Məhkəmə qərarları › İş №e-2-2(113)-5244/2025

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-5244/2025

11.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-5244/2025 11.02.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 MMC, Cavabdeh6 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı ASC (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 MMC, Cavabdeh6 (bundan sonra – cavabdehlər) qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh5 MMC-dən, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh2 birgə qaydada: K1439/09/02 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 3,349,313.64 (üç milyon üç yüz qırx doqquz min üç yüz on üç dollar altmış dörd sent) ABŞ dolları əsas borc,314,655.03 (üç yüz on dörd min altı yüz əlli beş dollar üç sent) ABŞ dolları cərimə borcu, müqavilə müddəti bitdiyi xx.xx.2024-cü il tarixindən xx.xx.2025-ci il tarixinə qədər Mərkəzi Bankın uçot faiz dərəcəsinə uyğun olaraq hesablanmış 169,796.71 (bir yüz altmış doqquz min yeddi yüz doxsan altı dollar otuz iki sent) ABŞ dolları faiz borcu olmaqla, cəmi 3,833,765.38 (üç milyon səkkiz yüz otuz üç min yeddi yüz altmış beş dollar otuz səkkiz sent) ABŞ dolları borcun İddiaçı ASC-nin xeyrinə ödənilməsi: Tutmanın aşağıda sadalanan əmlaklara yönəldilməsi, satışdan əldə olunmuş vəsaitin İddiaçı ASC-yə olan öhdəliklər üzrə borclarının ödənilməsinə yönəldilməsi; Cavabdeh5 MMC-nin mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hava Limanı-Zığ şossesi, 4F ünvanında yerləşən 3.34812 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 16395.7 kv.m əmlak kompleksi (Reyestr nömrəsi: **********87-12301), qeydiyyat tarixi xx.xx.2023, qeydiyyat nömrəsi:**********); 2. Cavabdeh5 MM-nCin mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsindəki transformator zavodunda yerləşən xx.xx.2023cü il tarixli SG4849 saylı girov müqaviləsinə 01 saylı qoşmasında adları qeyd edilən 66 adda 205 ədəd texnoloji avadanlıqlar; Cavabdeh5 MMC-nin mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı və Əmircan qəsəbələrində yerləşən, girov müqaviləsinə xx.xx.2023-cü il tarixli SG4850 saylı girov müqaviləsinə 01 saylı qoşmada göstərilən avadanlıqlar. İİİ. İpoteka predmetinin satışından əldə olunan pul vəsaiti cavabdehlərin İddiaçı ASC-yə olan kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda, qalıq borcun cavabdehlər Cavabdeh5 MMC-dən, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh2 birgə qaydada tutularaq İddiaçı ASC-nin hesabına ödənilməsi; iddia ərizəsinin məhkəməyə verilməsi üçün 4048.7 manat dövlət rüsumu, ipoteka bildirişinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin müvafiq İdarəsində qeydiyyata alınması üçün 15 (on beş) manat dövlət rüsumu və 120 (bir yüz iyirmi) manat xidmət haqqının cavabdehlərdən birgə qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-5244/2025 saylı qərardadı ilə hazırkı iş üzrə kompleks məhkəmə-qiymətləndirici və məhkəmə-mühasibatlıq ekspertizaları təyin edilmişdir. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, CVN/O 24-388/25 nömrəli mütəxəssis rəyi Bakı Kommersiya Məhkəməsinə xx.xx.2025-ci il tarixdə daxil olmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2026-cı il tarixli, 3-16-16/2-9/5445/2025 nömrəli məlumatı xx.xx.2026-cı il tarixdə Bakı Kommersiya Məhkəməsinə daxil olmuşdur. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5244/2025 nömrəli, xx.xx.2026-cı il tarixli qərardadı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 MMC, Cavabdeh6 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə icraat təzələnmişdir. İddiaçı xx.xx.2026-cı il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər xx.xx.2026-cı il tarixdə yazılı vəsatət verib borc tam olaraq ödənildiyi üçün AR MPM 261-ci maddəsinin tələblərini rəhbər tutaraq kommersiya işi üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada tərəflərə məlumat verilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməni məlumatlandırmamışlar. Məhkəmə iclasının tərəflərin nümayəndələrinin iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir. Məhkəmə vəsatətləri materiallarla əlaqəli şəkildə nəzərdən keçirərək hesab edir ki, iddiaçı tərəfindən verilmiş vəsatət təmin edilməli, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalı, cavabdehlər tərəfindən verilmiş vəsatət təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 170.3-cü maddəsinə əsasən bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Məhkəmə cavabdehlər tərəfindən verilmiş kommersiya işi üzrə icraata xitam verilməsi barədə vəsatətə münasibətdə qeyd edir ki, hazırkı iş üzrə icraata xitam verilməsi üçün hər hansı əsas yoxdur. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261-ci maddəsinə əsasən 261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə; 261.0.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa; 261.0.3. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair xarici dövlətin məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi varsa və həmin qətnamə Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən tanınmış və icraya qəbul edilmişsə; 261.0.4. iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa; 261.0.5. tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə; 261.0.6. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin arbitraj məhkəməsinin qərarının tanınmasından və ya məcburi icrasının təmin edilməsindən imtina etdiyi hallar istisna olmaqla, arbitraj məhkəməsinin qanuni qüvvəyə minmiş qərarı olarsa; 261.0.7. iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə; 261.0.8. işdə iştirak edən hüquqi şəxs ləğv olunmuşsa; 261.0.9. məhkəməyə müraciət etmiş maraqlı şəxs mübahisənin qabaqcadan məhkəmədən kənar həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qoyulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilmişsə hakim iş üzrə icraata xitam verir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən verilmiş vəsatət təmin edilməli, iddia ərizəsi iddiaçıya qaytarılmalı, cavabdehlər tərəfindən verilmiş vəsatət təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: İddiaçı ASC tərəfindən verilmiş vəsatət təmin edilsin. İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 MMC, Cavabdeh6 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi İddiaçı ASC-yə geri qaytarılsın. İddia ərizəsi verilərkən ödənilmiş 4048,70 (dörd min qırx səkkiz manat yetmiş qəpik) manat dövlət rüsumu İddiaçı ASC-yə qaytarılsın. Aparılmış ekspertiza tədqiqatı ilə bağlı 800 (səkkiz yüz) manat ekspertiza xərci İddiaçı ASC-dən, 1000 (bir min) manat ekspertiza xərci cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 MMC-dən, Cavabdeh6 birgə (müştərək) qaydada tutularaq "xxxx" MMC-yə ödənilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 MMC, Cavabdeh6 tərəfindən verilmiş “iş üzrə icraata xitam verilməsi barədə” vəsatət təmin edilməsin. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar