Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-520/2025 23.07.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Nuriyeva Nigar Fikrət qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı “kreditin qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsinə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 173.888,57 manat məbləğində əsas borc, 10.479,17 manat məbləğində faiz borcu, ümumilikdə isə 184.367,74 manat məbləğində pulun və 474,37 manat məbləğində dövlət rüsumunun ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulmasına və ipoteka ilə yüklü edilmiş 15 ədəd New Holland taxılbiçən kombaynların açıq hərracda satışa çıxarılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh MMC-ninborcunun tam ödənilməsinə kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh MMC-dən tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-7034/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən iş üzrə məhkəmə – mühasibatlıq ekspertizası təyin edilmişdir və iş üzrə icraat rəy alınanadək dayandırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16- 16/2-9/9745/2024 nömrəli, 08 may 2025-ci il tarixli məhkəmə – mühasibatlıq ekspertizasından imtina edilməsi ilə bağlı ekspert məktubu xx.xx.2025-ci il tarixində məhkəməyə daxil olmuşdur. Həmin imtina məktubunda rəyin verilməsindən imtinaya əsas kimi cavabdehə məxsus bank hesabından çıxarışın lazımı qaydada təqdim edilməməsi göstərilmişdir. Daha sonra məhkəmə qərardadı ilə iş üzrə icraat təzələnərək xx.xx.2025-ci il tarixə saat 11:15 və xx.xx.2025-ci il tarixə saat 16:00-a hazırlıq iclasları təyin edilmişdir. Lakin iddiaçının nümayəndəsi qeyd edilən hazırlıq iclaslarında iştirak etməmiş, nə də ki, ekspertin imtina məktubunda göstərilən sənədləri məhkəməyə təqdim etməmişdir. Cavabdehin nümayəndəsi xx.xx.2025-ci il tarixində ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, prosesləri üst-üstə düşdüyü üçün 23 iyul 2025-ci il tarixə təyin olunmuş məhkəmə prosesində iştirak edə bilməyəcək. Məhkəmə hazırlıq iclasının təxirə salınmasını xahiş edir. Lakin, ərizədə göstərilənlərə dair hər-hansı sübutu məhkəməy təqdim etməmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsində göstərilir ki, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəmənin çağırışına gəlmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. 259.0.12. ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. 260.6-cı maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli Qərarının 2-ci bəndinə görə Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.” Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.6, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı “kreditin qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi verilərkən **********72 saylı xx.xx.2024-cü il tarixli qəbzə əsasən ödənilmiş 474 manat dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 10 gün müddətində ondan elektron kabinet vasitəsi ilə Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günay Namazova
Məhkəmə qərarları › İş №e-2-2(113)-520/2025
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-520/2025
23.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver