Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5263/2025 08.10.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ı "xxxx" ASC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər:icarə,pul) X3 Rövşən qızının sədrliyi, Nuriyeva Nigar Fikrət qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:
1. İddiaçı "xxxx" ASC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, CavabdehMMC-dən 4000 manat (4720 manat ƏDV daxil) əsas borc, müqavilənin 5.4 bəndinə əsasən cərimə məbləği kimi 1357 manatın və dövlət rüsumu kimi ödənilmiş 81 manatın, ümumilikdə 6158 manatın alınaraq iddiaçı "xxxx" ASC-yə ödənməs barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İcarəyə verən "xxxx" ASC ilə İcarəçiCavabdeh MMCarasında xx.xx.2022-ci il tarixli № 2022-PÇ-05 saylı icarə müqaviləsi bağlanmışdır. Bağlanmış müqavilə şərtlərinə əsasən İcarəyə verən "xxxx" ASC Müqaviləyə Əlavədə siyahısı qeyd edilmiş maşın və texnikanı istifadəyə verməli, icarəçi Cavabdeh MMC isə öz növbəsində bu müqavilə ilə nəzərdə tutulmuş icarə haqqını müəyyən edilmiş vaxtda və qaydada İcarəyə verən "xxxx" ASC-ə ödəniş etməli idi. Müqaviləyə əsasən, İcarəçinin (cavabdehin) icarəsinə Avtoqreyder CAT 14011 markalı texnika verilmiş, İcarəçi müəyyən ödəniş etsə də, sonda İcarəyəverənə (iddiaçıya) 4000 manat əsas borcu, 720 manat ƏDV borcu yaranmışdır. Lakin, cavabdeh borcu uzun müddət ödəmədiyinə görə, əlavə cərimə də ödəmək öhdəliyi yaranıb. Belə ki, qeyd edilən müqavilənin 5.4 bəndinə əsasən cərimə məbləği 1357 manat təşkiledir. ümumilikdə qalıq borc 6077 manat təşkiledir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi.
4. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
5. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. III. Məhkəmə baxışının hədləri:
6. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
7. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
IV. Sübutların tədqiqi:
8. İddiaçı "xxxx" ASC (“icarəyə verən”) ilə Cavabdeh MMC (“icarəçi”) arasında xx.xx.2022-ci il tarixli № 2022-PÇ-05 saylı icarə müqaviləsi imzalanmışdır. Həmin Müqavilənin: - 1.1-ci bəndinə əsasən icarəyə verən onun mülkiyyətində və qanuni istifadəsində olan bu Müqaviləyə Əlavədə siyahısı qeyd edilmiş maşın və texnikanı icarəçinin istifadəsinə verməyi,icarəçi isə bu müqavilə ilə nəzərdə tutulmuş icarə haqqını müəyən edilmiş vaxtda və qaydada icarəyə verənə ödəməyi öhdəsinə götürür. - 2.1-ci bəndinə əsasən icarəçi bu Müqqavilənin Əlavə 1-də qeyd edilmi hər təqvim ayın ilk iş günü icarə haqqının 50%-ni icaryəverənə avans şəklində ödəyirvə növbəti ayın ilk həftəsində elektron qaimə təqdim edildiyi gündən betibarən 5 i. Günü müddətində ödəyir. - 3.4.1-ci bəndinə əsasən icarə haqqını bu Müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada ödəmək icarəçinin vəzifəsidir. - 5.4-cü bəndinə əsasən icarəçi icarə haqqnını bu müqavilə ilə müəyyən edilmiş müddətdə ödəmədikdə hər gecikdirilmiş gün üçün icarə haqqının % miqdarında icarəyə verənə cərimə ödəyir və bu cərimə məbləği icarə haqqının 10% çox ola bilməz. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
9. İddiaçı ilə cavabdeh arasında imzalanmış 01 avqust 2022-ci il tarixli 01 saylı Əlavəyə əsasən Avtoqreyder CAT 140H texnikanın aylıq icarə qiyməti 11500 manat (ƏDV daxil deyil), 27140 manat (ƏDV daxil və texnika iki növbə işləyərsə) təşkil edir.
10. "xxxx" QSC tərəfindən verilmiş hesabdan çıxarışa əsasən Cavabdeh MMC tərəfindən "xxxx" MMC-yə xx.xx.2022-ci il tarixində 2000 manat ödənilmişdir.
11. "xxxx" QSC tərəfindən verilmiş hesabdan çıxarışa əsasən Cavabdeh MMC tərəfindən "xxxx" MMC-yə xx.xx.2022-ci il tarixində 1500 manat ödənilmişdir.
12. 12.08.2022-ci il tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki, iddiaçı tərəfindən cavabdehə 720 manat ƏDV ödənilmişdir.
13. İddiaçı ilə cavabdeh arasında imzalanmış 01 iyun 2023-cü il tarixli üzləşmə aktı ilə təsdiq edilir kii, xx.xx.2022-ci il tarixli subicarə müqaviləsi üzrə icarəçinin icarəyəverənə 4000 manat əsas,720 manat ƏDV cəmi 4720 manat borcu var.Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. V. Tətbiq edilən hüquq:
14. AR Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 443.4-cü maddəsinə görə əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Məhkəmə ilk növbədə qeyd edir ki, əldən çıxmış fayda formasında maddi zərərin tutulması tələbinə dair işlərə baxılarkən məhkəmə tərəfindən cavabdehin hüquqazidd əməlləri nəticəsində iddiaçının hüquqlarının pozulması, əldə çıxmış faydanın mövcudluğu faktı və məbləği, eləcə də cavabdehin hüquqazidd əməlləri ilə əldə çıxmış faydanın yaranması arasında səbəbli əlaqənin mövcudluğu müəyyən edilməlidir. Bu zaman iddiaçı onun əldə çıxmış faydanı əldə etməsi üçün zəruri olan bütün hərəkətləri etdiyini, lakin cavabdehin hüquqazidd əməllərinin həmin faydanı əldə etməyə mane olduğunu sübuta yetirməlidir. - 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. - 700.1-ci maddəsinə görə icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. - 700.3-cü maddəsinə görə əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.
15. AR MPM-in: - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2018-ci il tarixli Plenum Qərarında qeyd edilir ki, “...mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.”
17. Avropa İnsan Hüquqları Məhkəməsinin ədalətli məhkəmə araşdırması hüququna dair (maddə 6): “Yerli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (Suominen Finlandiyaya qarşı, § 36). Bu öhdəlik üzrə qərarın əsaslandırılması dərəcəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər və yalnız işin konkret halları işığında şərh edilməlidir. (X1rşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27)”
Vİ.Məhkəmənin mövqeyi:
18. Məhkəmə materialları araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
19. Belə ki, məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı Cavabdeh MMC tərəfindən "xxxx" MMC arasında icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqavilə üzrə müqavilədə qeyd olunmuş texnikanı cavabdehə təhvil verərək üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh icarə (xidmət) haqqını vaxtında ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur.
20. Belə ki, iş materialları əsasında, iddiaçının nümayəndəsinin izahatı və iş materiallarında olan 01 iyun 2023-cü il tarixli üzləşmə aktı ilə təsdiq edilir ki, xx.xx.2022-ci il tarixli subicarə müqaviləsi üzrə icarəçinin icarəyəverənə 4000 manat əsas,720 manat ƏDV cəmi 4720 manat borcu var. Odur ki, cavabdeh tərəfindən olan ödənişləri nəzərə alınmaqla hal-hazırda cavabdehin 01 avqust 2022-ci il tarixli subicarə müqaviləsi üzrə iddiaçıya olan cəmi borcu 4720 manat (ƏDV daxil) təşkil edir.
21. Odur ki,məhkənə hesab edir ki,iddia ərizəsi əsas borcun tutulması hissəsində təmin edilməli, cavabdehdən 4720 manat məbləğində icarə haqqı tutularaq iddiaçıya ödənnilməlidir.
22. Bundan əlavə iddiaçı müqavilə üzrə əsas borcu ödəniş planına uyğun qaytarmadığına görə cavabdehə hesablanmış 1357 manat məbləğində cərimə (dəbbə) pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
23. Məhkəmə hesab edir ki, cavabdeh ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan, eləcə də dəbbə pulunun azaldılması üçün əsaslar olmadığından iddiaçı iddia ərizəsində göstərilən məbləğdə dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır.
24. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
25. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğıundan 200 manat məbləğində müəyyən edilməlidir.
26. Hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 62 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir.
27. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən ƏDV daxil 4720 (dörd min yeddi yüz iyirmi) manat əsas borc, 200 (iki yüz) manat cərimə borcu və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq 62 (altmış iki) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. İddia tələbi digər hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Həşimova