Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-527/2023 24.02.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə qarşı (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli AGT-SYQ-PR-008/18 saylı müqaviləyə əsasən 224.129,20 (189.940+34.189.20 ƏDV) manat əsas borc, öhdəliklərinin icrasını gecikdirdiyinə, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə ondan faydalanmağa görə həmin vəsaitin, yəni 224.129,20 manat əsas borcun 7,5 faiz olmaqla 16.809 manat məbləğində faiz borcunun, vəkilin göstərdiyi hüquqi yardıma görə müvafiq müqaviləyə əsasən vəkil qurumuna ödənilmiş 220 manat pulun, ilkin mediasiya sessiyasında iştiraka görə mediasiya qurumuna ödənilmiş 400 manat pulun, ödənilmiş 135 manat dövlət rüsumunun, cəmi 241693 manat pulun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli AGT-SYQ-PR-008/18 saylı müqaviləyə əsasən - 220471,88 (186.840,58+33.631,30 ƏDV) manat əsas borc, öhdəliklərinin icrasını gecikdirdiyinə, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə ondan faydalanmağa görə həmin vəsaitin, yəni 224.129,20 manat əsas borcun 7,5 faiz olmaqla 16.535 manat məbləğində faz borcunun, vəkilin göstərdiyi hüquqi yardıma görə müvafiq müqaviləyə əsasən vəkil qurumuna ödənilmiş 220 manat pulun, ilkin mediasiya sessiyasında iştiraka görə mediasiya qurumuna ödənilmiş 400 manat pulun, ödənilmiş 135 manat dövlət rüsumunun, cəmi 237761 manat pulun cavabdehdən tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2018- ci il tarixli 10 saylı müqaviləyə əsasən cavabdehə mallar verilmiş, cavabdeh də iddiaçı tərəfindən ona verilmiş malların dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilərin şərtlərinə uyğun olaraq verilmiş malların dəyərinin ödənişini təmin etməmiş, nəticədə 224.129,20 (189.940+34.189.20 ƏDV) manat məbləğində borc yaranmışdır. Cavabdehə dəfərələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh tərəfindən ödəniş təmin edilməmişdir, iddiaçı tərəfindən cavabdehə verilmiş mallara dair yaranmış borcun qaytarılması haqqında xx.xx.2022-ci il tarixli Xəbərdarlıq (Pretenziya) məktubu ilə rəsmi qaydada cavabdehə məlumat verilmişdir. Eyni zamanda həmin məktubla verilmiş mallara yaranmış borcun qaytarılmayacağı təqdirdə, iddiaçı tərəfindən müvafiq iddia ilə məhkəməyə müraciət ediləcəyi cavabdehə bildirilmişdir. Hazırda bank uçot dərəcəsi 7,5 faiz təşkil edir. Həmin 224.129,20 manat əsas borcun 7,5 faizi 16.809 manat təşkil edir. Hesab edirlər ki, həmin faiz borcu da cavabdehdən tutulmalıdır. Daha sonra iddia tələbinin dəyişdirilməsi zəruridir. Belə ki, hazırda tərəflər iddia tələbi ilə bağlı qarşılıqlı razılığa gəlmiş, bu barədə tərəflər arasında xx.xx.2023-cü il tarixli Üzləşmə Aktı tərtib və təsdiq edlmişdir. Odur ki, tərəflər arasında xx.xx.2023-cü il tarixli Üzləşmə Aktına uyğun olaraq iddia tələbinin həcminin azaldılmasına zərurət yaranmışdır. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, tərəflər arasında məhkəmə icraatı zamanı borcun məbləği dəqiqləşdirilmiş, bu barədə üzləşmə aktı imzalanmışdır. Hazırda iddia tələbinin həcminin azaldılması barədə ərizəni nüdafiə edir, həmin ərizənin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Ç.Nağıyev bildirdi ki, iddia tələbinin qismən, 220471,88 manat əsas borcun tutulması hissəsində təmin edilməsinə etiraz etmir, iddia tələbini həmin hissədə etiraf edirlər, bu barədə tərəflər arasında xx.xx.2023-cü il tarixli üzləşmə aktı tərtib edilmişdir, lakin qalan hissədə iddianın təmin edilməməsini xahiş edir. Belə ki, satılmış malların dəyəri bəzi hallarda iddiaçı tərəfindən düzgün müəyyən edilməmiş, ödənişlərin gecikməsində onların hər hansı təqsiri olmamışdır. Bu səbəbdən faiz borcunun tələb edilməsi hissəsində iddia tələbi əsassızdır. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: İddiaçı (satıcı) ilə cavabdeh (alıcı) arasında bağlanmış xx.xx.2018-ci il tarixli AGT- SQY-PR-008/18 nömrəli alqı-satqı müqaviləsinə əsasən müqavilənin predmeti Əlavə 1də daha təfərrüatla qeyd edilən malların satıcı tərəfindən alıcıya satılaraq təhvil verilməsi və təyinat yerində montajı, alıcının isə həmin malları qəbul edib əvəzində razılaşdırılmış qiyməti satıcıya ödəməsi təşkil edir. Müqavilənin 3.1-ci bəndinə əsasən malların qiyməti bu müqavilənin 1 saylı Əlavəsində göstərilən tariflər əsasında ümumi müqavilə dəyərinin 25 %-i əvvəlcədən, qalan hissəsi isə malın tam təhvil verilməsindən sonra ödəniləcəkdir. Tərəflər arasında başqa razılıq əldə olunmayıbsa, satıcı tərəfindən lazımi qaydada təqdim edilmiş hesabfaktura əsasında bank hesablaşma qaydasında köçürüləcəkdir. Müqavilənin 3.2-ci bəndinə əsasən haqqa tətbiq olunmalı olan ƏDV istisna olmaqla, qanunvericiliyə uyğun olaraq haqq ilə əlaqədar ödənilməsi tələb oluna bilən bütün vergilər daxil olacaq. Müqaviləyə xx.xx.2018-ci il tarixli 01 saylı Əlavəyə əsasən diametri 1250 mm olan dairəvi borunun bir vahidinin qiyməti 240 manat təşkil edir. Cavabdeh tərəfindən iddiaçıya EAAL 354465 nömrəli xx.xx.2018-ci il tarixli 24190 manat, EAAQ nömrəli 332613 nömrəli xx.xx.2019-cu il tarixli 59472 manat, EAAQ 722568 nömrəli xx.xx.2019-cu il tarixli 1180 manat, EAAR 396053 nömrəli xx.xx.2019-cu il tarixli 2950,68 manat, EAAT 648343 nömrəli xx.xx.2019-cu il tarixli 18412,72 manat, EAAT 648952 nömrəli xx.xx.2019-cu il tarixli 3658 manat, EAAU 167426 nömrəli xx.xx.2019-cu il tarixli 8496 manat, EAAV 174894 nömrəli xx.xx.2019-cu il tarixli 40780 manat, EBAE 581809 nömrəli xx.xx.2019-cu il tarixli 47577,60 manat, EBAF 759618 nömrəli xx.xx.2020-ci il tarixli 29382 manat, EBAG 946946 nömrəli xx.xx.2020-ci il tarixli 41441,60 manat, EBAH 618161 nömrəli xx.xx.2020-ci il tarixli 53430,40 manat, EBAJ 557730 nömrəli xx.xx.2020-ci il tarixli 78918,40 manat, EBAK 512892 nömrəli xx.xx.2020-ci il tarixli 59000 manat, EBAK 512633 nömrəli xx.xx.2020-ci il tarixli 2548,80 manat, EBAX 238483 nömrəli xx.xx.2021-ci il tarixli 150473,60 manat, ümumilikdə 621911,80 manat məbləğində elektron qaimələr göndərilmişdir. xx.xx.2020-ci il tarixli 000LPXO201430757 nömrəli ödəniş tapşırığından görünür ki, cavabdeh tərəfindən iddiaçıya EBAH 618161 nömrəli elektron qaiməyə əsasən 15280 manat məbləğində ödəniş edilmişdir. xx.xx.2020-ci il tarixli 000İCAZ201430139 nömrəli ödəniş tapşırığından görünür ki, cavabdeh tərəfindən iddiaçıya EBAJ 557730 nömrəli elektron qaiməyə əsasən 59720 manat məbləğində ödəniş edilmişdir. xx.xx.2020-ci il tarixli 000İCAZ201430139 nömrəli ödəniş tapşırığından görünür ki, cavabdeh tərəfindən iddiaçıya EBAH 618161 nömrəli elektron qaiməyə əsasən 30000 manat məbləğində ödəniş edilmişdir. xx.xx.2020-ci il tarixli 000İPXO200594654 nömrəli ödəniş tapşırığından görünür ki, cavabdeh tərəfindən iddiaçıya EBAG 946946 nömrəli elektron qaiməyə əsasən 35120 manat məbləğində ödəniş edilmişdir. xx.xx.2020-ci il tarixli 000İPXO200342790 nömrəli ödəniş tapşırığından görünür ki, cavabdeh tərəfindən iddiaçıya EBAF 759618 nömrəli elektron qaiməyə əsasən 24900 manat məbləğində ödəniş edilmişdir. xx.xx.2019-cu il tarixli 000İCAZ193630221 nömrəli ödəniş tapşırığından görünür ki, cavabdeh tərəfindən iddiaçıya EBAE 581809 nömrəli elektron qaiməyə əsasən 40320 manat məbləğində ödəniş edilmişdir. xx.xx.2019-cu il tarixli 000İPXO191519834 nömrəli ödəniş tapşırığından görünür ki, cavabdeh tərəfindən iddiaçıya EAAT 648343 nömrəli elektron qaiməyə əsasən 604 manat məbləğində ödəniş edilmişdir. xx.xx.2019-cu il tarixli 000İPXO191514289 nömrəli ödəniş tapşırığından görünür ki, cavabdeh tərəfindən iddiaçıya EAAV 174894 nömrəli elektron qaiməyə əsasən 34560 manat məbləğində ödəniş edilmişdir. xx.xx.2019-cu il tarixli 000İPXO191307357 nömrəli ödəniş tapşırığından görünür ki, cavabdeh tərəfindən iddiaçıya EAAU 167426 nömrəli elektron qaiməyə əsasən 7200 manat məbləğində ödəniş edilmişdir. xx.xx.2019-cu il tarixli 000İPXO191191453 nömrəli ödəniş tapşırığından görünür ki, cavabdeh tərəfindən iddiaçıya EAAT 648343 nömrəli elektron qaiməyə əsasən 1500 manat məbləğində ödəniş edilmişdir. xx.xx.2019-cu il tarixli 000İCAZ190440115 nömrəli ödəniş tapşırığından görünür ki, cavabdeh tərəfindən iddiaçıya EAAQ 332613 nömrəli elektron qaiməyə əsasən 50400 manat məbləğində ödəniş edilmişdir. Cavabdeh tərəfindən iddiaçının hesabına xx.xx.2020-ci il tarixli ödəniş tapşırığı ilə 10749,60 manat və 2750,40 manat, xx.xx.2020-ci il tarixli ödəniş tapşırığı ilə 5400 manat, xx.xx.2020-ci il tarixli ödəniş tapşırığı ilə 6321,60 manat, xx.xx.2020-ci il tarixli ödəniş tapşırığı ilə 4482 manat, xx.xx.2019-cu il tarixli ödəniş tapşırığı ilə 7257,60 manat, xx.xx.2019-cu il tarixli ödəniş tapşırığı ilə 450 manat, xx.xx.2019-cu il tarixli ödəniş tapşırığı ilə 6220,80 manat və 108,72 manat, xx.xx.2019-cu il tarixli ödəniş tapşırığı ilə 1296 manat, xx.xx.2019-cu il tarixli ödəniş tapşırığı ilə 2700 manat, xx.xx.2019-cu il tarixli ödəniş tapşırığı ilə 180 manat, xx.xx.2019-cu il tarixli ödəniş tapşırığı ilə 9072 manat, xx.xx.2018-ci il tarixli ödəniş tapşırığı ilə 1190 manat ƏDV ödənişləri edilmişdir. İddiaçı ilə cavabdeh arasında tərtib edilmiş xx.xx.2023-cü il tarixli üzləşmə aktına əsasən iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, AGT-SQY-PR- 008/18 saylı alqı-satqı müqaviləsinə əsasən cavabdehin iddiaçıya 07.02.203-cü il tarixinə cari borcu əsas məbləğ üzrə 186840,58 manat və ƏDV məbləği 33631,30 manat təşkil edir. Hüquqi dəyərləndirmə: Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya satın alınmış malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli AGT-SQY-PR-008/18 nömrəli alqı-satqı müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya alqı-satqı müqaviləsi və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, lakin cavabdeh tərəfindən öhdəliklər tam şəkildə icra edilməmişdir. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, cavabdehin alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya ümumilikdə 220471,88 manat borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən əsas borc üzrə 220471,88 manat tutularaq iddiaçıya ödənilməlidir. Bununla yanaşı, iddiaçı cavabdehdən vəsaitin qanunsuz saxlamaqla faydalanmağa görə 16535 manat faiz borcunun ödənilməsi tələbini də irəli sürmüşdür. Belə ki, Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. İddiaçı iddia tələbində cavabdehdən bank uçot dərəcəsi (7,5 faiz) nəzərə alınmaqla hesablanmış 16.535 manat məbləğində faiz borcunun ödənilməsi tələbini irəli sürsə də, məhkəməyə tələb etdiyi faiz borcunun məbləğinin hesablanması düsturu və bunun üçün əsas götürülmüş müddət (günə-gün hesabı ilə) barədə heç bir sübut təqdim etməmişdir. Məhkəmənin yalnız iddia ərizəsində göstərilənlərə əsasən yuxarıda göstərilən qaydada qiymətləndirmə aparması və cavabdehdən əldən çıxmış fayda kimi 16.535 manat pul tutması mümkün deyil. Ona görə də məhkəmə hesab edir ki, hazırda tələb olunan bu məbləğin əsaslı olub-olmaması barədə birmənalı nəticəyə gəlmək mümkün olmadığından və tələbin əsasına dair sübutlar təqdim edilmədiyindən bu hissədə iddia tələbi təmin olunmamalıdır. Bundan başqa iddia ərizəsində 220 manat vəkilin göstərdiyi hüquqi yardıma görə xərclərin cavabdehdən tutulması da tələb edilir. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməlidir. xx.xx.2022-ci il tarixli BD2 nömrəli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən Bakı şəhər “Mərkəz” Vəkil Bürosunun hesabına hüquqi xidmət haqqına görə 220 manat pul ödənilmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Nəticə: Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 220471,88 manat əsas borc və 220 manat hüquqi yardıma görə ödənilmiş pul tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Materiallardan da göründüyü kimi “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2022-ci il tarixli MŞB/5-03746 nömrəli arayışa əsasən, cavabdeh mediasiya sessiyasında iştirak etməmiş, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 400 manat məbləğində mediasiyaya dair xərc ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 400 manat mediasiyaya dair xərc cavabdehə, ödənilmiş 135 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 220471,88 manat əsas borc, 220 manat hüquqi yardıma görə ödənilmiş pul, ümumilikdə 220691,88 (iki yüz iyirmi min altı yüz doxsan bir manat səksən səkkiz qəpik) manat və ödənilmiş 400 (dörd yüz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş 135 (bir yüz otuz beş) manat dövlət rüsumu İddiaçı MMC-nin özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova
Məhkəmə qərarları › İş №e-2-2(113)-527/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-527/2023
24.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver