Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5218/2025 10.12.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) pul tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı, malları göndərmə müqaviləsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2, cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X1, müstəqil tələb irəli sürməyən üçüncü şəxsin (bundan sonra üçüncü şəxs) nümayəndəsi Nümayəndə4 iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən icra olunmamış müqavilənin icrası təmin edilərək 25342,15 manat əsas borcun, həmçinin ödənilmədiyi hər il üçün dəbbə pulunun Cavabdehndən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı arasında alqı-satqısı müqaviləsi imzalanmışdır. Malların təhvil-təslim aktında göstərilməklə Hökməli anbarına xx.xx.2024-cü il 100 ədəd mal, Lökbatan anbarına xx.xx.2024-cü il cəmi 2953 ədədə mal, Lökbatan anbarına xx.xx.2024-cü il cəmi 201 mal göndərilmişdir. Tərəfindən MT2501 seriyalı, 10324364 nömrəli, xx.xx.2025 tarixli elektron qaimə-faktura göndərilmiş, lakin 25342,152 manat ödəniş indiyədək ödənilməmişdir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 385.1, 386.1, 386.2, 389.1, 425.1, 442, 445, 445.7, 567-ci maddələrinə istinad olunmuşdur. Məhkəmənin iclaslarında iddiaçının nümayəndəsi izahatlarında bildirmişdir ki, ona mail vasitəsilə tender keçirilmədən sifariş verilmiş və onlar da həmin sifarişə əsasən anbara mal təhvil vermişlər, təhvil-təslim aktı tərtib edilmişdir. Daha sonra, ona qarşı tərəfin əməkdaşı tərəfindən müqavilə verilməli idi. Cavabdeh ona bildirmişdir ki, mal onlara təcili lazımdır, malı çatdırsın daha sonra müqavilə bağlanılacaqdır, lakin müqavilə hazırlanmamışdır. Növbəti malı göndərdikdə cavabdeh tərəf etiraz bildirərək malı qəbul etməmişdir. "xxxx" MMC-nin direktoru Nümayəndə4 bu işi ona təklif etmiş və bildirmişdir ki, tendersiz qazanc əldə etmək olar. Müqavilə ilin sonuna kimi hazırlanmadı idi. “Tara.Az Ots" MMC-nin direktoru ona 2025-ci ilin yanvar ayında cavabdeh tərəfə e-qaimə göndərməyini bildirmiş, o, da cavabdehə göndərmişdir. Hazırda cavabdeh həmin pul məbləğinin “Tara.Az Ots" MMC-dən tələb etməli olduğumu bildirir. O, buna münasibətdə Cavabdeh MMC tərəfindən Tara.Az Ots" MMC-yə pulun ödənilməsinə dair sübut təqdim etməsi barədə müraciət etmiş, lakin müraciətinə baxmayaraq heç bir sübut ona təqdim edilməmişdir. Nümayəndə4 ona ödədiyi ödəniş hazırkı münasibətlərə görə deyil, şəxsi borcu və digər münasibətlər əsasında yaranmış borc üzrə olan ödənişdir. Təqdim edilmiş ödəniş qəbzləri onun Cavabdeh MMC-yə sifariş üzrə verdiyi mallara görə deyildir. Hətta onların pulları ödənilmədiyi və müqavilə göndərilmədiyi üçün "xxxx" MMC-nin rəhbəri, yəni Nümayəndə4 xx.xx.2025-ci il tarixdə ona e-qaimənin vurulması və təhvil-təslim aktının tərəfə göndərilməsi barədə müraciət etmişdir. Nümayəndə4 inkar etsə də, onların "xxxx" MMC ilə başqa münasibətləri də olmuş və ödənişlər məhz həmin münasibətlər üzrə yaranmış borc öhdəliyinə görədir. xx.xx.2025-ci il tarixli yazışma zərurət yaranmadığından məhkəməyə təqdim edilməmişdir. Həmçinin onun cavabdehin əməkdaşları ilə də e-mail yazışmaları olmuşdur. Belə ki, avqust ayından Şəhla Quliyeva ilə yazışmalar var və orada tərəflər arasında müqavilə bağlanılması mövzusunda danışıqlar aparılmışdır. Onların "xxxx" MMC ilə qeyri-rəsmi münasibətləri və öhdəlikləri olmuş, edilən ödənişlər bununla bağlıdır. Məhkəmənin suallarına cavab olaraq ümumi məbləğin 104000 manat təşkil etdiyini, iddia etdikləri həcmdə malların cavabdehə verildiyini, birincisi ödəniş olmadığından, ikincisi isə qarşı tərəfin mala ehtiyacının olmadığını deməsi ilə bağlı malın qəbulunu dayandırdıqlarını, "xxxx" MMC ilə əməkdaşlığının olmadığını, bir sifariş olduğunu, sifarişin birbaşa ona edilmədiyini, ilk əvvəl sifariş layihəsinin göndərildiyini, “Tara.Az Ots" MMC-nin rəhbərinin Cavabdeh MMC tərəfindən verilmiş rəsmi sifarişi onun e-mailinə yönləndirdiyini, aralarındakı razılığa əsasən Şəhla Quliyeva və Pərvanə xanımın sifarişi göndərdiyini və qısa müddət ərzində də müqavilənin hazırlanıb göndəriləcəyini bildirdiyini, sifariş yerində bizim şirkətin adının qeyd edildiyini, sifarişin birbaşa İddiaçı MMC-nin adına verildiyini bildirmişdir. Həmçinin cavabdehin nümayəndəsinin suallarına cavab olaraq iddiaçının nümayəndəsi bildirmişdir ki, “Tara.Az Ots" MMC-nin direktoru ilə bundan başqa da münasibəti olmuşdur. “Tara.Az Ots" MMC ona bildirdi ki, Cavabdeh MMC tərəfindən ödəniş ediləcəkdir. Cavabdeh MMC tərəfi ilə aralarında müqavilə olmasa da, rəsmi sifariş olmuşdur. Malın verilməsi işin mübahisəsiz halıdır. Emin müəllim tərəfindən ona ödənilən məbləğ başqa münasibətlər üzrə ödənilmişdir. xx.xx.2025-ci il tarixdə Emin müəllimlə onun arasında rəsmi yazışma vardır. Həmin yazışmaya əsasən Emin müəllim pul məbləğinin cavabdehdən tələb etməyini qeyd etmişdir. Cavabdeh tərəf xx.xx.2025-ci il tarixdə məhkəməyə elektron qaydada iddiaya etiraz ərizəsi ünvanlayaraq qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh arasında indiyədək heç bir müqavilə bağlanmamış, cavabdeh tərəfindən bilavasitə iddiaçıya hər hansı məhsul edilməmişdir. Sifarişi Cavabdeh 06 fevral 2023-cü il tarixində İddiaçının tərəfdaşlıq etdiyi "xxxx" MMC ilə (VÖEN: **********) ********* nömrəli alğı-satqı müqaviləsi (bundan sonra "Müqavilə") bağlamışdır. Müqaviləyə əsasən, Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə "xxxx" MMC-yə CW50/SK-1586 nömrəli Sifariş göndərilmiş və bu Sifarişə əsasən Sifarişdə göstərilən Malların dəyərinin TARA tərəfindən elektron qaimə-faktura təqdim edildikdən sonra 100 (yüz) faizinin öncədən ödəniş formasında TARA-ya ödənilməsi, TARA-nın isə Cavabdeh tərəfindən ödəniş edildikdən sonra 14 gün ərzində Malları Cavabdehə çatdırması razılaşdırılmışdır. xx.xx.2023-cü il tarixdə TARA tərəfindən AZSP 02-23 nömrəli hesab-faktura Cavabdehə təqdim edilmiş, Cavabdeh isə bu hesab-faktura əsasında xx.xx.2023-cü il tarixdə TARA-nın bank hesabına ƏDV xaric 28.400,00 (iyirmi səkkiz min dörd yüz) manat məbləğində ödəniş etmişdir. Bundan sonra TARA-ya dəfələrlə şifahi və yazılı müraciətimizə baxmayaraq, Müqavilə üzrə öhdəlikləri icra edilməmişdir. Nəticədə, tərəfimizdən 02 fevral 2024-cü il tarixində TARA-ya öhdəliklərin icrası barədə pretenziya məktubu ünvanlanıb. TARA 15 fevral 2024-cü il tarixində pretenziya məktubumuza cavab yazaraq irəli sürdüyümüz iddia və tələbləri qəbul etmiş, öhdəliklərinin icrası üçün 20 aprel 2024-cü il tarixinədək möhlət istəmişdir. Daha sonra, TARA 20 avqust 2024-cü il tarixində rəsmi mail üzərindən Cavabdehə müraciət edərək Müqavilə əsasında sifariş üzrə palletlərin daha operativ və logistika problemi yaşanmadan çatdırılması üçün TARAya yönəldilmiş və artıq dəyəri ödənilmiş sifarişin TARA-nın tərəfdaş şirkəti olan "xxxx" MMC adına rəsmiləşdirilməsini təklif etmiş və Azkarbonla aralarında bununla bağlı əməkdaşlıq olduğunu vurğulamışdır. Müvafiq olaraq TARA iddiaçı ilə tərəfdaşlığının təsdiqi kimi 19 avqust 2024-cü il tarixində TARA ilə iddiaçı arasında bağlanmış tərəfdaşlıq razılaşmasını Cavabdehə təqdim etmiş və Müqavilə üzrə verilmiş sifarişlər əsasında Cavabdehə çatdırılmalı olan, dəyəri öncədən ödənilmiş malların (palletlər) TARA əvəzinə sözügedən tərəfdaşlıq razılaşmasına uyğun iddiaçı tərəfindən əvəzsiz olaraq icra ediləcəyini bildirmişdir. (həmin maillər etirazın qoşmasına əlavə edilir) Beləliklə, Müqavilə üzrə öncədən avans şəklində TARA-ya ödənilmiş məbləğ müqabilində bizə çatdırılmalı olan məhsulların sifarişi TARA-nın mailində qeyd edildiyi kimi, tərəfdaşlıq razılaşması əsasında TARA-nın yaratdığı rabitə ilə iddiaçı adına verilmişdir. Bildirmək istəyirik ki, 80019LDOVH/MT-2779H nömrəli sifariş sənədi üzrə çatdırılmalı olan malların (palletlər) dəyəri öncədən ödəniş (avans) formasında tam şəkildə "xxxx" MMC-yə ödənilmişdir. Bir daha diqqətinizə çatdıraq ki, 80019LDOVH/MT-2779H nömrəli sifariş TARA-nın Cavabdehə olan yazılı təklifi/xahişi və təqdim etdiyi tərəfdaşlıq razılaşması əsasında TARA.az vasitəsilə “Azkarbon Group" MMC-yə verilmişdir və bu zaman cavabdeh ilə İddiaçı arasında birbaşa heç bir əlaqə qurulmamışdır. Bu isə öz növbəsində İddiaçının öncədən edilmiş ödəniş müqabilində TARA əvəzinə cavabdehə məhsul çatdırdığının fərqində olduğunun təsdiqidir. Beləliklə, sifariş üzrə ödəniş öhdəliyi Cavabdeh tərəfindən avans yolu ilə öncədən icra edilmişdir və hazırda Cavabdehin iddiaçıya qarşı heç bir müqavilə öhdəliyi mövcud deyildir. Onu da qeyd edək ki, TARA ilə olan yazılı və şifahi danışıqlar zamanı TARA həmin Mallara görə ödənişləri İddiaçıya mərhələli şəkildə icra etdiyini, borc məbləğinin çox hissəsinin ödənildiyini bildirərək ödəniş qəbzlərini təqdim etmişdir (həmin qəbzlər işə əlavə edilir). İddiaçı isə bu faktı təkzib etməmişdir. Həmin ödənişlərin təyinatı məhz Bravoya təchiz edilən mallardır. Lakin bununla yanaşı, hazırki vəziyyətdən belə görünür ki, İddiaçı faktiki vəziyyəti gözardı edərək və məhkəmənin nəzərində yanlış təsəvvür yaratmaqla həm TARA-dan, həm də Cavabdehdən eyni Mallara görə iki dəfə ödəniş almaq niyyətindədir. Bu isə İddiaçının əsassız varlanmasına gətirib çıxarır (yazışmalar etirazın qoşmasına əlavə edilir). Həmçinin Cavabdeh məsələ ilə bağlı İddiaçı ilə telefon danışığı ilə əlaqə yaratmağa çalışsa da, İddiaçı birmənalı şəkildə danışıqlardan boyun qaçırmış, fakta deyil sənədə əsaslandığını vurğulamışdır. Görünür faktların müzakirəsi onun məqsədi üçün əlverişli deyil, o vəziyyətdən sui-istifadə edərək ikiqat ödəniş almaq niyyətindədir. Bildirək ki, Cavabdeh hazırda 500-dən çox təchizatçı və podratçı ilə müqavilə əsasında əməkdaşlıq etməkdədir. Cavabdeh bağladığı bütün müqavilələr, habelə verdiyi bütün sifariş tapşırıqları üzrə ödəniş və digər öhdəliklərini bu günədək heç bir gecikmə olmadan icra etmişdir və indiyədək heç bir təchizatçı tərəfindən "Bravo ödənişimi etmir" əsası ilə iddia irəli sürülməyib. Nəticədə, Cavabdehlə İddiaçı arasında hər hansı müqavilə və müqavilə öhdəliyi olmamışdır. İddiaçı öz razılığı ilə tərəfdaşı olduğu TARA-nın Cavabdehə olan borcu əvəzinə öncədən dəyəri tam şəkildə ödənilmiş məhsulların (Mal) çatdırılmasını etmişdir, bundan sonrakı hesablaşmanı isə TARA ilə etməlidir, çünki onun Bravoya mal təchiz etməsində məhz Tara vasitəçi olmuşdur, özü ayrı qaydada təchizatçı kimi Bravo ilə əlaqə qurmamış, tenderdən keçib təchizatçı seçilməmiş, Bravo ilə əməkdaşlıqla bağlı heç bir müqaviləsi olmamışdır. Hal-hazırda Cavabdehin iddiaçıya icra edilməmiş hər hansı öhdəliyi mövcud deyildir. İddiaçı isə faktiki vəziyyəti və Tara ilə hesablaşmalı olduğunu aydın şəkildə başa düşməsinə və hətta ödənişin çox hissəsini artıq Taradan almış olmasına baxmayaraq, faktları təhrif edib əsassız və ədalətsiz şəkildə iddia ərizəsi ilə Bravoya qarşı məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, bugünkü gündə onlar hesab etmirlər ki, nisyə mal almışlar və ya hazırda hansısa şirkətə borcları vardır. Sifarişin ilk öncə "xxxx" MMC adına gəlməsi mübahisəsiz haldır. Tərəfin qeyd etdiyi yazışma iş materiallarına əlavə edilməmişdir. İddiaçı tərəfin bildirdiyi hallar mülahizələrdən ibarətdir. Belə ki, “kimsə sənə ödəniş edirsə, sən həmin ödənişin təyinatını bilmirəm deyirsənsə” bu o deməkdir ki, bilib gizlədilən təyinatdır. Şəhla xanım iddiaçı ilə iş icraçısı kimi əlaqə saxlamışdır. Tərəfin bildirdiyi bu halla da bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. Tərəf mülahizələrini sübut etməlidir. Onlar iddiaçını "xxxx" MMC sayəsində tanımışlar və özü də bunu çox gözəl bilir. İddiaçının müqavilə bağlamadan mal verməyi belə, buna sübutdur. "xxxx" MMC ödənişləri iddiaçı tərəfə göndərərkən onların şirkətinin adını qeyd etmişdir. Bununla bağlı sübutlar e-sistemə əlavə edilmişdir. Lakin iddiaçı tərəf həmin ödənişlərin başqa təyinat üzrə ödənilməsini heç bir şəkildə sübut edə bilmir. Həmin ödənişlər məhz onlara təchiz olunan mala görə olmuşdur. Heç kəsin heç kəsə sənəddə olmayan 17000 manat borcu yarana bilməz. İddiaçı tərəf onlara e-qaimə göndərib tələb irəli sürdükdə, onlar bu tələbi "xxxx" MMC-yə yönəltmişlər və bundan sonra Emin müəllim İddiaçı MMC-yə hissə-hissə ödənişlər etməyə başlamışdır. Xronoloji ardıcıllıq bu formada olmuşdur. Təchizat komandası elə hesab etmişdir ki, ödənişini etdikləri malları təhvil almışlar. 25342,15 manat dəyərində malların təhvil alınması işin mübahisəsiz halıdır, onlar heç zaman öhdəlikdən yayınmamışlar. İddiaçının nümayəndəsi Tofiq müəllim mediasiya prosesinə gəlməyərək danışıqların aparılmasının tərəfdarı olmamışdır. Onların İddiaçı MMC ilə ödəniş şərtlərini razılaşdırdıqları hər hansı sənədin olmadığını məhkəmənin nəzərinə çatdırmaq istəyir, tələb əsassız tələbdir. İddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, iş üzrə təhvil-təslim aktlarında göstərilən mallar onlara verilmişdir. İş üzrə əməkdaşlıq məktubları vardır. Aralarında 3 tərəfli razılaşma yoxdur. Hazırkı işin nəticəsinə uyğun olaraq onlar reqres qaydada “Tara.Az Ots" MMC-dən tələb edə bilərlər, lakin işin lüzümsuz uzadılmamasının tərəfdarıdılar. Eyni sifariş üzrə onlardan 2 qat artıq məbləğ tələb edilir. Pretenziya məktubuna dərhal cavab məktubu göndərilmişdir. E-qaimənin geri qaytarılmaması barədə onun məlumatı yoxdur, maliyyə şöbəsi tərəfindən təsdiq edilmişdir. Məhkəmə iclasında üçüncü şəxsin nümayəndəsi bildirmişdir ki, onların “Azərbaycan Supermarket “MMC ilə 3-4 illik əməkdaşlıqları vardır. Sadəcə 2023-cü ildə başqa bir sifariş olmuş, müəyyən səbəblərə görə həmin sifarişi təmin edə bilməmişlər. Daha sonra 1 il müddət keçdikdən sonra tərəflə danışıb razılaşmışlar ki, əvəzində başqa mallar versinlər. Həmin ərəfədə onların özlərində maliyyə çətinlyi olduğundan İddiaçı MMC-yə bu sifarişi birgə icra etməklərini təklif etmişdir. Bütün danışıqlar, şifahi razılaşmalar onların şirkəti üzərindən olmuşdur. İddiaçı MMC indiyə kimi “Azərbaycan Supermarket “MMC-nin əməkdaşlarını tanımamışdır. Ödənişlər ona ödənilmiş və onun tərəfindən də İddiaçı MMCyə ödənilməsi tam dəqiq yadımda deyildir. Tahir müəllimlə danışmışdır ki, ödənişləri o, ödəməli idi. Vergilər tərəfindən hesablarına sərəncam qoyulduğundan məcbur 3 tərəfli əməkdaşlıq edirdilər. Onlara 100 000 manatlıq sifariş verilmişdi, 28400 manat da avans ödənilmişdir. Bu avans başqa bir məhsula görə ödənilən avans məbləği idi. Sadəcə həmin məhsulu cavabdehə təmin edə bilmədiklərindən 1 ildən sonra başqa sifarişlə əvəzlənməsi, taxta-paletlərin verilməsi barədə razılığa gəlmişlər. Taxta-paletlərlə bağlı rəsmi razılıqları, müqavilələri olmamışdır. Sifariş üzrə daha sonra heç bir ödəniş edilməmiş və sifarişi dayandırmışlar. Onlar malı başqa yerdən tədarük edib “Azərbaycan Supermarket “MMCyə satırmışlar. O, özü Tahir müəllimə verdiyi taxta-paletlərə görə 12800 manat ödəniş etmiş və hazırda 4785 manat borcu qalmışdır. Onların Tofiq müəllimlə başqa bir razılaşmaları olmuş, o, iddiaçı ilə hardansa ucuz qiymətə taxta palet alıb üzərinə faiz məbləği qoyub cavabdeh tərəfə satmaq istəmişlər. O, iddiaçıya ödənişləri edəndə bildirmişdir ki, ödənilən məbləğ Cavabdeh MMC tərəfindən edilən ödənişdir. Bununla bağlı ödəniş qəbzləri də vardır. Həmçinin o, iddiaçıya nağd formada 2000 manat ödəniş vermişdir. Sədrlik edənin suallarına cavab olaraq o, bildirmişdir ki, sifarişlər onun vasitəsilə İddiaçı MMC-nin adına gəlmişdir. Ödəniş verilməsi üçün ona öncədən Cavabdeh MMC tərəfinfən avans ödənilmişdir. O, satılan malların bir hissəsinin ödənişi etmişdir. "xxxx" MMC ilə "xxxx" MMC arasında onlara verilən sifarişləri başqa bir yerdən daha ucuz qiymətə alıb daha sonra baha qiymətə Cavabdeh MMC-yə satılması barədə razılıq olmuşdur. Onun “Azkarbon “MMC-yə ödədiyi məbləğ satılan paletlərə görə idi, ödəniş qəbzləri də vardır. O, ilk öncədən Tahir müəllimə etdiyi ödənişlərin Cavabdeh MMC tərəfindən verilən sifarişlər üzrə satılan paletlərə görə olduğunu bildirmişdir. Ötən məhkəmə prosesində eyni məzmunlu suala alış üzrə ödəniş edildiyini bildirsə də, sualı düzgün formada anlamamışdır. Bu münasibətlərdən əlavə onların İddiaçı MMC ilə müqavilə münasibətləri olmamışdır. Öncədən sifarişlərin onlar tərəfindən icra olunması barədə razılığa gəlmişlər, sadəcə onların vergi problemlərinə görə bunu onlar realizə edə bilməmişlər. O, iddiaçının kartına ödəniş qəbzlərinə əsasən 1300 manat, 2000 manat, 2000 manat, 2000 manat, 2000 manat, 1000 manat, 500 manat və 2000 manat da nağd formada ödəniş etmişdir. Hazırda onun iddiaçıya 4285 manat borcu qalmışdır. Təhviltəslim tam olaraq avqust ayından başlayıb sentyabr ayında yekunlaşmışdır. Tədqiq olunan sübutlar İş materiallarına əlavə edilmiş: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə "xxxx" MMC arasında imzalanmış xx.xx.2023-cü il tarixli, ********* nömrəli alğı-satqı müqaviləsinin 1-ci bəndinə əsasən bu müqavilə ilə nəzərdə tutulmuş şərtlərlə satıcı tərəfindən müqaviləyə müvafiq əlavələrdə göstərilən malların sifarişlər əsasında alıcıya satılması, alıcı tərəfindən isə malın əvəzində müqavilədə nəzərdə tutulmuş şərtlərlə onun dəyərinin satıcıya ödənilməsi müqavilənin predmetini təşkil edir. 2.2-ci bəndə əsasən satıcı mala dair elektron qaimə-fakturanı tərtib edib tərəflər arasında imzalanmış təhvil-təslim aktı ilə birgə alıcıya təqdim etməlidir. 2.3-cü bəndə əsasən elektron qaimə-fakturanı alıcı tərəfindən qəbul edildiyi gündən etibarən 14 təqvim günü ərzində alıcı tərəfindən satıcının müvafiq bank hesabına köçürmə qaydasında ödəniləcəkdir. xx.xx.2023-cü il tarixli, ********* nömrəli alğı-satqı müqaviləsinə 01 nömrəli Əlavəyə əsasən 400 ədəd, vahidinin qiyməti 17 manat olan, Black Plastik pallet 400x600 mm adlı malın ƏDV xaric dəyəri 6800 manat, 600 ədəd, vahidinin qiyməti 36 manat olan Black Plastik pallet 600x800 mm adlı malın ƏDV xaric dəyəri 21600 manat olmaqla, ümumilikdə 28400 manat razılaşdırılmışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Əlavə 1-də qeyd olunan mallarla bağlı ödəniş edilməsi üçün dəyəri ƏDV daxil 33512.00 manat olan “14” Mart 2023 cü il tarixli, AZSP 02-23 nömrəli hesab-faktura göndərilmişdir. xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" MMC tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə hesab-fakturaya əsasən 28 400 manat ödənmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti "xxxx" MMC-yə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubda aralarında həyata keçirilmiş müzakirələrin və anlaşmaların təsdiqləndiyini bildirərək əməkdaşlığın Plastik tara istehsalı və satışı, Taxta palletlərin alışı və satışı və Qablaşdırma məhsullarının alışı və satışı istiqamətləri üzrə həyata keçiriləcəyini qeyd etmiş, məktub hər iki hüquqi şəxsin imzaları və möhürləri ilə təsdiq edilmişdir. 30.09.24-cü il tarixli, 80019LDOVH/MT-2779H nömrəli sifariş sənədinə əsasən "xxxx" MMC tərəfindən 104016 manat dəyərində mal sifariş edilmişdir. xx.xx.2024-cü il tarixli malların təhvil-təslim aktına əsasən iddiaçı tərəfindən 100 ədəd Taxta pallet 80x120 sm adlı mallar Hökməli anbarına, xx.xx.2024-cü il tarixli malların təhvil-təslim aktına əsasən 2953 ədəd və xx.xx.2024-cü il tarixli malların təhvil-təslim aktına əsasən 201 ədəd Taxta pallet 80x120 sm adlı mallar Lökbatan anbarına təhvil verilmiş, cavabdeh tərəfdən də Davud Babayev, Kənan Heydərov adlı şəxslər həmin aktları imzaları ilə təsdiq etməklə qəbul etmişlər. MT2501 seriyalı, 10324364 nömrəli, xx.xx.2025-ci il tarixli, dəyəri 25342,52 manat (21476,4 manat əsas+385,75 manat ƏDV) olan elektron qaimə-faktura təhvil verilən mallar üzrə ödəniş edilməsi üçün iddiaçı tərəfindən cavabdehə göndərilmişdir. "xxxx" MMC tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanlanmış 02 fevral 2024-cü il tarixli pretenziya məktubda qeyd olunmuşdur ki, Müqaviləyə müvafiq olaraq, Şirkət tərəfindən xx.xx.2023-cü il tarixdə Sizə CW50/SK-1586 nömrəli Sifariş göndərilmiş və bu Sifarişə əsasən Sifarişdə göstərilən Malların dəyərinin Sizin tərəfinizdən elektron qaimə-faktura təqdim edildikdən sonra 100 (yüz) faizinin öncədən ödəniş formasında Sizə ödənilməsi, Sizin isə Şirkət tərəfindən ödəniş edildikdən sonra 14 gün ərzində Malları Şirkətə çatdırmanız razılaşdırılmışdır. xx.xx.2023-cü il tarixdə Sizin tərəfinizdən AZSP 02-23 nömrəli hesab-faktura Şirkətə təqdim edilmiş, Şirkət isə bu hesab-faktura əsasında xx.xx.2023-cü il tarixdə müvafiq bank hesabınıza ƏDV xaric 28.400,00 (iyirmi səkkiz min dörd yüz) manat məbləğində ödəniş etmişdir. Razılaşmaya əsasən, Malları xx.xx.2023-cü il tarixdən sonra 14 gün ərzində, yəni ən geci xx.xx.2023-cü il tarixinədək Şirkətə çatdırmalı olmanıza baxmayaraq, Mallar qeyd edilən müddət ərzində çatdırmamışdır. Bununla əlaqədar, elektron-poçt vasitəsilə danışıqlarımıza əsasən, Sizin tərəfinizdən bir neçə dəfə Malların çatdırılmasının yubanacağı, təqribən 10-20 dekabr 2023-cü il tarixi aralığıda çatdırılma ediləcəyi bildirilmişdir. Lakin bu günədək Müqaviləyə və onun müvafiq Əlavələrinə əsasən çatdırılmalı olan Mallar Şirkətə çatdırılmamış, nəticədə Sizin Müqavilə üzrə öhdəliyiniz icra edilməmiş olaraq qalmışdır. Malların ən geci 30 mart 2023-cü ildə Şirkətə çatdırılmalı olduğunu nəzərə alaraq, hazırda Malların çatdırılması Sizin tərəfinizdən 301 (üç yüz bir) gün gecikdirilmişdir. Məsələ pretenziya məktubu ilə həllini tapmadıqda dəymiş ziyanın və cərimə məbləğinin ödənilməsi üçün məhkəməyə müraciət olunacaqdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2024-cü il tarixdə pretenziya məktubuna cavab ünvanlayaraq qeyd etmişdir ki, məktubda qeyd etdiyiniz iddia və tələbləri qəbul edirik. Bildirmək istəyirik ki, hal-hazırda şirkətimizin bank