Məhkəmə qərarları › İş №e-2-2(113)-528/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-528/2023

02.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-528/2023 02.03.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X1 qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı pul tələbinə dair kommersiya mübahisəsi ilə bağlı işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi və iddia həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən İddiaçı ASC-nin xeyrinə xx.xx.2021 il tarixli 16081***- *******01 №-li kredit müqaviləsi üzrə 3871,02 manat əsas borc, 220,01 manat faiz borcu, 220,01 manat cərimə və 200 manat mediasiya xərcinin müştərək qaydada tutulması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə bağladığı xx.xx.2021 il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh2 (VÖEN **********) bankdan avadanlıq alınması və digər investisiya xərcləri üçün 9 ay müddətinə, xx.xx.2022 ilədək qaytarmaq və illik 22 % ödəmək şərti ilə aldığı 5000 manat krediti və ondan istifadəyə görə faizləri müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq hər təqvim ayının müvafiq günündə hissə-hissə banka ödəməli olduğu halda öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) həlli üçün borc alan Cavabdeh2 və zaminlik müqaviləsinə əsasən onun öhdəliyinə görə bank qarşısında birgə məsuliyyət daşıyan zaminlər Cavabdeh3 və Cavabdeh1 pretenziya göndərilib, lakin borc ödənilməyib. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi sistemə ərizə yükləyərək işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2021-ci il tarixli İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh2 9 ay müddətinə, xx.xx.2022 ilədək qaytarmaq və illik 22 % ödəmək şərti ilə 5000 manat məbləğində kredit verilmişdir. Müqavilənin 2.03-cü bəndinin “e” hissəsindən görünür ki borcalan bu müqaviləyə əsasən verilmiş kreditin faizləri ilə birlikdə qaytarılmalı olduğu son tarixədək öhdəliklərini icra etmədiyi, yaxud lazımi qaydada icra etmədiyi təqdirdə banka gecikdirilmiş borc məbləğinin 40 faizi məbləğində cərimə ödəyir. xx.xx.2021-ci il tarixli İddiaçı ASC ilə Cavabdeh4 arasında bağlanmış zaminlik müqaviləsindən görünür ki, Cavabdeh4 xx.xx.2021-ci il tarixli İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və Cavabdeh2 ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. xx.xx.2021-ci il tarixli İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 xx.xx.2021-ci il tarixli İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və Cavabdeh2 ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. xx.xx.2021-ci il tarixli İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış zaminlik müqaviləsindən görünür ki, Cavabdeh3 xx.xx.2021-ci il tarixli İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və Cavabdeh2 ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. xx.xx.2023-cü il tarixli İddiaçı ASC tərəfindən tərtib olunmuş maliyyə arayışından görünür ki, Cavabdeh2 xx.xx.2023-cü il tarixə kredit müqaviləsi üzrə 3871,02 manat əsas borc, 220,01 manat faiz borcu, 220,01 manat cərimə borcu olmaqla, cəmi 4311,04 manat təşkil edir. xx.xx.2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı ASC Bakı şəhəri 5 saylı mediasiya təşkilatına 200 manat məbləğində mediasiya xərci ödəmişdir. 15 iyul 2019-cu il tarixli 308 nömrəli “İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən iddia qiyməti 1001 manatdan 5000 manatadək olduqda tərəf 60 manat məbləğində mediasiya xərci ödəməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1, 386.1, 467 və 470.1-ci maddələrinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İş materiallarından da göründüyü kimi iddiaçı və cavabdehlər arasında qanunvericiliyə uyğun olaraq kredit və zaminlik müqavilələri bağlanmış, iddiaçı tərəfindən üzərinə düşən öhdəliklər yerinə yetirilmiş, lakin cavabdehlər bankın qarşısında olan borcu ödəməməklə öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia 3871,02 manat əsas borc, 220,01 manat faiz borcu hissəsində əsaslı olduğundan təmin edilməlidir. Həmçinin məhkəmə iddia tələbinin cərimə hissəsi ilə əlaqədar qeyd edir ki, cərimə tənasübsüz sürətdə yüksək qiymətləndirildiyinə görə həmin məbləğ azaldılaraq 108,97 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə 200 manat məbləğində mediasiya xərci tələbi ilə bağlı isə qeyd edir ki, tələb qismən, yəni 60 manat hissədə təmin olunmalıdır, belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği”nin təsdiq edilməsi barədə Qərarına əsasən iddia qiyməti 1001 manatdan 5000 manatadək olduqda tərəf 60 manat məbləğində mediasiya xərci ödəməlidir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 3871,02 manat əsas borc, 220,01 manat faiz borcu və 108,97 manat cərimə cəmi 4200 manat, həmçinin mediasiya xərci kimi ödənilmiş 60 manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 3871,02 manat əsas borc, 220,01 manat faiz borcu, 108,97 manat cərimə cəmi 4200 manat, həmçinin mediasiya xərci kimi ödənilmiş 60 manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim:Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar