləği bu Sazişin 4.1-ci bəndində qeyd olunan borcun ödənilməsi üçün yetərli olmazsa, həmin çatışmayan məbləğ “Borclular”a məxsus digər daşınar və daşınmaz əmlaklara yönəldilir, həmin əmlaklar “İcra haqqında” Azərbaycan Respublikası Qanununa (bundan sonra mətndə “İcra haqqında” Qanun) uyğun olaraq açıq hərracdan satılır və əldə olunmuş vəsait “Borclular” Cavabdeh2, Cavabdeh1, Cavabdeh5 və Cavabdeh4 müştərək qaydada “Bank”a olan borcunun qalığının ödənilməsinə yönəldilir.
5. “Borclular” bu Sazişin 3.1-ci bəndi ilə müəyyən edilmiş qaydada pul öhdəliyini tam həcmdə icra etdikdən sonra onların bu Sazişin 2-ci bəndində qeyd edilən kredit müqaviləsi və həmin müqaviləyə dəyişiklik və əlavələr edilməsi barədə razılaşma üzrə “Bank” qarşısında heç bir öhdəliyi qalmır, bu Sazişin 4.2-ci bəndində qeyd olunan daşınmaz əmlak “Bank” tərəfindən ipoteka ilə yüklülükdən azad edilir və ipoteka müqaviləsinə xitam verilir. İddiaçı ASC, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 izah edilsin ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Aparılmış ekspertiza tədqiqatı ilə bağlı 300 (üç yüz) manat ekspertiza xərci İddiaçı ASC, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada tutularaq "xxxx" MMC-nin hesabına (VÖEN: **********, Hesab № AZ33İBAZ********************, "xxxx" ASC Yasamal filialı, Kod: 805562, VÖEN:**********, Müxbir hesab: AZ03NABZ********************, SWİFT BİK: İBAZAZ2X) ödənilsin. Qalan məhkəmə xərcləri tərəflərin özlərinə aid edilsin. Qərardaddan, rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim Ülkər Həsənova