hesabları dondurulduğu üçün məxaric, idxal əməlliyyatlarımızda çətinlik yaranıb. Bunları nəzərə almağınızı və müqavilə üzrə öhdəliklərimizin tam icrası üçün möhlət - 20 aprel 2024-cü il tarixinədək əlavə müddət verməyinizi xahiş edirik. Daha sonra "xxxx" MMC "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 20 may 2025-ci il tarixdə məktub ünvanlayaraq qeyd etmişdir ki, müqavilə əsasında sifariş üzrə palletlərin daha operativ və logistika problemi yaşanmadan çatdırılması üçün aşağıdakı təklifi vermisiniz: • 4000 ədəd pallet əvvəlki qaydada "xxxx" MMC adına rəsmiləşdirilsin. Geri qalan 16000 pallet tərəfdaş şirkətiniz olan "xxxx" MMC adına rəsmiləşdirilsin. Palletlərə 0.10 AZN endirim tətbiq olunacaq. Yəni yeni qiymət 6.6 (ƏDV xaric) AZN təşkil edəcək. ("xxxx" MMC ilə tərəfdaşlıq razılaşması tərəfinizdən Şirkətə təqdim edilmişdir). Beləliklə, Müqavilə üzrə öncədən avans şəklində sizə ödənilmiş məbləğ müqabilində bizə çatdırılmalı olan məhsulların sifarişi, maildə qeyd etdiyiniz kimi, tərəfdaş şirkətiniz olan "xxxx" MMC adına verilmişdir. 80019LDOVH/MT-2779H nömrəli sifariş sənədinə uyğun olaraq, "xxxx" MMC tərəfindən ümumilikdə 3254 ədəd pallet Şirkətə çatdırılmış və Şirkət əməkdaşları tərəfindən təhvil alınmışdır. Hazırda "xxxx" MMC Şirkətə pretenziya məktubu ünvanlayaraq 80019LDOVH/MT-2779H nömrəli sifariş sənədi üzrə çatdırılmış 3254 ədəd palet müqabilində 23.542,15 (iyirmi üç min beş yüz qırx iki manat on beş qəpik) manat pulun Şirkət tərəfindən "xxxx" MMC-yə ödənilməsini tələb edir. Sifariş müqavilə üzrə öhdəliklərinizin icrası məqsədilə tərəfdaşınız "xxxx" MMC-yə verilmişdir və bu sifariş üzrə "xxxx" MMC tərəfindən dəyəri öncədən sizə ödənilmiş mallar Şirkətə çatdırılmışdır. Beləliklə, Şirkət tərəfindən ödəniş öhdəliyi öncədən sizə icra edilmişdir. Qeyd edilənlərə əsasən, "xxxx" MMC tərəfindən Şirkətə çatdırılmış malların (palletlər) Şirkət tərəfindən sizə Müqavilə üzrə avans yolu ilə ödənilmiş vəsait qarşılığında "xxxx" MMC ilə olan tərəfdaşlığınıza uyğun olaraq icra edildiyini və Şirkətin 80019LDOVH/MT-2779H nömrəli sifariş sənədi üzrə "xxxx" MMC tərəfindən çatdırılmış məhsullara münasibətdə hər hansı ödəniş öhdəliyinin qalmadığını, bununla bağlı "xxxx" MMC tərəfindən Şirkətə qarşı irəli sürülən iddia və tələblərə, o cümlədən pul tələbinə qarşı cavabdeh tərəfin siz olduğunuzu təsdiq etməyinizi sizdən xahiş edirik. Nəzərinizə çatdıraq ki, "xxxx" MMC tərəfindən Şirkətə qarşı irəli sürülən iddia və tələblərə görə Şirkətin düşdüyü zərəri və çəkdiyi xərclərin ödənilməsi ilə bağlı öhdəliyiniz yaranır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 21 iyul 2025-ci il tarixdə "xxxx" MMC-nin rəhbərinə məktub ünvanlayaraq qeyd etmişdir ki, "xxxx" MMC tərəfindən "xxxx" MMC-yǝ qarşı 80019LDOVH/MT-2779H nömrəli sifariş sənədi üzrə çatdırılmış 3254 ədəd paletə görə irəli sürülmüş 23.542,15 AZN məbləğində pul tələbinə "Tara.AZ OTS” MMC hüquqi və maliyyə baxımından tam cavabdehdir. Azərbaycan Supermarket" MMC tərəfindən 16 mart 2023-cü il tarixinde bizə əvvəlcədən ödənilmiş 28.400,00 AZN avans məbləği plastik palletlərin tədarükü üçün nəzərdə tutulmuşdur. Lakin "Tara.AZ OTS” MMC müxtəlif səbəblərdən bu sifarişi icra edə bilmədiyindən, tərəfimizin təklifi əsasında sifarişin predmeti plastik palletlərdən taxta palletlərə dəyişdirilmişdir. Bu dəyişiklik əsasında, "Azərbaycan Supermarket” MMC ödənilmiş avans məbləği çərçivəsində taxta palletlərlə təmin edilmək şərti ilə yeni, ümumilikdə 15.760 ədəd taxta pallet sifarişi vermişdir. Tərəfimizdən təchiz edilməsi öhdəliyi götürülmüş malların çatdırılması, sizin yazılı razılığınız əsasında tərəfdaş şirkətimiz "xxxx" MMC vasitəsilə təşkil edilmişdir. Buna baxmayaraq, tərəfdaşınız "Azkarbon Group” MMC yalnız 3.254 ədəd taxta palletin tədarükünü həyata keçirmiş və bundan sonra tərəfdaşlıq münasibətlərini birtərəfli qaydada dayandırmışdır. "xxxx" MMC tərəfindən əvvəlcədən edilmiş avans ödənişi əsasında öhdəliklərin müəyyən hissəsi yerinə yetirilmiş, sifarişin dəyişdirilmiş forması (taxta palletlər) sizə çatdırılmış və bu hissə üzrə maliyyə öhdəliyiniz qismən tamamlanmışdır. Həmin sifarişin icrası çərçivəsində "xxxx" MМС tərəfindən İddiaçı" MMC-yə müxtəlif tarixlərdə hissə-hissə olmaqla ümumilikdə 17.585 (on yeddi min beş yüz səksən beş) AZN məbləğində ödəniş həyata keçirilmişdir. Hal-hazırda bu sifariş üzrə 4.785 AZN məbləğində balans borcu qalmışdır. Qeyd olunan 17.585 AZN məbləğ “Azkarbon Group" MMC tərəfindən "xxxx" MMC-yə paletlərin fiziki təchizatı üçün çəkilmiş bəzi xərcləri qarşılamaq məqsədilə ödənilmişdir. Bu baxımdan, "xxxx" MMC-nin "xxxx" MMC-yə qarşı hər hansı əlavə ödəniş öhdəliyi yoxdur. Tərəfimizdən rəsmi olaraq təsdiq edirik ki, gələcəkdə “Azkarbon Group" MMC tərəfindən "Azərbaycan Supermarket” MMC-yə qarşı bu məsələ ilə bağlı irəli sürüləcək istənilən hüquqi və maliyyə tələbinə görə tam məsuliyyət "xxxx" MMC-yə məxsusdur. Bu halda, sizi bu cür tələblərdən qorumağı və mümkün öhdəlikləri öz üzərimizə götürməyi öhdəlik kimi qəbul edirik. 28 oktyabr 2024-cü il tarixli 3 ədəd qəbzlərə əsasən ümumi 5000 manat, xx.xx.2025-ci il tarixli ödəniş qəbzinə əsasən 1300 manat, 24 yanvar 2025-ci il tarixdə 2000 manat, 09 may 2025-ci il tarixdə 2000 manat və 500 manat olmaqla, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən iddiaçıya cəmi 10800 manat məbləğində ödəniş edilmişdir. xx.xx.2025-ci il tarixli ********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən 170 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 431.1-ci maddəsinə əsasən borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. 522.1-ci maddəsinə əsasən kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir. 522.2-ci maddəsinə əsasən əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu yalnız kreditorun icazəsi ilə etibarlı olur. 522.3-ci maddəsinə əsasən icazə yalnız borclunun və ya üçüncü şəxsin kreditoru öhdəliyin verilməsindən xəbərdar etdiyi halda verilir. İcazə verilənədək tərəflər müqaviləni dəyişdirə və ya ləğv edə bilərlər. İcazə verməkdən imtina edilərsə, öhdəlik verilmiş sayılmır. 522.4-ci maddəsinə əsasən borclu və ya üçüncü şəxs kreditordan icazəni müəyyənləşdirilmiş müddətdə elan etməyi tələb edirlərsə, icazə həmin müddət qurtaranadək elan edilir; bu edilməsə, hesab edilir ki, icazə verməkdən imtina olunmuşdur. 522.5-ci maddəsinə əsasən kreditor icazə verməyənədək, öhdəliyi üzərinə götürmüş şəxs şübhə olduğu halda borcluya münasibətdə kreditoru vaxtında təmin etmək öhdəliyi daşıyır. Kreditorun icazə verməkdən imtina etdiyi halda da eyni qayda qüvvədə olur. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 627.1-ci maddəsinə əsasən göndərmə müqaviləsinə görə mal göndərən sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür. 630.1-ci maddəsinə əsasən mal göndərən göndərmə müqaviləsinin tərəfi olan alıcıya və ya müqavilədə alıcı kimi göstərilmiş şəxsə malları yollama (vermə) üsulu ilə göndərir. 631.1-ci maddəsinə əsasən mal göndərən malları göndərmə müqaviləsində nəzərdə tutulan nəqliyyatla və müqavilədə müəyyənləşdirilmiş şərtlərlə çatdırır. 637.2-ci maddəsinə əsasən göndərmə müqaviləsində malların mal alan (ödəyici) tərəfindən ödənilməsi nəzərdə tutulduqda və o, ödənişdən əsassız imtina etdikdə və ya malları müqavilədə müəyyənləşdirilmiş müddətdə ödəmədikdə mal göndərən alıcıdan göndərilmiş malları ödəməyi tələb edə bilər. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında şifahi mal göndərmə müqaviləsi üzrə . Həmin razılaşmaya əsasən cavabdehin üçüncü şəxs "xxxx" MMC vasitəsi ilə sifarişi əsasında iddiaçı tərəfindən cavabdehə 25342,15 manat dəyərində müvafiq olaraq 100 ədəd, 2953 ədəd və 201 ədəd “80x120 sm” ölçüdə taxta palletlər təhvil verilmiş, cavabdeh tərəf həmin aktları imzaları ilə təsdiq etməklə qəbul etmiş, iddiaçı tərəfindən göndərilən malların dəyərinin ödənilməsi üçün dəyəri 25342,15 manat olan elektron qaimə-faktura göndərilmişdir. Hər iki tərəf bu faktı təsdiq etmiş və bu işin mübahisələndirilməyən halı kimi qiymətləndirilmişdir. İddiaçı tərəf iddia tələbində satdığı malların dəyəri olan 25342,15 manat pulun ödənilməsini tələb etmişdir. Cavabdeh tərəf isə iddiaçı və üçüncü şəxslə aralarında olan razılaşmaya əsasən cavabdeh tərəfindən əvvəlcədən üçüncü şəxsə ödənilmiş 28400 manat avans əvəzində iddiaçının həmin taxta palletləri verdiyini, ödənişin üçüncü şəxs tərəfindən iddiaçıya ödənilməli olduğunu bildirmişdir. Məhkəmə tərəfləri dinləyin, iş materiallarını araşdırıb, sübutlara məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən əsaslıdır və buna görə də qismən təmin edilməlidir. Çünki iddiaçının Mülki Məcəllənin 637.2-ci maddəsinə əsasən cavabdehə satdığı taxta palletlərin dəyərini, 25342,15 manat pulu tələb etmək hüququ vardır. Lakin bununla belə, üçüncü şəxsin nümayəndəsinin izahatından məlum olmuşdur ki, cavabdehin iddiaçı qarşısında olan öhdəliyinin bir hissəsi, 10800 manatı üçüncü şəxsin direktoru Nümayəndə4 tərəfindən icra edilmiş, iddiaçının direktorunun şəxsi kartına nağd şəkildə göndərilmişdir. Eyni zamanda üçüncü şəxsin direktoru Nümayəndə4 iddiaçının direktorunun kartına göndərdiyi 10800 manatdan əlavə 2000 manat da nağd şəkildə sonuncuya ödədiyini bildirmiş, ancaq bu faktı təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmiş və iddiaçının nümayəndəsi də 2000 manat nağd ödənilməsini təsdiq etməmişdir. Buna görə də üçüncü şəxsin iddiaçıya cəmi 10800 manat ödəniş etməsi öz təsdiqini tapmışdır. Düzdür, iddiaçının nümayəndəsi həmin 10800 manat ödənişin onunla Nümayəndə4 arasında olan başqa öhdəlik üzrə ödənildiyini bildirsə də, bu faktı təsdiq edəcək sübutları (tərəflər arasında hər hansı müqavilə, hər hansı malların və ya xidmətlərin təhvil-təslim aktı, elektron qaimə və s.) məhkəməyə təqdim etməmişdir. Nümayəndə4 özü də həmin ödənişin məhz cavabdehin iddiaçı qarşısında olan öhdəliyi üzrə ödədiyini etiraf etmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında olan münasibətdən və işin faktiki hallarından öhdəliyin icrasının cavabdehin özündən asılı olduğu hal, habelə bunun Mülki Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hal müəyyən olunmadığından tərəflər arasındakı razılaşma üzrə cavabdehin öhdəliyi şəxsən icra etmək vəzifəsi yoxdur. Odur ki, Mülki Məcəllənin 431-ci maddəsinə əsasən tərəflər arasındakı razılaşma üzrə öhdəliyi cavabdehin əvəzinə müstəqil tələb irəli sürməyən üçüncü şəxs də icra edə bilər, hətta, hazırkı halda cavabdehin razılığı olmasına baxmayaraq buna cavabdehin razılığı tələb edilmir, eyni zamanda bu halda iddiaçı ilə bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. Cavabdeh tərəf etirazının əsası kimi üçüncü şəxsin direktoru Nümayəndə4la aralarında olan razılaşmaya əsasən iddiaçının satdığı taxta palletlərə görə ödənilməli olan vəsaitin, onun əvvəlcədən üçüncü şəxsə ödədiyi vəsaitdən avans kimi çıxılmalı olduğunu, iddiaçıya üçüncü şəxs tərəfindən ödəniş edilməli olduğunu, iddiaçının da bundan xəbəri olduğunu bildirsə də, bu fakt öz təsdiqini tapmamış, iddiaçı ilə cavabdeh arasındakı razılaşma üzrə cavabdehin öhdəliyinin üçüncü şəxsə verilməsi barədə məhkəməyə sübutlar təqdim edilməmiş və iddiaçının nümayəndəsi aralarında belə bir razılıq olmadığını bildirmişdir. Halbuki, Mülki Məcəllənin 522.2-ci maddəsinə əsasən əgər cavabdeh (borclu) ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu yalnız iddiaçının (kreditorun) icazəsi ilə etibarlı olur. Həmçinin həmin Məcəllənin 522.5-ci maddəsinə əsasən iddiaçı (kreditor) icazə verməyənədək, öhdəliyi üzərinə götürmüş cavabdeh şübhə olduğu halda borcluya münasibətdə iddiaçını (kreditoru) vaxtında təmin etmək öhdəliyi daşıyır. Beləliklə məhkəmə, qanunvericilik normalarını, cavabdehin öhdəliyini tam icra etmədiyini, iddiaçının öhdəliyin icrasını, satdığı malların qalan dəyərini tələb etmək hüququna malik olmasını, iddiaçı tərəfindən malların cavabdehə təhvil verildiyini, təhvil verilən mallar üzrə 10800 manat ödəniş edildiyini nəzərə alaraq belə qənaətə gəlir ki, iddiaçının cavabdehdən tələb etdiyi 25342,15 manat borcun ƏDV xaric 21476,4 manat əsas hissəsindən ödənilmiş 10800 manatı çıxaraq qalan 10676,4 manat əsas borc və 3865,75 manat ƏDV məbləği olmaqla, ümumilikdə 14542,15 manat hissəsində iddia tələbi əsaslıdır və həmin məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddianın qismən təmin edildiyini nəzərə alıb hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 170 manat dövlət rüsumunun 133,63 manat əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən 10676,4 manat əsas borc, 3865,75 manat ƏDV məbləği olmaqla, ümumilikdə 14542 (on dörd min beş yüz qırx iki) manat 15 (on beş) qəpik pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 133 (yüz otuz üç) manat 63 (altmış üç) qəpiyin əvəzi tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-5218/2025
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5218/2025
10.12.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver