Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-5216/2025 04.03.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 MMC, Cavabdeh3 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı ASC (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh1, Cavabdeh2 MMC, Cavabdeh3 (bundan sonra-cavabdehlər) qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 MMC-dən və Cavabdeh3 09 avqust 2024-cü il tarixli, 106875-845450/1 nömrəli kredit müqaviləsi üzrə əsas borc 57407.38 (əlli yeddi min dörd yüz yeddi manat, otuz səkkiz qəpik) manat, əsas borca hеsablanmış faiz borcu - 811.08 (səkkiz yüz on bir manat, səkkiz qəpik) manat olmaqla, cəmi -58218.46 (əlli səkkiz min iki yüz on səkkiz manat, qırx altı qəpik) manat, 01 oktyabr 2024-cü il tarixli, 106875-845450/2 nömrəli kredit müqaviləsi üzrə əsas borc – 188282.41 (bir yüz səksən səkkiz min iki yüz səksən iki manat, qırx bir qəpik) manat, əsas borca hеsablanmış faiz borcu - 10874.11 (on min səkkiz yüz yetmiş dörd manat, on bir qəpik) manat olmaqla, cəmi - 199156.52 (Bir yüz doxsan doqquz min bir yüzəlli altı manat, əlli iki qəpik) manat olmaqla, ümumilikdə 257374.98 (iki yüz əlli yeddi min üç yüz yetmiş dörd manat, doxsan səkkiz qəpik) manat məbləğində borcun, ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün köçürülmüş cəmi 51 (əlli bir) manat məbləğində pulun və iddia ərizəsinin verilməsi üçün köçürülmüş 547.38 (beş yüz qırx yeddi manat, otuz səkkiz qəpik) manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi, Tutmanın Bank qarşısında ipotеkaya qoyulmuş Cavabdeh1nnın mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.1720 ha torpaq sahəsi və onun üzərində olan ümumisahəsi 324.90 kv.m-dən ibarət fərdi yaşayış evinə yönəldilməsi, İpoteka predmeti olan ünvan 2 ünvanında yerləşən 0.1720 ha torpaq sahəsi və onunüzərində olan ümumisahəsi 324.90 kv.m-dən ibarət fərdi yaşayış evinin hərracda satılması üçün ilkin satış qiymətinin müəyyən edilməsi, 4. İpoteka predmeti olan ünvan 2 ünvanında yerləşən 0.1720 ha torpaq sahəsi və onunüzərində olan ümumi sahəsi 324.90 kv.m-dən ibarət fərdi yaşayış evinin açıq hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə iddia tələbinin həcminin azaldılması barədə ərizə verib cavabdehlər Cavabdeh2 MMC-dən və Cavabdeh3 09 avqust 2024-cü il tarixli, 106875-845450/1 nömrəli kredit müqaviləsi üzrə əsas borc - 39131.43 (otuz doqquz min bir yüz otuz bir manat, qırx üç qəpik) manat, əsas borca hesablanmış faiz borcu - 213.20 (iki yüz on üç manat, iyirmi qəpik) manat olmaqla, cəmi — 39344.63 (otuz doqquz min üç yüz qırx dörd manat, altmış üç qəpik) manat, 01 oktyabr 2024-cü il tarixli, 106875-845450/2 nömrəli kredit müqaviləsi üzrə əsas borc - 178282.41 (bir yüz yetmiş səkkiz min iki yüz səksən iki manat, qırx bir qəpik) manat, əsas borca hesablanmış faiz borcu - 20694.10 (iyirmi min altı yüz doxsan dörd manat, on qəpik) manat olmaqla, cəmi — 198976.51 (Bir yüz doxsan səkkiz min doqquz yüz yetmiş altı manat, əlli bir qəpik) manat olmaqla, ümumilikdə 238321.14 (iki yüz otuz səkkiz min üç yüz iyirmi bir manat, on dörd qəpik) manat məbləğində borcun, ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün köçürülmüş cəmi 51 (əlli bir) manat məbləğində pulun və iddia ərizəsinin verilməsi üçün köçürülmüş 547.38 (beş yüz qırx yeddi manat, otuz səkkiz qəpik) manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi, Tutmanın Bank qarşısında ipotekaya qoyulmuş Cavabdeh1nnın mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 0.1720 ha torpaq sahəsi və onun üzərində olan ümumi sahəsi 324.90 kv.m- dən ibarət fərdi yaşayış evinə yönəldilməsi, İpoteka predmeti olan ünvan 2 ünvanında yerləşən 0.1720 ha torpaq sahəsi və onun üzərində olan ümumi sahəsi 324.90 kv.m-dən ibarət fərdi yaşayış evinin hərracda satılması üçün ilkin satış qiymətinin müəyyən edilməsi, İpoteka predmeti olan ünvan 2 ünvanında yerləşən 0.1720 ha torpaq sahəsi və onun üzərində olan ümumi sahəsi 324.90 kv.m-dən ibarət fərdi yaşayış evinin açıq hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 21 avqust 2025-ci il tarixli, e-2-2(113)-5216/2025 saylı qərardadı ilə hazırkı iş üzrə məhkəmə-qiymətləndirici ekspertizası təyin edilmişdir. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, CVN/S 73-364/25 nömrəli rəyi Bakı Kommersiya Məhkəməsinə xx.xx.2025-ci il tarixdə daxil olmuşdur. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-5216/2025 saylı qərardadı ilə hazırkı iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2026-cı il tarixli, 9/5229 nömrəli rəyi xx.xx.2026-cı il tarixdə məhkəməyə daxil olmuşdur. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5216/2025 nömrəli, xx.xx.2026-cı il tarixli qərardadı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 MMC, Cavabdeh3 qarşı “borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə icraat təzələnmişdir. İddiaçı xx.xx.2026-cı il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada tərəflərə məlumat verilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməni məlumatlandırmamışlar. Məhkəmə iclasının tərəflərin nümayəndələrinin iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir. Məhkəmə vəsatəti materiallarla əlaqəli şəkildə nəzərdən keçirərək hesab edir ki, iddiaçı tərəfindən verilmiş vəsatət təmin edilməli, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 170.3-cü maddəsinə əsasən bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən verilmiş vəsatət təmin edilməli, iddia ərizəsi iddiaçıya qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: İddiaçı ASC tərəfindən verilmiş vəsatət təmin edilsin. İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 MMC, Cavabdeh3 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi İddiaçı ASC-yə geri qaytarılsın. İddia ərizəsi verilərkən ödənilmiş 547,38 (beş yüz qırx yeddi manat otuz səkkiz qəpik) manat dövlət rüsumu İddiaçı ASC-yə qaytarılsın. Aparılmış ekspertiza tədqiqatı ilə bağlı 200 (iki yüz) manat ekspertiza xərci İddiaçı ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ22) ödənilsin. Aparılmış ekspertiza tədqiqatı ilə bağlı 300 (üç yüz) manat ekspertiza xərci cavabdehlər Cavabdeh1, Cavabdeh2 MMC-dən, Cavabdeh3 birgə (müştərək) qaydada tutularaq "xxxx" MMC-yə (VÖEN: ********** Bank: "xxxx" ASC Nərimanov filialı Bank VÖEN-i: ********** M.h.: AZ03NABZ******************** H.h: AZ471BAZ******************** Kod: 805711 SWİFT: İBAZAZ2X) ödənilsin. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ülkər Həsənova
Məhkəmə qərarları › İş №e-2-2(113)-5216/2025
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-5216/2025
04.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver