Məhkəmə qərarları › İş №e-2-2(113)-526/2022

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-526/2022

03.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-526/2022 03.02.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, Bank Olmayan Kredit Təşkilatı İddiaçı1 (MMC) Cavabdeh qarşı borcun tutulması və ipoteka predmetinə yönəldilməsi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək aralarında bağlanmış 04 avqust 2016-cı il tarixli K-004/2016 saylı kredit müqaviləsi üzrə hesablanmış ödənilməmiş 8152 manat dəbbə pulu borcunun və 101,52 manat dövlət rüsumu Cavabdeh tərəfindən ödənilməsinə, bu borc tələbinin Kredit borcu öhdəliyinin təminat üsulu olan 01 avqust 2016-cı il tarixli (notarial qediyyatı 04 avqust 2016-cı il tarixli) İ-002/2016 saylı İpoteka müqaviləsi əsasən ipoteka ilə yüklü edilmiş Cavabdeh məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 may küçəsi, 8a saylı fərdi yaşayış evinə yönəldilməsi, bu fərdi yaşayış evini tərəflərin razılığı əsasında müəyyənləşdirilmiş 70000 manat likvid dəyərlə açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsinə dair məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi İddiaçı2 və cavabdeh “Cavabdeh məhkəməyə tərəflərin öz aralarında aşağıda göstərilən məzmunda barışıq sazişi bağladıqlarını bildirmişlər:

1. Sazişin Predmeti

Sazişin predmetini məhkəmə işi üzrə iddiaçı ilə cavabdehin arasında bağlanmış 04 avqust 2016-cı il tarixli K-004/2016 saylı kredit müqaviləsinə əsasən Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(113)-526/2022 saylı mülki iş üzrə cavabdehin iddiaçıya olan kredit borcu tələbinin cavabdeh tərəfindən hansı hissəsinin mübahisəsiz tanınması və ödənilməsi şərtləri təşkil edir.

2. Tərəflərin öhdəlikləri

2.1. Cavabdeh: 2.1.1. Məhkəmə işi üzrə iddiaçı tərəfindən e-2-2(113)-526/2022 saylı tələb olunan ümumilikdə 8152 manat dəbbə pulu orc tələbinin 800 manat hissəsini mübahisələndirilmədən tanıyır və həmin məbləğin iddiaçıya ödəməyi öhdəsinə götürür. 2.1.2. İddiaçının borc tələbi üzrə 800 manat borc məbləğini bu Saziş imzalandığı anda-tarixdə birdəfəlik şəkildə iddiaçının kassasına nağd ödəyir;

2.2. İddiaçı: 2.2.1. Cavabdehin e-2-2(113)-526/2022 saylı mülki iş üzrə 8152 manat dəbbə pulu borc tələbinin bu Sazişin 2.1.1-ci bəndinə göstərilmiş 800 manat hissəsini mübahisələndirilmədən tanımasını və həmin məbləğin iddiaıya bu Saziş imzalandığı andatarixdə birdəfəlik şəkildə iddiaçının kassasına nağd ödəməyi öhdəsinə götürməsini nəzərə alraq və borc tələbinin 1000 manat hissəsi ödənildikdən sonra borc tələbindən imtinanı qəbul edir. 2.2.2. Bu Sazişin 2.1.2-ci bəndinə əsasən cavabdeh tərəfindən ödənilməli olan 800manat borc məbləğinin həmin bəndinə müəyyənləşdirilmiş qaydalarda icrası təmin edildiyi halda bu Sazişin məhkəmə qaydasında təsdiq edilməsi və e-2-2(113)-526/2022 saylı mülki iş üzrə icraatının dayandırılması üçün ödənişi təsdiq edən sənədi və bu Sazişi Bakı Kommersiya Məhkəməsinə təqdim edir.

3. Tərəflərin sazişdən irəli gələn münasibətlərinin tənzimlənməsi

3.1. Tərəflər bu Sazişi imzaladıqdan sonra Sazişin məhkəmə qaydasında təsdiq edilməsi üçün lazımi prosessual hərəkətləri həyata keçirməlidirlər. 3.2. Tərəflər Sazişdən irəli gələn öhdəliklərin pozulması nəticəsində meydana çıxan mübahisələrin həllinə ilk növbədə qarşılıqlı anlaşma ə razılıq yolu ilə nail olmalıdırlar. 3.3. Əgər mübahisələr qarşılıqlı anlaşma və razılıq yolu ilə həll olunmazsa, öhdəliyin pozulması nəticəsində zərər çəkmiş tərəf bu Sazişin təsdiqinə dair müvafiq məhkəmə qərardadının icraya yönədilməi barədə Bakı Kommersiya Məhkəməsinə müraciət edə bilər.

4. Sazişə xitam verilməsi

Tərəflər Saziş üzrə qarşılıqlı öhdəliklərini tam həcmdə yerinə yetirdikdən sonra Sazişə xitam veriləcəkdir.

5. Yekun Müddəalar

Saziş Azərbaycan dilində eyni hüquqi qüvvəyə malik olan 3 nüsxədə tərtib olunur və bir nüsxəsi iddiaçıda, bir nüsxəsi cavabdehdə, bir nüsxəsi məhkəmə qaydasında təsdiq edilməsi üçün verildikdən sonra Bakı Kommersiya Məhkəməsində saxlanılır.

Məhkəmə hesab edir ki, göstərilən şərtlərlə barışıq sazişinin bağlanması qanuna zidd olmadığına və hər hansı bir şəxsin hüquqlarını və ya qanunla qorunan mənafeyini pozmadığına görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191-ci maddəsinə əsasən həmin barışıq sazişi təsdiq edilməlidir. Həmin Məcəllənin 261.0 və 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

Bank Olmayan Kredit Təşkilatı İddiaçı1 ilə Cavabdeh arasında bağlanmış, aşağıdakı məzmunda olan barışıq sazişi təsdiq edilsin:

1. Sazişin Predmeti

Sazişin predmetini məhkəmə işi üzrə iddiaçı ilə cavabdehin arasında bağlanmış 04 avqust 2016-cı il tarixli K-004/2016 saylı kredit müqaviləsinə əsasən Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(113)-526/2022 saylı mülki iş üzrə cavabdehin iddiaçıya olan kredit borcu tələbinin cavabdeh tərəfindən hansı hissəsinin mübahisəsiz tanınması və ödənilməsi şərtləri təşkil edir.

2. Tərəflərin öhdəlikləri

2.1. Cavabdeh: 2.1.1. Məhkəmə işi üzrə iddiaçı tərəfindən e-2-2(113)-526/2022 saylı tələb olunan ümumilikdə 8152 manat dəbbə pulu orc tələbinin 800 manat hissəsini mübahisələndirilmədən tanıyır və həmin məbləğin iddiaçıya ödəməyi öhdəsinə götürür. 2.1.2. İddiaçının borc tələbi üzrə 800 manat borc məbləğini bu Saziş imzalandığı anda-tarixdə birdəfəlik şəkildə iddiaçının kassasına nağd ödəyir;

2.2. İddiaçı: 2.2.1. Cavabdehin e-2-2(113)-526/2022 saylı mülki iş üzrə 8152 manat dəbbə pulu borc tələbinin bu Sazişin 2.1.1-ci bəndinə göstərilmiş 800 manat hissəsini mübahisələndirilmədən tanımasını və həmin məbləğin iddiaıya bu Saziş imzalandığı andatarixdə birdəfəlik şəkildə iddiaçının kassasına nağd ödəməyi öhdəsinə götürməsini nəzərə alraq və borc tələbinin 1000 manat hissəsi ödənildikdən sonra borc tələbindən imtinanı qəbul edir. 2.2.2. Bu Sazişin 2.1.2-ci bəndinə əsasən cavabdeh tərəfindən ödənilməli olan 800manat borc məbləğinin həmin bəndinə müəyyənləşdirilmiş qaydalarda icrası təmin edildiyi halda bu Sazişin məhkəmə qaydasında təsdiq edilməsi və e-2-2(113)-526/2022 saylı mülki iş üzrə icraatının dayandırılması üçün ödənişi təsdiq edən sənədi və bu Sazişi Bakı Kommersiya Məhkəməsinə təqdim edir.

3. Tərəflərin sazişdən irəli gələn münasibətlərinin tənzimlənməsi

3.1. Tərəflər bu Sazişi imzaladıqdan sonra Sazişin məhkəmə qaydasında təsdiq edilməsi üçün lazımi prosessual hərəkətləri həyata keçirməlidirlər. 3.2. Tərəflər Sazişdən irəli gələn öhdəliklərin pozulması nəticəsində meydana çıxan mübahisələrin həllinə ilk növbədə qarşılıqlı anlaşma ə razılıq yolu ilə nail olmalıdırlar. 3.3. Əgər mübahisələr qarşılıqlı anlaşma və razılıq yolu ilə həll olunmazsa, öhdəliyin pozulması nəticəsində zərər çəkmiş tərəf bu Sazişin təsdiqinə dair müvafiq məhkəmə qərardadının icraya yönədilməi barədə Bakı Kommersiya Məhkəməsinə müraciət edə bilər.

4. Sazişə xitam verilməsi

Tərəflər Saziş üzrə qarşılıqlı öhdəliklərini tam həcmdə yerinə yetirdikdən sonra Sazişə xitam veriləcəkdir.

5. Yekun Müddəalar

Saziş Azərbaycan dilində eyni hüquqi qüvvəyə malik olan 3 nüsxədə tərtib olunur və bir nüsxəsi iddiaçıda, bir nüsxəsi cavabdehdə, bir nüsxəsi məhkəmə qaydasında təsdiq edilməsi üçün verildikdən sonra Bakı Kommersiya Məhkəməsində saxlanılır.

Bank Olmayan Kredit Təşkilatı İddiaçı1 Cavabdeh qarşı borcun tutulması və ipoteka predmetinə yönəldilməsi barədə iş üzrə icraata xitam verilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar