Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-527/2021 01.04.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Aytən Heydər qızının sədrliyi, məhkəmə iclas katibi X1, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Ləğv prosesində olan "İddiaçı" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh "Cavabdeh" Səhmdar Cəmiyyəti "AzərbCavabdeh Tikinti Təmir" Birliyinə qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə işə Bakı şəhərində Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan "İddiaçı" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdeh "Cavabdeh" Səhmdar Cəmiyyəti "AzərbCavabdeh Tikinti Təmir" Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “AzərbCavabdeh Tikinti Təmir” Birliyindən xx xxxxxxxx 2004-cü il tarixli, 105 nömrəli kredit müqaviləsi üzrə cavabdehin banka ödənilməmiş 8,000 manat (səkkiz min manat) əsas, 3596.40 manat (üç min beş yüz doxsan altı manat, 40 qəpik) faiz, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarına əsasən hesablanan 5520.03 manat ( beş min beş yüz iyirmi manat, 3 qəpik) məbləğində faiz borcu, cəmi 17,116.43 (on yeddi min yüz on altı manat qırx üç qəpik) manat və ləğv prosesində olan İddiaçı ASC tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və 0.40 (qırx qəpik) manat xidmət haqqının cavabdehdən tutularaq LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə cavabdeh “AzərbCavabdeh Tikinti Təmir” Birliyi arasında bağlanmış xx xxxxxxxx 2004-cü il tarixli, 105 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən “AzərbCavabdeh Tikinti Təmir” Birliyinə 12 ay müddətinə illik 18% dərəcəsi ilə 20 000 manat (iyirmi min manat) məbləğində kredit verilmişdir. Cavabdeh qeyd edilən kredit müqaviləsinin şərtlərini pozmuş, üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Belə ki, tərəflər arasında münasibətlərin məhkəmədən kənar qaydada həll etmək məqsədilə tərəfimizdən cavabdeh “AzərbCavabdeh Tikinti Təmir” Birliyinə “borcun qaytarılması tələbi ilə bağlı” xəbərdarlıq olunsa da, cavabdeh borcun qaytarılmasından yayınmışdır. İddiaçı ASC ilə cavabdeh “AzərbCavabdeh Tikinti Təmir” Birliyi arasında bağlanmış xx xxxxxxxx 2004-cü il tarixli, 105 nömrəli kredit müqaviləsi üzrə cavabdehin banka ödənilməmiş 8 000 manat (səkkiz min manat) əsas, 3596.40 manat (üç min beş yüz doxsan altı manat, 40 qəpik) faiz, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarına əsasən hesablanan 5520.03 manat ( beş min beş yüz iyirmi manat, 3 qəpik) məbləğində faiz borcu, cəmi 17116.43 manat (on yeddi min yüz on altımanat, 43 qəpik) borc yaranmışdır. Bundan əlavə bildirilir ki, 1 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinin xx.xx.2016-cı il tarixli 2-1(81)-1404/2016 saylı qərarına əsasən İddiaçı ASC müflis elan edilmiş, iflas proseduruna başlanılmış və qərar dərhal icraya yönəldilmişdir. Həmin qərara əsasən Əmanətlərin Sığortalanması Fondu İddiaçı ASC-nin ləğvedicisi təyin edilmişdir. Daha sonra iddiaçının nümayəndəsi məhkəməyə iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək bildirmişdir ki, məhkəməyə təqdim edilmiş iddia ərizəsinin əsaslandırıcı hissəsində kreditin verilmə məbləği səhvən 20 000 (iyirmi min) manat qeyd edilmişdir. Odur ki, həmin texniki səhvin düzəldilərək, “xx xxxxxxxx 2004-cü il tarixli, 105 nömrəli Kredit müqaviləsinə əsasən bank tərəfindən “AzərbCavabdeh Tikinti Təmir” Birliyinə 12 ay müddətinə illik 18% dərəcəsi ilə 220 000 000 (iki yüz iyirmi milyon manat) manat məbləğində kredit verilmişdir.” kimi oxunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə "Cavabdeh" Səhmdar Cəmiyyəti "AzərbCavabdeh Tikinti Təmir" Birliyinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - İddiaçı ASC ilə cavabdeh“AzərbCavabdeh Tikinti Təmir” Birliyi arasında bağlanmış xx xxxxxxxx 2004-cü il tarixli, 105 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən “AzərbCavabdeh Tikinti Təmir” Birliyinə 12 ay müddətinə illik 18% dərəcəsi ilə 220.000 000 manat məbləğində kredit verməyi öhdəsinə götürür. -Həmin müqavilənin 2.3-cü bəndinə əsasən, borc alan bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borc verənə qaytarmağı öhdəsinə götürür. -Həmin müqavilənin 3.8-ci bəndinə əsasən borc alan öz üzərinə düşən öhdəlikləri icra etmədikdə müqavilənin 9-cu bəndində nəzərdə tutulmuş dəbbə pulunu ödəyəcəyini vəd edir. -Həmin müqavilənin 5.3-cü bəndinə əsasən, borc alan tərəfindən kredit üzrə borc verənə çatmalı olan faizlər hər ay başa çatanadək ödənilmədikdə həmin faizlər vaxtında ödənilməyən faizlər hesab olunur. -Həmin müqavilənin 8.3-cü bəndinə əsasən gecikdirilmiş borc yarandığı tariixdən borc verən qanunverciliklə müəyyən edilmiş qaydada borc alana bu müqavilənin 9-cu bəndində nəzərdə tutulmuş müddəaları tətbiq edir. -Həmin müqavilənin 9.1-ci bəndinə əsasən bu müqavilədə borc alanın üzərinə düşən öhdəlikləri icra etməməsi və ya lazımınca icra etməməsi və yaxud müəyyənləşdirilmiş müddətdə icra etməməsi üçün dəbbə pulu müəyyənləşdirilir. -Həmin müqavilənin 9.2-ci bəndinə əsasən borc alan üzərinə düşən öhdəlikləri icra etmədikdə kreditin, kredit üzrə hesablanmış faizlərin və gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilən gün üçün faizlər də hesablanmaqla ümumi məbləğin 0,13 % miqdarında borc verənə dəbbə pulu ödəməlidir. -xx.xx.2012-ci il tarixdən xx.xx.2017-ci il tarixə qədər olan dövr üzrə hesabdan çıxarışa əsasən "Cavabdeh" Səhmdar Cəmiyyəti "AzərbCavabdeh Tikinti Təmir" Birliyinin dövrün əvvəlinə qalıq 0.0 manat təşkil etmişdir. -xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixə qədər olan dövr üzrə hesabdan çıxarışa əsasən "Cavabdeh" Səhmdar Cəmiyyəti "AzərbCavabdeh Tikinti Təmir" Birliyinin yekun dövriyyəsi 43596,41 manat təşkil etmişdir. -xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixə qədər olan dövr üzrə hesabdan çıxarışa əsasən "Cavabdeh" Səhmdar Cəmiyyəti "AzərbCavabdeh Tikinti Təmir" Birliyinin yekun dövriyyəsi 43596,41 manat təşkil etmişdir. -xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixə qədər olan dövr üzrə hesabdan çıxarışa əsasən "Cavabdeh" Səhmdar Cəmiyyəti "AzərbCavabdeh Tikinti Təmir" Birliyinin yekun dövriyyəsi 14.000,00 manat təşkil etmişdir. -xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixə qədər olan dövr üzrə hesabdan çıxarışa əsasən "Cavabdeh" Səhmdar Cəmiyyəti "AzərbCavabdeh Tikinti Təmir" Birliyinin dövrün əvvəlinə qalıq 0.0 manat təşkil etmişdir. -xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixə qədər olan dövr üzrə hesabdan çıxarışa əsasən "Cavabdeh" Səhmdar Cəmiyyəti "AzərbCavabdeh Tikinti Təmir" Birliyinin müqavilə üzrə ödədiyi kredit məbləği 4.000 manat təşkil etmişdir. -"İddiaçı" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun məhkəməyə təqdim etdiyi xx.xx.2020-ci il tarixli **********513 saylı maliyyə arayışından görünür ki, xx xxxxxxxx 2004-cü il tarixli, 105 nömrəli kredit müqaviləsinin tələbləri əsasında yaranmış ümumi borc 17116,43 manat təşkil edir. -“İddiaçı" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən "Cavabdeh" Səhmdar Cəmiyyəti "AzərbCavabdeh Tikinti Təmir" Birliyinə ünvanlanmış xx.xx.2020-ci il tarixli **********502 saylı pretenziya məktubundan görünür ki, iddiaçı 17116,43 manat məbləğində pulun ödənilməsi tələb edilmiş, əks halda məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Belə olan halda məhkəmə cavabdehin kredit müqaviləsi üzrə İddiaçı ASC qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirmədiyini, nəticədə cavabdehin "İddiaçı" ASC -yə borcunun yarandığını nəzərə alaraq hesab edir ki, kredit müqaviləsi üzrə yaranmış əsas və faiz borcunun cavabdehdən tutulması tələbinə dair hissədə iddiaçı "İddiaçı" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun iddiası əsaslı olmaqla təmin edilməlidir. Mübahisəli kredit müqavilələrinin müddəti bitdikdən sonrakı dövr üçün Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən illik 5 faiz hesabı ilə hesablanmış 551.351,36 manat məbləğində faizlərin ödənilməsinə dair iddia tələbinə münasibətdə isə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəllənin 445.2-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx xxxxxx 2014-cü il tarixli qərarında formalaşdırılmış hüquqi mövqeyə görə, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Göründüyü kimi Konstitusiya Məhkəməsinin Plenumunun qərarında ifadə edilmiş hüquqi mövqeyə görə bank kreditin verilmə müddəti bitdikdən sonrakı dövr üçün borcun ödənilməsinin gecikdirilməsinə görə illik 5% hesabı ilə faiz tələb etmək hüququna malik olduğundan həmin hissədə də iddia təmin edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbinin əsas hissəsi təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.. Beləliklə, yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsaslanaraq və işin hallarına məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, iddia təmin edilərək, cavabdeh “AzərbCavabdeh Tikinti Təmir” Birliyindən xx xxxxxxxx 2004-cü il tarixli, 105 nömrəli kredit müqaviləsi üzrə cavabdehin banka ödənilməmiş 8 000 manat əsas, 3596.40 manat faiz, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarına əsasən hesablanan 5520.03 manat məbləğində faiz borcu, cəmi 17,116.43 manat və ləğv prosesində olan İddiaçı ASC tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun və 0.40 manat xidmət haqqının cavabdehdən tutularaq LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna MMC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-5.3, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. “AzərbCavabdeh Tikinti Təmir” Birliyindən xx xxxxxxxx 2004-cü il tarixli, 105 nömrəli kredit müqaviləsi üzrə cavabdehin banka ödənilməmiş 8.000 manat (səkkiz min) əsas, 3596.40 (üç min beş yüz doxsan altı) manat, (qırx) qəpik faiz, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarına əsasən hesablanan 5520.03 ( beş min beş yüz iyirmi) manat, (üç) qəpik məbləğində faiz borcu, cəmi 17,116.43 (on yeddi min yüz on altı) manat (qırx üç) qəpik) manat və ləğv prosesində olan İddiaçı ASC tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi 30 (otuz) manat və xidmət haqqının əvəzi 0.40 (qırx) qəpik tutularaq LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-527/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-527/2021
01.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver