Məhkəmə qərarları › İş №e-2-2(113)-5254/2023

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-5254/2023

03.10.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-5254/2023 03.10.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakim Namazova Günay Rüstəm qızı, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və X3 qarşı lizing müqaviləsinə xitam verilməsi, lizing predmetinin qaytarılması və lizing borcunun ödənilməsi tələbi barədə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri Bakı Kommersiya Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə X5 arasında bağlanmış xx.xx.2019-cu il tarixdə 06/2136/DLİZ nömrəli X2 xitam olunması, İddiaçı MMC məxsus “Mercedes Benz GL550” markalı **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilin öz mülkiyyətçisinə qaytarılması, İddiaçı MMC ilə X5 arasında bağlanmış xx.xx.2019-cu il tarixdə 06/2136/DLİZ nömrəli X4 əsasən xx.xx.2023-cü il tarixədək yaranmış 63300.44 manat əsas borc, 54372.91 manat mükafat borcu 509.68 manat cərimə faizi cəmi 118.183.03 manat lizinqi borcu məbləğinin, iddiaçı tərərəfindən ödənilmiş 400 manat ilkin mediasiya prosesində iştirak üçün ödənilmiş xərc və əlavə 5 manat dövlət rüsumunun əvəzi X1 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıdakı səbəbə görə iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iki cavabdehdən yalnız X5 ilkin mediasiya prosesinə dəvət olunmuşdur. Digər Cavabdeh1 münasibətdə hazırkı iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə ilkin mediasiya sessiyasında iştirak edilməsini təsdiq edən sənəd əlavə olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 4.5-ci maddəsinə əsasən tərəflərin hər hansı mübahisə ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl mediasiya prosesində iştirakını tələb edən müqavilə, müqavilə şərti, yaxud hər hansı digər sənəddə şərt (mediasiyaya dair qeyd-şərt) olduğu halda, həmin qaydaya riayət edildikdən sonra mübahisə məhkəmənin həllinə verilə bilər. - 4.6-cı maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. - 150.1 və 150.1.7-ci maddəsinə əsasən ərizəyə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd əlavə edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu, 152, 268-269–cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və X3 qarşı lizing müqaviləsinə xitam verilməsi, lizing predmetinin qaytarılması və lizing borcunun ödənilməsi tələbi barədə iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə müvafiq məhkəməyə müraciət etməyə mane olmur. Qərardad rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 10 gün müddətində ondan elektron kabinet vasitəsi ilə Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günay Namazova İş № e-2-2(113)-5254/2023 Məhkəmə iclasından kənar prosessual hərəkət barədə protokol Azərbaycan Respublikası Bakı Kommersiya Məhkəməsi Hakim Namazova Günay Rüstəm qızı, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və X3 qarşı lizing müqaviləsinə xitam verilməsi, lizing predmetinin qaytarılması və lizing borcunun ödənilməsi tələbin iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə Bakı Kommersiya Məhkəməsinin binasında 03 oktyabr 2023-cü il tarixdə baxdı. Prosessual hərəkət saat 15:10-da başlandı. Hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, iddia ərizəsinin geri qaytarılmasına dair qərardad qəbul etdi. Prosessual hərəkət saat 15:20-də başa çatdı. Protokol 03 oktyabr 2023-cü il tarixdə tərtib olunmuş və imzalanmışdır. Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar